Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4806/2025 03.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) qarşı “kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) qarşı “kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC-nin Qazax filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh1 ASC-nin (ləğv prosesindədir) Qazax filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsinə görə iddiaçıya illik 6 faiz dərəcəsi ilə ödənilmək şərtilə, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı kimi, iddiaçıya məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (əsas: xx.xx.2015-ci il tarixli, 1905/38 saylı ipoteka müqaviləsi). İddiaçı bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “cavabdeh”) “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd olunmuşdur. Bundan sonra, iddiaçı cavabdehə müraciət edərək, borc məbləğinin mərkəzi kredit reyestrindən silinməsini xahiş etmişdir. Lakin cavabdeh bildirmişdir ki, iddia rədd olunsa da, məhkəmə qətnaməsi ilə bank əməliyyat sistemində borc öhdəliyinin silinməsinə dair heç bir öhdəlik qoyulmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilmədiyinə görə, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 527.1, 554.1-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının 32/1 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydalarının 1.2, 3.1-3.2, 3.7-ci bəndlərinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə “borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması” barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının adının problemli müştərilər kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk olaraq bildirilir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 14.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə qötürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh İddiaçı ilə xx.xx.2015-ci il tarixli, 1905/38 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, 112.3 kv.m ümumi, 45.3 kv.m yaşayış və 67 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi Cavabdeh1 ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh İddiaçı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdehə xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişdir. Cavabdeh İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır, ancaq cavabdeh İddiaçı bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddia qaldırılan zaman cavabdehin banka ödənilməmiş 12277,30 manat əsas, 1884,42 manat faiz, 1365,38 manat cərimə, 3057,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18584,58 (on səkkiz min beş yüz səksən dörd manat əlli səkkiz qəpik) manat məbləğində borcu mövcuddur. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-178/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim-Rəşad Məmmədov) iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edildiyi səbəbindən təmin edilməmişdir. İddiaçı yuxarıda qeyd olunanlara istinad edərək kredit müqaviləsi üzrə “borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması” barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hesab edilir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2015-ci il tarixli, 1905 saylı borcun olmamasına dair məlumatların verilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bildirmək istəyirik ki, iddiaçının istinad etdiyi qətnamə üzrə onun borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən şəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Əlavə olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və ‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya da xitam verilməsi üçün əsas deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz qərarında qeyd etmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Bildiyiniz kimi, “İpoteka haqqında” Qanunun 10.1 -ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi ‘İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa və əlavə olaraq mülahizə kimi məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunanlara uyğun uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Mülahizə kimi məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunur ki, iddia ərizəsinə tərəflərindən verilən etirazda İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2015-ci il tarixli, 1905 saylı borcun olmamasına dair məlumatların verilməsinə dair iddia tələbinin əsassız olduğunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddia müddətinin tətbiq edilməsinin öhdəliyə xitam verilməsi üçün əsas olmadığını göstərmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz qərarında qeyd etmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddiaçı iddia ərizəsində qeyd olunan sübutlardan başqa, Ali Məhkəmənin iki qərarına istinad edərək, iddiasının əsaslı olduğunu və təmin edilməsi üçün məhkəmə praktikası kimi əsas göstərmişdir. Həmin qərarlarla tanış olunan zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3912/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında iddiaçılar İddiaçı 1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun olmaması barədə məlumatın təqdim olunması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2841/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC (vəkil nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 23 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini təmin etməmişdir. Həmin qərarda Ali Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X3 12 noyabr 2021-ci i tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının “MKR-ə məlumatların təqdim edilməsi” bölməsində konkret olaraq qeyd edilmişdir ki, hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə göstərilmiş informasiyanı əks etdirməlidir. Əlavə 1-də isə MKR-ə təqdim məlumatların tərkibi açıqlanmış və kredit borcu ilə bağlı 7.5 və 7.6-cı bəndlərdə qeyd olunmuşdur ki, MKR-ə yalnız hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği və hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği təqdim olunmalıdır. Lakin birinci instansiva məhkəməsinin istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 136/2017 nömrəli, 31 yanvar 2017-ci il tarixli qətnaməsinin məzmunundan da görünür ki, hazırkı iş üzrə iddiaçılar tərəfindən kredit üzrə ödənilməli əsas borc məbləği və kreditin müqavilə üzrə alınmamış faiz məbləği tamamilə ödənilmişdir və buna görə də məhz müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və pulunun ödənilməsi barədə tələb irəli sürülmüş, iddia müddəti keçdiyinə görə təmin olunmamışdır. Bank isə müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulunun ödənilməsi ilə bağlı məlumatları reyestrə daxil etmiş, həmin məbləğlərin cəmini isə iddiaçıların ümumi borcu kimi qeyd etmişdir. Halbuki, həmin məlumatların MKR-ə təqdim olunması Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası və bu Qaydaya Əlavə 1 ilə ziddiyyət təşkil edir. Yəni “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası və bu Qaydaya Əlavə 1 ilə nəzərdə tutulmuş məlumatlar verildiyi halda iddiaçıların borcu mövcud deyildir. Bu səbəbdən haqlı olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2841/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi, 163, 164, 165, 167 nömrəli kredit müqavilələri üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunmasının cavabdeh banka həvalə edilməsi qət olunmuşdur. Bundan başqa, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2- 2(102)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli digər qərarında iddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2-2(103)-649/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini təmin etməmişdir. Həmin qərarda Ali Məhkəmə qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən tərəflər arasında baş vermiş əvvəlki mübahisə üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 iyun tarixli qərarının 5-ci səhifəsinin 6-cı abzasına və eyni iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 avqust 2015-ci il tarixli qətnaməsinə istinad etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 8 iyun 2016cı il tarixli qərarının 5-ci səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, “Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən tərəflərin tam həcmdə öz öhdəliklərini yerinə yetirməsinə qədər müqavilənin qüvvədə olmasına əsaslansa da, onun tərəfindən verilən borcun cavabdehin səlahiyyətli şəxsi tərəfindən alınmasını və ya hesabına köçürülməsini və həmin hesabdan çıxarılmasını və öz növbəsində sonuncu tərəfindən banka qaytarılan kredit məbləğlərini təsdiq edən mötəbər sübutların iş materiallarına əlavə edilmədiyini müəyyən etmişdir.”. 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 avqust 2015-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının (bankın) nümayəndəsi məhkəmədə kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərin ipotekadan azad olunaraq sahiblərinə qaytarıldığını bildirmiş, o cümlədən iddiaçının təqdim etdiyi 25 oktyabr 2007-ci il tarixindən 1 yanvar 2011-ci il tarixinədək olan dövrün analitik hesabından çıxarışda 10 avqust 2009-cu il tarixində axırıncı əməliyyat göstərilmiş, günün axırı üçün kredit sıfırlanmışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının LPO QSC “Bank Standard” KB-na borcu olmamasının qanun qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmamışdır. Qeyd olunanları birdə nəzərdən keçirərək müəyyən etmək olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3912/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında əsas və faiz borcunun olmaması, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli digər qərarında isə ümumiyyətlə borcun olmaması əsasında borcalanın adlarını problemli müştərilər kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması barədə qərarlar verilmişdir. Bu isə etirazda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına zidd deyildir.
7. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-178/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı qarşı kredit borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 12277 manat 30 qəpik əsas, 1884 manat 42 qəpik faiz, 1365 manat 38 qəpik cərimə, 3057 manat 48 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18584 manat 58 qəpik məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 220 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, 112.3 kv.m ümumi, 45.3 kv.m yaşayış və 67 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qətnamə ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.
8. Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış 12-5/2-Y-287-21-202/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli borc öhdəliyinin olub-olmaması barədə məktubda qeyd edilmişdir ki, Cavabdeh1 ASC ilə aranızda bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Sizə 36 (otuz altı) ay müddətinə 14500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Bildirilir ki, sözügeden kredit müqaviləsi üzrə LPO Cavabdeh1 ASC-yə xx.xx.2024-cü il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 15527,10 manat borc öhdəliyiniz mövcuddur. Əlavə olaraq bildirilir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi əsas öhdəliyin xitamına səbəb olmur və borcun Mərkəzi Kredit Reyestrindən silinməsi üçün əsas deyildir, eyni zamanda Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-178/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən bank əməliyyat sistemində borcunuzun silinməsinə dair LPO Cavabdeh1 qarşısında heç bir öhdəlik qoyulmamışdır. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 527-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.4-cü maddəsinə əsasən borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki: - iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: - iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə, geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. - Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. - Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
14. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir.
15. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 12 noyabr 2021-ci il tarixli qərarının 3.5-ci bəndinə əsasən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
17. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 12277 manat 30 qəpik əsas, 1884 manat 42 qəpik faiz, 1365 manat 38 qəpik cərimə, 3057 manat 48 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18584 manat 58 qəpik məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 220 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, 112.3 kv.m ümumi, 45.3 kv.m yaşayış və 67 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı tutulması ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-178/2024 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.
18. Hazırda İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-178/2024 saylı qətnaməsinə istinad edərək, ləğv prosesində olan Cavabdeh1 ASCnin Qazax filialı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
19. Hesab olunur ki, iddia təmin olunmamalıdır.
20. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-178/2024 saylı qətnaməsi ilə “iddia müddətinin ötürülməsi” əsası ilə təmin edilməmişdir. İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Qanunvericilik heç bir halda iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi tanımır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
21. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).
22. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Belə olan halda iddiaçının xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslı sayıla bilməz.
23. Beləliklə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
24. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova