Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-479/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Azərbaycan”QSC-nin cavabdehlər "xxxx" Firması, X2 və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, digər cavabdeh "xxxx" Firmasının qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" Firması, Cavabdeh2 və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X4 Azərbaycan” QSC (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" Firması, Cavabdeh2 və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən (birgə) müştərək qaydada 299.999.26 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 205.207.83 manat, mediasıya xərci əvəzi 410 manat və 85.21 ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən (birgə) müştərək qaydada 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 299.999.26 manatın ödənilməsinin 1018 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 42.416.56 manat, 76.599.26 manatın ödənilməsinin 47 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 500.02 manat, 76.543.26 manatın ödənilməsinin 30 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 318.93 manat, 76.487.26 manatın ödənilməsinin 62 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 658.64 manat, 76.431.26 manatın ödənilməsinin 86 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 912.93 manat, 76.375.26 manatın ödənilməsinin 110 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 1.166.84 manat, 76.223.38 manatın ödənilməsinin 3583 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 37.931.72 manat, 76.223.38 manatın ödənilməsinin 72 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 762.23 manat, ümumilikdə isə dəymiş zərərin əvəzi kimi 84.667.87 manat, mediasıya xərci əvəzi 410 manat və ödənilmiş dövlət rüsumu 85.21 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «X4 Azərbaycan» QSC ilə cavabdeh "xxxx" firması arasında13 mart 2009-cü il tarixdə kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanılmışdır. Müqavilənin şərtlərinə görə "xxxx" firmasına 31 mart 2010-cü il tarixinədək, illik 19% dərəcəsi olmaqla 300 000 avro məbləğində pul ayrılmışdır. Cavabdeh kredit xətti üzrə almış olduğu hər bir kredit borcunun tamamını 3 ay ərzində, faizləri isə hər növbəti ayın sonuncu iş günündən gec olmayaraq Banka ödəməyi öhdəsinə görürmüşdür. Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə) irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdeh Qanuni nümayəndə və Cavabdeh2 ilə Bank arasında 13 mart 2009-cu il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Sumqayıt Yerli İqtisad Məhkəməsinin 03 may 2010-cu il tarixli, 2(85)-211/2010 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 379.085.77 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2010-cu il tarixə əsas borc üzrə 299.999.26 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2010-cu ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh, digər cavabdeh "xxxx" Firmasının qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə tutulmalı borcun əksər hissəsi ödənilmiş, tam icra edilməməsinin səbəbi isə cavabdehlərin mülkiyyətində hər hansı əmlak və pul vəsaitinin olmamasıdır. Əlavə olaraq, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, hazırkı tələb üzrə iddia müddətinin keçdiyini bildirib iddianın rədd edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.
7. Məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 03 may 2010-cu il tarixli 2(85)-211/2010 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “X4 Azərbaycan” QSC-nin "xxxx" Firmasına, Qanuni nümayəndə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə 13 mart 2009-cu il tarixli kredit müqaviləsinnə əsasən yaranmış 299.999,26 manat məbləğində əsas kredit borcu, 2375 manat məbləğində faiz borcu, hər gecikdirilmiş gün üçün hesablanmış 76711,51 manat məbləğində cərimə borcu, cəmi 379085,77 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.
10. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 03 may 2010-cu il tarixli 2(85)-211/2010 nömrəli icra sənədi xx.xx.2011-ci ildə icraya yönəldilmişdir.
11. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2011-ci il tarixli 2572 nömrəli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-211/10 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır.
12. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2011-ci il tarixli bildirişlərdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2- (85)-211/10 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanma haqqında qərarın icra edilməsi tələb edilmişdir.
13. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli 8(005)- 1288/2011 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-211/2010 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə borcu Cavabdeh2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilmişdir.
14. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 dekabr 2011-ci il tarixli 8(005)- 1812/2011 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-(85)-211/2010 saylı icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə borclu Cavabdeh2 məxsus “VAZ-21063” markalı, 10LF174 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması və tələbin həmin avtomaşına yönəldilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimat qismən təmin edilmiş, Cavabdeh2 məxsus “VAZ-21063” markalı, 10LF174 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17/611671 saylı sorğuya cavabdan görünür ki, Cavabdeh2 9 saylı cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtında əvvəl azad edilmişdir.
16. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-(85)- 211/10 nömrəli xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh2 qeydiyyatda olduğu ünvanda olmuş, lakin həmin ünvanda onu tapmaq mümkün olmamışdır. Borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və ona məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.
17. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-211/2010 nömrəli xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.21955-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 barəsində axtarış elan edilmişdir.
18. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Firmasının 13 mart 2009-cu il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) üzrə əsas borcdan qalan 299.999.26 manatın ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərər məbləği ümumilikdə 84667,87 manat təşkil edir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 3-16/2-9/1287/2024 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi borcalanın xx.xx.2020-ci il tarixə qalıq əsas borcu 76069,26 manat məbləğində və əsas borc məbləğində AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər hesablanmış (illik 5 faiz) faiz borcu 12657,08 manat məbləğində müəyyən olunur.
20. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
24. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
25. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
26. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
27. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
29. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.”
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).
33. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
35. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
36. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
37. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
38. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
39. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlər tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.
42. Bununla yanaşı, cavabdehlər məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişlər.
43. Materiallardan görünür ki, iddiaçı Sumqayıt Yerli İqtisad Məhkəməsinin 03 may 2010-cu il tarixli 2(85)-211/2010 nömrəli qətnaməsi qəbul edildiyi gündən maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixə qədər illik 5 faizlə hesablanmış borcun tutulmasını xahiş etmiş, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Materiallardan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmiş, bununla da iddia müddətinin axımı kəsilmişdir.
44. Məhkəmə hesab edir ki, iddia tələbi bu səbəbdən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər hesablanmış (illik 5 faiz) borcun tələb edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməli, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun (12657,08 manat) müəyyən edilməlidir.
45. İddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 03 may 2010-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdehlər tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın həmin hissədə rədd edilməsi üçün əsasdır.
46. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
47. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (MM, maddə 375.1.). Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (MM, maddə 373.3). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.
49. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
50. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
51. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 12657,08 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 85 manat dövlət rüsumu cavabdehlərə, 410 manat mediasiyaya dair xərc iddiaçının özünə aid edilməlidir.
54. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
55. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" Firması, Qanuni nümayəndə və Cavabdeh2 birgə (müştərək) qaydada 12657,08 manat məbləğində pul, 85 manat dövlət rüsumu, ümumilikdə 12742,08 (on iki min yeddi yüz qırx iki manat səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 410 (dörd yüz on) manat mediasiyaya dair xərc iddiaçı “X4 Azərbaycan” QSC-nin özünə aid edilsin. Ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci cavabdehlərdən birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova