Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-479/2022 02.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin “X2 ve Gıda” MMC-yə qarşı pul tələbinə dair ilkin, “X2 ve Gıda” MMC-nin İddiaçı MMC-yə qarşı əmlakların qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “X2 ve Gıda” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 400.50 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə “X2 ve Gida” MMC arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, 19/562 №-li müqavilə üzrə 31 mart 2021-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 19,410.73 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 200 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 19,610.73 manat məbləğində pul vəsaitinin “X2 ve Gida” MMC-dənİddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə “X2 ve Gida” MMC (bundan sonra “Cavabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən, sahəsi 400.50 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 dekabr 2019-cu il tarixli, 19/562 №-li müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarə müddətinin başlandığı 16 yanvar 2020-ci il tarixindən etibarən icarəyə verilən əmlak(lar) üçün ƏDV daxil 2.500 manat məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh təhvil verilmə tarixi kimi müəyyənləşdirilmiş 16 dekabr 2019-cu il tarixindən etibarən icarə müddətinin sonunadək icarəyə verilən əmlak(lar)da istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.5-ci bəndinə əsasən həmin müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə müqaviləsinin 3.8-ci bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş ödənişlər hər cari ayın ilk 3 (üç) iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (13 avqust 2020-ci il tarixli, FMG-01/20/267 №-li rəsmi bildiriş və 25 yanvar 2021-ci il tarixli, FMG-01/21/014 №-li pretenziya bildirişi təqdim edilib) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Bu səbəbdən icarə müqaviləsinin 8.5.2-ci və 8.5.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 31 mart 2021-ci il tarixində iddiaçının tələbi ilə xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İcarə müqaviləsinin müvafiq olaraq 8.5.2-ci və 8.5.3-cü bəndlərinə əsasən iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün iki aylıq icarə haqqı məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsinin gecikdirilməsi iddiaçıya xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində xitam tarixinə ümumilikdə ƏDV daxil 20.258,17 manat əsas borc məbləği yığılmışdır. Qeyd olunur ki, sözügedən borc məbləğinin formalaşmasına cavabdehin icarə müqaviləsinin həm 3.1-ci, həm də 3.2-ci bəndlərinə müvafiq olaraq yerinə yetirməli olduğu öhdəlikləri lazımi qaydada icra etməməsi əsas olmuşdur. İcarə müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi barədə 30 mart 2021-ci il tarixli, FMG01/21/216 №-li xitam və pretenziya bildirişində də qeyd edildiyi kimi icarə müqaviləsinə xitam verilməsi qanunvericiliyə və icarə müqaviləsinin müvafiq şərtlərinə əsasən cavabdehi xitam tarixinədək icarə müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Sözügedən xitam və pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək məhkəmə və hüquqmühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin xitam tarixindən 8 aylıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamış, borcun tam şəkildə ödənilməsi üçün təşəbbüs göstərilməmiş və xitam tarixinə yığılmış borc məbləğindən heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya “Borcun etirafı haqqında” 18 iyun 2021-ci il tarixli razılaşma ilə müraciət edilərək, müvafiq razılaşmada cavabdeh tərəfindən birtərəfli qaydada müəyyənləşdirilmiş və iddiaçının haqlı mənafeyinə cavab verməyən şərtlər əsnasında borcun ödənilməsinin tənzimi məsələsi təklif edilmişdir. Lakin razılaşmada təklif edilmiş şərtlərin iddiaçının kommersiya maraqlarına və fəaliyyət prinsiplərinə uyğun olmaması səbəbindən müvafiq razılıq əldə edilməyərək, iddiaçı tərəfindən sözügedən razılaşmanın imzalanmaması ilə nəticələnmişdir. Müvafiq razılaşmanın hüquqi qüvvəsi olmamasına baxmayaraq, cavabdeh tərəfindən razılaşmanın birtərəfli qaydada imzalanmasını nəzərə almaqla, hesab edir ki, cavabdeh tərəfindən mövcud borcun müvafiq hissədə (20.000 manat hissəsində) etiraf edilməsi aspektindən sözügedən razılaşma sübuti əhəmiyyətə malikdir. İcarə müqaviləsinin 3.10-cu bəndinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı qismində iddiaçının təqdim etdiyi müvafiq hesab-faktura əsasında iddiaçının bank hesabına 1 (bir) aylıq icarə haqqına bərabər məbləğdə zəmanət depoziti ödəməlidir. Bu müqaviləyə xitam verildikdə cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirib-yetirməməsindən asılı olaraq zəmanət depoziti müəyyən tutulmalar aparılmaqla və ya aparılmadan cavabdehə geri qaytarılacaqdır. Cavabdeh tərəfindən icarə müqaviləsinin 3.10-cu bəndində nəzərdə tutulmuş öhdəliyin qismən icrası gerçəkləşdirilərək, onun tərəfindən 847,44 manat məbləğində zəmanət depozitinin ödənişi həyata keçirilmişdir. Məhz yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, cavabdehin xitam tarixinə toplanmış ƏDV daxil 20.258,17 manat məbləğində əsas borc məbləğinin müvafiq hissəsi ödənilmiş 847,44 manat məbləğində zəmanət depozitinə mütənasib şəkildə əvəzləşdirilərək, mövcud borc məbləği zəmanət depoziti həcmində azaldılmışdır və borc məbləği ƏDV daxil 19.410,73 manat məbləğində müəyyənləşdirilmişdir. 10.12.2021-ci il tarixdə cavabdeh “X2 ve Gıda” MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələblərinin təmin edilməməsini, qarşılıqlı iddia tələblərinin təmin edilərək, dəyəri 800 manat olan masa, 1100 manat dəyəri olan şüşəli 6 nəfərlik masa, 800 manat dəyəri olan şüşəli 4 nəfərlik masa, 1500 manat dəyəri olan ara bölməsi olan şüşə ayırmalar, 600 manat dəyərində olan mətbəx mebeli, 900 manat dəyərində olan mebel dəsti, 6000 manat dəyərində yanğına qarşı sistem və 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 300 manat dəyərində stol və oturacaqlar, 1500 manat dəyərində direktor oturacaq dəsti, 6000 dəyərində olan direktor otağı üçün qonaq dəsti, 1200 manat dəyərində masa və iki ədəd dolab, 1500 dəyərində TV altlığının, həmin əmlaklar olmadıqda isə onların dəyərinin İddiaçındən alınaraq iddiaçı “X2 ve Gida” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz öhdəliklərini kobudcasına pozmuşdur və bunun nəticəsində «X2 ve Gida» MMC-yə külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında icarə münasibətlərinə dair razılaşma əldə edilmişdir. İddiaçı MMC tərəfindən həmin razılaşma kobud şəkildə pozulmuşdur, onlara məxsus əmlaklar cavabdehdə saxlanılaraq onlara qaytarılmır. Belə ki, dəyəri 800 manat olan masa, 1100 manat dəyəri olan şüşəli 6 nəfərlik masa, 800 manat dəyəri olan şüşəli 4 nəfərlik masa, 1500 manat dəyərin olan ara bölməsi olan şüşə ayırmalar, 600 manat dəyərində olan mətbəx mebeli, 900 manat dəyərində olan mebel dəsti, 6000 manat dəyərində yanğına qarşı sistem və 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 300 manat dəyərində stol və oturacaqlar, 1500 manat dəyərində direktor oturacaq dəsti, 6000 dəyərində olan direktor otağı üçün qonaq dəsti, 1200 manat dəyərində masa və iki ədəd dolab, 1500 dəyərində TV altlığı onlar tərəfindən geri qaytarılmır və qanunsuz saxlanılır. Məhkəmənin 29.12.2021-ci il tarixli, e-2-2(113)6213/2021 saylı qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçı “X2 ve Gıda” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsinə əlavə məhkəməyə təqdim edərək, ünvan 2 ünvanında yerləşən sahəsi 400,50 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə “X2 ve Gıda” MMC arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, 19/562 nömrəli müqavilə üzrə 31.03.2021-ci il tarixinə yığılmış əsas borc ƏDV daxil 19.410,73 manat, dəbbə pulu üzrə 7.252,46 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 200 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 26.863,19 manat məbləğinin “X2 ve Gıda” MMC –dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə dəyişiklik barədə ərizə təqdim edərək, ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin təmin edilərək, dəyəri 800 manat olan masa, 1100 manat dəyəri olan şüşəli 6 nəfərlik masa, 800 manat dəyəri olan şüşəli 4 nəfərlik masa, 1500 manat dəyərin olan ara bölməsi olan şüşə ayırmalar, 600 manat dəyərində olan mətbəx mebeli, 900 manat dəyərində olan mebel dəsti, 6000 manat dəyərində yanğına qarşı sistem və 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 300 manat dəyərində stol və oturacaqlar, 1500 manat dəyərində direktor oturacaq dəsti, 6000 dəyərində olan direktor otağı üçün qonaq dəsti, 1200 manat dəyərində masa və iki ədəd dolab, 1500 dəyərində TV altlığının, Türkiyə Səfirliyinin əməkdaşı Behzat Erdemə məxsus olan və müvəqqəti saxlanca verilmiş yataq və qonaq dəsti, həmin əmlaklar olmadıqda isə onların dəyərinin İddiaçı MMC-dən alınaraq iddiaçı “X2 ve Gıda” MMCnin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 01.03.2022-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə dəyişiklik barədə sonuncu ərizəni təqdim edərək, ilkin iddia tələblərinin təmin edilməsini, qarşılıqlı iddia tələblərinin təmin edilərək, 2.500 manat dəyərində olan 1 ədəd iki nəfərlik çarpayı dəsti, 1000 manat dəyərində olan 1 ədəd matras, 1000 manat dəyərində olan 1 ədəd yazı masası, 300 manat dəyərində olan 1 ədəd ofis masası, 1.700 manat dəyərində olan 1 ədəd qəhvəyi tumba, 1000 manat dəyərində 2 ədəd taxtadan olan qəhvəyi kreslo oturacağı 320 manat dəyərində olan 8 ədəd 3 siyirməli olan bej rəngli dolablar 750 manat dəyərində 1 ədəd 2 şüşə qapılı klassik servant 1.750 manat dəyərində olan 1 ədəd 2 qapılı 4 ayaqlı klassik komod, 600 manat dəyərində olan 1 ədəd uzun formalı dolab, 250 manat dəyərində olan 1 ədəd dəmir ayaqlı yazı masası, 4000 manat dəyərində olan yataq mebel dəstinə aid sökülmüş vəziyyətidə olan mebel hissələri 300 manat dəyərində olan 1 ədəd qəhvəyi rəngli 2 qapılı dolab, 3000 manat dəyərində olan 4 ədəd boz klassik kreslo, 1500 manat dəyərində olan 1 ədəd dörd təkərli kreslo, 2000 manat dəyərində olan 2 ədəd göy klassik naxışlı kreslo 125 manat dəyərində olan 5 ədəd göy parçadan olan naxışlı balışlar, 750 manat dəyərində olan 1 ədəd 10 rəfli taxta dolab, 200 manat dəyərində olan 1 ədəd qəhvəyi puf, 100 manat dəyərində olan qab-qacaq dəsti, 500 manat dəyərində 1 ədəd 2 şüşəli qapılı dolab, 1000 manat dəyərində 1 ədəd ağ jurnal masası, 200 manat dəyərində 1 ədəd komputer masası, 300 manat dəyərində 1 ədəd qəhvəyi yazı masası, 750 manat dəyərində 1 ədəd iki qapılı dolab, 800 manat dəyərində 4 ədəd dolab şüşələri, 1800 manat dəyərində 6 ədəd dolab şüşələri, 10 manat dəyərində 1 ədəd qab-qacaq üçün ağ plastic saxlayıcı, 1000 manat dəyərində 1 ədəd dərili puf, 300 manat dəyərində mebel hissəsi olan qapaqlar, 250 manat dəyərində mebel hissəsi olan taxta hissələri, 400 manat dəyərində şkafın taxta hissələri, 300 manat dəyərində olan bej mebel qapağı, 600 manat dəyərində olan bej rəngli mebel qapısı, 750 manat dəyərində olan 3 ədəd bej rəngli rəflər, 500 manat dəyərində olan dolab hissəsinin bej rəngli mebel qapaqları, 3000 manat dəyərində 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 3000 manat dəyərində yanğına qarşı sistem, 2700 manat dəyərində qonaq mebel dəstinə aid sökülmüş vəziyyətdə olan taxta mebel hissələrini, həmin əmlaklar olmadıqda isə onların dəyərinin İddiaçındən alınaraq iddiaçı “X2 ve Gida”Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddia ərizəsində göstərilənlərə əlavə olaraq İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi izahatında bildirdi ki, icarə obyektinə ilkin cavabdehin girişi icarə haqqı borcu ilə əlaqədar məhdudlaşdırılmış, lakin müqaviləyə xitam verilməsi barədə ilkin cavabdehə qabaqcadan xəbərdarlıq edilmişdir. Eyni zamanda onların icarə haqqı borcu ilə bağlı ilkin cavabdehə məxsus əmlakı saxlamaq hüquqları olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin 01.03.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə verilmiş dəyişikliyin nəzərə alınmasını, iş üzrə 02.03.2022-ci il tarixə təyin edilmiş baxış iclasını iştirakları olmadan keçirib işin mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - X5 Erınc məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, “X2 ve Gıda” MMC-nin təsisçisidir. İddiaçının nümayəndələri tərəfindən imzalanmış aktda fotoşəkillərdə əmlaklar aydın göstərilməyib. Türkiyə Səfirliyinin əməkdaşı Behzat Erdeme məxsus olan və müvəqqəti saxlanca verilmiş yataq və qonaq otağı dəstinin həmin aktdakı siyahıda olubolmaması ona məlum deyil. Ofisə məxsus əmlakların 30-40 faizi icarə obyektində qalmışdır. Bunlar televizor dəsti, divanlar, xırda məişət əşyaları, mühafizə, təhlükəsizlik yanğın sistemləri və digər əmlaklardır. Daha sonra şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 14.07.2021-ci il tarixdə ofisdən çıxmış, daha sonra ora daxil ola bilməmişlər. Ofisə gəldiyi zaman İddiaçı MMC-nin əməkdaşlarını görmüş, qapıya möhür vurulmuşdur. Sonuncu dəfə icarə obyektində xadimə olmuş, ən son obyektdən o çıxmışdır. Siyahıda yataq dəsti əskikdir. Yataq dəsti sökülmüş vəziyyətdə idi. Siyahıda mebel hissələri qeyd olunmuş, ola bilər ki, həmin hissələr sökülmüş vəziyyətdədir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC-nin nizamnaməsinin: 2.1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 2.534.147 manat həcmindədir və hər biri 1 manat olmaqla, 2.534.147 paydan ibarətdir. 2.2-ci bəndinə əsasən cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: - "xxxx" MMC – 2.534.147 pay, 2.534.147 manat: 34.147 manat əmlak şəklində və 2.500.000 manat pul şəklində. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400.5 m2 olan (1-ci mərtəbə və zirzəmidən ibarət) qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 6350 nömrəli vərəqində 15.04.2015-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqavilədən görünür ki, mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində müəyyən edilən daşınmaz əmlak obyektlərinin tam hüquqlu mülkiyyətçisidir. Mülkiyyətçi obyekt(lər)i bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində idarə etmək üçün idarə edənə idarəetməyə və icarəyə vermək niyyətindədir. İdarə edən obyekt(lər)i bu müqaviləyə uyğun olaraq icarəyə götürmək, idarə etmək və üçüncü şəxslərə icarəyə/kirayəyə vermək niyyətindədir və bunun üçün lazımi təcrübə, heyət və digər imkanlara malikdir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 5.1-ci bəndinə görə bu müqavilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” 27 dekabr 2017-ci il tarixli müqaviləyə 1.76 nömrəli 14.09.2018-ci il tarixli əlavənin: 1-ci bəndinə əsasən icarə və idarəetməyə verilən obyekt (1.1) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400.5 m2 olan qeyri-yaşayış sahəsidir, icarə və idarəetmə müddəti 20 ildir. 2-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. İddiaçı MMC (icarəyə verən) ilə “X2 ve Gıda” MMC (icarəçi) arasında 12 dekabr 2019-cu il tarixdə “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400.5 m2 təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür: 1.2-ci bəndinə əsasən icarəyə verənin əvvəlcədən alınmış yazılı razılığı olmadan icarəçi icarəyə verilən əmlak(lar)ı subicarəyə verə bilməz. 2.2-ci bəndinə görə icarə müddəti 16 yanvar 2020-ci il tarixdən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona xitam verilməyincə 15 dekabr 2020-ci il tarixində, saat 23:59-da başa çatır. 3.1-ci bəndinə əsasən müqavilə üzrə icarə haqqı 16 yanvar 2020-ci il tarixindən başlayaraq aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: 3.1.1-ci bəndinə görə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə icarə müddəti ərzində ƏDV daxil 2.500 manat aylıq icarə haqqı. 7.3-cü bəndinə əsasən icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0.1%-i məbləğində icarəyə verənə dəbbə pulu ödəyəcək. 8.5.2-ci bəndinə əsasən icarəçi iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 8.5.3-cü bəndinə əsasən icarəçi ikidən çox müddət üçün iki aylıq icarə haqqının məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsini gecikdirdikdə icarəyə verən xəbərdarlıq müddətini gözləmədən bu müqaviləni birtərəfli qaydada ləğv edə bilər. İddiaçı MMC ilə “X2 ve Gıda” MMC arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə 1 saylı əlavə (binadan və icarəyə verilən əmlak(lar)dan istifadəyə dair əlavə öhdəliklər) ilə müəyyən edilir ki, icraçının əlavədə göstərilən öhdəliklərə əməl etməyə razılaşmış və təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə “X2 ve Gıda” MMC arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə 2 saylı əlavə ilə müəyyən edilir ki, icarəyə verilən əmlak(lar)ın yerləşmə planı razılaşdırılmışdır. Müqavilə və əlavələr icarəyə verən və icarəçi tərəfdən imzalanmış, üzərinə tərəflərin möhürü vurulmuş və notarial qaydada təsdiq edilmişdir. İddiaçı MMC (icarədar), “X2 ve Gıda” MMC (icarəçi) arasında 18 iyun 2021-ci il tarixdə “borcun etirafı haqqında müqavilə” adlanan sənəddən görünür ki, həmin müqavilənin: 1-ci bəndinə görə tərəflər bu müqaviləni onların arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə əsasən yaranmış borcun hissə-hissə ödənilməsi, o cümlədən qeyri-yaşayış sahəsi icarəyə veriləndə icarəçi “X2 ve Gıda” MMC-nin direktoru (Mehmet Özbağdat) tərəfindən həmin sahəyə yerləşdirilmiş ofis avadanlıqlarının geri qaytarılması və həmin müqavilə ilə əlaqədar digər öhdəliklərin icra edilməsi məqsədilə bağlayırlar. 1.1-ci bəndinə əsasən icarəçi “X2 ve Gıda” MMC-nin direktoru (Mehmet Özbağdat) “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə əsasən icarəyə götürdüyü sahənin icarə haqqı ilə bağlı yaranmış borcun ödənilməsini həmin sahəyə yerləşdirdiyi ofis avadanlıqlarının ona geri qaytarılmasından sonra ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə görə icarədar İddiaçı MMC-nin direktoru (Qanuni nümayəndə) “Qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə əsasən icarəyə verdiyi sahəyə icarəçi tərəfindən yerləşdirilmiş ofis avadanlıqlarını borcu almamışdan əvvəl təhvil verməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən icarəçi “X2 ve Gıda” MMC-nin direktoru (Mehmet Özbağdat) “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə əsasən icarəyə götürdüyü sahəyə yerləşdirdiyi avadanlıqları icarədardan geri təhvil aldıqdan sonra icarə haqqı ilə bağlı yaranmış 20.000 manat məbləğində borcun 5.000 manatını 20.08.2021-ci il tarixdə, qalan 15.000 manatını hissə-hissə olmaqla hər ayın 20-də ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən icarədar İddiaçı MMC-nin direktoru (Qanuni nümayəndə) “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə əsasən icarəyə verdiyi sahəyə icarəçi tərəfindən yerləşdirilmiş avadanlıqları 20.08.2021-ci il tarixə kimi icarəçiyə qaytarmağı öhdəsinə götürür. 3.1-cı bəndinə görə bu müqavilə bağlandığı andan qüvvəyə minir və borc ödənildikdən sonra qüvvədən düşür. Sənəd “X2 ve Gıda” MMC-nin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir, İddiaçı MMC tərəfindən isə imzalanmamışdır. İddiaçı MMC tərəfindən “X2 ve Gıda” MMC-yə cəmi 32.688,72 manat dəyərində icarə haqqına (o cümlədən kommunal xidmətlərə) dair 01.01.2020-ci il, 01.02.2020-ci il, 01.03.2020-ci il, 01.05.2020-ci il, 01.06.2020-ci il, 01.07.2020-ci il, 01.08.2020-ci il, 01.09.2020-ci il, 01.10.020-ci il, 01.11.2020-ci il, 01.12.2020-ci il, 01.01.2021-ci il, 01.02.2021-ci il, 01.03.2021-ci il və 31.07.2021-ci il tarixli hesab-fakturalar tərtib edilmişdir. İddiaçı MMC tərəfindən cəmi 33.938,72 manat dəyərində xidmətlərin göstərilməsinə dair 03.02.2020-ci il tarixli, EBAF seriyalı, 815333 saylı; 13.02.2020-ci il tarixli, EBAG seriyalı, 340807 saylı; 03.03.2020-ci il tarixli, EBAH seriyalı, 088214 saylı; 10.04.2020-ci il tarixli, EBAİ seriyalı, 607043 saylı; 12.06.2020-ci il tarixli, EBAK seriyalı, 840726 saylı; 12.06.2020-ci il tarixli, EBAJ seriyalı, 755691 saylı; 12.08.2020-ci il tarixli, EBAN seriyalı, 560941 saylı; 03.09.2020-ci il tarixli, EBAP seriyalı, 433078 saylı; 04.10.2020-ci il tarixli, EBAQ seriyalı, 802431 saylı; 02.11.2020-ci il tarixli, EBAS seriyalı, 069889 saylı; 01.12.2020-ci il tarixli, EBAT seriyalı, 304751 saylı; 16.12.2020-ci il tarixli, EBAT seriyalı, 938852 saylı; 04.01.2021-ci il tarixli, EBAV seriyalı, 705605 saylı; 01.02.2021-ci il tarixli, EBAW seriyalı, 849861 saylı; 01.03.2021-ci il tarixli, EBAY seriyalı, 104871 saylı və 05.08.2021-ci il tarixli, EBBF seriyalı, 964524 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə “X2 ve Gıda” MMC-yə göndərilmişdir. 15.07.2021-ci il tarixli icarə obyektinin təhvil-təslim aktı ilə müəyyən olunur ki, icarəyə verən və icarəçi arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqaviləyə əsasən tərəflər təsdiq etmişlər ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400.5 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə götürən tərəfindən icarəyə verənə təhvil vermişdir. Aktın 1-ci bəndinə görə obyekt təhvil verilərkən icarəçiyə məxsus bütün mebel avadanlığının obyektdən çıxarıldığı (girov), icarə haqqının 20.109,70 manat, elektrik borcunun 128,87 manat və su/kanalizasiya borcunun 157 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin aktın 3-cü bəndinə görə icarəyə verilən əmlakda bu aktın 1-ci bəndində göstərilmiş icarəçi tərəfindən quraşdırılmış arakəsmə (mövcud deyildir), gətirilmiş mebel və digər əşyalar xitam tarixində, yaxud həmin tarixdən 3 iş günündən gec olmayaraq icarəyə verənin nümayəndəsinin nəzarəti altında, icarə verilən əmlaka hər hansı zərər vurmadan və icarəyə verənin təsdiq etdiyi vaxtda çıxarılacaqdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 15.07.2021-ci il tarixli akt ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC-nin nümayəndələri aktı tərtib edərək təsdiq etmişlər ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400.5 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəsinə münasibətdə icarəyə verən və icarəçi “X2 ve Gıda” MMC arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqavilə əsasında icarəçinin istifadəsində olmuş müvafiq qeyri-yaşayış sahəsində yerləşən və aşağıda qeyd edilmiş əşya və avadanlıqlar icarə müqaviləsinin 8.5.2-ci və 8.5.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq, icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilməsi ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 46B ünvanında yerləşən, A6 nömrəli binaya daşınaraq, saxlanılması təmin edilmişdir. - 1 ədəd iki nəfərlik çarpayı dəsti (qəhvəyi); - 1 ədəd matras (ağ); - 1 ədəd bir qapılı, bir siyirtməli yazı masası (qəhvəyi); - 1 ədəd ofis masası (qəhvəyi); - 1 ədəd dörd siyirtməli tumba (qəhvəyi); - 2 ədəd üç rəfli, iki qapılı ofis dolabı; - 2 ədəd taxta oturacaq-kreslo (qəhvəyi); - 8 ədəd üç siyitrməli dolab (bej); - 1 ədəd iki şüşə qapılı klassik servant (ağ); - 1 ədəd iki qapılı, dörd massiv ayaqlı klassik komod (ağ); - 1 ədəd trümo formalı, uzun dolab; - 1 ədəd dəmir ayaqlı, yazı masası (qəhvəyi-boz); - 1 ədəd klassik divan (göynaxışlı parka); - 1 ədəd iki qapılı dolab (qəhvəyi); - 1 ədəd dörd təkərli kreslo (boz parka); - 2 ədəd klassik krelso (göynaxışlı parça); - 5 ədəd balışlar (göy, parka); - 3 ədəd on rəfli dolab (bej, taxta); - 1 ədəd balaca, dördbucaqlı puf (qəhvəyi, dermantin); - 1 ədəd müxtəlif qab-qacaq qutusu; - 1 ədəd iki şüşəli qapılı dolab (qəhvəyi); - 1 ədəd klassik, dörd ayaqlı jurnal masası (ağ); - 1 ədəd kompyuter masası (boz, taxta); - 1 ədəd yazı masası (qəhvəyi); - 1 ədəd iki qapılı dolab (açıq qəhvəyi, taxta); - 4 ədəd dolab şüşələri (qısa); - 6 ədəd dolab şüşələri (uzun); - 1 ədəd qab-qacaq üçün mətbəx əşyası (ağ, plastic); - 1 ədəd üstü dərili uzun puf (qəhvəyi); - Müxtəlif mebel hissələri; - Dolab hissələri (bej); - 3 ədəd rəflər (bej); - dolab hissələri (bej); - Müxtəlif mebel hissələri. Akt İddiaçı MMC-nin möhürü və nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən X2 ve Gıda” MMC-yə 30 mart 2021-ci il tarixli, FMG- 01/21/216 saylı xitam və pretenziya bildirişi (məktubu) ilə müraciət edilərək, icarə müqaviləsinin 8.5.2-ci və 8.5.3-cü bəndlərinin müddəalarını rəhbər tutaraq, 31 mart 2021ci il tarixində icarəyə verənin tələbi ilə icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və icarə müqaviləsi üzrə ödənişlərin tərəflərindən təmin edilməməsi nəticəsində xitam tarixinə ümumilikdə ƏDV daxil 20.109,77 manat məbləğində əsas borc məbləğinin tərəflərindən bu bildirişin verildiyi tarixdən etibarən 10 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. İddiaçı MMC ilə “X2 ve Gida” MMC arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli, 19/562 saylı müqavilə üzrə qalıq borc haqqında 05.01.2022-ci il tarixli cədvələ əsasən müəyyən edilir ki, “X2 ve Gıda” MMC-nin qalıq borcu ƏDV daxil 19.410,73 manat təşkil edir (hesablanıb 32.688,72 manat, ödənilib 13.277,99 manat, qalıq 19.410,73 manat). Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, ilkin iddia ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə ilkin İddiaçı MMC arasında bağlanmış daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi barədə 27 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-yə "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 400,5 m2 olan (1-ci mərtəbə və zirzəmidən ibarət) qeyri-yaşayış sahəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud sahədən birgə istifadə etmək hüququ verilmişdir. Həmin hüquqdan istifadə edən ilkin İddiaçı MMC 12 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən həmin qeyriyaşayış sahəsini ilkin cavabdeh “X2 ve Gida” MMC-yə icarəyə vermişdir. İlkin İddiaçı MMC icarə obyektini ilkin cavabdeh “X2 ve Gıda” MMC-nin sahibliyinə və istifadəsinə verməklə sözügedən müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etmişdir. 31 mart 2021-ci il tarixində həmin icarə müqaviləsinə ilkin İddiaçı MMC tərəfindən ilkin cavabdehin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun xeyli hissəsini ödənilməsini gecikdirməsi ilə əlaqədar birtərəfli qaydada xitam verilmişdir. Hazırda ilkin iddiaçı ilkin cavabdehin göstərilən müqavilə üzrə icarə haqqını tam ödəmədiyini əsas göstərərək ilkin cavabdehdən 19,410.73 manat məbləğində icarə haqqı borcunun və dəbbə pulunun ödənilməsini tələb edir. İlkin cavabdeh ilkin iddianı qəbul etmir və etirazına əsas kimi mübahisəli icarə müqaviləsi üzrə ilkin iddiaçıya borcunun olmamasına istinad edir. Məhkəmə qeyd edir ki, ilkin cavabdeh “X2 ve Gida” MMC mübahisəli icarə müqaviləsi üzrə ilkin iddiaçıya borcunun olmadığını iddia etsə də, icarə müqaviləsinin bağlandığı tarixdən həmin müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün icarə haqqını ödəməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iş materiallarından görünür ki, ilkin iddiaçı tərəfindən təsdiqlənməsə də, ilkin cavabdeh tərəfindən təsdiqlənmiş “borcun etirafı barədə müqavilə”də ilkin cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarə haqqı borcunun 20.000 manat təşkil etməsi qeyd edilmişdir. Bundan əlavə ilkin cavabdeh 15.07.2021-ci il tarixli təhvil-təslim aktını imzalamaqla da qeyri-yaşayış sahəsini ilkin iddiaçıya təhvil verilərkən icarə haqqı borcunun 20.109,70 manat manat mövcud olduğunu bir daha təsdiq etmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də ilkin cavabdeh “X2 ve Gida” MMC-nin 12 dekabr 2019-cu il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə ilkin İddiaçı MMC-yə 19,410.73 manat məbləğində icarə haqqı borcunun yarandığını, eləcə də icarə müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun ilkin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İlkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulu 12 dekabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə 1.500 manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icarə obyektində yerləşən icarəçi “X2 ve Gida” MMC-yə məxsus əmlaklar icarəyə verən İddiaçı MMC tərəfindən icarəçinin icarə haqqı üzrə öhdəliyinin icrasını təmin etmək məqsədilə saxlanılmışdır. Hazırda qarşılıqlı iddiaçı “X2 ve Gida” MMC qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən saxlanılmış əmlakların geri qaytarılmasını tələb edir. Həmin tələblə bağlı məhkəmə əvvəla qeyd edir ki, yanğın təhlükəsizliyi sistemi, 4 ədəd boz klassik kreslo və kamera sistemi istisna olmaqla qarşılıqlı iddia ərizəsində geri qaytarılması tələb edilən digər əmlakların qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən saxlanılması qarşılıqlı cavabdehin möhürü və nümayəndələrinin imzası ilə təsdiq edilmiş 15.07.2021-ci il tarixli aktda öz təsdiqini tapmış, eyni zamanda məhkəmə iclasında iştirak edən qarşılıqlı cavabdeh İddiaçı MMC-nin nümayəndəsi də icarəçiyə məxsus sözügedən əmlakların, eləcə də icarə obyektində qarşılıqlı iddiaçı tərəfindən quraşdırılmış kameraların saxlanılması faktını etiraf etmişdir. Göründüyü kimi yuxarıda göstərilən əşyaların qanuni sahibinin qarşılıqlı iddiaçı “X2 ve Gida” MMC olması, eləcə də həmin əşyaların hal-hazırda qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən saxlanılması (yəni sonuncunun sahibliyində olması) faktları işin mübahisəsiz hallarını təşkil edir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, qarşılıqlı cavabdeh qarşılıqlı iddiaçıya məxsus əmlakların saxlanılmasını Mülki Məcəllədə nəzərdə tutulmuş icarəyə verənin icarəçinin əşyalarına girov hüququ ilə əsaslandırmışdır. Həmin hüququ nəzərdə tutan Mülki Məcəllənin 698.1-ci maddəsinə görəhər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin sözügedən maddəsində nəzərdə tutulmuş icarəyə verənin icarəçiyə məxsus əşyaların girov saxlanılması hüququ icarəyə verənin qanuni sahibliyində olan, yəni icarəçinin icarə obyektini tərk edərkən (icarə obyekti təhviltəslim edilərkən) icarə obyektində saxladığı (özü ilə aparmadığı) əşyalara girov hüququna malik olmasını nəzərdə tutur və icarəyə verənə icarəçinin icarə sahəsinə girişini məhdudlaşdırmaqla və icarəçini ona məxsus əşyalara sahiblik etmək hüququndan məhrum etməklə həmin əşyaları saxlamaq hüququ vermir. Hazırkı halda hər iki tərəfin məhkəməyə verdiyi izahatından da göründüyü kimi 31.03.2021-ci il tarixdən icarəyə verən tərəfindən icarəçinin icarə obyektinə girişi məhdudlaşdırılmış və nəticədə icarəçiyə məxsus əşyaların bir hissəsi icarə obyektində qalmışdır. Həmin əşyalar icarəyə verən tərəfindən icarə sahəsindən çıxarılaraq saxlanc yerinə aparılmışdır. Tərəflərin imzaladıqları 15.07.2021-ci il tarixli təhvil-təslim aktdan da müəyyən edilir ki, icarə obyektinin təhvil-təslimi aparılarkən icarəçiyə məxsus əşyalar artıq icarəyə verən tərəfindən icarə obyektindən çıxarılmış və saxlanc yerinə aparılmışdır. İcarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə əvvəlcədən xəbərdarlıq edilməsi və qarşılıqlı iddiaçının əşyaları götürmək üçün kifayət qədər vaxtının olması barədə arşılıqlı iddiaçının nümayəndəsinin istinad etdiyi dəlillərə gəldikdə iş materiallarından da göründüyü kimi icarəyə haqqı borcunun ödənilməsi ilə əlaqədar qarşılıqlı iddiaçıya əvvəllər də pretenziyalar göndərilsə də, icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə məlumat verildiyi və xitam tarixinin (31.03.2021-ci il) göstərildiyi məktub (bildiriş) yalnız 30.03.2021-ci il tarixdə (yəni xitam tarixindən bir gün əvvəl) qarşılıqlı iddiaçıya göndərilmişdir. Göstərilən hal isə ona dəlalət edir ki, qarşılıqlı iddiaçıya əşyalarını icarə obyektindən çıxarmaq üçün kifayət qədər vaxt verilməmişdir. Odur ki, hazırkı halda mübahisəli hüquq münasibətində icarəyə verən olan qarşılıqlı cavabdeh qarşılıqlı iddiaçıya (icarəçiyə) məxsus əşyaları saxlamaq hüququnu qanunla müəyyən edilmiş həyata keçirmədiyindən qarşılıqlı iddiaçı qanunsuz saxlanılmış həmin əşyaların qaytarılmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin: 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Odur ki, qarşılıqlı iddia qismən təmin edilməli, 2.500 manat dəyərində olan 1 ədəd iki nəfərlik çarpayı dəsti, 1000 manat dəyərində olan 1 ədəd matras, 1000 manat dəyərində olan 1 ədəd yazı masası, 300 manat dəyərində olan 1 ədəd ofis masası, 1.700 manat dəyərində olan 1 ədəd qəhvəyi tumba, 1000 manat dəyərində 2 ədəd taxtadan olan qəhvəyi kreslo oturacağı, 320 manat dəyərində olan 8 ədəd 3 siyirməli olan bej rəngli dolablar, 750 manat dəyərində 1 ədəd 2 şüşə qapılı klassik servant, 1.750 manat dəyərində olan 1 ədəd 2 qapılı 4 ayaqlı klassik komod, 600 manat dəyərində olan 1 ədəd uzun formalı dolab, 250 manat dəyərində olan 1 ədəd dəmir ayaqlı yazı masası, 4000 manat dəyərində olan yataq mebel dəstinə aid sökülmüş vəziyyətidə olan mebel hissələri 300 manat dəyərində olan 1 ədəd qəhvəyi rəngli 2 qapılı dolab, 1500 manat dəyərində olan 1 ədəd dörd təkərli kreslo, 2000 manat dəyərində olan 2 ədəd göy klassik naxışlı krelso, 125 manat dəyərində olan 5 ədəd göy parçadan olan naxışlı balışlar, 750 manat dəyərində olan 1 ədəd 10 rəfli taxta dolab, 200 manat dəyərində olan 1 ədəd qəhvəyi puf, 100 manat dəyərində olan qab-qacaq dəsti, 500 manat dəyərində 1 ədəd 2 şüşəli qapılı dolab, 1000 manat dəyərində 1 ədəd ağ jurnal masası, 200 manat dəyərində 1 ədəd komputer masası, 300 manat dəyərində 1 ədəd qəhvəyi yazı masası, 750 manat dəyərində 1 ədəd iki qapılı dolab, 800 manat dəyərində 4 ədəd dolab şüşələri, 1800 manat dəyərində 6 ədəd dolab şüşələri, 10 manat dəyərində 1 ədəd qab-qacaq üçün ağ plastic saxlayıcı, 1000 manat dəyərində 1 ədəd dərili puf, 300 manat dəyərində mebel hissəsi olan qapaqlar; 250 manat dəyərində mebel hissəsi olan taxta hissələri, 400 manat dəyərində şkafın taxta hissələri, 300 manat dəyərində olan bej mebel qapağı, 600 manat dəyərində olan bej rəngli mebel qapısı, 750 manat dəyərində olan 3 ədəd bej rəngli rəflər, 500 manat dəyərində olan dolab hissəsinin bej rəngli mebel qapaqları, 3000 manat dəyərində 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 2700 manat dəyərində qonaq mebel dəstinə aid sökülmüş vəziyyətdə olan taxta mebel hissələri, onlar olmadıqda onların dəyəri qarşılıqlı iddiaçıdan alınaraq qarşılıqlı iddiaçıya verilməlidir. Qarşılıqlı iddiaçının qaytarılmasını tələb etdiyi 3000 manat dəyərində yanğına qarşı sistem və 3000 manat dəyərində olan 4 ədəd boz klassik kresloya münasibətdə məhkəmə qeyd edir ki, həmin əmlaklar qarşılıqlı cavabdeh İddiaçı MMC-nin möhürü və nümayəndələrinin imzası ilə təsdiq edilmiş 15.07.2021-ci il tarixli aktda saxlanılmış əmlak kimi sadalanmamış, bundan başqa qarşılıqlı iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən icarə obyektində ona məxsus 4 ədəd boz klassik kreslonun olmasını və həmin əşyaların (avadanlıqların) ilkin iddia üzrə iddiaçı tərəfindən saxlanılmasını, eləcə də icarə obyektində mövcud yanğınsöndürmə sisteminin onlar tərəfindən quraşdırıldığını (yəni onların mülkiyyətində olmasını) təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, həmin hissədə qarşılıqlı iddia əsassız olmaqla rəd d edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 170 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddia üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia verilərkən 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı halda qətnamə ilə qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 135 manatı qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin cavabdeh “X2 ve Gida” MMC-dən ƏDV daxil 19,410,73 manat (on doqquz dörd yüz on manat yetmiş üç qəpik) məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 20910,73 (iyirmi min doqquz yüz on manat yetmiş üç qəpik) və mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq ilkin İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı cavabdeh İddiaçındən 2.500 manat dəyərində olan 1 ədəd iki nəfərlik çarpayı dəsti, 1000 manat dəyərində olan 1 ədəd matras, 1000 manat dəyərində olan 1 ədəd yazı masası, 300 manat dəyərində olan 1 ədəd ofis masası, 1.700 manat dəyərində olan 1 ədəd qəhvəyi tumba, 1000 manat dəyərində 2 ədəd taxtadan olan qəhvəyi kreslo oturacağı, 320 manat dəyərində olan 8 ədəd 3 siyirməli olan bej rəngli dolablar, 750 manat dəyərində 1 ədəd 2 şüşə qapılı klassik servant, 1.750 manat dəyərində olan 1 ədəd 2 qapılı 4 ayaqlı klassik komod, 600 manat dəyərində olan 1 ədəd uzun formalı dolab, 250 manat dəyərində olan 1 ədəd dəmir ayaqlı yazı masası, 4000 manat dəyərində olan yataq mebel dəstinə aid sökülmüş vəziyyətidə olan mebel hissələri 300 manat dəyərində olan 1 ədəd qəhvəyi rəngli 2 qapılı dolab, 1500 manat dəyərində olan 1 ədəd dörd təkərli kreslo, 2000 manat dəyərində olan 2 ədəd göy klassik naxışlı krelso, 125 manat dəyərində olan 5 ədəd göy parçadan olan naxışlı balışlar, 750 manat dəyərində olan 1 ədəd 10 rəfli taxta dolab, 200 manat dəyərində olan 1 ədəd qəhvəyi puf, 100 manat dəyərində olan qabqacaq dəsti, 500 manat dəyərində 1 ədəd 2 şüşəli qapılı dolab, 1000 manat dəyərində 1 ədəd ağ jurnal masası, 200 manat dəyərində 1 ədəd komputer masası, 300 manat dəyərində 1 ədəd qəhvəyi yazı masası, 750 manat dəyərində 1 ədəd iki qapılı dolab, 800 manat dəyərində 4 ədəd dolab şüşələri, 1800 manat dəyərində 6 ədəd dolab şüşələri, 10 manat dəyərində 1 ədəd qab-qacaq üçün ağ plastic saxlayıcı, 1000 manat dəyərində 1 ədəd dərili puf, 300 manat dəyərində mebel hissəsi olan qapaqlar; 250 manat dəyərində mebel hissəsi olan taxta hissələri, 400 manat dəyərində şkafın taxta hissələri, 300 manat dəyərində olan bej mebel qapağı, 600 manat dəyərində olan bej rəngli mebel qapısı, 750 manat dəyərində olan 3 ədəd bej rəngli rəflər, 500 manat dəyərində olan dolab hissəsinin bej rəngli mebel qapaqları, 3000 manat dəyərində 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 2700 manat dəyərində qonaq mebel dəstinə aid sökülmüş vəziyyətdə olan taxta mebel hissələri, həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq qarşılıqlı iddia üzrə iddiaçı “X2 ve Gida”Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 135 manatı qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-479/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-479/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver