Məhkəmə qərarları › İş №e-2-2(113)-4814/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4814/2023

27.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4814/2023 27.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Kara Savaşın cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kara Savaş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən ödənilməyən 178,000 ABŞ dolları dəyərində tinglərin geri qaytarılması (və ya dəyərinin ödənilməsi), 200.000 ABŞ dolları məbləğində dəymiş maddi ziyanın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 935 AZN məbləğin ondan tutularaq iddiaçı Savaş Karaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının Türkiyə Respublikasında olan işləri ilə əlaqədar keçirilcək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, həmçinin cavabdehlə yaxın dostları vasitəsi ilə barışıq əldə edilməsi imkanları olduqlarını bildirmiş. Bu xüsusatların məhkəmə tərəfinfən nəzərə alınmasını və mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi/vəkili Nümayəndə etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddiaçının xx.xx.2023-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılınası ilə işin baxılmamış saxlanılmasını xahiş etdiyini, lakin iddia ərizəsinin geri qaytarılmasına dair iddiaçı tərəfindən təqdim edilmiş həmin ərizəyə etiraz etdiyini bildimişdir. İşə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazın dəlilləri əsasında baxıb, iddia ərizəsini MPM-nin 259.0.5-ci maddəsinə əsasən baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Kara Savaşın Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 535 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar