Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-486/2020 14.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Ersin Atillayaqarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Ersin Atillaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə Banka 138168,35 (bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas borc, 2763,62 (iki min yeddi yüz altmış üç ABŞ dolları altmış sent) ABŞ dolları faiz borcu, 3420,28 (üç min dörd yüz iyirmi ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları ikiqat faiz borcu, 47778,53 (qırx yeddi min yeddi yüz yetmiş səkkiz ABŞ dolları əlli üç sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1 % miqdarında cərimə olmaqla və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə Banka 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 2 095,79 (iki min doxsan beş ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 2156,95 (iki min yüz əlli altı ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları ikiqat faiz borcu, 36232,71 (otuz altı min iki yüz otuz iki ABŞ dolları yetmiş bir sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1 % miqdarında cərimə olmaqla, cəmi 328481,45 (üç yüz iyirmi səkkiz min dörd yüz səksən bir ABŞ dolları qırx beş sent) ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutulması; xx.xx.2019-cu il tarixindən başlayaraq, iddia tələblərinin təminat predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulmasına və əsas borc məbləğinə gündəlik 1 % məbləğində cərimə faizlərinin tutulmasına; X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin “İddiaçı Azərbaycan” ASC-yə sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və əldə olunan vəsait hesabına iddiaçının xeyrinə ödənilməsi; Hərracdan (açıq auksionda) əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğinX10 X2 X7 ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X10 X2 X7 ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan “İddiaçı Azərbaycan” ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə Banka 138 168,35 (Bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas borc, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu, 5341,21 (beş min üç yüz qırx bir ABŞ dolları iyirmi bir sent) ABŞ dolları ikiqat faiz borcu, 47778,53 (qırx yeddi min yeddi yüz yetmiş səkkiz ABŞ dolları əlli üç sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə olmaqla və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə Banka 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu, 3249,68 (üç min iki yüz qırx doqquz ABŞ dolları altmış üç sent) ABŞ dolları ikiqat faiz borcu, 36232,71 (otuz altı min iki yüz otuz iki ABŞ dolları yetmiş bir sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1 % miqdarında cərimə olmaqla, cəmi 339 403,88 (üç yüz otuz doqquz min dörd yüz üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun birgə qaydada tutulmasına; xx.xx.2019-cu il tarixindən başlayaraq, iddia tələblərinin təminat predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulmasına və əsas borc məbləğinə gündəlik 1 faiz məbləğində cərimə faizlərinin tutulmasına; X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin “İddiaçı Azərbaycan” ASC-yə sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və əldə olunan vəsait hesabına “İddiaçı Azərbaycan” ASC-yə ödənilməsinə; Hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğinX10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından və Ersin Atilladan müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “İddiaçı Azərbaycan” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 020CRLN17000017 nömrəli Baş kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 30%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərtilə 60 ay müddətinə ******* ABŞ dolları (AZN və ya Avro ekvivalenti) məbləğində kredit, kredit xətti, akkreditiv və qarantiya limiti ayrılmışdır. Həmin Baş kredit müqaviləsi çərçivəsində xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit xətti müqaviləsi üzrə illik 7 % dərəcəsi ilə, 12 ay müddətinə, 145 000 (Bir yüz qırx beş min) ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit xətti müqaviləsi üzrə illik 7 % dərəcəsi ilə, 12 ay müddətinə, 145 000 (Bir yüz qırx beş min) ABŞ dolları məbləğində, kredit xətti limiti ayrılmışdır. xx.xx.2017-ci il tarixli 020CRLN17000021 nömrəli Kredit xətti müqaviləsinə xx.xx.2018-ci il tarixdə 2 nömrəli Əlavə Saziş bağlanaraq Saziş əsasında Müqavilənin adında olan “Kredit xətti müqaviləsi” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunması və qəbul edilməsi, Müqaviləyə əsasən Kreditorun Borcalana açdığı kredit xətti üzrə 112 194.85 USD (bir yüz on iki min yüz doxsan dörd ABŞ dolları səksən beş sent) məbləğində əsas borc və ona hesablanmış faiz və cərimə məbləği toplanaraq (kapitallaşdırılaraq) 113 983.73 USD (bir yüz on üç min doqquz yüz səksən üç ABŞ dolları yetmiş üç sent) məbləğində kreditə çevrilməsi razılaşdırılmışdır. xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit xətti müqaviləsinə xx.xx.2018-ci il tarixdə 2 nömrəli Əlavə Saziş bağlanaraq Saziş əsasında Müqavilənin adında olan “Kredit xətti müqaviləsi” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunması və qəbul edilməsi, Müqaviləyə əsasən Kreditorun Borcalana açdığı kredit xətti üzrə 145 000 (Bir yüz qırx beş min) ABŞ dolları məbləğində əsas borc və ona hesablanmış faiz və cərimə məbləği toplanaraq (kapitallaşdırılaraq) 150305,35 USD (bir yüz əlli min üç yüz beş ABŞ dolları otuz beş sent) məbləğində kreditə çevrilməsi razılaşdırılmışdır. Borcun təminatı olaraq, X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 nömrəli Sonrakı girov müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar Bankın xeyrinə girovla yüklü edilmişdir. Bundan əlavə, borcun təminatı olaraq, Ersin Atilla ilə xx xxxx 2017-ci il tarixli, 002GRNT17000054 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdurlar. Rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında bağlanılmış Kredit müqavilələrinin 5.4.3-cü bəndlərinə görə Borcalan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri Kreditora vaxtında və tam olaraq ödəməlidir. Həmin Müqavilələrin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1 % məbləğində cərimə hesablanır. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditordan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixinə cavabdehlərin xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə Banka 138 168,35 (Bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas borc, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu, 5341,21 (beş min üç yüz qırx bir ABŞ dolları iyirmi bir sent) ABŞ dolları ikiqat faiz borcu, 47778,53 (qırx yeddi min yeddi yüz yetmiş səkkiz ABŞ dolları əlli üç sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə olmaqla və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə Banka 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu, 3249,68 (üç min iki yüz qırx doqquz ABŞ dolları altmış üç sent) ABŞ dolları ikiqat faiz borcu, 36232,71 (otuz altı min iki yüz otuz iki ABŞ dolları yetmiş bir sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1 % miqdarında cərimə olmaqla, cəmi 339 403,88 (üç yüz otuz doqquz min dörd yüz üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 020CRLN17000017 nömrəli Baş kredit müqaviləsi üzrə X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına illik faiz dərəcəsi 30%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərtilə 60 ay müddətinə 1000 000 ABŞ dolları (AZN və ya Avro ekvivalenti) məbləğində kredit, kredit xətti, akkreditiv və qarantiya limiti İddiaçı ASC tərəfindən ayrılmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Borcalan, ayrılmış kreditdən 12 ay müddətində istifadə edə bilər. Həmin müddət bitdikdən, istifadə müddətinin uzadılması barədə Kreditor tərəfindən qərar verilə bilər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən gələcəkdə bu müqaviləyə əsasən bağlanılacaq müqavilələr üzrə Borcalanın öhdəliklərinin icrasına təminatı qismində daşınar və ya daşınmaz əmlakın girovu, zaminlik qarantiya və sairələr çıxış edə bilər. İş materiallarına əlavə edilmiş xx xxxx 2017-ci il tarixli, 002GRNT17000054 nömrəli İddiaçı ASC ilə Ersin Atilla arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 020CRLN17000017 nömrəli Baş kredit müqaviləsi üzrə Ersin Atilla zamin olaraq X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə götürdüyü öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Baş kredit müqaviləsi çərçivəsində X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit xətti müqaviləsi üzrə illik 7 % dərəcəsi ilə, 12 ay müddətinə, 145 000 (Bir yüz qırx beş min) ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit xətti müqaviləsi üzrə illik 7 % dərəcəsi ilə, 12 ay müddətinə, 145 000 (Bir yüz qırx beş min) ABŞ dolları məbləğində, kredit xətti limiti İddiaçı ASC tərəfindən ayrılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Xarici valyutanın alınıb satılması üçün Sifarişdən görünür ki, X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ASC-yə sifariş verilərək 143550 ABŞ dolları satılması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Xarici valyutanın alınıb satılması üçün Sifarişdən görünür ki, X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ASC-yə sifariş verilərək 121637.04 ABŞ dolları satılması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə 2 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2017-ci il tarixli 020CRLN17000021 nömrəli Kredit xətti Müqavilənin adında olan “Kredit xətti müqaviləsi” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunması və qəbul edilməsi, Müqaviləyə əsasən Kreditorun Borcalana açdığı kredit xətti üzrə 112 194.85 USD (bir yüz on iki min yüz doxsan dörd ABŞ dolları səksən beş sent) məbləğində əsas borc və ona hesablanmış faiz və cərimə məbləği toplanaraq (kapitallaşdırılaraq) 113 983.73 USD (bir yüz on üç min doqquz yüz səksən üç ABŞ dolları yetmiş üç sent) məbləğində kreditə çevrilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə 2 nömrəli Əlavə Saziş dən görünür ki, xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Müqavilənin adında olan “Kredit xətti müqaviləsi” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunması və qəbul edilməsi, Müqaviləyə əsasən Kreditorun Borcalana açdığı kredit xətti üzrə 145 000 (Bir yüz qırx beş min) ABŞ dolları məbləğində əsas borc və ona hesablanmış faiz və cərimə məbləği toplanaraq (kapitallaşdırılaraq) 150305,35 USD (bir yüz əlli min üç yüz beş ABŞ dolları otuz beş sent) məbləğində kreditə çevrilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 nömrəli sonrakı girov müqavilələrindən görünür ki, həmin müqavilələrin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunan əmlaklar kredit müqaviləsi üzrə X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kredit Borcunun təminatı olaraq girova qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Yuxarıda müəyyən edilmiş hallardan göründüyü kimi iddia tələbi dörd hissədən, birinci “xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə Banka 138 168,35 (bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas borc, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu, 5341,21 (beş min üç yüz qırx bir ABŞ dolları iyirmi bir sent) ABŞ dolları ikiqat faiz borcu, 47778,53 (qırx yeddi min yeddi yüz yetmiş səkkiz ABŞ dolları əlli üç sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə olmaqla və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə Banka 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu, 3249,68 (üç min iki yüz qırx doqquz ABŞ dolları altmış üç sent) ABŞ dolları ikiqat faiz borcu, 36232,71 (otuz altı min iki yüz otuz iki ABŞ dolları yetmiş bir sent) ABŞ dolları gecikdirilən əsas məbləğə gündəlik 1 % miqdarında cərimə olmaqla, cəmi 339 403,88 (üç yüz otuz doqquz min dörd yüz üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun birgə qaydada tutulmasına”, ikinci“xx.xx.2019-cu il tarixindən başlayaraq, iddia tələblərinin təminat predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulmasına və əsas borc məbləğinə gündəlik 1 faiz məbləğində cərimə faizlərinin tutulması”, üçüncü “X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin “İddiaçı Azərbaycan” ASC-yə sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və əldə olunan vəsait hesabına “İddiaçı Azərbaycan” ASC-yə ödənilməsi” və dördüncü “Hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğinX10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından və Ersin Atilladan müştərək qaydada tutulması” hissələrdən ibarətdir. Məhkəmə ilk öncə tələbin birinci hisəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə iddiaçı tərəfindən cavabdehlərdən xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə Banka 138 168,35 (bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə Banka 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcunun ödənilməsinin tələb edilməsində tələb əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən kreditor tərəfindən borcalana verilmiş kreditin illik faiz dərəcəsi 30% müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, borcalan tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər qismən yerinə yetirildiyindən hazırda xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə 138 168,35 (bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdeh X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin İddiaçı ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir. Eyni zamanda iddiaaçı iddia tələbinin birinci hissəsində cavabdeh X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından tərəflər arasında bağlanmış kredit müqavilələrində gecikdirilən əsas məbləğlərə gündəlik 1% miqdarında cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə 4777,85 (dörd min yeddi yüz yetmiş yeddi ABŞ dolları səksən beş sent) ABŞ dolları və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 3623,27 (üç min altı yüz iyirmi üç ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı iddia tələbinin birinici hissəsində cavabdeh tərəfindən öhdəliklərin gecikdirilməsi səbəbindən cavabdehdən xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə 5341,21 (beş min üç yüz qırx bir ABŞ dolları iyirmi bir sent) ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 3249,68 (üç min iki yüz qırx doqquz ABŞ dolları altmış üç sent) ABŞ dolları ikiqat faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan hala qiymət verərək bildirir ki, iddiaçı tərəfindən qoyulmuş tələbin bu hissəsinə dair müvafiq sübutları, habelə faiz dərəcəsinin hesablanma qaydasına dair sübutları iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iddia tələbinin ikinci“xx.xx.2019-cu il tarixindən başlayaraq, iddia tələblərinin təminat predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulmasına və əsas borc məbləğinə gündəlik 1 faiz məbləğində cərimə faizlərinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış əqdlər üzrə götürülmüş öhdəliklərin yetinə yetirilməməsi halında tərəflərdən birinə iki növ zərərin dəyməsi ilə nəticələnə bilər. Qeyd olunan zərər kimi, yerinə yetirilməmiş öhdəlik üzrə tərəflə bağlanmış əqdin predmeti üzrə göstərilmiş xidmətin, satılmış əşyanın və.s müqabilində haqqı ödənilməməklə vurulmuş zərər, eyni zamanda zərərçəkmiş tərəfin hazırki vaxta öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən üçüncü şəxslər qarşısında çətin vəziyyətə düşməsi habelə yarana biləcək qazanc imkanından məhrum edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə həm qeyri müəyyən həmdə əldən çıxmış faydanın miqdarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməməsi səbəbindən tələb həmin hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin üçüncü “X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin “İddiaçı Azərbaycan” ASC-yə sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və əldə olunan vəsait hesabına “İddiaçı Azərbaycan” ASC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 11.1 “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi iddia tələbinin üçüncü hissəsinin X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi və əldə olunan vəsait hesabına “İddiaçı Azərbaycan” ASC-yə ödənilməsi hisəssi təmin edilməli, lakin tələbin üçüncü hissəsinə əlavə edilmiş həmin girov predmetlərinin “İddiaçı Azərbaycan” ASC-yə sahibliyinə verilməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dördüncü “Hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğinX10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından və Ersin Atilladan müştərək qaydada tutulması” hissəsinə münasibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Qeyd olunan iddia tələblərinin cavabdeh tərəfindən yerinə yetirilməli olan öhdəliklərindən bağlanmış kredit müqavilələri üzrə zamin olaraq cavabdeh X10 X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının həmin müqavilələr üzrə öhdəliklərinə görə məsuliyyət xx xxxx 2017-ci il tarixli, 002GRNT17000054 nömrəli zaminlik müqaviləsinə əsasən Ersin Atillaya aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Мülki Мəcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilərək cavabdehlər X10 X2 X7 ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə 138 168,35 (bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə 4777,85 (dörd min yeddi yüz yetmiş yeddi ABŞ dolları səksən beş sent) ABŞ dolları və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 3623,27 (üç min altı yüz iyirmi üç ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları cərimə borcu tutulmalı; X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilməsi və əldə olunan vəsait hesabına borcun ödənilməsi hissəsində təmin edilməli iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X10 X2 X7 ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan xx.xx.2017ci il tarixli, 020CRLN17000028 nömrəli Kredit müqaviləsi üzrə 138 168,35 (bir yüz otuz səkkiz min yüz altmış səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas, 7324,34 (yeddi min üç yüz iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 95865,22 (doxsan beş min səkkiz yüz altmış beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 5443,84 (beş min dörd yüz qırx üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları faiz borcu manatın ödəniş gününə məzənnə nisbəti ilə “İddiaçı Azərbaycan” ASC-nin xeyrinə tutulsun. Cavabdehlər X10 X2 X7 ve Ticaret Limited Şirkətindən və Ersin Atilladan xx.xx.2017ci il tarixli, 020CRLN17000028 nömrəli kredit müqaviləsi üzrə 4777,85 (dörd min yeddi yüz yetmiş yeddi ABŞ dolları səksən beş sent) ABŞ dolları və xx.xx.2017-ci il tarixli, 020CRLN17000021 nömrəli Kredit müqaviləsi üzrə 3623,27 (üç min altı yüz iyirmi üç ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları cərimə borcu manatın ödəniş gününə məzənnə nisbəti ilə “İddiaçı Azərbaycan” ASC-nin xeyrinə tutulsun. X6 Montaj X2 X7 ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli Girov və xx.xx.2017-cı il tarixli 003EQUİ17000036 Sonrakı girov müqavilələri üzrə girov predmetlərinə yönəldilsin və əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-486/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-486/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver