Məhkəmə qərarları › İş №e-2-2(113)-475/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-475/2025

11.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-475/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə “herrac yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:hərracın nəticəslərinin etibarsız hesab edilməsi) X10 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə “herrac yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkSabirabad Rayon Məhkəməsinin 2(056)-81/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tələbin yönəldildiyi ipoteka predmeti olan mülkiyyət hüququ üzrə X4 məxsus “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair xx.xx.2024-cü il tarixli 28/01 saylı "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunlarına dair protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 81/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X1 46.655,11 (qırx altı min altı yüz əlli beş manat 11 qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və tələb üzrə tutmanın ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Sabirabad rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il X2 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsi ilə realizə edilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. xx.xx.2024-cü il tarixli “X6 dair” bildirişə əsasən X2 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması üçün hərrac xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 28/01 nömrəli Hərracın yekunları barədə protokola əsasən X3 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin X5 20000 (iyirmi min) manata satılmışdır. Hərracın keçirilməsindən 2 (iki) aydan çox vaxt keçməsinə baxmayaraq qalib alıcı tərəfindən avtomobilin satış dəyəri ödənilməmişdir. Bildirmək istəyirik ki, “İpoteka Haqqında” AR Qanununun 42.7ci maddəsinə əsasən Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Göründüyü kimi qalib alıcı tərəfindən ipoteka predmetinin satış dəyərinin ödənilməməsi ləğv prosesində olan İddiaçı ASC-nin hüquq və mənafeinə ziddir. Bu səbəbdən də hesab edirik ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunlarına dair protokolunun etibarsız hesab edilməlidir. Həmçininin bildiririk ki, AR MM-nin 416-cı maddəsinə əsasən Hərracın keçirilməsi qaydalarının pozulması nəticələri aşağıdakılardır: 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. Sabirabad Rayon Məhkəməsinin 2(056)-81/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X1 46.655,11 (qırx altı min altı yüz əlli beş manat 11 qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və tələb üzrə tutmanın ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir.

8. "xxxx" MMC-nin hərracın yekunları barədə 17 may 2024-cü il tarixli,28/01 saylı prptokolundan görünür ki, X3 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin X5 20000 (iyirmi min) manata satılmışdır.

9. "xxxx" MMC-nin 01 nömrəli xx.xx.2024-cü il tarixli hərrac bildirişindən görünür ki, “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil 20 000 manata hərraca çıxarılmış və hərracın tarixi 17 may 2024-cü il saat 11:00-17:00dək (növbəlik əsasında) Bakı şəhəri,İsmayıl Hidayətzadə küçəsi156 (20A) 1933 məh (1 mərtəbə) ünvanda açıq auksionda formasında keçirilir.

10. xx.xx.2024-cü il tarixli 28/01 nömrəli Hərracın yekunları barədə protokola əsasən X3 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin X5 20000 (iyirmi min) manata satılmışdır.

V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: -415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

12. “İpoteka haqqında” Qanunun: - 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir; 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır.[82] Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.

- 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. [84] 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[85] 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[86] 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.[87] 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. - 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

13. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir.

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2024-cü il tarixli 28/01 nömrəli Hərracın yekunları barədə protokola əsasən X3 mülkiyyətində olan “BMW 531” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil X5 20000 (iyirmi min) manata satılmasına dair protokol imzalanmış, laki alıcı tərəfindən qanunvericilikdə müəyyən olunan 7 iş günü nəticəsində alış qiyməti ödənilməmiş,lakin cavabdeh tərəfindən “İpoteka haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulan hərəkətlər edilməmişdir. Qeyd Edilənlərə əsasən iddiaçı xx.xx.2024-cü il tarixli 28/01 nömrəli Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini xahiş edir.

17. Məhkəmə hesab edir ki, mübahisəli hərracın keçirilməsi zamanı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola biləcək pozuntuya yol verilməsi müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

18. Məhkəmə qeyd edir ki hazırki iş üzrə xx.xx.2024-cü il tarixində keçirilmiş hərrac qanunvericilik normalarına uyğun olaraq keçirilmiş, hrracın həyata keçirilməsi zamanı heç bir qanunvericiliyik normalarının pozulmasıına yol verilməmişdir. Yalnız iddiaçının tələbində qeyd etdiyi hal, yəni xx.xx.2024-cü il tarixli 28/01 nömrəli Hərracın yekunları barədə protokol üzrə alıcının alış qiymətini ödəməməsi nəticəsində, İpoteka haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulan hərəkətlər (hərracın baş tutmamasının elan edilməsi və s.) edilməmişdir. Həmin maddənin tələblərinə əsasən, hərracı keçirmiş təşkilat tərəfindən hərrac baş tutmamış elan edilməli idi. Lakin bu hal , Həmin qanunun 44-cü maddəsində nəzərdə tutulduğu kimi Həmin Qanunun tələblərinin pozulmaqala hərracın keçirilməsi halı müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

19. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hərracın keçirilməsi zamanı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola biləcək pozuntuya yol verilməsi müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

20. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə “herrac yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar