Məhkəmə qərarları › İş №e-2-2(113)-4842/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4842/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4842/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh2nə və Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və ipoteka müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh2nə və Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC cavabdehlər X4, Cavabdeh2nə və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən və X1 İddiaçı ASC-nin xeyrinə8 fevral 27 iyun 2024-cü il tarixli, 1**-NF-***3065/05/KM №-li kredit müqaviləsinə əsasən Banka xx.xx.2025-ci il tarixə banka əsas borcu 620.000,29 manat, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 48.648,95 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 922,27 manat, cəmi 669.571,51 manat məbləğində kredit borcunun və 960 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə; 2. İpoteka qoyan "xxxx" MMC-yə məxsus xx.xx.2024-cü il tarixli, 1**-NF-***3065/02/SİM saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 108.4 m2 qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 669.571,51 manat məbləğində kredit borcunun və 960 mana məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə; 3. xx.xx.2024-cü il tarixli, 1**-NF-***3065/4/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, daşınar əmlakın ipoteka müqaviləsinə əsasən X6 məxsus X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlıavtomobil, xx.xx.2024-cü il tarixli, 107- NF-5263065/4/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklülük predmetiniİddiaçı ASC-nin sahibliyinə verilməsi, daşınar əmlakın ipoteka müqaviləsinə əsasən X6 məxsus İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobil olan daşınar əmlaklara tutma yönəldilməsi, qeyd olunan avtomobillər açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCyə olan669.571,51 manat məbləğində kredit borcunun və 960 mana məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Nərimanov Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 27 iyun 2024-cü il tarixli, 107-NF5263065/05/KM №-li kredit müqaviləsinə əsasən illik 16 faiz dərəcəsi ilə 741147.32 (yeddi yüz qirx bir min bir yüz qirx yeddi) manat 32 qəpik məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh3 MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 108.4 m2 qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixli, 1**-NF-***3065/02/SİM saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq X6 məxsus X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixli, 107- NF-5263065/3/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq X6 məxsus İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixli, 1**-NF-***3065/4/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq Cavabdeh3 MMC ilə 1**-NF-***3065/10/ZM saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq X7 ilə 1**-NF-***3065/11/ZM saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Bank kredit müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh2 MMCöz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə onun xx.xx.2025-ci il tarixə: 27 iyun 2024-cü il tarixli, 1**-NF-***3065/05/KM №-li kredit müqaviləsinə əsasən Banka xx.xx.2025-ci il tarixə banka əsas borcu 620.000,29 manat, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 48.648,95 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 922,27 manat, cəmi 669.571,51 manat məbləğində borcu yaranmışdır. Borclu öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki Cavabdehəxəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2025-ci il tarixdə 48,02 manat məbləğində ödənilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1)Cavabdeh3 MMC məxsus ünvan 1 ünvanında yerləşən 108.4 m2 qeyri-yaşayış sahəsi tutmanın yönəldilməsindən imtina olunması; 2)Cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən və X1 İddiaçı ASC-nin xeyrinə 8 fevral 27 iyun 2024-cü il tarixli, 1**- NF-***3065/05/KM №-li kredit müqaviləsinə əsasən Banka xx.xx.2026-cı il tarixə banka əsas borcu 249.571,51 manat məbləğində kredit borcunun, iddia qaldırılan günə əsas kredit üzrə əsas borc 624.415,75 manat pulun 5% xx.xx.2025-ci il tarixə 18905,90 manat, xx.xx.2025-ci il tarixdən kredit üzrə əsas borc 249.571,51 manat pulun 5% xx.xx.2026-cı il tarixə 277,30 manat və 960 manat məbləğində ödənilmiş dövlət rüsumunun . 3)xx.xx.2024-cü il tarixli, 107-NF5263065/4/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, daşınar əmlakın ipoteka müqaviləsinə əsasən X6 məxsus X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlı avtomobil, xx.xx.2024-cü il tarixli, 1**-NF-***3065/4/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, daşınar əmlakın ipoteka müqaviləsinə əsasən X6 məxsus İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobil olan daşınar əmlaklara tutma yönəldilməsi, qeyd olunan avtomobillər açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCyə olan 249.571,51 manat məbləğində kredit borcunun, iddia qaldırılan günə əsas kredit üzrə əsas borc 624.415,75 manat pulun 5% xx.xx.2025-ci il tarixə 18905,90 manat, xx.xx.2025-ci il tarixdə kredit üzrə əsas borc 249.571,51 manat pulun 5% xx.xx.2026-cı il tarixə 277,30 manat ümumlikdə 268.754,71 manat borcun və 960 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh X8 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, e-2-2(113)- 4842/2025 saylı işlə bağlı xx.xx.2026-cı il tarixə təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasına iştirakı olmadan baxılmasına etiraz etmir və eyni zamanda tələbkar tərəfindən dəqiqləşdirilmə ilə bağlı olan ərizəsinə etiraz etmir və ərizə göstərilən xx.xx.2026-cı il tarixə banka əsas borcu 249.571,51 manat məbləğində kredit borcunun, iddia qaldırılan günə əsas kredit üzrə əsas borc 624.415,75 manat pulun 5% xx.xx.2025-ci il tarixə 18905,90 manat, xx.xx.2025-ci il tarixdən kredit üzrə əsas borc 249.571,51 manat pulun 5% xx.xx.2026-cı il tarixə 277.30 manat və 960 manat məbləğində dənilmiş dövlət rüsumu ilə razıdır və heç bir etirazı yoxdur.

5. Cavabdeh2 MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2026cı il tarixə təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəklərindən məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etiraz etmirlər və eyni zamanda tələbkar tərəfindən dəqiqləşdirilmə ərizəsinə etiraz etmirlər.

6. Cavabdeh3 MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2026cı il tarixə təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəklərindən məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etiraz etmirlər və eyni zamanda tələbkar tərəfindən dəqiqləşdirilmə ərizəsinə etiraz etmirlər.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

9. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçi ilə Cavabdeh2 arasında bağlanmış 27 iyun 2024-cü il tarixli, 107- NF5263065/05/KM №-li kredit müqaviləsinə əsasən:

12. 1.1-ci bəndinə əsasən bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür.

13. 1.2-ci bəndinə əsasən kredit Cavabdeh3 MMC və Cavabdeh2 MMC-nin İddiaçı ASC qarşısında olan öhdəliklərinin birləşdirilərək Cavabdeh2 MMC-nin adından restrukturizasiya edilməsi məqsədilə verilir.

14. 1.3-cü bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilıniş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir.

15. 1.4-cü bəndinə əsasən kredit üzrə borc qalığının uçotu Borcalanın ******* unikal kodu altında açılmış kredit hesabında aparılır.

16. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: • Kreditin məbləği - 741 147.32 (yeddi yüz qırx bir min bir yüz qırx yeddi manat, otuz iki qəpik) Manat; • Kreditin müddəti - 48 (qırx səkkiz) ay müddətinə xx.xx.2028-ci il tarixədək; • Möhlət müddəti (əgər varsa) - 0 (sıfır) ay; • İllik faiz dərəcəsi - 16 (on altı) %; • Rəsmiləşdirmə komisyon haqqı - 0.5 (sıfır tam onda beş) %; • Nağdlaşdırma komisyon haqqı - 0 (sıfır) %; • Digər hesaba köçürülmə haqqı - tariflərə uyğun; • Gecikdirilmə faizləri - illik 16 (on altı) % + Mərkəzi Bankın uçot faiz dərəcəsi;

17. 2.2-ci bəndinə əsasən bu kredit üzrə X13 Dərəcəsi (FİFD) 16.28 (on altı tam yüzdə iyirmi səkkiz) təşkil edir.

18. 2.3-cü bəndinə əsasən kreditin qaytarılınası bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəl üzrə göstərilmiş qaydada həyata keçirilir.

19. Borcun təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 1**-NF- ***3065/10/ZM saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi və X7 arasında 1**-NF- ***3065/11/ZM saylı xx.xx.2024-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.

20. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı ASC-yə 27 iyun 2024-cü il tarixli, 107- NF5263065/05/KM №-li kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 620.000,29 manat, faiz üzrə borcu 48648,95 manat, cərimə borcu 922,27 manat məbləğində olmaqla, cəmi borcu 669571,51 manat təşkil etmişdir.

21. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı ASC-yə 27 iyun 2024-cü il tarixli, 107- NF5263065/05/KM №-li kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 64.415,75 manat, faiz üzrə borcu 44579,89 manat, cərimə borcu 922,27 manat və məbləğində olmaqla, cəmi borcu 669571,51 manat təşkil etmişdir.

22. İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1**-NF- ***3065/4/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh X6 məxsus İVECO YÜK yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) 90- TN-691 dövlət nömrə nişanlı avtomobil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdi

23. İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 107- NF- 5263065/3/İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh X6 məxsus X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlı avtomobil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

24. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bank İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış 27 iyun 2024-cü il tarixli, 107-NF5263065/05/KM №-li kredit müqaviləsinin şərtləri, o cümlədən aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

25. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə 1)Cavabdeh3nə məxsus: ünvan 1 ünvanında yerləşən 108.4 m2 qeyri-yaşayış sahəsinin real bazar və likvid qiyməti nə qədər təşkil etməsinin, 2) X6 məxsus: - X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlı avtomobilin real bazar və likvid qiyməti nə qədər təşkil etməsinin, İVECO YÜKyəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **- TN-*** dövlət nömrə nişanlı avtomobilin real bazar və likvid qiyməti nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/4069 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 27 iyun 2024-cü il tarixli, 107- NF5263065/05/KM saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh2 xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2025-ci il tarixə əsas borc üzrə 624.415,75 manat, faiz borcu üzrə-44.579,89 manat müəyyən edilmişdir.

27. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hər üç cavabdeh ayrı-ayrılıqda iddiaçıın dəqiqləşdirmə ərizəsində göstərilən tələblərə etirazlarının olmadığını bildirmişlər.

28. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/O 42-406/25 nömrəli mütəxəsis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 108.4 m2 qeyri-yaşayış sahəsinin bazar qiyməti 540000 manat, likvid qiyməti 486000 manat, X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlı avtomobilin bazar qiyməti 52000 manat, likvid qiyməti 46000 manat, İVECO YÜKyəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **- TN-*** dövlət nömrə nişanlı avtomobilin bazar qiyməti 45000 manat, likvid qiyməti 40000 manat müəyyən edilmişdir.

29. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

35. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

36. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

38. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrdən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

40. Məhkəmə hesab edir ki, 27 iyun 2024-cü il tarixli, 107- NF5263065/05/KM №-li kredit müqaviləsi üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc ekspert rəyində qeyd olunan məbləğdən daha az olduğu və heç bir cavabdehin həmin məbləğə etirazı olmadığı üçün, əsas borc iddia tələbində (dəqiqləşdirilmiş) göstərilən məbləğlərdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

41. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış iddia qaldırılan günə əsas kredit üzrə əsas borc 624.415,75 manat pulun 5% xx.xx.2025-ci il tarixə 18905,90 manat, xx.xx.2025-ci il tarixdən kredit üzrə əsas borc 249.571,51 manat pulun 5% xx.xx.2026-cı il tarixə 277.30 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir.

42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və üç cavabdehin ayrı-ayrılıqda qeyd edilən məbləğləri də qəbul etdiklərini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, gecikdirilmiş vaxt üçün iddia qaldırılan günə mövcüd olan əsas borca xx.xx.2025-ci il tarixə kimi illik 5% ilə hesablanmış 18905,90 manat faiz borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinə kimi illik 5% ilə hesablanmış 277,30 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

45. Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın X6 məxsus X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT- *** dövlət nömrə nişanlı avtomobilə və İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair X7 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir.

46. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

47. “İpoteka haqqında” Qanunun:

48. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

49. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

50. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

51. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

52. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

53. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

54. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

55. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

56. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma X6 məxsus X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT- *** dövlət nömrə nişanlı avtomobilə və İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, mənzilin satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh X6 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X2, Cavabdeh2ndən və Cavabdeh3ndən müştərək qaydada tutulmalıdır.

57. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

58. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

59. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/O 42-406/25 nömrəli mütəxəsis rəyinə əsasən X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlı avtomobilin bazar qiyməti 52000 manat, likvid qiyməti 46000 manat, İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobilin bazar qiyməti 45000 manat, likvid qiyməti 40000 manat müəyyən edilmişdir.

60. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlı avtomobilin likvid qiyməti 46000 manat, İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobilin likvid qiyməti 40000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

61. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 960 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu üzrə ödəniş edilmişdir.

62. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Odur ki, hazırkı qətnamə ilə təmin edilmiş məbləğə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 559 manat pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və məhkəmə – əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2ndən və Cavabdeh3ndən müştərək qaydada kredit müqaviləsi üzrə xx.xx.2026-ci il tarixə 249571,51 manat əsas borc, iddia qaldırılan günə mövcüd olan əsas borca xx.xx.2025-ci il tarixə kimi illik 5% ilə hesablanmış 18905,90 manat faiz borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinə kimi illik 5% ilə hesablanmış 277,30 manat faiz borcu olmaqla cəmi 268754,71 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 559 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma aşağıdakı əmlaklara yönəldilsin: - cavabdeh X6 məxsus X12 xüsusi təyinatlı yanacaq çəni olan (NBM**********7335 ban nömrəli, ağ rəngli, 2014-cü il istehsallı) **-TT-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 46000 manat məbləğində müəyyən edilsin; - cavabdeh X6 məxsus İVECO YÜK-yəhərli dartıcı (LZFH25T4XED293251 şassi nömrəli, qırmızı rəngli, 2014-cü il istehsallı) **-TN-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh X6 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X2, Cavabdeh2ndən və Cavabdeh3ndən müştərək qaydada tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər X2, Cavabdeh2ndən və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Mütəxəsis rəyinin xərci olaraq 400 manat cavabdeh X2, Cavabdeh2ndən və Cavabdeh3ndən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖENi: **********, M.h.: AZ03NABZ013501**********2944, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: 1BAZAZ2X) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar