Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-479/2021 16.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlərin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə və “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkətinə qarşı kredit borcunun ödənilməsi tələbi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 01.06.2017-ci il tarixli 04 saylı müqaviləyə əsasən 10708,33 ABŞ dolları üxbir bank üzrə faiz borcu, cəmi 48308,54 ABŞ dolları və 16.06.2017-ci il tarixli 05 saylı müqaviləyə əsasən 9310,97 ABŞ dolları faiz borcu, 34970,05 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 1931 ABŞ dolları İddiaçı ASC üzrə birdəfəlik xidmət haqqı borcu, 200 ABŞ dolları müxbir bank üzrə birdəfəlik xidmət haqqı, cəmi 56512,54 ABŞ dolları borcun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı iləCavabdeh1 MMC arasında bağlanmış 01.06.2017-ci il tarixli 04 saylı müqaviləyə əsasən Bank pirinsipialın lehinə öz öhdəliklərini tam yerinə yetirəcək müddətə kimi 863000 ABŞ dolları və 01.06.2017-ci il tarixli 05 saylı Müqaviləyə əsasən Bank pirinsipialın lehinə öz öhdəliklərini tam yerinə yetirəcək müddətə kimi 863,000 ABŞ dolları “İcra Qarantiya məktubları verilmişdir. Cavabdehlə bağlanmış Qarantiya müqavilələrinə əsasən cavabdeh Banka birdəfəlik xidmət haqqı və fazilərin ödənilməsini öz üzərinə götürmüş, lakin ödənişləri həyata keçirməmişdir. Bununla bağlı cavabdehə Banka olan borcunun 5 iş günü ərzində tam ödənilməsi barədə 07/08-472 saylı, 17 fevral 2020-ci il tarixli pretenziya göndərilmiş və cavabdeh tərəfindən alınmış, buna baxmayaraq cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdeh1 MMC-nin 15 oktyabr 2020-ci il tarixinə 01.06.2017-ci il tarixli 04 saylı müqaviləyə əsasən faiz borcu 10708,33 ABŞ dolları faiz, 37600,21 ABŞ dolları müxbir bank üzrə fazi borcu, cəmi 48308,54 ABŞ dolları və Cavabdeh1 MMC-nin 15 oktyabr 2020-ci il tarixinə 16.06.2017-ci il tarixli 05 saylı müqaviləyə əsasən faiz borcu 9310,97 ABŞ dolları faiz, 34970,05 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 1931,52 ABŞ dolları İddiaçı ASC üzrə birdəfəlik xidmət haqqı borcu, 200 ABŞ dolları müxbir bank üzrə birdəfəlik xidmət haqqı, cəmi 46412,54 ABŞ dolları borcu var. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1nə və “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkətindən İddiaçı ASC-nin xeyrinə 01.06.2017-ci il tarixli 04 saylı müqaviləyə əsasən 297551 ABŞ dolları əsas kredit borcunun, 810 ABŞ dolları faiz kredit borcu, cəmi 298361,61 ABŞ dolları kredit borcu, o cümldən 22625 ABŞ dolları faiz borcu, 51568 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 458,71 ABŞ dolları müxbir bank üzrə birdəfəlik xidmət haqqı borcu, cəmi 74651,71 ABŞ dolları və 16.06.2017-ci il tarixli 05 saylı müqaviləyə əsasən 613750 ABŞ dolları əsas kredit borcu, 14734,79 ABŞ dolları faiz kredit borcu, cəmi 628484,79 ABŞ dolları kredit borcunun, habelə, 14946,04 ABŞ dolları faiz borcu, 42570,77 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 1931,52 ABŞ dolları müxbir bank üzrə borc, 200 AB dolları birdəfəlik xidmət haqqı borcu, cəmi 59598,33 ABŞ dolları borcunun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədn iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında 01.06.2017-ci il tarixli 04 nömrəli və 16.06.2017-ci il tarixli 05 nömrəli qarantiya müqaviləsi bağlanmışdır. Bu müqavilələrin heç biri kredit müqaviləsi olmamışdır və bu müqavilələr əsasında cavabdehə hər hansı kredit verilməmişdir. Yəni, cavabdeh iddiaçının hər hansı kredit vəsaitindən faktiki olaraq istifadə etməmişdir. Müqavilələrin predmeti olan 1-ci maddəsində göstərildiyi kimi iddiaçı “X2” ASC "xxxx" ASC-nin təqdim etdiyi “Qarantiya məktubu”nun təminatı olaraq prinsipalın (cavabdeh "xxxx" MMC-nin) lehinə "xxxx" ASC-yə 863000 ABŞ dolları məbləğində, birdəfəlik 0.3 % xidmət haqqı ödənilməsi və illik 2.0 % olması şərtilə 10 may 2021-ci il tarixinədək Qarantiya məktubları təqdim etməli idi. Göründüyü kimi hər iki müqavilədə birdəfəlik xidmət haqqı və illik faiz dərəcəsi müvafiq olaraq 0.3 % və 2.0 %-dir. Həmin müqavilələrin “Qarantiyanın verilməsi şərtləri” adlanan 2-ci maddəsinin 2.2-ci bəndində qeyd olunmuşdur ki, “Müqavilənin qüvvədə olduğu müddətdə benefisiar "xxxx" ASC tərəfindən qaldırılan iddia məbləği prinsipalın razılığı tələb olunmadan onun hesabından silinəcəkdir. Hesabında vəsait olmadıqda isə Baş Ofisin razılığı ilə girov götürməklə Bank Prinsipala bu məbləği 6 ay müddətinə illik 14 %-lə bu müqaviləyə əsasən kredit kimi rəsmiləşdirəcək və öhdəlik bu vəsait hesabına ödəniləcəkdir (Qarantiya örtüksüz olduqda). İddiaçı müqavilələrin bu müddəasına istinad edərək qarantiyanın kreditə çevrilməsini müəyyənləşdirərkən cavabdehlə hər hansı razılığa gəlməmiş, kredit rəsmiləşdirilməsi iddiaçının özü tərəfindən təktərəfli aparılmış, bununla da bir sıra qanunvericilik və normativ hüquqi aktların tələblərini pozmuşdur. Bundan başqa İddiaçı ASC cavabdeh "xxxx" MMC-nin benefisiar qarşısında 297551,61 ABŞ dolları həcmində öhdəliyini yerinə yetirmədiyinə görə benefisiardan daxil olmuş 297551,61 ABŞ dolları həcmində tələbi “Paşa Bank ASC”-yə 01.06.2021-ci il tarixdə bu tələb, yəni 297551,61 ABŞ dolları həcmində ödəmişdir. Yəni müqavilə 863000,00 ABŞ dolları məbləğdə bağlansa da qarantiya öhdəliyinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə iddiaçı tələb edilən məbləği ödəmə öhdəliyini 297551,61 ABŞ dolları həcmində icra etmişdir. İddiaçının cavabdehdən qarantiyanın kreditə çevrilməsi şərtilə yüksək məbləğdə pul tələb etməsi qanunsuz və əsassızdır. Onu da qeyd etmək lazımdır ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" ASC-yə 173122,93 ABŞ dolları həcmində faiz ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəməmühasibat eksprtizası üzrə 10 sentyabr 2021-ci il tarixli, 9/3049 nömrəli ekspert rəyindən göründüyü kimi 01.07.2021-ci il tarixə illik 2 % dərəcəsi ilə cavabdehin faiz borcu 22625 ABŞ dolları təşkil edir. Göründüyü kimi iddiaçıya (173.122,93-22.625,00=150.497,93) 150.497.93 ABŞ dolları artıq vəsait ödənilmişdir. Müxbir bank üzrə faizlərin və digər xərclərin müəyyən edilməsi və ödənilməsi qanunvericilikdə, digər normativ-hüquqi aktlarda və müqavilələrdə nəzərdə tutulmadığından onların hesablanması və tələb edilməsi də qanunsuz və əsassızdır. Ona görə də cavabdehin iddiaçıya hər hansı bir faiz borcu yoxdur. İş materiallarında olan: - 01.06.2017-ci il tarixli 04 saylı müqaviləyə əsasən "xxxx" ASC-nin prinsipalın (AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC) lehinə Roads Department of the Ministry of Regiona Development and İnfrastructure of Georgia (benefisiar) təqdim etdiyi qarantiya məktubunun təminatı olan prinsipialın lehinə "xxxx" ASC-yə 863000 ABŞ dolları məbləğində, birdəfəlik 0.3% xidmət haqqı ödənilməsi, illik 2.0% olması şərti ilə örtüksüz, 10 may 2021-ci il tarixinədək İcra Qarantiya məktubunu təqdim etməyi öhdəsinə götürmüşdür. - 16.07.2017-ci il tarixli 05 saylı müqaviləyə əsasən "xxxx" ASC-nin prinsipalın (AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC) lehinə Roads Department of the Ministry of Regiona Development and İnfrastructure of Georgia (benefisiar) təqdim etdiyi qarantiya məktubunun təminatı olan prinsipialın lehinə "xxxx" ASC-yə 863000 ABŞ dolları məbləğində, birdəfəlik 0.3% xidmət haqqı ödənilməsi, illik 2.0% olması şərti ilə örtüksüz, 10 mat 2019-cu il tarixinədək Avans Qarantiya məktubunu təqdim etməyi öhdəsinə götürmüşdür. - 01.06.2017-ci il tarixli 04 saylı müqaviləyə əsasən açılmış icra qarantiyası üzrə prinsipal Cavabdeh1 MMC-nin qarant İddiaçı ASC-yə 15.10.2020-ci il tarixə olan borcu barədə maliyyə arayışına əsasən qarant bank üzrə faiz borcu 10708,33 ABŞ dolları, müxbir bank üzrə faiz borcu 37600.21 ABŞ dolları olmaqla ümumi borc 48308,54 ABŞ dolları təşkil etmişdir. - 16.06.2017-ci il tarixli 05 saylı müqaviləyə əsasən açılmış avans qarantiyası üzrə prinsipal AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC-nin qarant İddiaçı ASC-yə 15.10.2020-ci il tarixə olan borcu barədə maliyyə arayışına əsasən qarant bank üzrə faiz borcu 9310,97 ABŞ dolları, müxbir bank üzrə faiz borcu 34970,05 ABŞ dolları, qarant bank üzrə birdəfəlik xidmət haqqı borcu 1931,52 ABŞ dolları, müxbir bank üzrə birdəfəlik xidmət haqqı borcu 200 ABŞ dolları olmaqla ümumi borc 46412,54 ABŞ dolları təşkil etmişdir. - 01.06.2017-ci il tarixli, 04/17 saylı və 16.06.2017-ci il tarixli, 05/17 saylı zaminlik müqavilələrinə əsasən İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh1 MMC arasında 01 iyun 2017-ci il tarixdə bağlanmış 04 saylı müqavilə ilə əlaqədar olar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin kimi “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkəti borcalan ilə birlikdə Bank qarşısında birgə məsliyyət daşımağı öhdəsinə götürmüşdür. - 17.06.2021-ci i tarixli hesabdan çıxarışa əsasən Cavabdeh1 MMC-nin qarant İddiaçı ASC-yə əsas borc qalığı 29755,51 ABŞ dolları, faiz borc qalığı 1851,43 ABŞ dolları olmaqla ümumi qalıq 299403,04 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. - 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. - 480-cı maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. - 484.1 və 484.2-ci maddəsinə əsasən benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir. - 485.1 və 485.2-ci maddəsinə əsasən benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir. - 486.1 və 486.2-ci maddəsinə əsasən əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir. Əgər benefisiarın tələbini ödəyənə qədər qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas öhdəlik tamamilə və ya müvafiq hissədə artıq icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir və ya etibarsızdır, bu barədə o dərhal benefisiara və prinsipiala məlumat verməlidir. Bu cür məlumat verildikdən sonra qarant benefisiardan təkrarən aldığı tələbi ödəməlidir. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, e-2-2(113)-479/2021 saylı qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 10 sentyabr 2021-ci il tarixli, 9/3049 saylı rəyində qeyd olunmuşdur ki, 01.06.2017-ci il tarixli 04 saylı müqavilə üzrə Cavabdeh1 MMC-nin iddia ərizəsində borcun hesablandığı 15.10.2020-ci il tarixə banka olan borcu 48308,54 ABŞ dolları məbləğində müəyyən edildiyi, faiz borcu (illkik 2% dərəcəsi ilə) 10708,33 ABŞ dolları, müxbir bank üzrə faiz borcu 37699,21 ABŞ dolları, borcun hesablandığı 01.07.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin banka olan borcu 74651,71 ABŞ dolları məbləğində müəyyən edildiyi, o cümlədən faiz borcu (illik 2% dərəcəsi ilə) 22625 ABŞ dolları, müxbir bank üzrə faiz borcu 51568 ABŞ dolları, müxbir bank üzrə xidmət haqqı borcu 458,71 ABŞ dolları, 16.06.2017-ci il tarixli 05 saylı müqavilə üzrə Cavabdeh1 MMC-nin iddia ərizəsində borcun hesablandığı 15.10.2020-ci il tarixdə banka olan borcu 46412,54 ABŞ dolları məbləğində məyyən edildiyi, o cümlədən faiz borcu (illik 2% dərəcəsi ilə) 9310,97 ABŞ dolları, müxbir bank üzrə faiz borcu34970,05 ABŞ dolları, birdəfəlik xidmət haqqı üzrə borcu (0.3% ilə) 1931,52 ABŞ dolları və müxbir bank üzrə xidmət haqqı borcu 200 ABŞ dolları. Borcun hesablandığı 01.06.2021-ci il tarixə Cavabdeh1 MMC-nin banka olan borcu 59598,33 ABŞ dolları məbləğində müəyyən edildiyi, o cümlədən faiz borcu (illik 2% dərəcəsi ilə) 14946,04 ABŞ dolları, müxbir bank üzrə faiz borcu 42520,77 ABŞ dolları, birdəfəlik xidmət haqqı üzrə borcu (0.3% ilə) 1931,52 ABŞ dolları v\ müxbir bank üzrə xidmət haqqı borcu 200 ABŞ dolları təşkil etmişdir İşin faktiki halları ilə təsdiq olunur ki, 01.06.2017-ci il tarixli 04 saylı müqaviləyə əsasən "xxxx" ASC-nin prinsipalın (AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC) lehinə Roads Department of the Ministry of Regiona Development and İnfrastructure of Georgia (benefisiar) təqdim etdiyi qarantiya məktubunun təminatı olan prinsipialın lehinə "xxxx" ASC-yə 863000 ABŞ dolları məbləğində, birdəfəlik 0.3% xidmət haqqı ödənilməsi, illik 2.0% olması şərti ilə örtüksüz, 10 may 2021-ci il tarixinədək İcra Qarantiya məktubunu təqdim etməyi və 16.07.2017-ci il tarixli 05 saylı müqaviləyə əsasən "xxxx" ASC-nin prinsipalın (AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC) lehinə Roads Department of the Ministry of Regiona Development and İnfrastructure of Georgia (benefisiar) təqdim etdiyi qarantiya məktubunun təminatı olan prinsipialın lehinə "xxxx" ASC-yə 863000 ABŞ dolları məbləğində, birdəfəlik 0.3% xidmət haqqı ödənilməsi, illik 2.0% olması şərti ilə örtüksüz, 10 mat 2019-cu il tarixinədək Avans Qarantiya məktubunu təqdim etməyi öhdəsinə götürmüşdür. İş materialları ilə təsdiq olunur ki, müqavilə şərtlərinə uyğun olaraq İddiaçı ASC tərəfindən 01 iyun 2017-ci il tarixli, 04 saylı müqaviləyə əsasən 297551 ABŞ dolları, 16 iyun 2017-ci il tarixli, 05 saylı müqaviləyə əsasən 613750 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi 01.06.2017-ci il tarixli, 04/17 saylı və 16.06.2017-ci il tarixli, 05/17 saylı zaminlik müqavilələrinə əsasən İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh1 MMC arasında 01 iyun 2017-ci il tarixdə bağlanmış 04 saylı müqavilə ilə əlaqədar olar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin kimi “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkəti borcalan ilə birlikdə Bank qarşısında birgə məsliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 01 iyun 2017-ci il tarixli, 04 saylı müqaviləyə əsasən 297551 ABŞ dolları kredit borcu, 810 ABŞ dolları faiz borcu olmaqla cəmi 298361 ABŞ dolları, 22625 ABŞ dolları faiz borcu, 51568 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 458,71 ABŞ dolları müxbir bank üzrə birdəfəlik xidmət haqqı borcu olmaqla cəmi 74651,71 ABŞ dolları, 16 iyun 2017-ci il tarixli, 05 saylı müqaviləyə əsasən 613750 ABŞ dolları əsas borc, 14734,79 ABŞ dolları faiz borcu olmaqla cəmi 628484,79 ABŞ dolları, 14946,04 ABŞ dolları faiz borcu, 42520,77 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 1931,52 ABŞ dolları müxbir bank üzrə borc və 200 ABŞ dolları birdəfəlik xidmət haqqı borcu olmaqla cəmi 59598,33 ABŞ dolları olmaqla ümumilikdə 1061096,44 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla müştərək qaydada Cavabdeh1ndən və “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibat ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə və “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkətinə qarşı kredit borcunun ödənilməsi tələbi barədə iddiası təmin edilsin. 01 iyun 2017-ci il tarixli, 04 saylı müqaviləyə əsasən 297551 ABŞ dolları kredit borcu, 810 ABŞ dolları faiz borcu olmaqla cəmi 298361 ABŞ dolları, 22625 ABŞ dolları faiz borcu, 51568 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 458,71 ABŞ dolları müxbir bank üzrə birdəfəlik xidmət haqqı borcu olmaqla cəmi 74651,71 ABŞ dolları, 16 iyun 2017ci il tarixli, 05 saylı müqaviləyə əsasən 613750 ABŞ dolları əsas borc, 14734,79 ABŞ dolları faiz borcu olmaqla cəmi 628484,79 ABŞ dolları, 14946,04 ABŞ dolları faiz borcu, 42520,77 ABŞ dolları müxbir bank üzrə faiz borcu, 1931,52 ABŞ dolları müxbir bank üzrə borc və 200 ABŞ dolları birdəfəlik xidmət haqqı borcu olmaqla cəmi 59598,33 ABŞ dolları olmaqla ümumilikdə 1061096,44 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla müştərək qaydada Cavabdeh1ndən və “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən və “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən və “M.D.M. X1 Danışmanlıq Hizmetleri Limited” Şirkətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-479/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-479/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver