Məhkəmə qərarları › İş №e-2-2(113)-4755/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4755/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4755/2023 06.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh “Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 01 fevral 2021 – ci il tarixli 004 saylı İcarə müqaviləsi üzrə 08 iyun 2023 – cü il tarix üzrə borc qismində yaranmış 242 974 manat məbləğində icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri Məhkəməyə tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, barışıq sazişinin məzmununa görə:

1. Cavabdeh MTK öz öhdəsinə götürür ki, iddiaçı "xxxx" MMC ilə bağlanılmış xx.xx.2021-ciil tarixli icarə müqaviləsinə əsasən borc qismində yaranmış 242974 manat məbləğində icarə haqqını xx.xx.2023-cü il tarixindən başlayaraq 7 ay ərzində hər ay üçün 34711 manat hissələrə bölünməklə aşağıdakı cədvələ uyğun qaydada ödəyəcəkdir: 1.xx.xx.2023-cü il-34711 manat (qalıq 208263 manat) 2.xx.xx.2024-cü il-34711 manat (qalıq 173552 manat) 3.xx.xx.2024-cü il-34711 manat (qalıq 138841 manat) 4.xx.xx.2024-cü il- 34711 manat (qalıq 104130 manat) 5.xx.xx.2024-cü il- 34711 manat (qalıq 649419 manat) 6.xx.xx.2024-cü il- 34711 manat(qalıq 34708 manat) 7.xx.xx.2024-cü il – 34708 manat.

2. İddiaçı "xxxx" MMC bildirir və öz öhdəsinə götürür ki, bu Saziş üzrə öhdəliklər cavabdeh tərəfindən icra edildikdən sonra Cavabdeh MTK-ya qarşı heç bir iddiası, tələbi, şikayəti olmayacaqdır.

3. Tərəflər mülki iş üzrə icraata xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edirlər.

4. Tərəflər AR MPM-nin 262-ci maddəsinin tələbləri barədə məlumatlı olduqlarını qəbul edirlər.

5. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

6. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxəsi isə tərəflərdə saxlanılır. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə:

1. Cavabdeh MTK öz öhdəsinə götürür ki, iddiaçı "xxxx" MMC ilə bağlanılmış xx.xx.2021-ciil tarixli icarə müqaviləsinə əsasən borc qismində yaranmış 242974 manat məbləğində icarə haqqını xx.xx.2023-cü il tarixindən başlayaraq 7 ay ərzində hər ay üçün 34711 manat hissələrə bölünməklə aşağıdakı cədvələ uyğun qaydada ödəyəcəkdir: 1.xx.xx.2023-cü il-34711 manat (qalıq 208263 manat) 2.xx.xx.2024-cü il-34711 manat (qalıq 173552 manat) 3.xx.xx.2024-cü il-34711 manat (qalıq 138841 manat) 4.xx.xx.2024-cü il- 34711 manat (qalıq 104130 manat) 5.xx.xx.2024-cü il- 34711 manat (qalıq 649419 manat) 6.xx.xx.2024-cü il- 34711 manat(qalıq 34708 manat) 7.xx.xx.2024-cü il – 34708 manat.

2. İddiaçı "xxxx" MMC bildirir və öz öhdəsinə götürür ki, bu Saziş üzrə öhdəliklər cavabdeh tərəfindən icra edildikdən sonra Cavabdeh MTK-ya qarşı heç bir iddiası, tələbi, şikayəti olmayacaqdır.

3. Tərəflər mülki iş üzrə icraata xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edirlər.

4. Tərəflər AR MPM-nin 262-ci maddəsinin tələbləri barədə məlumatlı olduqlarını qəbul edirlər.

5. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

6. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxəsi isə tərəflərdə saxlanılır. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar