Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4880/2023 14.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, İlkin Cavabdeh MMC-nin qanuni təmsilçisi, eyni zamanda ilkin cavabdeh, qarşılıqlı iddiaçı Özdeyer Toksözün, İlkin cavabdeh, qarşılıqlı iddiaçı Özdeyer Toksözün nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, X13 Özdeyer Toksözə və Cavabdeh MMC-yə qarşı pul vəsaitinin tutulması tələbinə dair ilkin, Özdeyer X2 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X13 cavabdehlər X8 və Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Toksöz Ozdeyer və Cavabdeh MMC-dən 45.500 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun iddiaçı X19 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Toksöz Özdeyer öncədən bir-birilərini tanımışlar. Belə ki, 2004-2013-cü və 2020-2022-ci illərdə cavabdeh iddiaçının qardaşına məxsus Sabunçu rayonu, Zabrat şossesi 50 ünvanında yerləşən qeyri-yaşayış obyektini anbar kimi icarəyə götürmüş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 1 il bundan öncə cavabdeh Toksöz Özdeyer iddiaçıya (həmçinin iddiaçının qardaşına) cavabdehin təsisçisi olduğu Cavabdeh MMC-yə pul qoyacağı təqdirdə, hər ay 10-12.000 pul qazanacaqlarını bildirmişdir, iddiaçı razılaşmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh Toksöz Özdeyer iddiaçıdan Türkiyədən vurulacaq mal üçün beh adı ilə 10.000 ABŞ dolları pul vəsaiti almış və Türkiyəyə getmişdir. Bir neçə gündən sonra cavabdeh Toksöz Özdeyer iddiaçının qardaşı X21 aldığı malın dəyəri kimi təqribən 27.000 ABŞ dolları təşkil edən fakturanın şəklini göndərmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının qardaşı X31 Özdeyerin təsisçisi olduğu Cavabdeh MMC-nin “Rabitəbank”dakı bank hesabına 27.000 ABŞ dolları pul köçürmüşdür. Lakin cavabdeh X22 apardığı 10.000 ABŞ dollarını şəxsi işlərinə (ata-anasının müalicəsinə) xərclədiyini bildirərək, gətirilən malın Azərbaycan Respublikasındakı gömrük rüsumları adı ilə yenidən 8.500 ABŞ dolları həcmində vəsaiti iddiaçının qardaşından istəmiş, xx.xx.2022-ci il tarixdə gömrükdə qalan malların götürülməsi üçün 8.500 ABŞ dollarını da Özdeyer Toksözə vermişdir. Türkiyədən gətirilən malları gömrükdən götürüb Zabrat şossesində yerləşən obyektə yığmışlar və bundan sonra Özdeyer Toksöz malların satışına başlamışdır. Cavabdeh iddiaçını birgə fəaliyyətlərini qanun çərçivəsində aparacaqlarına dair inandırmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh X18 alınmış mallara görə ödənilən məbləğdə, gömrük rüsumu kimi ödənilən məbləğdə də iddiaçını aldadaraq, alınmış malların və ödənilmiş gömrük rüsumunun məbləği az olduğu halda, həmin məbləğləri çox göstərməklə iddiaçının pul vəsaitini öncədən ələ keçirmişdir. İddiaçı və onun X3 Toksöz adlı şəxsin hərəkətlərindən şübhələndiyi üçün onu yoxlamaq qərarına gəlmiş və iddiaçı xx.xx.2023-cü il tarixdə qardaşı ilə birlikdə Zabrat şossesində yerləşən obyektdə görüşüb Özdeyer Toksöz ilə birgə fəaliyyətləri barədə hesabat aparmışdır. Hesablama zamanı məlum olmuşdur ki, 4 aydan artıqdır ki, malların satışı olduğu və gətirilən malların yarısından çox hissəsi satıldığı halda, cavabdeh nə malların satışına başlandığı vaxtadək iddiaçının ödədiyi 45.500 ABŞ dolları pul vəsaitindən, nə də ki, qazancdan pul ödəmişdir. Cavabdeh həmin gün iddiaçıya bildirmişdir ki, onun 45.500 ABŞ dolları vəsaitini 3 ay müddətinə qaytara bilər. Lakin iddiaçı artıq ona güvəninin qalmadığını bildirmiş, bunun müqabilində Özdeyer Toksöz iddiaçıya borcunun olduğunu yazılı surətdə təsdiqləmişdir. Diqqətə çatdırırlar ki, cavabdeh xx.xx.2023-cü il tarixdə cavabdeh öz istəyi və əl yazısı ilə “iltizam” yazaraq, 45500 ABŞ dolları məbləğində borcunun olduğunu və həmin borc məbləğini 3 ay müddətində qaytaracağını qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə Özdeyer Toksöz iddiaçıya zəng vuraraq bildirmişdir ki, “iltizam”da onun şəxsiyyət məlumatları bildirilməmişdir. Özdeyer Toksöz yenidən şəxsiyyət məlumatlarını qeyd etmək surəti ilə “iltizam”ı yazıb iddiaçıya vermişdir. Lakin sonradan cavabdeh pulu qaytarmadığından iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, müvafiq qərarla iddiaçıya məhkəməyə müraicət etmək tövsiyə olunmuşdur. İddiaçı qeyd edilən mübahisənin məhkəmədən kənar alternativ həlli üçün medisasiya təşkilaına müraciət etsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh X14 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X11 34.000 ABŞ dolları və 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, o Türkiyə Respublikasının vətəndaşıdır. 1997-ci ildə Azərbaycan Respublikasına gəlib, Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmaqla 2012-ci ilə kimi yaşadıqdan sonra Türkiyə Respublikasına qayıtmışdır. 2020-ci ildə isə yenidən Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Cavabdehn təsisçisi və direktorudur. Cavabdeh MMC ev tekstil mallarının və qida məhsullarının topdan satışı ilə məşğuldur. 2022-ci ilin iyul ayında cavabdeh X26 onunla Bakı şəhərində görüşüb birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirdi. Cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan ona birgə Türkiyədən Rusiya Federasiyasına müxtəlif çeşiddə qida məhsulları göndərib orada satışını təklif etdi. Cavabdeh də onunla razılaşdı. Cavabdehlə aralarında olan razılaşmaya görə Türkiyədən məhsulların Rusiya Federasiyasının Moskva şəhərinə göndərilməsini o, həmin məhsulların satışını isə cavabdeh təşkil etməli idi. Həmçinin, aralarında olan razılaşmaya əsasən Türkiyədən Rusiya Federasiyasına göndəriləcək mallar Rusiya Federasiyasına çatdırılıb cavabdehə təhvil verilənə kimi cavabdehliyi o, həmin malların saxlanması və satışına görə isə cavabdehliyi cavabdeh daşıyırdı. Cavabdeh ilə aralarında malların alış dəyərinin üzərinə daşınma, gömrük və digər xərclər əlavə edildikdən sonra satışının təşkil edilməsi və satışdan əldə edilmiş məbləğin 20 faizi gəlir kimi nəzərdə tutulmaqla yarı bölünməsi ilə bağlı razılaşma olmuşdu. O cavabdehin mallar göndərildikdən sonra satışından əldə ediləcək gəliri bölüb onun payını verəcəyinə güvənmədiyinə görə üzərinə götürdüyü öhdəliyin icrasının təmin edilmə üsulları kimi ondan avans tələb etdi. Cavabdeh də onun tələbi ilə razılaşdı. Cavabdeh dedi ki, avans kimi ona məxsus şirkətin bank hesabına 27.000 ABŞ dolları məbləğində pul qoyacaq, həmin pulla tekstil mallarının topdan satışını genişləndirsin və Türkiyədən Rusiya Federasiyasının Moskva şəhərinə göndərilən malların satışı ilə bağlı birgə ticarət fəaliyyəti başa çatdıqdan sonra aralarında aparılacaq hesablaşma zamanı həmin 27000 ABŞ dolları ona çatacaq pulun məbləğindən çıxılacaq. Eləcə də cavabdehlə aralarında olan razılaşmaya görə avans kimi ona məxsus şirkətin bank hesabına qoyulacaq 27.000 ABŞ dolları ilə alınmış tekstil mallarının satışından da əldə edilmiş gəlir aralarında yarı bölünməli idi. Bundan sonra onlar qərara gəldilər ki, Türkiyədən Rusiya Federasiyasının Moskva şəhərinə göndəriləcək məhsullarla bağlı o Türkiyə Respublikasına gedib, lazımıi şəxslərlə görüşsün. Bu məqsədlə o həmin ilin iyul ayında Türkiyə Respublikasına gedib, Türkiyədən Rusiya Federasiyasının Moskva şəhərinə göndəriləcək məhsullarla bağlı lazımi şəxslərlə görüşdü. Həmin vaxtı cavabdeh razılaşdıqları kimi, üzərinə götürdüyü öhdəliyin icrasının təmin edilmə üsulu kimi qardaşı Şahin Umudovun vasitəsi ilə ona məxsus Cavabdehn bank hesabına avans olaraq xx.xx.2022-ci il tarixdə 27.000 ABŞ dolları məbləğində pul qoydu. O Türkiyədən qayıtdıqdan sonra cavabdehlə qərara gəldilər ki, birlikdə Türkiyə Respublikasına getsinlər. Bundan sonra cavabdehlə birlikdə 2022-ci ilin sentyabr ayında Türkiyəyə getdilər. Orada o yenidən tanışları topdansatış firma sahibləri ilə görüşüb, Rusiya Federasiyasına göndəriləcək məhsullarla bağlı danışıqlar apardı və birinci dəfə Rusiya Federasiyasının Moskva şəhərinə “Red Bull” enerji içkisi göndərməyi qərara aldılar. Həmin vaxtı cavabdehlə Türkiyə Respublikasında təxminən 10 günə kimi qaldılar. Həmin vaxtı bir neçə gün cavabdehlə Türkiyə Respublikasının Bursa şəhərində yaşayan valideynlərinə məxsus evdə də qaldılar. Qeyd edir ki, birinci dəfə xx.xx.2022-ci il tarixli faktura ilə 53.500 ABŞ dolları dəyərində “Red Bull” enerji içkisi tərəfindən Türkiyədən alınaraq Rusiya Federasiyasının Moskva şəhərinə yük maşını ilə yola salındı və Moskva şəhərində həmin enerji içkisi cavabdehə təhvil verildi. İkinci dəfə tərəfindən xx.xx.2022-ci il tarixli faktura ilə 98.544 ABŞ dolları dəyərində “Pringles”, ”Ülker Dido”, ”Kitkat” və ”Nutella” markalı şokalad məhsulları Türkiyədən alınaraq Rusiya Federasiyasına yük konteyneri vasitəsi ilə göndərilməsi təmin edildi və cavabdeh həmin yükü Rusiya Federasiyasında təhvil aldı. Üçüncü dəfə isə tərəfindən xx.xx.2022-ci il tarixli faktura ilə 111858 ABŞ dolları dəyərində “Kinder Bueno”, ”Nutella” və “Kinder chocolate T8” markalı şokolad məhsulları Türkiyədən alınaraq Rusiya Federasiyasına yük konteyneri ilə göndərilməsi təmin edildi və cavabdeh həmin yükü Rusiya Federasiyasında təhvil aldı. Cavabdeh göndərilən malların daşınma, gömrük və digər xərclərinə cəmi 75000 ABŞ dolları xərc çəkdiyini bildirdi. Həmin malların alınması, daşınması, gömrük və digər xərclərə cəmi 338902 (53500+98544+111858+75000=338902) ABŞ dolları məbləğində pul sərf edilmişdi. Cavabdeh ona deyirdi ki, birgə Türkiyədən Rusiya Federasiyasına göndərilən malların satışından 68000 ABŞ dollar məbləğində gəlirləri var, həmin mallar tam satıldıqdan sonra həmin 68000 ABŞ dollar məbləğində gəliri onunla yarı böləcək. Qeyd edir ki, hər dəfə yuxarıda qeyd edilən məhsulları cavabdehə göndərdikdən sonra onunla mütəmadi olaraq telefonla əlaqə saxlayırdı. Hər dəfə cavabdeh göndərdiyi malların satışı ilə bağlı heç bir problemin olmadığını deyirdi. O sonradan cavabdehə birgə Türkiyədən Rusiya Federasiyasına göndərilən malların hesabatını aparmağı, gəlirdən ona çatan 34000 ABŞ dolları verməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək həmin pulu verməkdən yayınmağa başladı. Sonradan isə ondan avans kimi şirkətin hesabına qoyduğu 27000 ABŞ dollarını tələb etməyə başladı. O isə cavabdehdən Türkiyədən Rusiya Federasiyasına göndərilən malların hesabatını aparmağı və ona verməli olduğu 34000 ABŞ dolları tələb edirdi. 24 yanvar 2023-cü il tarixdə X26 qardaşları - X23, X27 və 2 qardaşı oğlanları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi 50 ünvanında yerləşən anbarın nəzdində olan ofisə gələrək onu öldürəcəkləri ilə ona hədə-qorxu gələrək ondan 45000 ABŞ dolları məbləğində pul tələb etdilər. O onlara pulunun olmadığını bildirdi. Bundan sonra onlar pulunun olmadığını görüb, guya X11 45000 ABŞ dollar borc almağı və həmin pulu ona 3 ay müddətində qaytarmağı barədə iltizam yazıb onlara verməyini tələb etdilər. O da məcbur olub onların tələb etdikləri məzmunda iltizam yazıb verdi. Növbəti gün, 25 yanvar 2023-cü il tarixdə onlar yenidən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında olan kafedə onunla görüşüb yenidən ona hədə-qorxu gələrək guya X11 45500 ABŞ dollar borc almağı və həmin pulu ona 3 ay müddətində qaytarmağı barədə iltizam yazıb onlara verməyini tələb etdilər. O da onların tələb etdikləri məzmunda iltizam yazıb verdi. Sonra isə onların qanunsuz hərəkətləri ilə bağlı Bakı şəhəri, Nizami rayon Pİ-yə və digər yuxarı orqanlara ərizə ilə müraciət etdi. Həmin ərizəsi əsasında Nizami rayon Pİ-nin 24-cü polis bölməsində araşdırma aparıldı. Aradan bir neçə gün keçdikdən sonra isə cavabdeh X13 göstərişi ilə qardaşı Şahin Umudov Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi 50 ünvanında yerləşən MMC-yə məxsus anbarın giriş qapısının kilidini dəyişdirərək həmin anbarda olan tekstil mallarının mağazalara verilməsini dayandırdı. O bu barədə Sabunçu rayon Pİ-nin 12-ci polis şöbəsinə ərizə ilə müraciət etdi. Polis əməkdaşlarının müdaxiləsindən sonra cavabdeh və onun qardaşı X23 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi 50 ünvanında yerləşən MMC-yə məxsus anbarda saxlanılan tekstil mallarını ona təhvil verdi. Həmin vaxtı ona Şahin Umudovun ona məxsus şirkətin hesabat sənədlərini, 3 ədəd qeydiyyat kitablarını ondan xəbərsiz aparması məlum oldu. O, dəfələrlə həmin sənədləri və qeydiyyat kitablarını tələb etsə də, Şahin Umudov qaytarmaqdan imtina etmişdir. Qeyd edir ki,cavabdeh Şair Umudovun 27000 ABŞ dolları məbləğində pul vəsaitini direktoru olduğu Cavabdehn bank hesabına, üzərinə götürdüyü öhdəliyin icrasının təmin edilmə üsulu kimi avans kimi qoymasını, tərəfindən Türkiyə Respublikasından Rusiya Federasiyasının Moskva şəhərinə birinci dəfə 53500 ABŞ dolları dəyərində “Red Bull” enerji içkisinin göndərilməsi, ikinci dəfə 98544 ABŞ dolları dəyərində “Pringles”, ”Ülker Dido”, ”Kitkat” və ”Nutella” markalı şokalad məhsullarının göndərilməsi və üçüncü dəfə 111858 ABŞ dolları dəyərində “Kinder Bueno”, ”Nutella” və “Kinder chocolate T8” markalı şokalad məhsullarının göndərilməsi xx.xx.2022-ci il tarixli, xx.xx.2022- ci il tarixli və xx.xx.2022-ci il tarixli fakturalarla, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli fakturalarla yük maşınına və konteynerlərə yüklənmiş malların fotoşəkilləri ilə, cavabdehlə aralarında olan “Whatsapp” proqramı vasitəsi ilə səs yazışmaları, video görüntülər ilə, bundan başqa cavabdehin birgə Türkiyə Respublikasından Rusiya Federasiyasına göndərilən malların satışından əldə edilmiş məbləğin 20 faizi gəlir kimi nəzərdə tutulmaqla aralarında yarı bölünəcəyinə söz verməsini təsdiq edən səs yazısı ilə, eləcə də cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, məktublar və digər sənədlərlə tam təsdiq olunur. Bundan başqa bildirir ki, o 2021-ci ildə direktoru olduğu Cavabdehnə məxsus malların daşınaraq mağazalara təhvil verilməsi və digər işlərin icrası ilə bağlı avtomaşın almaq qərarına gəldi. Bu məqsədlə Bakı şəhər sakini X9 ilə ona məxsus “Fiat Dobla” markalı,** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını 10.000 manata razılaşdı. O, X9 ilə aralarında olan razılaşmaya görə həmin avtomaşına görə əvvəlcə ona 3400 manat pul verdi. Qalan 6600 manat pulun 3200 manatını ayda 400 manat ödəməklə, qalan 3400 manat pulu isə sonda birdəfəlik verdi. O “Fiat Dobla” markalı,** XA *** dövlət qeydiyyat nişanlı avtomaşının pulunu X6 ödədikdən sonra avtomaşını öz adına rəsmləşdirmək istədi. Həmin vaxtı Türkiyə Respublikasının vətəndaşı olduğuna görə ona bildirildi ki, o, hər il həmin avtomaşını yenidən qeydiyyatdan keçirməlidir. O, hər il avtomaşını yenidən qeydiyyatdan keçirməmək üçün qərara gəldi ki, avtomaşını Azərbaycan Respublikası vətəndaşının adına alıb rəsmiləşdirsin. Bu barədə cavabdehin qardaşı Şahin Umudovla söhbət edərkən, sonuncu həmin avtomaşını onun adına rəsmləşdirməyi təklif etdi. O da ona inanaraq həmin avtomaşını Şahin Umudovun adına rəsmiləşdirdi və ona avtomaşını idarə etmək üçün etibarnamə verdi. 24 yanvar 2023-cü il tarixdə cavabdeh X26 qardaşları-X23,X27 və 2 qardaşı oğlanları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi 50 ünvanında yerləşən anbarın nəzdində olan ofisə gələrək onu öldürəcəkləri ilə hədə-qorxu gələrək ondan 45000 ABŞ dolları məbləğində pul tələb etdikdən sonra cavabdeh Şair Umudov ondan “Fiat Dobla” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını tələb edərək həmin avtomaşını qardaşı Şahin Umudova təhvil verməyini, əks halda hüquq-mühafizə orqanlarına guya həmin avtomobili oğurlamağı barədə ərizə verib onu tutduracağı ilə hədə-qorxu gəldiyinə görə həmin “Fiat Dobla” markalı,** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə Şahin Umudova təhvil verdi. Həmin avtomaşının 10000 manat pulunu X6 ödəməyi göndərilən pul köçürmələrinə dair arayışla təsdiq olunur. İlkin iddia ərizəsi üzrə iddiaçı Şair Umudov iddia ərizəsində guya ona təsisçisi və direktoru olduğu Cavabdehnə pul qoyacağı təqdirdə, hər ay 10-12.000 manat pul qazanacağı barədə göstərdikləri hər hansı sübuta və fakta əsaslanmayan, onun öz mülahizələrini əks etdirən yalnız böhtan və şər xarakterlidir. Bir daha bildirir ki, Şair Umudov 27000 ABŞ dolları məbləğində pul vəsaitini direktoru olduğu Cavabdehn bank hesabına, üzərinə götürdüyü öhdəliyin icrasının təmin edilmə üsulu olaraq avans kimi qoymuşdur. Həmçinin, ilkin iddia ərizəsi üzrə iddiaçı Şair Umudov iddia ərizəsində ondan Türkiyə Respublikasından vurulacaq mal üçün beh adı ilə 10000 ABŞ dolları məbləğində pul vəsaiti alması, həmin 10000 manat pulu şəxsi işlərinə xərcləməsi, eləcə də Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilən malların gömrük rüsumu adı ilə qardaşı Şahin Umudovdan 8500 ABŞ dolları məbləğində pul vəsaiti alması barədə göstərdikləri də hər hansı sübuta və fakta əsaslanmayan iddiaçının öz mülahizələrini əks etdirən yalnız böhtan və şər xarakterlidir. O cavabdehin qardaşı X10 xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 8500 ABŞ dolları məbləğində borca pul almış və həmin cəmi 18500 ABŞ dolları məbləğində pulu Şahin Umudova hissə-hissə tam olaraq qaytarmışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı Şair Umudov iddia ərizəsində xx.xx.2022-ci il tarixdə ona 10000 ABŞ dolları məbləğində pulu Türkiyədən vurulacaq mal üçün beh adı ilə verdiyini göstərmişdir. Qeyd etmək lazımdır ki, həmin pulu cavabdeh Şair Umudovdan almadığına və həmin pulu sahibi X15 tam olaraq qaytardığına görə həmin pul vəsaiti ilə bağlı cavabdeh Şair Umudov müvafiq subyektiv hüquqa malik deyildir. Həmin cəmi 18500 ABŞ dolları məbləğində pulun tərəfindən Şahin Umudova hissə-hissə tam olaraq qaytarılması qeydiyyat kitabında aparılmış qeydlərlə tam təsdiq olunur. İlkin iddia ərizəsi üzrə iddiaçı Şair Umudov tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Hesab edir ki, ilkin iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməli, onun qarşılıqlı iddiası isə təmin edilməlidir. Məhkəmə iclasında ilkin Cavabdeh MMC-nin qanuni təmsilçisi, eyni zamanda ilkin cavabdeh, qarşılıqlı iddiaçı Özdeyer Toksöz qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddanın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Özdeyer Toksöz məhkəmə iclasında onlara verilən suallara cavab olaraq bildirmişdir ki, 45000 ABŞ dolları məbləğində borcun olması ilə bağlı iltizamı hədə-qorxu təsiri altında yazmışdır. İltizamı onların tələb etdikləri məzmunda yazmışdır. 8500 və 10000 ABŞ dollarının qaytarılmasını öz dəftərində qeyd etmişdir, lakin qarşı tərəf anbarın giriş qapısının açarlarını dəyişdirərək şirkətin hesabat sənədlərini və qeydiyyat kitablarını məhv etdilər, ona görə bununla bağlı heç bir sübutu qalmayıb. 27000 ABŞ dolları avans kimi verilməsini telefon danışıqları zamanı razılaşdırmışlar, yazılı sübutu yoxdur. Məhkəmə iclasında baxışı keçirilmiş video görüntülərə və səs yazılarına münasibətdə Özdeyer Toksöz bildirmişdir ki, bu səs yazıları və görüntülər tərəflərin birgə fəaliyyət göstərməsini təsdiq edir. Məhkəmə iclasında ilkin cavabdeh, qarşılıqlı iddiaçı Özdeyer Toksözün nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, qarşılqılı iddianın təmin edilməsi, ilkin iddanın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil2 məhkəmə iclasında onlara verilən suallara cavab olaraq bildirmişdir ki, fakturalar Şair Umudova ünvanlanıb. Şahin Umudovdan pul vəsaitini borc kimi, Ö.Toksözün şəxsi ehtiyacları üçün alınmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndə və vəkilləri Vəkil1 və Nümayəndə1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddanın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Nümayəndə və vəkillər məhkəmə iclasında onlara verilən suallara cavab olaraq bildirmişlər ki, 10000 ABŞ dolları və 8500 ABŞ dolları Özdeyer Toksözə fərdi sahibkar kimi verilib. Pul vəsaiti şifahi razılaşma əsasında birgə sahibkarlıq fəaliyyətinin göstərilməsi ilə bağlı verilib. Məhkəmə iclasında baxışı keçirilmiş video görüntülərə və səs yazılarına münasibətdə nümayəndə və vəkillər bildirmişlər ki, bu video görüntülərin ilkin və qarşılıqlı iddia tələbi ilə əlaqəsi yoxdur. İşə aidiyyəti olmayan görüntülərdir. İlkin iddia üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, hazırda Nərimanov rayon Prokurorluğunda ********* saylı cinayət işi üzrə istintaq prosesində iştirak etdiyi üçün, prosesin saat 11:00-dan davam etdiyini və uzun davam edəcəyini nəzərə alaraq xx.xx.2023-cü il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirakının heç cür mümkün olmayacağını, digər Vəkil1 da hazırda başqa məhkəmə prosesində iştirak etdiyi üçün 13 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək, göstərilənləri nəzərə alaraq 13 dekabr 2023-cü il tarixli məhkəmə baxış iclasını növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2022-ci il tarixli hesab-fakturadan (e-fatura) görünür ki, “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Redbull”) ümumi dəyəri 53.530,88 ABŞ dolları təşkil edir (göndərən – “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı - “KLK” LLC-dir (Rusiya/Moskva)). xx.xx.2022-ci il tarixli hesab-fakturadan (proforma invoice) görünür ki, “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Pringles”, “Ülker Dido”, “Kitkat”, “Nutella” “24 Palet”) ümumi dəyəri 98544 ABŞ dolları təşkil edir (göndərən – “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı - “KLK” LLC-dir (Rusiya/Moskva)). xx.xx.2022-ci il tarixli hesab-fakturadan (proforma invoice) görünür ki, “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Kinder Bueno”, “Nutella”, “Kinder Chocolate T8”, “Palet”) ümumi dəyəri 128436 ABŞ dolları təşkil edir (göndərən – “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı – Rusiya/Moskva). xx.xx.2022-ci il tarixli hesab-fakturadan (e-fatura) görünür ki, “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Pringles”, “Ülker Dido”, “Kitkat”, “Nutella”) ümumi dəyəri 88684 ABŞ dolları təşkil edir (göndərən – “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı - “TİO” LTD-dir (Rusiya/Moskva)). xx.xx.2022-ci il tarixli hesab-fakturadan (proforma invoice) görünür ki, “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Kinder Bueno”, “Nutella”, “Kinder Chocolate T8”, “Palet”) ümumi dəyəri 111858 ABŞ dolları təşkil edir (göndərən – “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı - “TİO” LTD-dir (Rusiya/Moskva)). Ödəniş tapşırıqlarından ğörünür ki, “TİO” LTD tərəfindən “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti”nin bak hesabına noyabr 2022-ciil tarixində ödənişlər edilmişdir. "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsinin pul köçürmələri barədə siyahısından (arayışından) görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Özdeyer Toksöz tərəfindən (alan) X6 ümumilikdə 3200 manat məbləğində pul vəsaiti göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Özdeyer Toksöz iltizam imzalayaraq X19 həqiqətən 45500 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq etmiş və həmin borc məbləğini 3 ay müdətinə qaytaracağına söz vermişdir. İş materiallarında olan sənədlərdən (məktublardan) görünür ki, Özdeyer Toksöz tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə, Nizami Rayon Polis İdarəsinə və Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə çoxsaylı müraciətlər edilmişdir. İş materiallarında olan sənədlərdən (əlyazma olan kağızlardan) görünür ki, həmin kağızlarda “10000 manat borcdan Şahinə verdim”, “600 manat Şairin kurtkası üçün Şahinə verdim”, “500 manat borcdan Şahinə verdim”, “(Şair dedi) 10000 manat Şahinə verdim”, “5000 manat borcdan Şahinə verildi”, “1000 manat borcdan Şahinə verdim”, “1350 manat Şahinə qalan borc verildi”, “200 manat borcdan Şahinə verdim”, “3000 manat borcdan Şahinə verdim” kimi sözlər (cümlələr) qeyd edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin (X7) xx.xx.2023-cü il tarixli qərarı ilə Özdeyer X4, X23 və X28 barəsində müraciəti əsasında toplanmış 1 saylı HK-484 nömrə ilə qeydə alınmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. X7 qərarından görünür ki, Özdeyer Toksözün müraciəti əsasında aparılmış araşdırma nəticəsində X26, X23 və X16 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə adlı) 134-cü maddəsinin (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) tərkibi yaranmadığından cinayət tərkibi yaradacaq səbəb və əsas müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. X23 (icarəyə verən) ilə Özdeyer Toksöz (icarədar) arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 01-0109/2022 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi 50 ünvanında yerləşən ümumi sahəsi 713,7 kv.m torpaq sahəsini 0,0821 yerləşən qeyri-yaşayış binasını ayda 250 manat icarə haqqı qarşılığında anbar sahəsi kimi icarədarın istifadəsinə verir. Məhkəmə iclasında iş materiallarında olan foto-şəkillərin, səsli danışıqların və video görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən foto şəkillərdən və video görüntülərdən müəyyən edilmişdir ki, “Pringles”, “Ülker Dido”, “Kinder Bueno”, “Nutella”, “Redbull” və s. məhsullar çoxlu sayda qablaşdırma şəklində anbarlarda saxlanılır, həmin məhsullar yük avtomobillərinə (TİR) yüklənir, bundan başqa foto şəkillərdən və video görüntülərdən müəyyən edilir ki, Özdeyer Toksöz və X26 birlikdə müxtəlif (evdə, ictimai iaşə obyektlərində bir masa arxasında, təyyarədə və digər) yerlərdə birlikdədirlər, eləcə də “X33 tür. X12 Sanayi Ticaret Ltd.Şti”nin binasının da video görüntüsü qeyd edilmişdir. Həmçinin CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, X30 Toksöz arasında danışıqlar olmuş, danışıqlardan məlum olur ki, tərəflər arasında şərikli biznes əməkdaşlığı qurulmuş, malların Türkiyə Respublikasından Rusiya Federasiyasına göndərilməsi, məhsulların qiyməti, çəkisi, çeşidi, adı, malların hesab-fakturası, Rusiya Federasiyasından Özdeyer Toksözə göndəriləcək müqavilənin şərtləri barədə söhbətlər aparılmışdır. Həmçinin danışıq zamanı X5 Toksözə müraciət edərək, Özdeyer Toksözdən 45500 ABŞ dolları borcun qaytarılmasını tələb etmiş, şərikli əməkdaşlıqda əldə olunan gəlirin 50-50-yə bölünməsinə razı olduğunu, əməkdaşlıq çərçivəsində bütün xərclərin X26 tərəfindən çəkildiyini, Özdeyer Toksöz tərəfindən heç bir vəsaitin yatırılmadığını, eləcə də Özdeyer Toksöz tərəfindən yeyinti edildiyi və tərəflər arasında hesablaşma, hesabat aparılması Özdeyer Toksözdən tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, ilkin iddiaçı X26 ilkin cavabdeh Özdeyer Toksözün ona təsisçisi olduğu Cavabdeh MMC-yə pul qoyacağı təqdirdə, hər ay 10.000- 12.000 manat pul qazanmağı vəd etdiyini, bundan sonra Toksoz Özdeyerlə birgə sahibkarlıq fəaliyyəti həyata keçirəcəkləri barədə razılığa gəldiklərini, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasından gətiriləcək mal üçün beh adı ilə cavabdeh Özdeyer Toksözə 10.000 ABŞ dolları pul vəsaiti verdiyini, bundan sonra 27.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh MMC-nin bank hesabına köçürdüyünü, daha sonra onun adından qardaşı Şahin Umudov tərəfindən 8500 ABŞ dolları məbləğində pul vəsaitinin gömrük rüsumlarının ödənilməsi üçün Özdeyer Toksozə verildiyini, lakin Özdeyer Toksözün onun tərəfindən ödənilmiş cəmi 45.500 manat pul vəsaitini qaytarmadığını, eləcə də malların satışından əldə edilmiş gəlirin aralarındakı razılaşmaya uyğun olaraq ona çatmalı olan hissəsini ödəmədiyini əsas göstərərək 45.500 ABŞ dolları məbləğində pulun ilkin cavabdehlər Cavabdeh MMC-dən və Özdeyer Toksozdən tutulmasını tələb edir. Qarşılıqlı iddiaçı Özdeyer Toksoz isə 27.000 ABŞ dolları məbləğində pul vəsaitinin Şair Umudov tərəfindən Cavabdeh MMC-yə Türkiyə Respublikasından Rusiya Federasiyasına göndəriləcək mallara görə avans olaraq köçürüldüyünü, lakin razılaşmaya uyğun olaraq onun tərəfindən Türkiyə Respublikasında Rusiya Federasiyasına müxtəlif mallar göndərilsə də, Şair Umudov həmin malların satışından əldə etdiyi gəlirin 50%-ni - 34.000 ABŞ dolları məbləğində pul vəsaitini ona ödəmədiyini, eləcə də Fiat Dobla” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını Vüqar İsmayılov adlı şəxsdən 10.000 manata aldığını, lakin həmin avtomobili qarşılıqlı cavabdehin qardaşı Şahin Umudovun adına rəsmiləşdirdiyini, sonradan Şair və Şahin Umudovların həmin avtomobili hədə-qorxu ilə əlindən aldıqlarını əsas göstərərək 34.000 ABŞ dolları və 10.000 manat məbləğində pul vəsaitinin qarşılıqlı cavabdeh Şair Umudovdan tutulmasını tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, ilkin iddiaçı Şair Umudov tərəfindən ilkin Cavabdeh MMC-nin bank hesabına 27.000 ABŞ dolları pul vəsaitinin köçürülməsi işin mübahisəsiz haldır. Tərəflər arasında mübahisə predmeti olan hal isə sözügedən məbləğin ödənilməsinin məqsədi ilə bağlıdır. Belə ki, hər iki tərəf həmin pul vəsaitinin tərəflərin həyata keçirilməsi barədə razılığa gəldikləri birgə sahibkarlıq fəaliyyəti ilə bağlı ödənildiyini təsdiq etsə də, Şair Umudov pulun Türkiyədən AR-ə malların gətirilməsi üçün beh olaraq, Cavabdeh MMC-nin qanuni təmsilçisi Ö.Toksoz isə Türkiyədən RF-a göndərilmiş mallardan əldə ediləcək gəlirinə görə avans olaraq ödənildiyini bildirir. Mülki Məcəllənin 491-ci maddəsinə görə: Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara əsasən tərəflər arasındakı razılaşmanın şərtləri barədə əsaslı nəticəyə gəlmək mümkün olmadığından hazırkı halda 27.000 manat məbləğində pul vəsaiti Mülki Məcəllənin 491.3-cü maddəsinə əsasən avans kimi ödənilmiş hesab edilir. Digər tərəfdən ilkin iddiaçı Ş.Umudov tərəfindən ilkin Cavabdeh MMC-yə köçürülmüş 27.000 manat məbləğində avansın müqabilində Cavabdeh MMC tərəfindən hər hansı qarşılıqlı icranın həyata keçirildiyi, yəni ilkin iddiaçının iddia etdiyi kimi MMC tərəfindən malların Türkiyədən AR-ə gətirilməsi, satışdan əldə edilmiş gəlirdən Ş.Umudovun payının ödənilməsi və ya ilkin cavabdehin iddia etdiyi kimi MMC tərəfindən malların Türkiyədən RF-ə gətirilərək Şair Umudova təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bununla bağlı Türkiyədən RF-ə göndərilmiş mallara dair məhkəməyə təqdim edilmiş invoyslara münasibətdə qeyd edilməlidir ki, sözügedən invoyslarda tərəflərin heç birinin adı göstərilməməklə yanaşı həmin invoysların tərəflərin tələblərini meəyyən edən faktlarla və hallarla bağlı olması müəyyən edilmir. MPM-in 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Odur ki, ilkin iddiaçı Şair Umudov tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 27.000 ABŞ dolları məbləğində avansın qaytarılmasını Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Tələbin Qanuni nümayəndəə qarşı olan hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Qanuni nümayəndə həmin pulu qaytarmaq öhdəliyinin yaranması üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu (müqavilə, əsassız varlanma və s.) iş materialları ilə öz təsdiqini tapmır. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, Qanuni nümayəndəə münasibətdə iddia rədd edilməlidir. İlkin iddia tələbinin 18.500 ABŞ dolları məbləğində pulun qaytarılması hissəsinə münasibətdə qeyd edilməlidir ki, ilkin cavabdeh Ö.Toksöz həmin pulun ona ödənilməsini inkar etməsə də, həmin hissədə iddiaya etirazını pulun ona Şair Umudov tərəfindən deyil, Şahin Umudov tərəfindən şəxsi borc kimi verilməsi və həmin borcun sonradan qaytarılması ilə əsaslandırır. Birinci dəlillə bağlı məhkəmə qeyd edir ki, O.Toksöz ona verilmiş 18.500 ABŞ dolları məbləğində borc məbləğinin iddiaçı Şair Umudov tərəfindən deyil, Şahin Umudov tərəfindən verilməsini iddia etsə də, O.Toksözün imzası ilə təsdiq edilmiş iltizamla sözügedən məbləği məhz Şair Umudovdan aldığı öz təsdiqini tapır. İltizamı hədə-qorxu altında imzalaması barədə O.Toksözün dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən məsələ ilə bağlı Bakı şəhəri Nizami RPİ tərəfindən araşdırma aparılmış və Qanuni nümayəndə istinad etdiyi yuxarıda göstərilənhallar öz təsdiqini tapmadığından fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 18.500 ABŞ dolları məbləğində borcun qaytarılması barədə ilkin cavabdehin istinad etdiyi dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, həmin halı təsdiq edən mötəbər sübutlar məhkəmə təqdim edilməmişdir. Odur ki, 18.500 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində iddia qismən təmin edilməli, sözügedən pul məbləği cavabdeh Ö.Toksozdən tutularaq iddiaçı Şair Umudova ödənilməli, sözügedən borcun Cavabdeh MMC-yə hər hansı aidiyyətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından Cavabdeh MMC-yə münasibətdə həmin iddia tələbi rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Özdeyer Toksoz qarşılıqlı iddiasını əsaslandırmaq üçün istinad etdiyi halları, yəni qarşılıqlı cavabdehin həyata keçirdikləri birgə sahibkarlıq fəaliyyətindən 68.000 ABŞ dolları gəlir əldə etməsini, eləcə də özü üçün V.İsmayılov adlı şəxsdən avtomobil aldığını, həmin avtomobili Şahin Umudovun adına rəsmiləşdirilməsini və sonradan Şair və Şahin Umudovların hədə-qorxu ilə həmin avtomobili onun əlindən almalarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd Beləliklə, qarşılıqlı iddiaçı Özdeyer Toksözün qarşılıqlı cavabdeh X19 qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, ilkin iddia üzrə 400 manat məbləğində mediasiya xərləri ilkin iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 322,05 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi ilkin iddia üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddianın qiymətinin 100%-i təmin edildiyindən ilki İddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə 295 manat məbləğində dövlət rüsumu da qarşılıqlı iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, qarşılıqlı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 293,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə qarşılıqlı iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin cavabdeh Narteks” MMC-dən 27.000 ABŞ dolları və ilkin cavabdeh Özdeyer Toksözdən 18.500 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq ilkin iddiaçı X19 ödənilsin. İlkin iddia verilərkən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 250 manat hissəsi ilkin Cavabdeh MMC-dən, 150 manat hissəsi isə ilkin cavabdeh Özdeyer Toksözdən tutularaq ilkin iddiaçıya ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddiaçı Özdeyer Toksözün qarşılıqlı cavabdeh X19 qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin.. Qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4880/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4880/2023
14.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver