Məhkəmə qərarları › İş №e-2-2(113)-4815/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4815/2024

11.07.2024 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4815/2024 11.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Ərizəçi "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Birgə Müəssisəsi ilə X2 oglı arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" Birgə Müəssisəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Birgə Müəssisəsi ilə X2 oglı arasında imzalanmış 04 oktyabr 2023-ci il tarixlie MŞB/S/2 0 23 - 02A27 nomrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 oglı iddiaçı "xxxx" Birgə Müəssisəsindən aldığı mala görə (Laminat, Mdf, Dsp) yaranmış 4042 manat borcunu könüllü olaraq ödəməyi üçün mediasiyaya müraciət edilmişdir. Belə ki, tərəflər arasında əldə olunmuş ümumi razılığa əsasən 04 oktyabr 2023-ci il tarixli MŞB/S/2 0 23 -02A27 nomrəli barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə uyğun olaraq cavabdehə borcunun hissə-hissə ödənilməsi üçün ödəniş cədvəli tərtib edilmişdir.. Lakin cavabdeh bağlanmış barışıq sazişinin bütün tələb və öhdəliklərini pozaraq yaranmış imkandan istifadə etmək əvəzinə borcunu ödəməkdən düşünülmüş halda imtina edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etmir, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsində isə təsbit olunmuşdur ki, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəməyə təqdim edilən 04 oktyabr 2023-ci il tarixli MŞB/S/2 0 23-02A27 nomrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Birinci tərəf "xxxx" Birgə Müəssisəsi nümayəndəsi Nümayəndə şəxsində təmsil olunan İkinci tərəf: X2 oglı, Birinci tərəf hüquqi şəxsə olan 4.042 (dörd min qırx iki) manat borcunu etiraf etdiyini və bub orc məbləğinin aşağıda göstərilən cədvəl üzrə vaxtıvaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. İkinci tərəf: X2 oglı etiraf edir ki, Birinci tərəf: "xxxx" Birgə Müəssisəsinə olan 4042 (dörd min qırx iki) manat borcunu etiraf etdiyini və bub orc məbləğinin aşağıda göstərilən cədvəl üzrə vaxtı-vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.

3. İkinci tərəf: X2 oglı təsdiq edir ki, bu Saziş üzrə öz üzərinə düşən öhdəliklərini icra etmədikdə Birinci tərəf: "xxxx" Birgə Müəssisəsinə 1000 (bir min) manat məbləğində cərimə ödəyəcəyinə dair (ondan bu məbləğin birdəfəlik tutulmasına razıdır) öz üzərinə öhdəlik götürür.

4. Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf: X2 oglı öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəf "xxxx" Birgə Müəssisəsi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək əsas borc və cərimə məbləğinin məcburi qaydada tutulması üçün (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Ödəniş cədvəli: N0: Ödəniş tarixi: Köçürüləcək məbləğ:

1. xx.xx.2023-cü il 1200 (bir min iki yüz) AZN tarixinədək

2. xx.xx.2023-cü il 2.840 (iki min səkkiz yüz tarixinədək qırx) AZN Cəmi

04 oktyabr 2023-ci il tarixli MŞB/S/2 0 23-02A27 nomrəli barışıq sazişi "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə imzası, X2 oglının imzası və mediator X1 imzası və mediasiya təşkilatının möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış 04 oktyabr 2023-ci il tarixli MŞB/S/2 0 23 -02A27 nomrəli barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və ərizəçi və maraqlı şəxs tərəfindən imzalanmışdır. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" Birgə Müəssisəsi ilə X2 oglı arasında mediasiya prosesi nəticəsində bağlanılmış 04 oktyabr 2023-cü il tarixli, MŞB/S/2 0 23 -02A27 nomrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Birinci tərəf "xxxx" Birgə Müəssisəsi nümayəndəsi Nümayəndə şəxsində təmsil olunan İkinci tərəf: RX2 oglı, Birinci tərəf hüquqi şəxsə olan 4.042 (dörd min qırx iki) manat borcunu etiraf etdiyini və bu borc məbləğinin aşağıda göstərilən cədvəl üzrə vaxtı-vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. İkinci tərəf: X2 oglı etiraf edir ki, Birinci tərəf: "xxxx" Birgə Müəssisəsinə olan 4042 (dörd min qırx iki) manat borcunu etiraf etdiyini və bu borc məbləğinin aşağıda göstərilən cədvəl üzrə vaxtı-vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.

3. İkinci tərəf: X2 oglı təsdiq edir ki, bu Saziş üzrə öz üzərinə düşən öhdəliklərini icra etmədikdə Birinci tərəf: "xxxx" Birgə Müəssisəsinə 1000 (bir min) manat məbləğində cərimə ödəyəcəyinə dair (ondan bu məbləğin birdəfəlik tutulmasına razıdır) öz üzərinə öhdəlik götürür.

4. Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf: X2 oglı öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəf "xxxx" Birgə Müəssisəsi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək əsas borc və cərimə məbləğinin məcburi qaydada tutulması üçün (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır Ödəniş cədvəli: N0: Ödəniş tarixi: Köçürüləcək məbləğ:

1. xx.xx.2023-cü il 1200 (bir min iki yüz) AZN tarixinədək

2. xx.xx.2023-cü il 2.840 (iki min səkkiz yüz tarixinədək qırx) AZN Cəmi

Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar