Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-478/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi ilkin iddia üzrə Cavabdeh1nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və X1rşı müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilənin ləğv edilməsi, müqavilənin etibarsızlığı, əmlak tələbi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, ilkin iddia üzrə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə3, ilkin iddia üzrə cavabdehin nümayəndəsi, vəkil Nümayəndə4 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi ilkin iddia üzrə Cavabdeh1nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və X1rşı müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ŞİKŞ arasında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən, İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. İddiaçı MTK da həmin sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə sərəncamda qeyd olunan ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri, qanuni sahibləri ilə danışıqlar aparılmış, sökütüsü planlaşdırılan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə MTK-nın həmin ərazidə inşa edəcəyi binalarda razılaşdırılmış ölçülərdə yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi barədə mülkiyyətçilərlə ayrı-ayrı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin biri də 08 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin mülkiyyətçisi, hazırki iş üzrə Cavabdeh1 ilə bağlanmışdır. İddiaçı MTK və Cavabdeh1 ŞİKŞ arasında bağlanmış həmin müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK tərəfindən yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini Cavabdeh1 ŞİKŞ-yə təhvil verməsinin müddəti binanın bünövrəsinin qazıntısına başladıqdan sonra ümumilikdə 24 ay ( 18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi) müəyyən edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə görə, tərəflər razılığa gəlmişlər ki, cavabdehə məxsus söküləcək qeyri-yaşayış sahəsinin dəyəri ilə ona təhvil veriləcək yeni qeyri-yaşayış sahəsinin dəyəri bir-birinə bərabər tutulur. İddiaçı MTK, inşasına başlamaq istədiyi çoxmərtəbəli yaşayış binasının fundamentinin qazılması məqsədilə Cavabdeh1 ŞİKŞ-yə məxsus və ünvan 2 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahənin cüzi bir hissəsini zədələmişdir. Lakin sonradan cavabdehə aid əmlakla bağlı İddiaçı MTK-nın hər hansı hərəkət etməsinə, o cümlədən sökülməsinə zərurət qalmamışdır. Belə ki, cavabdehə aid əmlakın yerləşdiyi yerdə çoxmənzilli yaşayış binasının tikintisinə İddiaçı MTK-ya icazə verilməmişdir. İddiaçı MTK-nın inşasına icazə verilən çoxmənzilli yaşayış binasının bünövrəsi isə cavabdehə aid qeyri-yaşayış sahəsindən kənara salınmış, qeyri-yaşayış sahəsi ilə bina arasında 15 metr ara məsafəsi yaranmışdır. İddiaçı MTK, cavabdeh məxsus zirzəmi və yarımzirzəmi sökməməsinə baxmayaraq, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın inşası başa çatdıqdan sonra, MTK razılaşdırıldığı kimi, binanın R.Axundov və V.Plotnikav küçələrinin kəsişməsində yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil almasını Cavabdeh1 ŞİKŞ təklif etmişdir. Lakin Cavabdeh1 ŞİKŞ həmin sahəni qəbul etməkdən imtina etmişdir. MTK tərəfindən cavabdehə dəfələrlə şifahi və xx.xx.2023-cü il və xx.xx.2023-cü il və sair tarixlərdə yazılı qaydada müraciətlər ünvanlanaraq, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə hazır olması bildirilmiş və təhvil-təslim üçün MTK-nın ofisinə yaxınlaşması təklif olunmuşdur. Lakin Cavabdeh1 ŞİKŞ bu müraciətlərə məhəl qoymamış, əsassız bəhanələr gətirərək qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Cavabdeh1 ŞİKŞ, hüquqdan sui-istifadə edərək ona C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin ona verilməsini “Yeni "xxxx" MTK-dan tələb etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı MTK tərəfindən Cavabdeh1 ŞİKŞ təhvil veriləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ünvanı, mərtəbəsi və hətta yer səviyyəsi (yol ilə eyni səviyyədə) dəqiq göstərilmişdir (maddə 1.3). Həmin müqavilədə təhvil veriləcək qeyri-yaşayış sahəsinin məhz C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşməsi barədə şərt nəzərdə tutulmamışdır. İddiaçı MTK, Cavabdeh1 ŞİKŞ-yə məxsus yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin zədələnmiş cüzi bir hissəsini sonradan bərpa etmiş, həmin hissəni əvvəlki vəziyyətindən daha da yaxşı vəziyyətə gətirmişdir. Göründüyü kimi İddiaçı MTK və Cavabdeh1 ŞİKŞ-arasında 08 iyun 2020-ci il tarixdə müqavilə bağlanmasının məqsədi, MTK tərəfindən inşa ediləcək çoxmərtəbəli binanın bünövrəsinin (yerləşmə yeri) cavabdehə məxsus qeyri-yaşayış sahəsinin olduğu əraziyə düşməsi olmuşdur. Lakin sonradan həmin yerdə binanın tikintisinə icazə verilməmiş, yeni inşa ediləcək binanın bünövəsinin yeri isə isə cavabehə aid qeyri-yaşayış sahəsindən 15 metr aralıda müəyyən edilmişdir. Qeyd olunan bu dəyişikliklərin aparılmasına İddiaçı MTK-nın iradə ifadəsi olmamışdır. İddiaçı MTK bütün bu dəyişmələrin olacağını əvvəlcədən bilsəydi, o, Cavabdeh1 ŞİKŞ ilə 08 iyun 2020-ci il tarixdə müqaviləni heç bağlamazdı. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı MTK artıq küçələrinin kəsişməsində çoxmərtəbəli binanın inşasını başa çatdırmışdır. Cavabdeh1 ŞİKŞ-yə məxsus 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmi) isə tərəflər arasında müqavilə bağlandığı tarixə (08 iyun 2020-ci il) olan vəziyyətdə hazırda da mövcuddur. İddiaçı MTK həmin əmlakın zədələnmiş cüzi bir hissəsini bərpa etmişdir. Qeyri-yaşayış sahəsi texniki paspotunda göstərilən ölçülərdə və vəziyyətdədir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı MTK-nın mülkiyyətinə keçməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Cavabdeh1 ŞİKŞ-nin əmlak üzərində qeydə alınmış mülkiyyət hüququ bu gün qüvvədədir. İddiaçı MTK tərəfindən Cavabdeh1 ŞİKŞ-ə hər hansı formada zərər vurulmamışdır. İddiaçı MTK, xx.xx.2023-cü il, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə pretenziya məktubu ilə Cavabdeh1 ŞİKŞ-yə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləni 3 gün ərzində ləğv edəsiniz və Cavabdeh1 ŞİKŞ-yə məxsus, ünvan 3 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı MTK tərəfindən sökülmüş cüzi bir hissəsinə görə razılaşacaqları məbləğdə kompensasiyanı İddiaçı MTK-dan qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bütün bu təkliflərdən də imtina etmişdir. Həmçinin Cavabdeh1 ŞİKŞ qarşılıqlı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi (Ceyhun Hacıbəyli küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində) 21 və 23 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış komleksinin 1- ci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən 500 kv.m tam təmirli qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MTK-dan alınaraq cavabdehə təhvil verilməsinə və həmin sahə üzərində sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsindən də göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ arasında bağlanan müqavilənin 1.3-cü bəndinə görə, İddiaçı MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqaviləyə əsasən, cavabdeh öz mülkiyyətində olan sahəni ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın istifadəsinə və sərəncamına verməyi, həmin tərəf isə bütövlükdə bu sahəni qəbul edib orada hündürmərtəbəli bina inşa etdikdən sonra ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib bizə təhvil verməyi öhdəsinə götürmüşdür. Elə iddia ərizəsindən görünən növbəti hal ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, öz mülkiyyətində olan sahənin sökülməsinə razılıq vermiş, lakin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK onun mülkiyyətində olan sahəni söküərək, yararsız hala gətirmiş və müqavilə üzrə öz öhdəsinə düşən qeyri-yaşayış sahəsini isə ona təhvil verməkdən yayınmışdır. Tərəflər arasında rəsmiləşdirilən müqavilənin şərtlərindən də açıq aydın görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib onlara təhvil verməli olsa da bunu etməmiş, bu öhdəliyindən yayınmaq üçün isə hazırki iddianı məhkəməyə təqdim etmişdir. Nəticədə mülki qanunvericiliyin vicdanlılıq və öhdəliklərini yerinə yetirmə ilə bağlı normaları pozulmuş, həmçinin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində onların əmlakı yararsız hala düşmüş, bundan əlavə, bu hərəkətlər əldən çıxmış faydanın yaranmasına və haqqımız olan sahənin əldən çıxmasına səbəb olmuşdur. Hazırki mübahisədən isə o aydın olur ki, müqavilə tərəfi olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də qarşı tərəf vicdanlılığın tələb etdiyi qaydada hərəkət etməmiş, öz öhdəliklərini yerinə yetirmək əvəzinə cavabdehə təklif etdiyi sahəni tikib hazır vəziyyətə gətirsə də bu sahəni cavabdehə təhvil verməkdən yayınmağa çalışmaqdadır. Mülkiyyətdə olan sahəni təhvil almaq üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyriyaşayış sahəsinin harada yerləşəcəyini onlara bildirmiş, həmin sahəni də tikib tam təmir edib hazır vəziyyətə gətirmişdir, lakin, sonradan bu sahənin dəyərini əldə etmək niyyəti ilə iddia qaldırıb müqavilənin ləğvinə nail olmaq fikrinə düşmüşdür. Nəticədə öhdəliklərin lazımınca icra edilməməsi səbəbindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ-nə zərər dəyməkdədir. Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi (Ceyhun Hacıbəyli küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində) 21 və 23 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış komleksinin 1- ci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən 500 kv.m tam təmirli qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MTKdan alınaraq cavabdehə təhvil verilməsinə və həmin sahə üzərində sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqıla iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" MTK ilə digər Cavabdeh2 arasında ünvan 4 ünvanında tikilməkdə olan A bloku, 1-ci mərtəbə, ümumi sahəsi 260 kv.m. olan qeyri-yaşayış sahəsinin tikib təhvil verilməsinə dair 06 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi (Ceyhun Hacıbəyli küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində) 21 və 23 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış komleksinin 1-ci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən 500 kv.m tam təmirli qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MTK-dan alınaraq onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Həmin ərizəni ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MTK ilə iddiaçı Cavabdeh1 ŞİKŞ arasında bağlanan 08 iyun 2020-ci il tarixli müqavilənin 1.3-cü bəndinə görə, cavabdeh, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarım-zirzəmi və zirzəmisində 365.1 kv.m. əsas, 140.1 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqaviləyə əsasən, iddiaçı öz mülkiyyətində olan sahəni cavabdeh İddiaçı MTK-nın istifadəsinə və sərəncamına verməyi, cavabdeh isə bütövlükdə bu sahəni qəbul edib orada hündürmərtəbəli bina inşa etdikdən sonra ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib bizə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh1 ŞİKŞ müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, öz mülkiyyətində olan sahənin sökülməsinə razılıq vermiş, lakin cavabdeh İddiaçı MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Mülki qanunvericiliyin normalarından da görünür ki, tərəflər öz öhdəliklərini vicdanla yerinə yetirməli və bu öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirləri görməlidirlər. Hazırki mübahisədən isə o aydın olur ki, müqavilə tərəfi olaraq onlar öz öhdəliklərini yerinə yetirsələr də, qarşı tərəf vicdanlılığın tələb etdiyi qaydada hərəkət etməmiş, öz öhdəliklərini yerinə yetirmək əvəzinə onlar təklif etdiyi sahəni tikib hazır vəziyyətə gətirsə də, bu sahəni təhvil verməkdən yayınmağa çalışmaqdadır. Mülkiyyətlərində olan sahəni təhvil almaq üçün cavabdeh İddiaçı MTK ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin harada yerləşəcəyini onlara bildirmiş, həmin sahəni də tikib tam təmir edib hazır vəziyyətə gətirmiş, lakin sonradan bu sahənin dəyərini əldə etmək niyyəti ilə iddia qaldırıb müqavilənin ləğvinə nail olmaq fikrinə düşmüşdür. Nəticədə öhdəliklərin lazımınca icra edilməməsi səbəbindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ-nə zərər dəyməkdədir. Mülki qanunvericiliyin normalarına əsasən hər bir tərəf öz öhdəliyini icra etməməyə görə məsuliyyət daşımalıdır. Hazırda müqavilələri qüvvəsində olmasına baxmayaraq təəssüflər olsun ki, cavabdeh hələ də öz öhdəliklərini yerinə yetirməməkdədir. Bunun üçün onlar pretenziya ilə cavabdehə müraciət etmiş və müqavilə üzrə öhdəlikləri xatırladılmaqla öhdəliklərin icrası tələb edilmişdir. Hətta mübahisənin məhkəmədən kənar həlli üçün nümayəndə vasitəsi ilə cavabdehin məsul şəxsi ilə görüş də təşkil edilmiş, lakin bu tədbirlər heç bir müsbət nəticə verməmişdir. Bütün bu tədbirlərdən sonra məlum olur ki, cavabdeh öz öhdəliklərindən yayınmaqla yanaşı, onlara zərərin də vurulmasında maraqlıdır. Belə ki, tərəflərindən X4 görülməsinə dair Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-16(113)-484/2024 saylı qərardadı ilə ərizələri təmin edilmişdir. Həmin qərardad icrada olarkən onlara məlum olmuşdur ki, onlara təklif edilən 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi üç yerə bölünməklə ayrı-ayrı şəxslərə satılmışdır. Təəssüflər olsun ki, bu üç sahənin alıcısından yalnız birinin adını müəyyən etmək mümkün olmuşdur ki, həmin şəxsin vəkili yuxarıda qeyd edilən qərardadın onların hüquqlarına toxunduğunu bəhanə gətirərək məhkəmə qərardadından şikayət vermişdir. Hazırki iddia ərizəsinə surəti əlavə edilən 06 yanvar 2021-ci il tarixli Müqavilədən də görünür ki, cavabdeh onlara təklif etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsini adını sonradan dəqiqləşdirdikləri və hazırki ərizələri ilə cavabdeh kimi qoyduqları Cavabdeh2 satmışdır. Hazırda həmin sahə məhz bu xanımın istifadəsində və sahibliyindədir. Məhz bunu nəzərə alaraq, onlar hazırki məqamda iddianın həcminin artırılması və həmin xanımın da cavabdeh qismində cəlb edilməsi qərarına gəlmişlər. Düşünürlər ki, cavabdehlə Cavabdeh2 qızı arasında ünvan 4 ünvanında tikilməkdə olan A bloku, 1-ci mərtəbə, ümumi sahəsi 260 kv.m. olan qeyri-yaşayış sahəsinə görə bağlanan 06 yanvar 2021-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Qanunvericiliyin tələbləri və işin hallarından bir daha təsdiq edilir ki, Cavabdeh2 ilə 2021-ci il tarixdə müqavilə bağlayan zaman, artıq 2020-ci il tarixli müqavilə ilə bu sahəni iddiaçıya verdiyini bilmiş, lakin 2021-ci il tarixli müqaviləni bağlamaqla Cavabdeh2 aldadaraq pulunu almağı qarşısına məqsəd qoymuşdur. Bu səbəbdən də belə hesab edirlər ki, cavabdeh İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2021-ci il tarixli Müqavilə etibarsız hesab edilməli, cavabdeh müqavilə üzrə öhdəliklərindən yayınmasını dayandırmalı və onlara vəd edilən daşınmaz əmlakın onlara təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İlkin və qarşılıqlı iddia tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 422, 423, 424, 425, 430.1, 443, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin mülkiyyətçisi Cavabdeh1 ŞİKŞ ilə İddiaçı MTK arasında 08 iyun 2020-ci il tarixli müqavilə bağlanmışdır. Tərflər arasında bağlanmış həmin müqavilənin 1,3-cü maddəsinə görə, iddiaçı “Yeni Dünya" MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsini Cavabdeh1 ŞİKŞ-yə təhvil verməsinin müddəti binanın bünövrəsinin qazıntısına başladıqdan sonra ümumilikdə 24 ay (18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi) müəyyən edilmişdir. İddiaçı MTK, inşasına başlamaq istədiyi çoxmərtəbəli yaşayış binasının fundamentinin qazılması məqsədilə cavabdeh “Əliyev və K" ŞİKŞ-yə məxsus və ünvan 2 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin cüzi bir hissəsini zədələmişdir. Lakin sonradan cavabdehə aid əmlakla bağlı “Yeni Dünya" MTK-nın hər hansı hərəkət etməsinə, o cümlədən sökülməsinə zərurət qalmamışdır. Belə ki, cavabdehə aid əmlakın yerləşdiyi yerdə çoxmənzilli yaşayış binasının tikintisinə “Yeni Dünya" MTK-ya icazə veriməmişdir. “Yeni Dünya" MTK-nın inşasına icazə verilən çoxmənzilli yaşayış binasının bünövrəsi isə cavabdehə aid qeyri-yaşayış sahəsindən kənara salınmış, qeyri-yaşayış sahəsi ilə bina arasında 15 metr ara məsafəsi yaranmışdır. "xxxx" MTK, cavabdeh məxsus zirzəmi və yarımzirzəmi sökməməsinə, ona hər-hansı zərər vurmamasna baxmayaraq, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın inşası başa çatdıqdan sonra, MTK razılaşdırıldığı kimi, binanın R.Axundov və V.Plotnikav küçələrinin kəsişməsində yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil almasını "Əliyev və K” ŞİKŞ təklif etmişdir. Lakin Cavabdeh1 ŞİKŞ həmin sahəni qəbul etməkdən imtina etmişdir. Müqavilə üzrə razılaşdırılmış qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina edən Cavabdeh1 ŞİKŞ əvəzinə həmin binanın “Ceyhun Hacıbəyli və Vladislav Plotnikov küçələrinin kəsişməsində yerləşən tərəfdən ona qeyri-yaşayış sahəsinn verilməsini tələb etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, iddiaçı tərəfindən cavabdehə təhvil veriləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ünvanı, mərtəbəsi və hətta yer səviyyəsi (yol ilə eyni səviyyədə) dəqiq göstərilmişdir (maddə 1.3). Həmin müqavilədə təhvil veriləcək qeyri-yaşayış sahəsinin məhz C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşməsi barədə şərt nəzərdə tutulmamışdır. Bu müqavilə bağlandıqdan sonra tərəflər müqaviləyə dəyişiklik və ya əlavə etməmişlər. Cavabdeh müqavilə şərtlərini və öhdəliyini pozmuşdur, öhdəliklərini yerinə yet irməmişdir, həm də əsassız olaraq ayrıayrı orqanlara MTK-dan əsassız şikayətlər verməklə MTK-nın fəaliyyətinə və nüfuzuna ziyan yetirmişdir. Göründüyü kimi, iddiaçı “Yeni Dünya" MTK, yarımzirzəmi və zirzəmidə yerləşən ümumi sahəsi 365.1 kv.m. qeyri-yaşayış sahəsinin zədəlnmiş, lakin sonra əvvəlki vəziyyətindən də yaxşı vəziyyətə gətirilmiş cüzi hissəsinin əvəzinə yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində, 500 kv.m ölçüdə qeyri-yaşayış sahəsini tam təmirli vəziyyətdə cavabdehə təhvil verməyə cəhd göstərsə də, cavabdeh həmin əmlakın qəbulundan əsassız olaraq imtina etmişdir. Bununla da cavabdeh, onunla iddiaçı arasında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bundan başqa, “Yeni Dünya" MTK, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh1 ŞİKŞ-yə razılaşdırılmış məbləğdə kompensasiya ödənilməsini do təklif etmiş, lakin cavabdeh bu təklifi də rədd etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 ilkin iddianı müdafiə, qarşılıqlı iddinı rədd edərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq etmiş, həmçinin suallara cavab olaraq bildirmişdir ki, onlar Cavabdeh1 ŞİKŞ-ə məxsus olan sahənin cuzi bir hissəni sökmüşlər, sonra isə zədələnmiş həmin hissəni bərpa etmişlər. Qarşı tərəfin nümayəndəsinin iştirakı ilə keçirilən yerli baxış zamanı da bu hal bir daha təsdiq olunmuşdur. Qarşı tərəfin nümayəndəsi yerli baxış zamanı bu halı inkar edən hər hansı münasibət bildirməmiş, hətta məhkəmə tərəfindən verilən sual qarşısında sökülüb yerə qoyulan qapıları Cavabdeh1 ŞİKŞ tərəfindən söküldüyünü, zirzəminin isə əvvəlki vəziyyətdə olduğunu qeyd etmişdir. Onlar qarşı tərəfə yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil alması barədə təklif etmişlər, lakın tərəf razılaşmamışdır. Bununla bağlı tərəflər arasında dəfələrlə danışıqlar olmuşdur. Sonuncu layihə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənməyib, sadəcə mövcud vəziyyəti əks etdirən layihəni məhkəməyə təqdim etmişlər. İlkin olaraq müqavilə bağlandıqda bu layihə var yox idi. Sonda o, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianən rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə4 ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, qarşılıqlı iddiada qeyd olunan nüansları sübut etmək onlar üçün çətindir. İddialarının əsasını təşkil edən sübut layihədir, hansı ki, bu sübut ilkin iddia üzrə iddiaçının özündədir. Onlar tərəfdən X4 görülməsinə dair Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-16(113)-484/2024 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardad icrada olarkən onlara məlum olmuşdur ki, onlara təklif edilən 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi üç yerə bölünməklə ayrı ayrı şəxslərə satılmışdır. Təəssüflər olsun ki, bu üç sahənin alıcısından yalnız birinin adını müəyyən etmək mümkün olmuşdur ki, həmin şəxsin vəkili yuxarıda qeyd edilən qərardadın onların hüquqlarına toxunduğunu bəhanə gətirərək məhkəmə qərardadından şikayət vermişdir. 06 yanvar 2021-ci il tarixli müqavilədən də görünür ki, onlara təklif edilməli qeyri-yaşayış sahəsinin bir hissəsini iddiaçı, adını sonradan dəqiqləşdirdiyi və hazırda cavabdeh kimi qoyduqları Cavabdeh2 satmışdır. Hazırda həmin sahə məhz bu xanımın istifadəsində və sahibliyindədir. Onlar düşünürdülər ki, məhkəmə gedişatı zamanı məhkəmə sübutları əldə etdikcə 500kv.m sahənin kimlərə və nə zaman satıldığı məsələsini aydınlaşdırarlar, təəssüf ki, bu baş verməmişdir. Qarşı tərəfin nümayəndəsi məhkəməyə verdiyi izahat zamanı onlara məxsus heç bir sahəni zəbt etmədiklərini bildirirlər. Halbuki onlara məlumdur ki, hazırkı mübahisədən öncə qarşı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, e-2-2(113)- 6498-2023 saylı iş Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olmuşdur. Həmin iddia ərizəsində qarşı tərəf 78kv.m sahəni yararsız hala saldıqlarını, 1 kv.m 1500 manat pul məbləğindən hesablayaraq onlara həmin sahəyə mütənasib pul təklif etdiklərini bildirmişdilər. Həmin iş üzrə tikinti-texniki ekspertiza təyin edilərkən 78kv.m sahənin 1kv.m-nin dəyərinin 1500 manat deyil, 5000 manat dəyərində olması aşkarlanmışdır. Dərhal qarşı tərəf dekabr ayında iddia ərizəsini geri götürdü. Bu nüanslar bir daha göstərir ki, hazırkı iddia tələbi həqiqəti əks etdirmir. Onlara ayrılan sahə tərəflər arasında bağlanılmış müqavilədə açıq-aşkar göstərilmişdir. Müqavilə 2020-ci ildə bağlanılmışdır. Layihənin yekun variantı 2019-cu ildə hazırlanıb. Təqdim olunmuş sübutlardan da bu hal təsdiqlənir. Lakin hazırda tərəfə bununla bağlı sual verildikdə o, müqavilə bağlanılarkən məhz son layihənin onlarda olmadığını bildirmişdir. İşin obyektiv, hərtərəfli araşdırılması baxımından onlarda sübut yetərsizliyi vardır. İddialarının əsası olan sübut məhz iddiaçıda olduğu təqdirdə iddiaçı tərəf A bloku üzrə layihəni məhkəməyə təqdim etməmiş, özündə saxlayaraq həqiqətin üzə çıxmasına mane olmuşdur. Cavabdeh2 nümayəndəsinin ilkin hazırlıq iclasında iştirak edib sonrakı proseslərdə iştirak etməməsi də bir daha onlarda nəyəsə güvən, rahatçılıq olduğuna işarədir. Onlar iddiaları üzrə sübutetmə vəzifələrini yerinə yetirə bilməsələr də və bu yolda məhkəmnin də onlara köməkliyi olmasa da, hesab edir ki, e-sistemə əlavə etdikləri məhkəmə qərardadı, məhkəmənin icraatında olmuş işlə iddialarının əsaslı olduğu təsdiqlənir. Onların müqaviləsinin 2020-ci il olması və onların müqaviləsindən 1 il sonra Cavabdeh2 ilə müqavilənin rəsmiləşdirilməsinə görə sonuncu müqavilə etibarsız hesab edilməlidir. Həmçinin əlavə olaraq sullara cavabında o, bildirmişdir ki, qarşı tərəfə şifahi qaydada dəfələrlə sübutların təqdim edilməsi barədə sorğular vermişlər, lakin heç bir sübut onlara təqdim edilməmişdir. Onlar da məcbur qalıb X4 görülməsinə dair Bakı Kommersiya Məhkəməsinə ərizə müraciət etməli oldular və Bakı Kommersiya Məhkəməsinin e- 16(113)-484/2024 saylı qərardadı ilə qismən də olsa sübut əldə etmişlər. Onlara verilməli sahə 3 yerə bölünüb, müqaviləyə əsasən 260 kv.m. Cavabdeh2, bir hissəsi Xonça evinə, digər hissəsi isə “Coffee shop”a verilmişdir. Müvəqqəti təminat tədbirinə dair qərardad icra olunarkən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru mübahisəli sahəyə gəldikdə orada tərəfdən həmin sahənin 500 kv.m. olduğunu soruşduqda tərəf bunu təsdiqləmişdir. Hətta icra məmuru oranın vizual baxışda 500 kv.m kimi görünmədiyini qeyd etmişdir. Lakin Xonça evi və “Coffee Shop” sahələri ilə birgə 3 sahənin ümumi cəmi 500 kv.m. olur. Hər biznesmen öz sahibkarlıq fəaliyyətində daha çox qazanc əldə etmək istəyər. Odur ki, qarşı tərəf daha çox qazanc əldə etmək üçün onlara verməli olan sahəni başqa şəxslərlə müqavilə bağlayaraq vermişdir. Müqavilə şərtlərinə əsasən 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyriyaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi ilkin iddiaçı öhdəsinə götürmüşdür. Hətta iddiaçı cavabdehə ilk öncə yuxarı mərtəbədə yaşayış sahəsi təklif etsə də, onlar razılaşmamış, soyuducuların istehsalı ilə məşğul olduğu üçün soyuducuların yerləşdirilməsi baxımından yol səviyyəsi ilə eyni olan sahənin verilməsini tələb etmiş və müqavilə də bu istiqamətdə bağlanmışdır. Bu təklif onlara olunan zaman artıq layihə hazır idi və foto-şəkilləri də tərəfin özündə vardı. Layihədən də göründüyü kimi hazırda onlara təklif olunan sahə yol səviyyəsi ilə eyni deyil, mənfi göstəricisi olan sahə 1-ci mərtəbə sayıla bilməz. Sonda o, qarşılılı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 İddiaçı ilə müqavilə bağlamış, daşınmaz əmlakı təhvil almışdır, Cavabdeh1 yeri qeyri-dəqiq, məlum deyildir. Cavabdeh1 müqavilədə göstərdiyi ünvan tamamilə başqadır. Cavabdeh2 müqaviləsində qeyd edilən ünvanı konkret olaraq “a” bloku göstərilmişdir. Həmin blokdan da qeyri-yaşayiş sahəsi sonuncuya təhvil verilmişdir. Bu günə qədər də onun sahibliyində və istifadəsindədir. Bütün kommunallar da onun adınadır. Sonda o, məhkəmə iclasının onun iştiraki olmadan keçirib, Cavabdeh1 Cavabdeh2 qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MTK (Birinci tərəf) ilə Cavabdeh1 ŞİKŞ (İkinci tərəf) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin predmetindən görünür ki, "Tərəf 1" Bakı şəhəri Nəsimi rayonu, 741 -cl məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və "Tərəf 2" isə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmi və yarımzirzəmi) boşaltdırılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. Müqavilənin 1.2-ci bəndinə əsasən "Tərəf 1" Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cu il tarixli sərəncamın əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək "Tərəf 2"yə kirayə edilmiş qeyri- yaşayış sahəsində yerləşdirilməsi üçün təhvil veriləcək qeyri-yaşayış obyektinin təhvil-təslim aktının iki tərəfin imzaladığı günədək aylıq 5000 (beş min) manat kompensasiya (kirayə haqqını) ödəmək barədə şərtləşmişlər. Müqavilənin 1.3cü bəndinə əsasən "Tərəf 1” Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və “Tərəf 2"-nin razılığına əsasən ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********57-05101-083001 olan Çıxarışa əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m ümumi, 225.0 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 5 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibərət qeyri-yaşayış sahəni tam təmir edib təhvil verməyi öz üzərinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən "Tərəf 2" nin əldə etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması, nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi "Tərəf 1" tərəfindən və ya "Tərəf 1"in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, qeyriyaşayış sahəsi təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilməsi şərtləşdirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd edilən qeyri-yaşayış sahəsi sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli qeyri-yaşayış sahəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri bir-birinə bərabər tutulur. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 614 saylı Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Sərəncamından görünür ki, İddiaçı xx.xx.2014-cü ü tarixli, 1 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır. İddiaçı MTK (MTK) ilə Cavabdeh2 (Payçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin predmetindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 5 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümümi sahəsi 260 kv.m olan qeyriyaşayış sahəsini tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 5 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümümi sahəsi 260 kv.m olan qeyri-yaşayış sahəsini təmirsiz qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada qeyri-yaşayış sahəsi üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin, İddiaçınə məxsus yaşayış kompelksində xidmət göstərəcək şirkətə kommunal və digər xidmət ödənişini etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən “Payçı” “MTK”-nə aldığı qeyri-yaşayış sahəsi üçün aşağıda müəyyənləşdirilmiş qaydada ümumilikdə 512356 manat ödəməyi şərtləşdirmişdir. Müqavilənin 3.2-ci maddəsinə əsasən “Payçı” “MTK”nə aldığı qeyri-yaşayış sahəsinin 1 kv.m üçün 1970,60 manat ödəməyi şərtləşdirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi, Vəkil təqdim etdiyi müqavilə, qəbzlər, ərizə, aktlar və texniki şərtlərdən görünür ki, ünvan 6 ünvanında elektrik enerjisi və təbii qaz üzrə komullar X2 adınadır. 03 sentyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MTK tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. 23 may 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh1 ŞİKŞ tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən mübahisəli yaşayış kompleksi yerində müayinə olunaraq müəyyən edilmişdir ki, tikilmiş kompleksin yerləşdiyi relyef enişli və yoxuşludur, həmin binada yer səviyyəsində 500 kv.m. sahəsi olan 1-ci mərtəbə mövcud deyil, Cavabdeh2 əmlakının sahəsi 500 kv.m. deyil, ilkin iddia üzrə cavabdehin əmlakının çox hissəsi sökülməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-cü maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2.1-ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK, Cavabdeh1 ŞİKŞ-in mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyriyaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İlk öncə ilkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı MTK ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakını sökərək yerində hündür mərtəbəli bina tikmək məqsədi ilə sonuncunun 365,1 kv.m. əmlakınını əvəzində tikiləcək binanın 1-ci mərtəbəsindən yer səviyyəsində 500 kv.m. təmirli əmlak verməyi öhdəsinə götürsə də, sonradan binanın həmin ərazidə tikilməsinə müvafiq orqanlar tərəfindən icazə verilməmişdir. Buna görə də ilkin iddia üzrə İddiaçı MTK ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞin əmlakını tam deyil, yalnız bir hissəsini sökdükdən sonra dayanmışdır. Həmçinin məhkəmə tərəfindən yerində müayinə aparılarkən də bu fakt, ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakının çox hissəsinin sökülməməsi öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə tərəfindən yerində müayinə aparılarkən tikilmiş kompleksin yerləşdiyi relyefin enişli və yoxuşlu olduğu, həmin binada yer səviyyəsində 500 kv.m. sahəsi olan 1-ci mərtəbənin olmadığı, Cavabdeh2 əmlakının sahəsinin 500 kv.m. olmadığı vizual olaraq aşkar görünmüşdür. Hətta ilkin iddia üzrə iddiaçının müqavilə şərtlərinə nisbətən uyğun gələn, təklif etdiyi 500 kv.m. sahəni isə ilkin iddia üzrə cavabdeh qəbul etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı MTK öz iradəsindən asılı olmayan səbəblərdən müqavilə üzrə nəzərdə tutulmuş vəzifələrini həyata keçirə bilmədiyindən, onun xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı tələbi haqlıdır. Belə ki, müqavilənin ləğv üçün səbəb ilk növbədə şəraitin ilkin iddia üzrə İddiaçı MTK üçün əhəmiyyətli dəyərəcədə dəyişməsi halı ilə bağlıdır. Çünki İddiaçı MTK müqaviləni bağlayarkən gələcəkdə tikiləcək kompleksin ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞin əmlakının yerində tikilməyəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Bu hal İddiaçı MTK-nın özünün iradəsi ilə baş verməmiş, hərəkətləri nəticəsində yaranmamış, sadəcə müvafiq orqanlar tərəfindən ona həmin ərazidə bina tikilməsinə icazə verilməmişdir. İlkin iddia üzrə İddiaçı MTK-nın müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, artıq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə bərabər tutulmalıdır. İlkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in nümayəndəsi ilkin iddiaya münasibətini qarşılıqlı iddia da qeyd etmişdir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə işin yuxarıda sadalanan hallarını əsas götürərək hesab edir ki, ilkin iddia təmin olunaraq tərəflər arasındakı xx.xx.2020-ci il taxli müqavilə ləğv ediləcəyindən qarşılıqlı iddia təmin olunmamalıdır. Çünki həmin müqavilə ləğv edildikdən sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ qarşısında hər hansı öhdəliyi qalmayacaqdır. Belə olan halda isə qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin icrasını tələb edə bilməz. Qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-dan əmlakına dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia təmin olunaraq xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Bundan başqa, ilkin iddia iddia təmin, qarşılıqlı iddia rədd olunduğundan məhkəmə hesab edir ki, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşıqlıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə İddiaçı MTK ilə ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ arasında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilə ləğv edilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-dən ilkin iddia üzrə İddiaçı MTK-nın xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və X1rşı müqavilənin etibarsız hesab edilməsi və qeyriyaşayış sahəsinin təhvil verilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşıqlıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ-in özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-478/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-478/2025
12.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver