Məhkəmə qərarları › İş №e-2-2(113)-482/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-482/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-482/2021 20.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, "xxxx" İstehsalat Birliyi MMC “Radioquraşdırma” zavodunun cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinə qarşı zəbt edilmiş torpaq sahələrinin boşaldılması və qeyri-qanuni tikilinin sökülməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, "xxxx" İstehsalat Birliyi MMC “Radioquraşdırma” zavodunun cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinə qarşı zəbt edilmiş torpaq sahələrinin boşaldılması və qeyri-qanuni tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti tərəfindən zəbt edilmiş iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 524.4 kv.m təşkil edən torpaq sahəsinin boşaldılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qeyri-qanuni tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə ilə cavabdeh Şirkət arasında 01.05.2006-cı il tarixində “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 1643/42059 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 524.4 kv.m təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə cavabdehin icarəsinə verilmişdir. İcarə predmeti olan qeyri-yaşayış sahəsinin adı, dəyəri, təyinatı, təsviri və s. digər xüsusi qeydlər müqavilədə öz əksini tapmışdır. Həmçinin bundan əlavə, icarə müqaviləsi üzrə cavabdehin ödəməli olduğu icarə haqqı, hesablanma qaydası da tam ətraflı qeyd edilmişdir. İddiaçının istehsalın genişlənməsi və istehsal həcminin artması ilə əlaqədar əlavə istehsal sahələrinə və tikililərə ehtiyacın olduğunu nəzərə alınmaqla icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasına zərurət yaranmışdır. Bu isə İcarə müqaviləsində icarə münasibətlərinə xitam verilməsinin birbaşa əsası kimi qeyd edilmişdir. Ona görə də iddiaçı tərəfdən AR Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilərək icarə müqaviləsinə xitam verilməsi və icarə predmeti olan əmlakın iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin 23.03.2020-ci il tarixli, **********94 nömrəli cavab məktubunda isə iddiaçıya məlumat verilmişdir ki, tərəflər arasında bağlanmış 01.05.2006-cı il tarixli, 1643/42059 saylı icarə müqaviləsi 30.12.2007-ci il tarixində ləğv edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Şirkət tərəfindən icarə predmeti olan sahə boşaldılmamış və iddiaçıya qaytarılmamışdır. Bundan əlavə cavabdeh həmin torpaq sahəsini zəbt edərək zəbt edilmiş torpaq sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz tikililər inşa etmişdir. Bu qeyri-qanuni hərəkətlər artıq uzun müddətdir ki, davam edir. Ona görə də cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər (pretenziya məktubları) edilmişdir. Lakin cavabdeh tərəfindən hələ də həmin torpaq sahəsinin boşaldılması, qeyri-qanuni tikilinin sökülməsi üçün hərhansı tədbirlər görülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbini tam həcmdə təmin edərək cavabdeh "xxxx" Sahələrarası Elmi- İstehsalat Şirkəti tərəfindən zəbt edilmiş iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1393,62 kv.m təşkil edən ərazinin (tikili altı sahəsi 345,6 kv.m) boşaldılaraq iddiaçı "xxxx" MMC-yə geri qaytarılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə cavabdeh şirkət arasında 01.05.2006-cı il tarixində “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 1643/42059 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1393,62 kv.m (tikili altı sahəsi 345,6 kv.m) təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə cavabdehin icarəsinə verilmişdir. İcarə predmeti olan qeyri-yaşayış sahəsinin adı, dəyəri, təyinatı, təsviri və s. digər xüsusi qeydlər müqavilədə öz əksini tapmışdır. Həmçinin bundan əlavə, icarə müqaviləsi üzrə cavabdehin ödəməli olduğu icarə haqqı, hesablanma qaydası da tam ətraflı qeyd edilmişdir. İddiaçının istehsalın genişlənməsi və istehsal həcminin artması ilə əlaqədar əlavə istehsal sahələrinə və tikililərə ehtiyacın olduğunu nəzərə alınmaqla icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasına zərurət yaranmışdır. Bu isə İcarə müqaviləsində icarə münasibətlərinə xitam verilməsinin birbaşa əsası kimi qeyd edilmişdir. Ona görə də iddiaçı tərəfdən AR Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilərək icarə müqaviləsinə xitam verilməsi və icarə predmeti olan əmlakın iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin 23.03.2020-ci il tarixli, **********94 nömrəli cavab məktubunda isə iddiaçıya məlumat verilmişdir ki, tərəflər arasında bağlanmış 01.05.2006-cı il tarixli, 1643/42059 saylı icarə müqaviləsi 30.12.2007-ci il tarixində ləğv edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Şirkət tərəfindən icarə predmeti olan sahə boşaldılmamış və iddiaçıya qaytarılmamışdır. Bundan əlavə cavabdeh həmin torpaq sahəsini zəbt edərək zəbt edilmiş torpaq sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz tikililər inşa etmişdir. Bu qanunsuz hərəkətlər artıq uzun müddətdir ki, davam edir. Ona görə də cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər (pretenziya məktubları) edilmişdir. Lakin cavabdeh tərəfindən hələ də həmin torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi üçün hər-hansı tədbirlər görülməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunun tələbindən də açıq şəkildə görünür ki, mülkiyyət və digər hüquqların yaranması üçün dövlət qeydiyyatı məcburidir. Belə sənədin mövcud olmadan torpağa yiyələnmək özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Lakin iddiaçıya məxsus, cavabdeh tərəfindən zəbt edilmiş mübahisəli torpaq sahəsi üzərində cavabdehin hər hansı hüququnun mövcud olması barədə daşınmaz əmlakın dövlət reyestrindən heç bir sənəd verilməmişdir. Mübahisələndirilən həmin torpaq sahəsi üzrə iddiaçının hüquqlarını təsdiq edən sənədlər mövcuddur və iddia ərizəsinə əlavə edilmişdir. Bu hal belə həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini və həmin ərazidə qanunsuz tikililərin inşa edilməsi faktını sübut edir. Cavabdehə dəfələrlə edilmiş şifahi və yazılı müraciətlər bir nəticə vermədiyi üçün mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət edilərək cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin sahədə inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə əsaslı məhkəmə qətnaməsinin qəbul edilməsi xahiş edilir. Mülki işin gedişində məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və digər dövlət orqanlarına sorğular verilməsi və zərurət yarandığı halda ekspertizanın təyin edilməsinin nəticəsi olaraq alınan cavablar iddianın əsaslı olduğunu və torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi faktını sübut edəcəkdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etdi ki, Strimer X1 Birliyi 25 oktyabr 1988-ci il tarixində təsis edilmişdir. SSRİ Nazirlər Sovetinin Qərarına əsasən “Radioqayırma” BİB nəzdində "xxxx" Kooperativi yaradılmış və istehsalat və inzibati tikililər "xxxx" X4 verilmiş və zəruri avadanlıqla təchiz edilmişdir. Qeyd edilən əmlak dövlət əmlakıdır, "xxxx" X1 Birliyi tərəfindən aparılmış tikinti işləri tam qanuni əsaslarla aparılmışdır. 08 yanvar 2008-ci il tarixli təhvil-təslim aktı ilə həmin tikilinin 491.7 m2-lik hissəsi balanssaxlayıcıya geri qaytarılmışdır. Tikilinin geri qalan 32.7 m2-lik hissəsinə isə icarə müqaviləsi üzrə istifadə hüququ qalmaqdadır. 1 saylı yerli İqtisad Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli, 3047/5-638 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi rədd edilmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi qeyri-qanuni olaraq icraata götürülmüşdür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti, Dövlət əmlakının icərəyə verilməsi, özəlləşdirilməsi və torpaq İdarəsi, “icarəçi” "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti olmaqla imzalanmış 12 iyun 2002-ci il tarixli müqaviləyə əsasən “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti direktorunun 11.09.2001-ci il tarixli, 28 saylı Əmrinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 524,4 m2 təşkil edən “Radioquraşdırma” İB-nin balansında olan qeyri-yaşayış sahəsini istehsal məqsədi ilə “icarəçi”nin müddətli istifadəsinə verir. 2.2-ci bəndə əsasən aylıq icarə haqqının 30%-i (ƏDV-siz)-94.223,0 (doxsan dörd min iki yüz iyirmi üç) manat, illik icarə haqqının 30%-i (ƏDV- siz)-1.130 676,0 (bir milyon yüz otuz min altı yüz yetmiş altı) manat Baş Dövlət Xəzinədarlıq idarəsinin Azərbaycan Respublikası Milli Bankının Əməliyyat idarəsindəki **********031 saylı hesabına (kod 210005, VÖEN 170013678, S.W.İ.F.T. kodu CTREAZ22), aylıq icarə haqqının 70%-i (ƏDV-ilə)-259 425,0 (iki yüz əlli doqquz min dörd yüz iyirmi beş) manat, illik icarə haqqının 70%-i (ƏDV-ilə)-3.113.100,0 (üç milyon yüz on üç min yüz) manat “Radioquraşdırma” İB-nin hesablaşma hesabına ödənilməlidir. 3.1-ci bəndə əsasən icarə müqaviləsinin müddəti: 15.06.2002-ci il tarixdən 15.12.2002-ci il tarixədək müəyyən edilir. “İcarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “icarəçi” "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti olmaqla imzalanmış 01 may 2006-cı il tarixli Dövlət əmlakının (qeyri yaşayış) sahəsinin icarəyə verilməsi haqqında 1643/2059 saylı, 01 may 2006-cı il tarixli icarə müqaviləsinə əsasən “icarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin 07.12.2005-ci il tarixli, 16 saylı əmrinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 524.4 kv.m təşkil edən Müdafiə Sənayesi Nazirliyi, Bakı “Radioquraşdırma” İB-nin balansında olan qeyri-yaşayış sahəsini istehsal məqsədilə “icarəçi”nin müddətli istifadəsinə verir. 3.1-ci bəndə əsasən icarə müqaviləsinin müddəti 01.05.2006-cı il tarixdən 01.11.2006-cı il tarixədək müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilən 29.04.1998-ci il tarixli, 3601 saylı texniki pasportda Bakı şəhəri, Xətai rayon R.Quliyev-4 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçi və ya icarəçi Bakı Radioquraşdırma Zavodu, icarəçi "xxxx" S.E.İ.Ş-i qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilən 14.05.1998-ci il tarixli 3760 saylı texniki pasportda Bakı şəhəri, Xətai rayon Ramiz Quliyev 4 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçi və ya icarəçi Bakı Radioquraşdırma Zavodu, icarəçi "xxxx" S.E.İ.Ş-i qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 18.05.2011-ci il tarixli, 11/409220611 inventar nömrəli **********64-12101 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunda Bakı şəhəri, Xətai rayon Ramiz Quliyev 4 ünvanında yerləşən daşınmaz əmlakın balans saxlayıcısı Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodu, hüquq subyekti "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodu qeyd olunmuşdur. “Radioqayırma” BİB və "xxxx" kooperativi arasında hüquqi münasibətlərin müəyyən edilməsi haqqında 1465 nömrəli əmrdə qeyd olunur ki, SSR Nazirlər Sovetinin 14 avqust 1986-ci il tarixli 315 nömrəli qərarına müvafiq olaraq “Radioqayırma” BİB nəzdində "xxxx" Kooperativi yaradılmışdır. 01.10.1988-ci il tarixədək BEŞ keçmiş istehsalat və inzibati tikililərini (binalarını) "xxxx" kooperativinə verilsin /11 №-li sex/ və qeyd edilən sahələr zəruri avadanlıqla təmin edilsin. “Balanssaxlayıcı” Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi, “icarəçi” "xxxx" Sahələrarsı Elmi-İstehsalat Şirkəti olmaqla imzalanmış 08 yanvar 2008-ci il tarixli təhvil-təslim aktına əsasən 30 dekabr 2007-ci il tarixində, 1643/2059 saylı 01 may 2006-cı il tarixli icarə müqaviləsinin 2.1 bəndinin 2-ci maddəsi üzrə, 7 saylı binanın- 497,7 m2- lik yarımzirzəmi istehsal sahəsi “icarəçi”-dən geri götürülmüşdür. 17 avqust 2021-ci il tarixli, 10/1863 saylı ekspert rəyində qeyd olunur ki, "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinin istifadəsində olan ərazi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, "xxxx" İstehsalat Birliyi MMC “Radioquraşdırma” zavodunun **********364-12101 reyestr nömrəli, 18.05.2011-ci il tarixli, 11/409 invertar nömrəli texniki pasport sənədində göstərilən ərazinin cənub-qərb küncündə yerləşən hissəsi ilə və ərazidə yerləşən tikililər həmin texniki pasport sənədində G2, S2, R2, və H2 literləri ilə göstərilmiş tikililərlə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti tərəfindən ünvan 1 ünvanında yerləşən, 345,6 kv.m sahə boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3-İstehsalat Şirkəti tərəfindən ünvan 1 ünvanında yerləşən, 345,6 kv.m sahə boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar