Məhkəmə qərarları › İş №e-2-2(113)-4875/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4875/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4875/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X9 qızının katibliyi, iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X6 iştirakı ilə, İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2rşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8128,3 manat əsas borc, 705,21 manat faiz borcu, 73,09 manat cərimə borcu olmaqla cəmi 8906,60 manat məbləğində borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğinin və 9,07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 25%-lə 11 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və X8 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il aprelin 08-dək Cavabdeh1 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8128,3 manat əsas borc, 705,21 manat faiz borcu və 146,18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8979,69 manat borcu vardır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 146,18 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 73,09 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh1, Cavabdeh2 və X8 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat vermiş və borcun bir qisminin ödənildiyini bildirsə də, tələbin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddianı qəbul etməyərək borcun bir qisminin ödənildiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit verilməsinə dair müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 25%-lə, 72% cərimə faiz dərəcəsi ilə 11 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X8 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, X8 Cavabdeh1 xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 22-MZ2-1-0-136-20 nömrəli kredit razılaşması üzrə 6628,3 manat əsas, 1791,09 manat faiz, 1571,25 manat cərimə, cəmi 10025,99 manat borcu vardır. xx.xx.2022-ci il tarixli MŞB/5-02106 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 5 saylı mediasiya xidmətinə 100 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 465.2, 467 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcunu tam olaraq ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Odur ki, iddia 100 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia əsas və faiz borcu hissədə qismən, yəni 6628,30 manat əsas, 705,21 manat faiz borcu təmin edilməlidir, belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, cavabdehlər əsas borcun bir qismini ödəmiş və cavabdehlərin 6628,30 manat əsas borcu qalmışdır. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 6,49 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə 9,07 manat ödənilmiş dövlət rüsumu tələbi ilə bağlı isə qeyd edir ki, sözügedən tələb rədd edilməlidir, belə ki, əsas, faiz və cərimə borcu ümumilikdə 7340 manat təşkil etdiyindən, sözügedən məbləğə görə ödənilməli olan mediasiya xərci dövlət rüsumunu əhatə etdiyindən iddia 9,07 manat dövlət rüsumu tələbi hissədə təmin edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada 6628,30 manat əsas, 705,21 manat faiz, 6,49 manat cərimə, cəmi 7340 manat və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada 6628,30 manat əsas, 705,21 manat faiz və 6,49 manat cərimə cəmi 7340 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar