Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4843/2021 29.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı “İddiaçı1” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarş pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı2, "xxxx" MMC və “İddiaçı1” MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2-yə ödənilməli olan 16.800 Gürcüstan larisi, iddiaçı "xxxx" MMC-yə ödənilməli olan 36.000 Gürcüstan larisi və iddiaçı “İddiaçı1” MMC-yə ödənilməli olan 60.600 Gürcüstan larisi məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə "xxxx" MMC-nin Gürcüstan Respublikasındakı Filialı arasında biznes münasibətləri mövcud olmuş və xx.xx.2018-ci il tarixli, JCB 5CX15H2WM (OO017G) nömrəli ekskavatorun icarəsi barədə müqavilə (bundan sonra müqavilə) bağlanmışdır. Həmin müqavilədən irəli gələrək "xxxx" MMC-nin Gürcüstan Respublikasındakı Filialının 2018-ci ilin oktyabr ayından 22 iyul 2021-ci il tarixinə İddiaçı2 qarşısında 16.800 Gürcüstan larisi borcu yaranmışdır. Digər iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC-nin Gürcüstan Respublikasındakı Filialı arasında biznes münasibətləri mövcud olmuş və 01 noyabr 2018-ci il tarixli və 01 mart 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrdən irəli gələrək "xxxx" MMC-nin Gürcüstan Respublikasındakı Filialının 22 iyul 2021-ci il tarixinə "xxxx" MMC qarşısında 36.000 Gürcüstan larisi borcu yaranmışdır. Digər iddiaçı “İddiaçı1” MMC ilə "xxxx" MMC-nin Gürcüstan Respublikasındakı Filialı arasında biznes münasibətləri mövcud olmuş və 01 iyul 2018-ci il tarixli, 01 avqust 2018-ci il tarixli, 17 oktyabr 2018-ci il tarixli və 01 yanvar 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrdən irəli gələrək "xxxx" MMC-nin Gürcüstan Respublikasındakı Filialının 22 iyul 2021-ci il tarixinə “İddiaçı1” MMC qarşısında 60.600 Gürcüstan larisi borcu yaranmışdır. Qeyd olunan pul vəsaitləri cavabdeh tərəfindən ödənilməli olan müddətin keçməsinə baxmayaraq ödənilməsi təmin edilməmiş və heç bir hüquqi əsası olmadan vəsaitlərin saxlanılması həyata keçirilmişdir. Məsələ ilə bağlı daha öncə cavabdehin ünvanına xx.xx.2021-ci il tarixində müvafiq pretenziya məktubları göndərilmiş və qeyd olunan məktubların xx.xx.2021-ci il tarixində qəbul edilməsinə dair müvafiq xəbərnamələr təqdim edilmişdir. Təəssüf ki, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir və ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən, iddiaçı ödənişlərin məhkəmə yolu ilə təmin edilməsi məcburiyyətində qalmışdır Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4843/2021 saylı qərardadları ilə iddiaçılar “İddiaçı1” MMC, İddiaçı2 və "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair hazırkı iş üzrə müvafiq olaraq İddiaçı2-nin cavabdeh "xxxx" MMC-yə qarşı 16.800 Gürcüstan larisi məbləğində pulun tutulmasına və iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 36.000 (otuz altı min) Gürcüstan larisi məbləğinin pulun tutulmasına dair iddia tələbləri ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddia tələbini qəbul etmədiyini, təqdim olunan sənədlərin, o cümlədən müqavilənin filialın qanuni təmsilçisi X3 tərəfindən təsdiq olunmadığını, müqavilələrin ümumiyyətlə fiziki imza ilə imzalanmadığını və buna görə də müqavilənin etibarsız olduğunu, məhkəməyə təqdim edilmiş sənədlərin icarə müqaviləsi üzrə öhdəliklərinin olmasını sübuta yetirmədiyini, iddiaçıya qeyri-rəsmi ödənişlər edildiyini və bununla da hər hansı borclarının olmadığını, “İddiaçı1” MMC-nın iddia tələblərinin əsassız olduğunu, işlərin görülməsi, xidmətin dəyəri ilə bağlı tərəflər arasında hər hansı razılaşmanın olmadığını bildirsə də, sonuncu məhkəmə iclasında isə mübahisəli müqavilələr əsasında "xxxx" MMC-nin Gürcüstan Respublikasındakı filialının “İddiaçı1” MMC-yə 60.600 lari borcunun yarandığını, həmin borcdan 42.355 lari ödəniş edildiyini və hazırda qalıq borclarının 18.245 lari olduğunu qeyd etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC-nin X1 08 yanvar 2016-cı il tarixli, xx-xx-2016/001 saylı qərarı ilə "xxxx" MMC-nin Gürcüstanda filialı qurulmuş, həmin filialın direktoru X3 təyin edilmiş və ona Gürcüstanda filial qurmaq üçün bütün səlahiyyətlər, sənədləri hazırlamaq, sənədləri imza etmək, banklarda hesablar açmaq, filialın ünvanını müəyyən etmək, filial adından qərarlar qəbul etmək üçün səlahiyyətlər verilmişdir. “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC (icarəyə verən) ilə LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia” ("xxxx" MMC-nin Gürcüstan Filialı) (icarədar) arasında bağlanmış 01 iyul 2018-ci il tarixli texnikanın icarəsi haqqında müqaviləyə əsasən icarəyə verən öz sahibliyində olan texnikanı – Hidravlik çəkicli mini ekskavatoru JCB (JCB 08020L********) icarədara müvəqqəti istifadəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 5.1-ci maddəsinə əsasən Hidravlik çəkicli mini ekskavatoru JCB (JCB 08020L********) üçün müqavilə ilə müəyyən edilmiş icarə haqqı ƏDV daxil olmaqla, gündəlik 450 (dörd yüz əlli) lari məbləğində müəyyən edilir. 10.1-ci maddəsinə əsasən müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və 31 dekabr 2018-ci il tarixinə qədər qüvvədə qalır. 12.2-ci maddəsinə əsasən əgər tərəflər arasında razılaşma həyata keçirilə bilməzsə, o zaman mübahisəni iddiaçı tərəf qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə müzakirə ediləcəkdir. Müqavilə tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 iyul 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin iyul ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 450 lari, işlədiyi günlərin sayı 10 gün olmaqla Hidravlik çəkicli mini ekskavatoru JCB (JCB 08020L********) təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 4.500 (dörd min beş yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 iyul 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin avqust ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 450 lari, işlədiyi günlərin sayı 10,5 gün olmaqla Hidravlik çəkicli mini ekskavatoru JCB (JCB 08020L********) təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 4.725 (dörd min yeddi yüz iyirmi beş) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 iyul 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin sentyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 450 lari, işlədiyi günlərin sayı 29 gün olmaqla Hidravlik çəkicli mini ekskavatoru JCB (JCB 08020L********) təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 13.050 (on üç min əlli) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 iyul 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin oktyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 450 lari, işlədiyi günlərin sayı 24 gün olmaqla Hidravlik çəkicli mini ekskavatoru JCB (JCB 08020L********) təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 10.800 (on min səkkiz yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 iyul 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin noyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 450 lari, işlədiyi günlərin sayı 28 gün olmaqla Hidravlik çəkicli mini ekskavatoru JCB (JCB 08020L********) təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 12.600 (on iki min altı yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC (icarəyə verən) ilə LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia” ("xxxx" MMC-nin Gürcüstan Filialı) (icarədar) arasında bağlanmış 01 avqust 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan İşıqlandırma generatoru LT-01 Atlas Copco, İşıqlandırma generatoru LT-02 Atlas Copco, Diesel Generator 4.5KVA, Diesel Generator 55KVA-nı icarədara təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2-ci bəndinə əsasən İşıqlandırma generatoru LT-01 Atlas Copco-nun icarə haqqı ƏDV daxil olmaqla, 130 (yüz otuz) lari, İşıqlandırma generatoru LT-02 Atlas Copco-nun icarə haqqı ƏDV daxil olmaqla, 130 (yüz otuz) lari, Diesel Generator 4.5KVA-nın icarə haqqı ƏDV daxil olmaqla, 60 (altmış) lari və Diesel Generator 55KVA-nın icarə haqqı ƏDV daxil olmaqla, 140 (yüz qırx) lari təşkil edir. 5-ci bəndinə əsasən tərəflər yaranmış fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək üçün bütün imkanlardan istifadə edəcəklər. Əks halda məhkəməyə müraciət edəcəklər. 6-cı bəndinə əsasən müqavilə imzaladığı gündən 31 dekabr 2018-ci il tarixinə qədər qüvvədədir. Müqavilə tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 avqust 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin avqust ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 130 lari, işlədiyi günlərin sayı 15 gün olmaqla İşıqlandırma generatoru LT-02 Atlas Copco, ƏDV daxil 1 günün icarə haqqısı 60 lari, işlədiyi günlərin sayı 4 gün olmaqla Diesel Generator 4.5KVA və ƏDV daxil 1 günün icarə haqqısı 140 lari, işlədiyi günlərin sayı 21 gün olmaqla Diesel Generator 55KVA təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla ümumilikdə 5.130 (beş min yüz otuz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 avqust 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin sentyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 140 lari, işlədiyi günlərin sayı 30 gün olmaqla Diesel Generator 55KVA təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla ümumilikdə 4.200 (dörd min iki yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 avqust 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin oktyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 140 lari, işlədiyi günlərin sayı 31 gün olmaqla Diesel Generator 55KVA təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla ümumilikdə 4.340 (dörd min üç yüz qırx) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 avqust 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin noyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 130 lari, işlədiyi günlərin sayı 6 gün olmaqla İşıqlandırma generatoru LT-01 Atlas Copco, ƏDV daxil 1 günün icarə haqqısı 130 lari, işlədiyi günlərin sayı 6 gün olmaqla İşıqlandırma generatoru LT-02 Atlas Copco və ƏDV daxil 1 günün icarə haqqısı 140 lari, işlədiyi günlərin sayı 30 gün olmaqla Diesel Generator 55KVA təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla ümumilikdə 5.760 (beş min yeddi yüz altmış) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 avqust 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin dekabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 140 lari, işlədiyi günlərin sayı 30 gün olmaqla Diesel Generator 55KVA təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla ümumilikdə 4.200 (dörd min iki yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC (icarəyə verən) ilə LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia” ("xxxx" MMC-nin Gürcüstan Filialı) (icarədar) arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli texnikanın icarəsi haqqında müqaviləyə əsasən icarəyə verən öz sahibliyində olan texnikanı – Ekskavator yükləyici JCB 3CX AA533C icarədara müvəqqəti istifadəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 5.1-ci maddəsinə əsasən Ekskavator yükləyici JCB 3CX AA533C üçün müqavilə ilə müəyyən edilmiş icarə haqqı ƏDV daxil olmaqla, gündəlik 600 (altı yüz) lari məbləğində müəyyən edilir. 10.1-ci maddəsinə əsasən müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və 31 dekabr 2018-ci il tarixinə qədər qüvvədə qalır. 12.2-ci maddəsinə əsasən əgər tərəflər arasında razılaşma həyata keçirilə bilməzsə, o zaman mübahisəni iddiaçı tərəf qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə müzakirə ediləcəkdir. Müqavilə tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin oktyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 600 lari, işlədiyi günlərin sayı 13,5 gün olmaqla Ekskavator yükləyici JCB 3CX AA533C təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 8.100 (səkkiz min yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli müqavilə əsasında 2018-ci ilin noyabr ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 günün icarə haqqısı 600 lari, işlədiyi günlərin sayı 28 gün olmaqla Ekskavator yükləyici JCB 3CX AA533C təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 16.800 (on altı min səkkiz yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC (icarəyə verən) ilə LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia” ("xxxx" MMC-nin Gürcüstan Filialı) (icarədar) arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan Generator 88 KVA, Generator 55KVA-nı icarədara təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2-ci bəndinə əsasən Generator 88 KVA-nın icarə haqqı ƏDV daxil olmaqla, ayda 4000 (dörd min) lari, Generator 55KVA-nın icarə haqqı ƏDV daxil olmaqla, ayda 4000 (dörd min) lari təşkil edir. 5-ci bəndinə əsasən tərəflər yaranmış fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək üçün bütün imkanlardan istifadə edəcəklər. Əks halda məhkəməyə müraciət edəcəklər. 6-cı bəndinə əsasən müqavilə imzaladığı gündən 28 fevral 2019-cu il tarixinə qədər qüvvədədir. Müqavilə tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli müqavilə əsasında 2018-ci ilin yanvar ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 ayın icarə haqqısı 4000 lari, işlədiyi dövr yanvar olmaqla Generator 88KVA və ƏDV daxil 1 ayın icarə haqqısı 4000 lari, işlədiyi dövr yanvar olmaqla Generator 55KVA təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla ümumilikdə 4000 (dörd min) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli müqavilə əsasında 2018-ci ilin fevral ayında “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia”nın ("xxxx" MMC) istifadəsinə icarə qaydasında ƏDV daxil 1 ayın icarə haqqısı 4000 lari, işlədiyi dövr fevral olmaqla Generator 88KVA təhvil verilmiş və icarənin dəyəri ƏDV daxil olmaqla 4000 (dörd min) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia” ("xxxx" MMC) üçün Hidravlik çəkicli mini ekskavatorunun JCB (JCB 08020L********) (Tiflis-Jinvali, Jinvali-Tiflis) daşınması xidməti göstərilmiş və xidmətin qiyməti ƏDV daxil olmaqla 500 (beş yüz) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən LLC “AGT Management, Consulting and Construction Services Branch Office in Georgia” ("xxxx" MMC) üçün Hidravlik çəkicli mini ekskavatorunun JCB (JCB 08020L********) (Tiflis-Ateni) daşınması xidməti göstərmiş və xidmətin qiyməti ƏDV daxil olmaqla 250 (iki yüz əlli) lari təşkil edir. Həmin akt tərəflərin imzası (o cümlədən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının direktoru X2 imzası ilə) və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli arayışa əsasən müyyən edilir ki, LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”nın ("xxxx" MMC-nin Gürcüstan Filialının) “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC-yə 102.955 lari məbləğində borcu var idi, buradan 42.355 lari ödənilmiş, hal-hazırkı vəziyyəti ilə isə borc 60.600 lari təşkil edir. “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən təqdim olunan vergi hesab-fakturalara əsasən iyul 2018-ci il-fevral 2019-cu il dövr ərzində satıcı “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC alıcı LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia”ya ("xxxx" MMC-nin Gürcüstan Filialına) ümumilikdə ƏDV daxil 102.955 lari məbləğində işlər, xidmətlər göstərdiyi müəyyən olunur. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən (imzalanmaqla) məhkəməyə təqdim edilən borc haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin Gürcüstanın “İddiaçı1” MMC-yə olan borcu 60.600 lari olmuş, həmin borcdan 42.355 lari ödəniş edilmiş, hazırda qalıq borcu 18.245 laridir. “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC tərəfindən "xxxx" MMC-yə 23 iyun 2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borc məbləğinin 10 (on) təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixli arayışa və ödəmə tapşırıqlarına əsasən LLC “AGT Management, Consulting and Construction Services Branch Office Georgia” ("xxxx" MMCnin Gürcüstan Filialı) tərəfindən “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC-nin bank hesabına 42.355 lari məbləğində pul vəsaiti ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Tİ-KEY Qrup” (“İddiaçı1”) MMC ilə cavabdeh "xxxx" MMC-nin Gürcüstan Filialı arasında 01 iyul 2018-ci il, 01 avqust 2018-ci il, 17 oktyabr 2018-ci il və 01 yanvar 2019-cu il tarixli icarə müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdehin həmin müqavilələr üzrə iddiaçıya icarə obyekti olan avadanlıqların icarəsinə görə ƏDV daxil 102.205 manat Gürcüstan larisi və icarə obyektləri olan avadanlıqların daşınmasına görə ƏDV daxil 750 Gürcüstan larisi olmaqla, cəmi ƏDV daxil 102.955 Gürcüstan larisi məbləğində borcu yaranmışdır. Həmin borcun 42.355 Gürcüstan larisi hissəsi cavabdeh tərəfindən ödənilmiş, 60.600 Gürcüstan larisi hissəsi isə ödənilməmiş qalmışdır. Hazırda iddiaçı “İddiaçı1” MMC sözügedən müqavilələr üzrə qalıq borcun cavabdeh "xxxx" MMCdən tutulmasını tələb edir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı iddia mübahisəli icarə müqavilələrini icarəçi qismində imzalamış "xxxx" MMC-nin Gürcüstan Filialına qarşı deyil, filialın aid olduğu hüquqi şəxsin özünə - "xxxx" MMC–yə qarşı qaldırılmışdır. Göstərilən halı nəzərə alaraq məhkəmə ilk növbədə cavabdeh "xxxx" MMC –nin iddiaçının hazırkı tələbi üzrə cavab verməli olan şəxs olub-olmaması məsələsinə münasibət bildirməyi zəruri sayır. Mülki Məcəllənin: 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Göstərilən normaların məzmunundan göründüyü kimi filial hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən ayrıca bölməsi olmaqla müstəqil hüquqi şəxs statusuna malik olan bir qurum deyil. Filiallar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə, filialların rəhbərləri isə hüquqi şəxsin adından verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Filialın balansında verilmiş bütün əmlak isə mülkiyyət hüququ üzrə hüquqi şəxsin özünə məxsusdur. Göründüyü kimi filial mülki hüququn müstəqil subyekti olmadığından üçüncü şəxslərlə münasibətlərdə öz adından deyil, həmin hüquqi şəxsin adından çıxış edirlər. Filial tərəfindən bağlanmış əqdlər isə hüquqi şəxsin verdiyi etibarnamə əsasında hüquqi şəxsin adından bağlanmış əqdlər hesab edilir. Belə olan halda isə aydındır ki, filialın fəaliyyəti üzrə mülki hüquqi məsuliyyəti də bilavasitə hüquqi şəxsin özü daşımalıdır. Odur ki, iddiaçı “İddiaçı1” MMC "xxxx" MMC-nin Gürcüstan Respublikası Filialı ilə bağladığı müqavilələrdən irəli gələn hazırkı iddia tələbini cavabdeh "xxxx" MMC-yə qarşı (yəni filialın aid olduğu hüquqi şəxsə qarşı) irəli sürməkdə haqlıdır. Hazırkı mübahisəyə hansı ölkənin qanunvericiliyinin tətbiq edilməli olması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, mübahisəli icarə müqavilələrinin tərəflərindən biri Gürcüstan Respublikasında təsis edilmiş və həmin dövlətdə fəaliyyət göstərən hüquqi şəxs – “İddiaçı1” MMC olsa və müqavilələr Gürcüstan Respublikasında bağlansa, yəni həmin müqavilələrdən irəli gələn mülki hüquq münasibətləri xarici elementli olsa da, tərəflər həmin müqavilələrdən irəli gələn mübahisələrə tətbiq edilməli olan hüquq barədə razılığa gəlməmişlər. “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 25.1-ci maddəsinə görə isə müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin. Odur ki, məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun tələblərini rəhbər tuturaq mübahisəli hüquq münasibətində kirayəçi olan "xxxx" MMC-nin təsis edildiyi və fəaliyyət göstərdiyi ölkənin hüququnun, yəni Azərbaycan Respbulikası qanunvericiliyinin tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Belə olan halda məhkəmə cavabdehin mübahisəli icarə müqavilələri üzrə yaranmış olan 60.600 Gürcüstan larisi məbləğində borcunu ödəməməklə həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı “İddiaçı1” MMC cavabdeh "xxxx" MMC-dən 60.600 Gürcüstan larisi məbləğində borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçıya borcunun 60.600 lari deyil, 18.245 lari məbləğində olmasını bildirməsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin Gürcüstan Respublikasındaki filialının “İddiaçı1” MMC-yə ilkin borcunun 60.600 lari olmasına və həmin borcdan 42.355 lari ödəniş edildikdən sonra qalıq borcun 18.245 lari olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir (Belə ki, cavabdehin nümayəndəsi tərəfindən borcun 18.245 lari olması ilə bağlı məhkəməyə yalnız özünün imzası olan məlumat təqdim edilmişdir). Əksinə cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya borcun mövcudluğunun və həmin borcdan 42.355 lari ödəniş edilməsinin təsdiq edilməsi faktına iş materiallarında olan sübutlarla, o cümlədən mübahisəli müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə cəmi 102.955 lari dəyərində işlər, xidmətlər göstərilməsini təsdiq edən təhvil-təslim aktları ilə əlaqəli şəkildə qiymət verdikdə qənaətə gəlmək olar ki, hazırda "xxxx" MMC-nin (42.355 lari məbləğində etdiyi ödənişlər də nəzərə alınmaqla) “İddiaçı1” MMC-yə olan borcu 60.600 lari (102.955 -42.355) təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçı “İddiaçı1” MMC-nin xeyrinə 60.600 Gürcüstan larisi məbləğində borc tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə görə qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Hazırkı iddia tələbi xarici valyuta ilə göstərildiyindən qətnamə ilə cavabdehdən tutulması qət edilmiş 60.600 Gürcüstan larisi məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutulmalıdır. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 60.600 (altmış min altı yüz) Gürcüstan larisi məbləğində pul ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutularaq iddiaçı “İddiaçı1” MMC-yə ödənilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4843/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4843/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver