Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4750/2023 22.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə borcu, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 341974-CNS-35158 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1355,57 manat məbləğində əsas borc, 139,08 manat məbləğində faiz borcu, 77,92 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1572,57 manat pul məbləğinin və 60 manat ödənilmiş mediasiya dair xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 341974-CNS-35158 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 24 faiz hesablanması şərti ilə xx.xx.2025-ci il tarixədək (36 ay müddətinə) 1624 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə Cavabdeh Banka 1355,57 manat məbləğində əsas borc, 139,08 manat məbləğində faiz borcu, 77,92 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1572,57 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin tələbə riayət edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş və müvafiq arayış verilmişdir. Bakı 12 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023cü il tarixli №MŞB/12/2023- 00502 arayışından müəyyən olunur ki, Cavabdeh kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında Cavabdeh və ya nümayəndəsi iştirak etməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci nağdsız qaydada ödənilmişdir. Məhkəməyə verilməsi ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun 60 manatını ödəmişdir. Bu səbəbdən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməməlidir. Həmçinin, Bank tərəfindən mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində xərc cavabdehdən tutulmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli 341974-CNS- 35158 saylı, “Kredit müqaviləsi”nin 10.6 bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya məhkəməsi vasitəsilə həll edilir. Bu baxımdan hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341974-CNS- 35158 saylı kredit müqaviləsinə əsasən:
5. 1.Müqavilənin predmeti
6. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız mal material qiymətlilərinin alınması. Təchizatçılar və podratçılarla hesablaşmanın aparılması təyinatı üzrə istifadə etməlidir.
7. 2.Kreditləşmə şərtləri və qaydası
8. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası:1624 manat.
9. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi Bank tərəfindən kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreditin təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab edilir.
10. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti: Kredit alan krediti tam məbləğdə 17 may 2025-ci il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir.
11. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 24% olmaqla və bu Müqavilənin 4.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır.
12. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1)
13. Həmin Müqavilənin 2.5.2-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2022-ci il tarixdən başlanır.
14. 4.Kreditin qaytarılması və faizlərin hesablanması və ödənilməsi qaydası
15. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin vaxtından əvvəl ödənişi, kreditin müddətinin bitməsinə qədər Bankı vaxtından əvvəl ödəniş tarixinə ən geci 1 iş günü qalmış xəbərdar etməklə (elektron məktub/tapşırıq, ərizə və sair) kredit alanın/zaminin müraciəti əsasında nağd və ya kredit alanın bankda olan cari hesabına köçürmə yolu ilə həyata keçirilir. Kredit alan/zamin kreditin vaxtından əvvəl qismən ödənişini etdikdən sonra, bank ödəniş cədvəlinə düzəliş edir.
16. Həmin Müqavilənin 5.4.7-ci bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək.
17. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə və ya qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda bank kredit alana kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimələrin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir, o cümlədən:
18. Həmin Müqavilənin 6.1.3-cü bəndinə əsasən bu müqavilənin 2.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə.
19. Həmin Müqavilənin 6.1.11-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə istənilən digər öhdəliklərin pozulması.
20. xx.xx.2022-ci il tarixli müqavilənin ödəniş cədvəli olan Əlavə 1-ə əsasən illik faiz dərəcəsi 24% olmaqla əsas borc 1624 manat, faiz borcu 669,97 manat, ödəniş məbləği 2293,67 manat qeyd olunmuşdur.
21. xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə 341974-CNS-35158 saylı, xx.xx.2022-ci il tarixli nağd pul krediti müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə olan sas borcu 1355,57 manat, faiz borcu 139,08 maat cərimə borcu 77.92 manat olmaqla cəmi borcu 1572,57 manat qeyd olunmuşdur. Həmçinin müqavilə üzrə öhdəliyin xx.xx.2023-cü il tarixdən icra edilmədiyi vurğulanmışdır.
22. İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4848P saylı pretenziyada bankla cavabdeh arasında 17 may 2022-ci il tarixində kredit verilməsi haqqında 341974-CNS-35158 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfidən illik 24% ödənilməsi şərti ilə 36 ay müddətinə 1624 manat məbləğində kredit verildiyi, qeyd olunan kredit müqaviləsinin tələbləri pozulduğu, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilmədiyi, bunun nəticəsində xx.xx.2023-cü il tarixinə Banka 1355,57 manat məbləğində əsas borc, 139,08 manat məbləğində faiz borcu, 77,92 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1572,57 manat məbləğində borc yarandığı, tələb olunan borcun 3 iş günü ərzində təmin edilməsi tələb olunmuşdur.
23. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
30. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
31. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
32. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1355,57 manat əsas borc, 139,08 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 1355,57 manat əsas borc, 139,08 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
33. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 77,92 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
36. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 77,92 manat məbləğində dəbbə pulu tutulmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
39. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat mediasiya xərci ödəmişdir.
40. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.
IV.Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh 341974-CNS-35158 saylı kredit müqaviləsi üzrə 1355,57 manat məbləğində əsas borc məbləği, 139,08 manat məbləğində faiz borcu, 77,92 manat məbləğində cərimə borcu və mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova İş № e-2-2(113)-4750/2023 xx.xx.2023-ci il
Məhkəmə iclasından kənar prosessual hərəkət barədə protokol
Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə xx.xx.2023-ci il tarixdə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxıldı. Prosessual hərəkət saat 17:45-də başlandı. Hakim iş materiallarında olan sənədləri nəzərdən keçirərək hazırkı iş üzrə yekun məhkəmə aktını qəbul edir. Prosessual hərəkət saat 17:55-də qurtardı. Protokol xx.xx.2023-ci il tarixdə tərtib edildi.
Hakim Günay Namazova