Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4794/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Fəzail oğlunun Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Fəzail oğlunun Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Fəzail oğlu (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32000 (otuz iki min) manat məbləğində pulun, 186 (yüz səksən altı) manat ödədiyi dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki,o, Cavabdeh ortaq dostlarımızın tanışlığı ilə tanımışdır. Cavabdeh həkim terapeft işləyir. Münasibətləri normal olduğundan o, bildirdi ki, aptek açmaq istəyir, lakin maddi vəsaiti çatmır. Aptek açmaq üçün 100000 manatdan çox pul lazımdır. Həmin vaxtı mənim 50000 manata yaxın pulum var idi. Mən ona 46000 (qırx altı min) manat borca pul verdi. O,işlərinin yaxşı gedəcəyi təqdirdə borcu tez bir zamanda qaytaracağına söz verdi. Hətta əlavə olaraq qazancından mənə hörmətdə edəcəyini bildirdi. Mən ona xx.xx.2023-cü il tarixdə yazılı qəbz də imzalatdırdı. O, mənə verdiyi qəbzi öz xətti və öz imzası ilə yazmışdır. İlk aylarda ödəniş etsədə, sonrakı aylarda ödəniş etməməyə başladı. Bir neçə dəfə ona xəbərdarlıq etsəmdə heç bir nəticəsi olmamışdır. O, mənə borcundan 14000 (on dörd min) manat qaytarmışdır. Onun hazırda mənə 32000 (otuz iki min) manat borcu vardır. Artıq telefonlarıma cavab vermir, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişəm.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin qismən təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən 18500 manat verilmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında qeyd etdi ki, tərəflər arasında biznes münasibətləri mövcud olmuşdur və bu proses rəsmi qaydada aparılmışdır. ‘Zeytun Aptek’ ilə iddiaçı arasında subicarə müqaviləsi bağlanmışdır. Aptekin avadanlıqlarını cavabdeh təşkil etmişdir. Bu əsasda tərəflər şərikli biznes qurmuşlar. Müqaviləyə görə ümumilikdə 100.000 manat qoyulmalı idi. İddiaçı 66.000 manat pul qoymuş, cavabdeh isə avadanlıqları yerləşdirmişdir. Lakin aptekin gəlirləri az olduğundan gözlənilən qazanc əldə olunmamış və tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı obyektin sahibi ilə birlikdə Fədail və işçisini çıxarmışdır. Bu hal həmin işçi şahid qismində dindirilərkən təsdiq edilmişdir. Fədail isə heç bir açıqlama verməmişdir. Müqavilələr iddiaçı ilə bağlanmışdır. Cavabdehin 100.000 manatlıq vəsaiti bu münasibətlər nəticəsində batmışdır. İddianın əsası guya borcun tələb edilməsidir. Halbuki tərəflər arasında borc münasibətləri olmayıb. İddiaçı əsassız varlanma yolu ilə pul tələb edir. Qəbz isə yalnız 2023-cü ildə yazılmışdır. 5.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. xx.xx.2023-cü il tarixli Cavabdeh və İddiaçı tərəfindən imzalanmış sənəddə Cavabdeh İddiaçı 46 000 manat borcu olduğunu,həmin borcu növbəti 2 ay hər ay 1500 manat olmaqla,sonrakı aylarda həmin məbləği artırmaq şərtilə,lakin 1700 manat məbləğdən az olmamaqla qaytarmağı öz öhdəsinə götürmüşdür. V. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.[530]
11. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
12. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.[531]
13. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
14. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə iclasında tədqiq edilən sübutlarla , həmçinin tərəflərin izahatları ilə müəyyən edildi ki, tərəflər arasında razılamşma olmuş, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda iş görülməsi və qazanc götürülməsi ilə bağlı pul verilmiş, İddiaçı Fəzail oğlu ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli borcun etiraf edilməsi ilə bağlı yazılı razılıq imzalanaraq, cavabdeh həmin yazılı razılığa əsasən iddiaçıya 46000 manat borcu olduğunu etiraf etmiş, həmin razılaşmadan sonra tərəflərin hər ikisinin məhkəmə iclaslarında verdiyi izahatlara əsasən 18500 manatını ödəsə də, cavabdeh razılaşma üzrə yaranmış 27500 manat qalan məbləği ödəməmişdir. Tərəflər asında mübahisələndirilən hal, iddiaçı 27500 manat məbləğində pulu tələb etsə də, cavabdeh həmin pulu sahibkarlıq fəaliyyəti üçün verildiyini və həmin fəaliyyətlə bağlı ziyana düşdüklərindən həmin pulu iddiaçıya qaytarmalı olmadığını iddia edərək, iddianın rədd edilməsini xahiş edir.
18. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə 46000 manat pul verilmiş,yaranmış borcun hər ay 1700 manat olmaqla hissə-hissə qaytarılması tərəflər arasında razılaşdırılmışdır.İddiaçı məhkəmə iclasında verdiyi izahatda təsdiq etmişdir ki,ümumi borcdan cavabdeh tərəfindən ona 18500 manat ödənilib.Qeyd edilən hallar tərəflər arasında işin mübahisələndirilməyən hallarıdır.
19. Belə olan halda məhkəmə müqaviləyə əsaslanan öhdəlik münasibətində olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli borcun etiraf edilməsi ilə bağlı yazılı razılığa əsasən 46000 manat borcdan 18500 manatının cavabdeh tərəfindən ödənilməsi nəzərə alınaraq, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 27500 manat tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 186 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
21. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 172.50 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 27500 (iyirmi yeddi min beş yüz) manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə münasibətdə 172.50 (yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 xeyrinə ödənilsin . Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
. Hakim Günay Həşimova