Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4841/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “pulun tutulması” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda borcun və 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (hazırkı Yelo Bank” ASC)-dən illik 19 faizlə 24 ay müddətinə 125.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 ümumilikdə cəmi 114299.62 ABŞ dolları məbləğində borc tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək tutulmalı olan faiz borcunun məbləği 15389.26 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-4784/2018 saylı qərarı ilə təmin edilməmişdir. Ümumilikdə, cavabdeh tərəfindən tutulan borcun məbləği 105297.66 ABŞ dolları olmuşdur. 07 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28557 ABŞ dolları əldən çıxmış fayda borcu vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə izahatında iddiaya etiraz edərək rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
V. Məhkəmənin mövqeyi və Sübutların tədqiqi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
7. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Nikoyl İKB” ASC (İddiaçı ASC) ilə Cavabdeh2 arasında 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd edilmiş kredit müqaviləsindən yaranmış mübahisə üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 ümumilikdə cəmi 114.299,62 ABŞ dolları məbləğində borc tutulması qət edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək tutulmalı olan faiz borcunun məbləği 15.389,26 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-4784/2018 saylı qərarı ilə təmin edilməmişdir.
8. İddiaçı tərəf hazırda 07 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda borcunun tutulmasını xahiş edir.
9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi məhz Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsinin nəticəsi ilə bağlıdır.
10. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş maddələr Mülki Məcəllənin altıncı bölməsi olan “Öhdəlik hüququnun ümumi hissəsi” və “Öhdəliklər haqqında ümumi müddəalar” adlı 19-cu fəslində yerləşir
11. Bu baxımdan da, hazırkı mübahisənin həlli baxımından yuxarıda qeyd olunmuş normaların məzmunu doğru təfsir edilməlidir.
12. Göründüyü kimi, qanun öhdəliyin əmələ gəlmə əsaslarının dairəsini müəyyən edərək onun zərər vurulma (1), əsassız varlanma (2), müqavilə (3), Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan (4) yarana bilmə imkanını qeyd etmişdir.
13. Mülki Məcəllənin 442 və 445.7-ci maddəsi isə, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslində yerləşir
14. Göründüyü kimi qanunun 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir.
15. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur.
16. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir.
17. Belə olan halda yəni, Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.
18. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami RM-nin 3(007)-149/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından da görünür ki, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 540/2018 saylı qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir.
19. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov