Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4763/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin tutulması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 (birgə) müştərək qaydada ******* manat məbləğin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 58267,08 (əlli səkkiz min iki yüz altmış yeddi manat səkkiz qəpik) manat məbləğində pulun və 400 manat mediasıya xərcinin tutularaq İddiaçı"xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında 17 yanvar 2017-ci il tarixdə kredit verilməsi haqqında 43364-5 nömrəli müqavilə bağlanmış və həmin kredit müqaviləsi-5-ə əsasən cavabdehə 37 (otuz yeddi) ay müddətində (19 fevral 2020-ci il tarixinədək) 500000 (beş yüz min) manat məbləğində pul verilmişdir. 24 yanvar 2017-ci il tarixdə kredit müqaviləsi-5-ə 1 № li kredit sazişi bağlanmış, həmin sazişinin şərtlərinə görə Cavabdeh2 MMC-yə 12 ay (on iki) müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) olmaqla 500000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. Bankla cavabdeh arasında 19 yanvar 2017-ci il tarixdə kredit verilməsi haqqında 43364-6 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh2 MMC-yə 19 fevral 2020-ci il tarixinədək, 37 ay müddətinə 560000 (beş yüz altmış min) manat məbləğində kredit xətti ayrılmışdır. 24 yanvar 2017-ci il tarixdə kredit müqaviləsi-6-ya 1 № li kredit sazişi bağlanmış, həmin sazişin şərtlərinə görə Cavabdeh2 MMC-yə 36 ay (otuz altı) müddətinə, kreditdən istifadəyə görə illik 19% (on doqquz faiz) olmaqla 510000 (beş yüz on min) manat, 27 İyul 2017-ci il tarixdə kredit müqaviləsi-6-ya 2 № li kredit sazişi bağlanmış, həmin sazişinin şərtlərinə görə Cavabdeh2 MMC-yə 12 ay (on iki) müddətinə, kreditdən istifadəyə görə illik 20% (iyirmi faiz) olmaqla 31000 (otuz bir min) manat məbləğində kredit verilmişdir. 43364-5 və 43364-6 №-li kredit müqavilələrinin icrasının təmin еdilməsi məqsədilə 19 yanvar 2017-ci il tariхində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ümumi sahəsi 259.5 kv.m, yaşayış sahəsi 144.1 kv.m, yardımçı sahəsi 115.4 kv.m-dən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzil bankın qarşısında ipoteka ilə yüklü еdilmişdir. (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tariхili yüklülük barədə RX sеriyalı ******* №-li müvafiq çıхarış). 43364-5 və 43364-6 №-li kredit müqavilələrindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 23 yanvar 2017-ci il tariхində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.11301 ha torpaq sahəsində ümumi sahəsi 68.0 kv.m, yaşayış sahəsi 39.9 kv.m-dən ibarət Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü еdilmişdir. (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tariхili yüklülük barədə RX sеriyalı ******* №-li müvafiq çıхarış). 43364-5 və 43364-6 №-li kredit müqavilələrindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 23 yanvar 2017-ci il tariхində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.17608 ha torpaq sahəsində ümumi sahəsi 891.4 kv.m, əsas sahəsi 859.5 kv.m, köməkçi sahəsi 31.9 kv.m-dən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsi bank qarşısında ipoteka ilə yüklü еdilmişdir. (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindənverilmiş xx.xx.2017-ci il tariхili yüklülük barədə RX sеriyalı ******* №-li müvafiq çıхarış). 43364-5 və 43364-6 №-li kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh1 ilə bank arasında 24 yanvar 2017-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 saylı qətnaməsi ilə cavabdehdən cəmi 1385318,90 manat tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Apellyasiya qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023 il tarixli, 2(103)-2346/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etmədən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 saylı qətnaməsini dəyişdirmədən saxlanmasını qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixə əsas borc üzrə ******* manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2022-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən ******* manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 58267,08 (əlli səkkiz min iki yüz altmış yeddi manat səkkiz qəpik) manat təşkil edir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 (birgə) müştərək qaydada ******* manat məbləğin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 70873,56 (yetmiş min səkkiz yüz yetmiş üç manat əlli altı qəpik) manat, mediasıya xərci əvəzi kimi 400 manat pulun tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.7-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 13/2022 saylı qətnaməsi ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin qismən təmin olunması, Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada ******* (bir milyon qırx bir min) manat əsas kredit borcu, 342318,9 (üç yüz qırx iki min üç yüz on səkkiz manat doxsan qəpik) manat faiz borcu, 2000 (iki min) manat cərimə borcu, ümumilikdə 1385318,9 (bir milyon üç yüz səksən beş min üç yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində kredit borcu, 1025 (bir min iyirmi beş) manat ipoteka qoyanın əmlaklarının qiymətləndirilməsinə görə bank tərəfindən çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ümumi sahəsi 259.5 kv.m, yaşayış sahəsi 144.1 kv.m, yardımçı sahəsi 115.4 kv.m-dən ibarət ünvan 1 ünvanında yerləşən 15- 16 nömrəli mənzilinə, 0.11301 ha torpaq sahəsində ümumi sahəsi 68.0 kv.m, yaşayış sahəsi 39.9 kv.m-dən ibarət Bakı şəhəri, Nərimanov rayonu X2 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilinə və 0.17608 ha torpaq sahəsində ümumi sahəsi 891.4 kv.m, əsas sahəsi 859.5 kv.m, köməkçi sahəsi 31.9 kv.m-dən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə realizə edilməsi, əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitlərin əmlakların mülkiyyətçisi Cavabdeh1 verilməsi, Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küç.ev 26a, 31 saylı mənzilin ilkin satış qiymətinin 107000 manat, ünvan 5 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 600000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118, 15-16 saylı mənzilin ilkin satış qiymətinin 380000 manat müəyyən olunması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulması, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu X2 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilin, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, qalan hissələrdə iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 400 (dörd yüz) manatın Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2346/2023 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehlərə aid edilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3796/2023 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2346/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
11. “X1 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh2 MMC-nin 17 yanvar 2017-ci il tarixli, 43364-5 və 19 yanvar 2017-ci il tarixli 43364-6 nömrəli kredit müqavilələri əsas borcdan qalan ******* manatın ödənilməsinin 497 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 70873,56 (yetmiş min səkkiz yüz yetmiş üç manat əlli altı qəpik) manat (hesablama: ******* manat * 5% / 365 gün * 497 gün = 70873,56 (yetmiş min səkkiz yüz yetmiş üç manat əlli altı qəpik) manat) təşkil edir.
12. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, məhkəmə qətnaməsinin icra olunmadığına görə dəymiş zərərin 5 (beş) iş günü müddətində ödənilməsi, əks təqdirdə maddi zərərin tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 saylı qətnaməsi ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə iddiası qismən təmin olunmuş, iddiaçı Cavabdeh2 cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2346/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3796/2023 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2346/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı iddia tələbində cavabdehlərin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək qətnamənin icra edilmədiyini bildirərək gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin tutulmasını tələb edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
17. İddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 (birgə) müştərək qaydada ******* manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 70873,56 (yetmiş min səkkiz yüz yetmiş üç manat əlli altı qəpik) manat pulun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdiyindən, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ******* (bir milyon qırx bir min) manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 70873,56 manat (yetmiş min səkkiz yüz yetmiş üç manat əlli altı qəpik) iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən ******* manat hissə ödənilməmişdir. Həmin məbləğin ödənilməsinin 497 gün (xx.xx.2022-ci ildən xx.xx.2023-cü il) gecikdirilməsinə görə dəymiş zərər məbləği 70873,56 manat (1041000 manatX5%:365 günX497 gün=70873,56) təşkil edir.
19. Eləcə də, iddiaçı mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
20. Məhkəmə hesab edir ki, 400 manat (dörd yüz) mediasiya xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ******* (bir milyon qırx bir min) manat məbləğin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 70873,56 manat (yetmiş min səkkiz yüz yetmiş üç manat əlli altı qəpik) və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 71273,56 manat (yetmiş bir min iki yüz yetmiş üç manat əlli altı qəpik) məbləğində pul “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova