Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-481/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 Üzrə Baş İdarəsinin Cavabdeh qarşı əmlakın müsadirə edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 Üzrə Baş İdarəsi Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 111 manat olan 40 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********7180 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 ünvanda yerləşən fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus köşkdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 111,0 manat olan 40 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi fiziki şəxs Cavabdeh barəsində “Markalanmalı(nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2019-cu il tarixli VN seriyalı№ 000256 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı(nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2019-cu il tarixli VN seriyalı № 000256 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Vergi Məcəlləsinin 23.1.15 və 23.1.15-4-cü maddələrinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. Qeyd olunan Məcəllənin 89.13-cü maddəsinə görə aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların məcburi nişanlama ilə nişanlanmadan və ya saxta məcburi nişanlama ilə nişanlanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların miqdarı muvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan siyahısı tərtib edilir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. Həmin Məcəllənin 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən cavabdehə məxsus obyektdə operativ nəzarət tədbiri həyata keçirilərkən aksiz markası ilə markalanmalı olan markalanmamış alış dəyəri 111 manat olan 40 qutu tütün məmulatları aşkar edilərək götürülmüşdür. Həmin malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.13 və 89.14-cü maddələrində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Bakı şəhəri X1 Departamenti tərəfindən Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 111 manat olan 40 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 111 manat olan 40 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-481/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-481/2020
11.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver