Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4824/2025 25.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: : kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 19 iyun 2023-cü il tarixli, RBYF-7102 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8086,72 manat (səkkiz min səksən altı manat yetmiş iki qəpik), faiz borcuna görə 486,97 manat (dörd yüz səksən altı manat doxsan yeddi qəpik), dəbbə pulu borcuna görə 92,23 manat (doxsan iki manat iyirmi üç qəpik) olmaqla, cəmi 8665,92 manat (səkkiz min altı yüz altmış beş manat doxsan iki qəpik) məbləğində pulun və 107 (yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 19 iyun 2023-cü il tarixli, RBYF-7102 saylı kredit müqaviləsinə əsasən ona illik 21% (iyirmi bir) faiz dərəcəsi olmaqla, 30 (otuz) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 19 iyun 2023-cü il tarixdə İddiaçı ASCnin Yasamal filialı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zamin 19 iyun 2023-cü il tarixli, RBYF- 7102 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 19 iyun 2023-cü il tarixli, RBYF-7102 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 19 iyun 2023-cü il tarixli, RBYF-7102 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 19-dan gec olmayaraq hər ay 862,6 manat (səkkiz yüz altmış iki manat altmış qəpik) ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2023-cü il tarixli, RBYF-7102 saylı kredit müqaviləsi üzrə 7586,72 manat əsas borc, kreditdən istifadəyə görə 733,73 manat məbləğində faiz borcu, 265,98 manat cərimə olmaqla, cəmi 8586,43 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 107 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF- 7102 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 bankdan 30 (otuz) ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla, 20000 (iyirmi min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən borc verən müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərin artırılması məqsədilə 20000 manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.14.2-ci maddəsinə əsasən müqavilə müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə hesablanacaqdır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-ni möhürü ilə təsdiq olunmuşdur.
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7102 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7102 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-ni möhürü ilə təsdiq olunmuşdur.
8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7102 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-7102 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-ni möhürü ilə təsdiq olunmuşdur.
9. xx.xx.2023-cü il tarixli sərəncam-orderdən görünür ki, 20000 manat məbləğində vəsait Cavabdeh2 hesabına köçürülmüşdür.
10. İş materiallarına ödəniş qrafiki əlavə edilmişdir.
11. RabitəBank” ASC tərəfindən tərtib edilmiş kreditin tarixi adlı sənəddə qeyd olunur ki, Cavabdeh2 RBYF-7102 saylı müqavilə üzrə 8086,72 manat kredit qalığı, 458,65 manat faiz borcu, 74,89 manat dəbbə pulu olmaqla, ümumilikdə 8620,26 manat borcu vardır.
12. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, RBYF-7102 saylı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka olan borcu 8086,72 manat məbləğində əsas, 486,97 manat məbləğində faiz, 92,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8665,92 manat təşkil edir.
13. İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə xx.xx.2025-ci il tarixinə olan 8086,72 manat əsas borc, 458,65 manat faiz borcu və 74,89 manat cərimə borcu borcu olmaqla, cəmi 8620,26 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. İddiaçı ASC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə xx.xx.2025-ci il tarixinə olan 8086,72 manat əsas borc, 458,65 manat faiz borcu və 74,89 manat cərimə borcu olmaqla, cəmi 8620,26 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
15. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, RB02/PK2208 saylı bildirişin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə xx.xx.2025ci il tarixinə olan 8086,72 manat əsas borc, 458,65 manat faiz borcu və 74,89 manat cərimə borcu olmaqla, cəmi 8620,26 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının хеyrinə 19 iyun 2023-cü il tarixli, RBYF-7102 saylı kredit müqaviləsi üzrə 7586,72 manat əsas borc, 733,73 manat faiz borcunun tutulması təşkil edir.
21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və İddiaçı ASC-nin iddia tələbinin azaldılması ilə bağlı ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7586,72 manat (ərizəyə uyğun) əsas borc, 458,65 manat (dörd yüz əlli səkkiz manat altmış beş qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulması tələbi qalan hissədə təmin olunmamalıdır.
22. İddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmışdır. Belə ki, İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktublarından müəyyən olunur ki, müqavilə üzrə faiz borcunun məbləği 458,65 manat təşkil etmişdir.
23. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 265,98 manat məbləğində dəbbə pulunun tutulması təşkil edir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada tutualcaq cərimə məbləği azaldılmalı, 92,23 manat (doxsan iki manat iyirmi üç qəpik) məbləğində müəyyən edilməli və həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır.
26. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 107 manat məbləğin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,20 manat (yüz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli, RBYF-7102 saylı kredit müqaviləsi üzrə 7586,72 manat (yeddi min beş yüz səksən altı manat yetmiş iki qəpik) əsas borc, 458,65 manat (dörd yüz əlli səkkiz manat altmış beş qəpik) faiz borcu, 92,23 manat (doxsan iki manat iyirmi üç) dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,20 manat (yüz manat iyirmi qəpik) olmaqla, ümumilikdə 8237,80 manat (səkkiz min iki yüz otuz yeddi manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova