Məhkəmə qərarları › İş №e-2-2(113)-476/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-476/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-476/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X2” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2” MMC-dən 707/09 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixinə 578356.58 manat (beş yüz yetmiş səkkiz min üç yüz əlli altı manat, 58 qəpik) olmaqla cəmi borc üzrə 578.356,58 manat məbləğində faiz borcu, ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh “X2” MMC arasında bağlanmış 707/09 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən “X2” MMC-yə 6 (altı) ay müddətinə 19 %-lə 2.005.250 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdeh “X2” MMC-yə borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ASC ilə cavabdeh “X2” MMC arasında bağlanmış 707/09 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxx 2020-ci il tarixinə cavabdeh “X2” MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 578.356,58 məbləğində faiz borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2” MMC-dən 707/09 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixinə cavabdeh “X2” MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında olan 578.356,58 ABŞ dolları məbləğində faiz borcunun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Yusubov dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı ASC (borc verən) ilə “X2” MMC (borc alan) arasında bağlanılmış xx xxxxxx 2009-cu il tarixli, 707/09 saylı Təminatsız Bərpa olunmayan kredit xətti müqaviləsinin: 1.1-ci bəndinə əsasən borc verən borc alana 2.005.250 ABŞ dolları məbləğində 6 ay müddətinə xx.xx.2010-cu il tarixinədək illik 19 faizlə kredit xəttinin açılmasını, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən kredit xətti üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 19 faizlə hesablanır. Əsas kimi 1 ayda 30, 1 ildə isə 360 təqvim günü götürülür. 3.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 6 ay təşkil edir. 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 bank günündən artıq müddətdə gecikdirildikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. -xx.xx.2020-ci il tarixli, **********430 maliyyə arayışına əsasən Ləğv prosesində olan İddiaçı ASC ilə “X2” MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 1-14469-11 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixinə əsas borc 0 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 578.356,58 ABŞ dolları müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0 ABŞ dolları, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% , həmin hesablanması düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0 (sıfır) ABŞ dolları və 3789 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 0 (sıfır) ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 578.356,58 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən “X2” MMC-yə ünvanlanmış xx.xx.2020ci il tarixli pretenziya məktubuna əsasən kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (borc verən) ilə cavabdeh “X2” MMC (borc alan) arasında xx xxxxxx 2009-cu il tarixli, 707/09 saylı kredit xətti müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC həmin müqaviləl üzrə öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğini cavabdehin mülkiyyətinə versə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka həmin kredit xətti müqaviləsi üzrə 578.356,58 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X2” MMC-dən 707/09 nömrəli xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 578.356,58 ABŞ dolları məbləğində faiz borcu ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun və çəkilmiş digər xərclərin əvəzi olaraq 30 manat və 0,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2” MMC-dən 707/09 nömrəli xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 578.356,58 ABŞ dolları (beş yüz yetmiş səkkiz min üç yüz əlli altı ABŞ dolları əlli səkkiz sent) məbləğində faiz borcu ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və 0,40 manat (qırx qəpik) məbləğində xidmət haqqı tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar