Məhkəmə qərarları › İş №e-2-2(113)-4762/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4762/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4762/2025 24.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Qanuni nümayəndə və Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8nə (bundan sonra Cavabdeh8 MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh8 MMC arasında bağlanmış K5822 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82169,33 manat əsas borc, 9078,29 manat faiz borcu, 10989,16 manat cərimə borcu olmaqla cəmi 102 236,77 manat məbləğində pulun, K5823 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 102 250,85 manat əsas borc, 52959,36 manat faiz borcu, 10591,27 manat cərimə borcu olmaqla cəmi 165 801,48 manat məbləğində pulun, K5824 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 244 807,01 manat əsas borc, 79381,72 manat faiz borcu, 1499,88 manat cərimə borcu olmaqla cəmi 325 688,61 manat məbləğində pulun cavabehlər Cavabdeh8 MMC, Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,044 ha yaşayış məntəqələrinin torpaqları və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 100 000 manat müəyyən edilməklə, Qanuni nümayəndə mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,0854 ha, 207.2 kv.m olan torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 207,2 kv.m. olan 22C saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 194 000 manat müəyyən edilməklə, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 101,18 kv.m. olan 22A saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 72750 manat müəyyən edilməklə, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 89.3 kv.m olan 92 A saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 67500 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 67500 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçıya olan öhdəliklər üzrə borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh8 MMC, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1002 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq İdarəsində qeydiyyata alınması üçün 78,40 manat dövlət rüsumu və 182 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh8 MMC arasında xx.xx.2016-cı il tarixdə BBSH-GTS- 022/2016 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu və bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2022-ci il tarixli On/GTC- 90053130LE/2019 nömrəli razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli GL3303 saylı kredit limiti müqaviləsi imzalanmış, bank tərəfindən borcalana xx.xx.2029-cu il tarixədək illik faiz dərəcəsi 25 % olmaqla 10 000 000 manat məbləğində limit ayrılmışdır. 2.2. Sonradan tərəflər arasında GL3303 saylı kredit limiti müqaviləsi və ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən K5145 saylı kreditin restrukturizasiyası məqsədilə borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 15 %, illik cərimə faizi 30 % olmaqla 147819,74 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 14 %, illik cərimə faizi 15 %, kredit müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 29 % olmaqla, K4665 saylı kreditin restrukturizasiyası məqsədi ilə 456 352,68 manat məbləğində birdəfəlik kredit verilmişdir; xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə və xx.xx.2023-cü il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 01 saylı əlavə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15 %, illik cərimə faizi 15 %, kredit müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30 % olmaqla yenidən maliyyələşmə məqsədilə 768 871 manat məbləğində birdəfəlik kredit verilmişdir. 2.3. Bundan əlavə GL3303 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə: 1) Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,044 ha yaşayış məntəqələrinin torpaqları və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 101,38 kv.m ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evi İ3196 saylı xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (reyestr nömrəsi: **********39-10301, qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; 2) Qanuni nümayəndə mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,0854 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 207.2 kv.m olan 22C saylı fərdi yaşayış evi İ3198 saylı xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (reyestr nömrəsi: **********5-10301, qeydiyyat tarixi: xx.xx.2019-cu il, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; 3) Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 101,18 kv.m olan 22A saylı fərdi yaşayış evi İ3839 saylı xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (reyestr nömrəsi: **********40-10301, qeydiyyat tarixi: xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; 4) Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 89,3 kv.m olan 92 A saylı fərdi yaşayış evi İ3836 saylı xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (reyestr nömrəsi: **********31-10301, qeydiyyat tarixi: xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; 5) Cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evi İ3837 saylı xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (reyestr nömrəsi: **********23- 10301, qeydiyyat tarixi: xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. 2.4. İddiaçı ilə Cavabdeh8 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli GL3303 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: 1. bank ilə Cavabdeh2 arasında Z3414 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır; 2. Bank ilə Qanuni nümayəndə arasında Z3417 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır; 3. Bank ilə Cavabdeh6 arasında Z4501 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır 2.5. Borcalan öz üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1002 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq idarəsində qeydiyyata alınması üçün 78,40 manat dövlət rüsumu və 182 manat xidmət haqqı ödəmişdir. 2.6. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. İpoteka müqaviləsinə əsasən bu müqavilə ilə təminat verilən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 319, 385.1, 445.1, 500-cü və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 59.3-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri X5 və X3 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat (izahlar) verdilər və iddianın təmin edilməsini xahiş etdilər.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X5 məhkəməmühasibatlıq və əmtəəşünaslıq rəylərinin işin hallarına uyğun olduğunu bildirdi. Məhkəmənin sualına cavab olaraq X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə edilmiş 100000 manat ödəniş K5823 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borca silinmişdir.

7. Cavabdeh4 məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək göstərdi ki, 2021-ci il tarixdə əmlakını 2 il müddətinə ipotekaya qoymuş, iki ildən sonra evin ipotekadan azad olunması ilə bağlı sənəd verilmişdir. 2023-cü il tarixədək imza çəksə də, müqavilələrin sonrakı yeniləməsi məlumatı olmadan edilmişdir.

8. Cavabdehlər Qanuni nümayəndə və Cavabdeh8 MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək, məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq rəylərinə etiraz etmədiyini qeyd etdi, lakin cərimə və faiz borcunun silinməsini xahiş etdi.

9. Cavabdeh4 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

10. Məhkəmə bildirişləri cavabdehlər Cavabdeh6 və Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirməklə, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanlara göndərilməklə, cavabdehlərin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə Cavabdeh8 MMC arasında xx.xx.2022-ci il tarixdə “bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyası”nın şərtlərinin qəbul edilməsi barədə OnGTC-90053130LE/2019 nömrəli razılaşma imzalanmış, cavabdeh həmin razılaşmanı imzalamaqla bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda, yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir; – iddiaçı ilə Cavabdeh8 MMC arasında xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi bağlanmış, kredit limitinin şərtlərinə əsasən limitin məbləği 10 000 000 manat, müddəti xx.xx.2029-cu il tarixədək, limit üzrə illik faiz 25 %, tətbiq edilən cərimə illik 40 % olaraq razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli Z3414 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, xx.xx.2019-cu il tarixli Z3417 saylı zaminlik müqaviləsi ilə cavabdeh Qanuni nümayəndə, xx.xx.2021-ci il tarixli Z4501 saylı zaminlik müqaviləsi ilə Cavabdeh6 Cavabdeh8 MMC-nin iddiaçı qarşısında kredit limiti müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; – Ümumi şərtlər toplusu və xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi çərçivəsində iddiaçı tərəfindən borcalan Cavabdeh8 MMC-yə tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə üzrə K5145 nömrəli kreditin restrukturizasiyası məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 15 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % olmaqla 147 819,74 manat məbləğində, xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə üzrə dövriyyə vəsaitinin artırılması məqsədi ilə xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 14 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % olmaqla 456 352,68 manat məbləğində, xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə üzrə dövriyyə vəsaitinin artırılması məqsədi ilə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15 %, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % olmaqla 768 871 manat məbləğində birdəfəlik kredit verilmişdir; – Cavabdeh8 MMC kredit məbləğini təşkil edən pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

15. İddiaçı K5822 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82169,33 manat əsas borc, 9078,29 manat faiz borcu, K5823 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 102 250,85 manat əsas borc, 52959,36 manat faiz borcu, K5824 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 244 807,01 manat əsas borc, 79381,72 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.

16. Cavabdehlər Qanuni nümayəndə və Cavabdeh8 MMC əsas borc məbləğinə etiraz etmədiyini, faiz və cərimə borcunun silinməsini tələb edir.

17. Cavabdeh4 2023-cü ildən sonra hər hansı sənədə imza etmədiyini bildirir.

18. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

19. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

20. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

24. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

25. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

26. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

27. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.

28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4074 nömrəli ekspert rəyindən görünür ki, K5822 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 82653,83 manat, faiz borcu 8299,54 manat, K5823 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2025-ci il tarixə əsas borc 204 291,35 manat, faiz borcu 40214,72 manat, K5824 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 244 485,13 manat, faiz borcu 814,95 manat təşkil edir.

29. Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4074 nömrəli ekspert rəyində nəzərə alınan ödənişlərdən başqa, xx.xx.2025-ci il tarixdə 100000 manat ödəniş edilmiş, həmin ödəniş K5823 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borca silinmişdir.

30. Mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax § 11, 218.3-cü maddə).

31. Belə olan halda, xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 82169,33 manat əsas borc, 8299,54 manat faiz borcu, xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 102250,85 (202250,85-100000) manat əsas borc, 40214,72 manat faiz borcu, xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 244485,13 manat əsas borc, 814,95 manat faiz borcu müəyyən edilməlidir.

32. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

33. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

34. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 82169,33 manat əsas borc, 8299,54 manat faiz borcu, xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 102250,85 manat əsas borc, 40214,72 manat faiz borcu, xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 244485,13 manat əsas borc, 814,95 manat faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

37. İddia ərizəsində iddiaçı K5822 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10989,16 manat cərimə borcu, K5823 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10591,27 manat cərimə borcu, K5824 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1499,88 manat cərimə borcunun da cavabdehlərdən tutulmasını xahiş etmişdir.

38. xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə tətbiq edilən cərimə illik 40 %, xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 %, xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 %, xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % razılaşdırılmışdır.

39. xx.xx.2019-cu il tarixli Z3414 saylı zaminlik müqaviləsi, xx.xx.2019-cu il tarixli Z3417 saylı zaminlik müqaviləsi, xx.xx.2021-ci il tarixli Z4501 saylı zaminlik müqaviləsi ilə həmçinin illik 40 faiz cərimə üçün də məsuliyyət razılaşdırılmışdır.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

43. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.

44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 4500 manat, xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 5500 manat, xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 1499,88 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

45. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 4500 manat, xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 5500 manat, xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 1499,88 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

46. İddiaçı eyni zamanda tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,044 ha yaşayış məntəqələrinin torpaqları və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 100 000 manat müəyyən edilməklə, Qanuni nümayəndə mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,0854 ha, 207.2 kv.m olan torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 207,2 kv.m. olan 22C saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 194 000 manat müəyyən edilməklə, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 101,18 kv.m. olan 22A saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 72750 manat müəyyən edilməklə, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları və üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 89.3 kv.m olan 92 A saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 67500 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 67500 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçıya olan öhdəliklər üzrə borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh8 MMC, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

47. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

48. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

49. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

50. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

51. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

52. “İpoteka haqqında” Qanunun (zaman görə qüvvədə olan redaksiyasına əsasən) 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

53. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

54. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

55. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh5 (ipoteka qoyan qismində) və Cavabdeh8 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka saxlayan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,044 ha topaq sahəsi və üzərində yerləşən 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsini məqsədilə iddiaçı qarşında ipoteka ilə yüklü edir.

56. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən 0,044 ha topaq sahəsi və üzərində yerləşən 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

57. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli bildiriş ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

58. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh Qanuni nümayəndə (ipoteka qoyan qismində) və Cavabdeh8 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka saxlayan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0854 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207,2 kv.m olan 22C saylı fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsini məqsədilə iddiaçı qarşında ipoteka ilə yüklü edir.

59. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən 0,0854 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207,2 kv.m olan 22C saylı fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

60. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli bildiriş ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

61. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh4 (ipoteka qoyan qismində) və Cavabdeh8 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka saxlayan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101,18 kv.m olan 22A saylı fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsini məqsədilə iddiaçı qarşında ipoteka ilə yüklü edir.

62. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101,18 kv.m olan 22A saylı fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

63. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli bildiriş ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

64. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh3 (ipoteka qoyan qismində) və Cavabdeh8 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka saxlayan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsini məqsədilə iddiaçı qarşında ipoteka ilə yüklü edir.

65. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi üzrə ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

66. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli bildiriş ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

67. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

68. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

69. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

71. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci tarixli qərardadı əsasında aparılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 150-1044/2025 nömrəli rəyinə əsasən, Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,044 ha topaq sahəsi və üzərində yerləşən 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin bazar dəyəri 160 000,00 manat, likvid dəyəri: 136 000,00 (bir yüz otuz altı min) manat, Qanuni nümayəndə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu. Qala qəsəbəsi, H.Əliyev küçəsində yerləşən 0.0854 ha, 207.2 kv.m olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207,2 kv.m. olan 22C saylı fərdi yaşayış evinin bazar dəyəri 359 000,00 manat, likvid dəyəri 305 000,00 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, M.Əliyev küçəsində 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101,18 kv.m. olan 22A saylı fərdi yaşayış evinin bazar dəyəri 130 600,00 manat, likvid dəyəri 111 000 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.4 kv.m olan 24 saylı fərdi yaşayış evinin bazar dəyəri 124 300 manat, likvid dəyəri 105 600,00 manat təşkil edir.

72. Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı əsaslı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyləri qiymətləndirərək hesab edir ki, Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,044 ha topaq sahəsi və üzərində yerləşən 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 136000 manat, Qanuni nümayəndə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0854 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207,2 kv.m olan 22C saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 305000 manat, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101,18 kv.m olan 22A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 111000 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 105600 manat müəyyən edilməlidir.

73. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

74. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh8 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,044 ha topaq sahəsi və üzərində yerləşən 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 136000 manat, Qanuni nümayəndə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0854 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207,2 kv.m olan 22C saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 305000 manat, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101,18 kv.m olan 22A saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 111000 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 105600 manat müəyyən edilməklə yönəldilərək həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli K5822 saylı, K5823 saylı və K5824 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə ümumilikdə 489734,4 manat manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1002 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 260,4 manat, ekspertiza xərcinin əvəzi olaraq 1500 manat pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

75. İddiaçı eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1002 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq İdarəsində qeydiyyata alınması üçün 78,40 manat dövlət rüsumu və 182 manat xidmət haqqının tutulmasını xahiş etmişdir.

76. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** nömrəli qəbz əsasında 1002 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

77. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli bildirişlərdən və qəbzlərdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün cəmi 260,4 manat ödənilmişdir.

78. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatların dəyərini 100 manat təşkil edir.

79. Məhkəməyə təqdim edilən xx.xx.2026-cı il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 150- 1044/2025 nömrəli rəyinə əsasən, aparılmış tədqiqatın dəyərini 1500 manat təşkil edir və iddiaçı tərəfindən ödənilmişdir.

80. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

81. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

82. Həmin Məcəllənin 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

83. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

84. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

85. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

86. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1002 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 260,4 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 1500 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

87. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh8 arasında xx.xx.2019-cu il tarixli GL3303 nömrəli kredit limiti müqaviləsi və xx.xx.2022-ci il tarixli OnGTC- 90053130LE/2019 nömrəli razılaşma çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli K5822 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 82169,33 manat əsas borc, 8299,54 manat faiz borcu, 4500 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli K5823 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 102250,85 manat əsas borc, 40214,72 manat faiz borcu, 5500 manat cərimə, xx.xx.2022-ci il tarixli K5824 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 244485,13 manat əsas borc, 814,95 manat faiz borcu, 1499,88 manat cərimə olmaqla cəmi 489734,4 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1002 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 260,4 manat, ekspertiza xərcinin əvəzi olaraq 1500 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,044 ha topaq sahəsi və üzərində yerləşən 101,38 kv.m. ümumi sahədən ibarət 22 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 136000 manat, Qanuni nümayəndə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0854 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 207,2 kv.m olan 22C saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 305000 manat, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə 0,0325 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101,18 kv.m olan 22A saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 111000 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93,4 kv.m olan 24 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 105600 manat müəyyən edilməklə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın. Əmlakların satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli K5822 saylı, K5823 saylı və K5824 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə ümumilikdə 489734,4 manat manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1002 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 260,4 manat, ekspertiza xərcinin əvəzi olaraq 1500 manat pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Qanuni nümayəndə və Cavabdeh8ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar