Məhkəmə qərarları › İş №e-2-2(113)-4773/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4773/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4773/2025 19.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı “CRE Management Azerbaijan" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “subicarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “CRE Management Azerbaijan" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 fevral 2024-cü il tarixli, 351/24 nömrəli subicarə müqaviləsi ilə 2024-cü ilin aprel və may ayları üzrə hesablanmış, ümumilikdə ƏDV daxil 3645.45 manat məbləğində borcun; - 1376.05 manat məbləğində dəbbə pulunun; - vəkil xərcinin əvəzi olaraq 700 manat və 78 manat ödənimiş dövlət rüsumunun əvəzi cavabdeh “MGDESİGN“ Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “CRE Management Azerbaijan“ Məhdud Məsuliyyətl Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi, Nümayəndə3 xx.xx.2025-ci il tarixdə elektron qayadad ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında mübahisənin məhkəmədən kənar həll olunduğunu, o cümlədən razılaşdırılmış borc məbləğinin ödənildiyini və avadanlıqların geri qaytarıldığını nəzərə alaraq iş üzrə iddia tələbindən imtina etdiklərini bildirmiş və məhkmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, buna görə də vəsatət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261, 262, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “CRE Management Azerbaijan" MMC-nin nümayəndəsi, Nümayəndə3 iddiadan imtinası qəbul olunsun. İddiaçı “CRE Management Azerbaijan" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “subicarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar