Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4889/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı cavabdehdən cəmi 1.552.911,34 manat (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən cəmi 1.552.911,34 manat (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda 29.10.2021-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: Bu Sazişin məqsədləri üçün bir tərəfdən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - İddiaçı QSC) İdarə Heyəti sədrinin müavini Nümayəndə şəxsində və digər tərəfdən Cavabdeh (birlikdə bundan sonra - “Tərəflər”) bu Barışıq Sazişini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə və qüvvədə olan digər qanunlara və normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə bağladılar.
1. Preambula 1.1."xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N°-li Fərmanının (bundan sonra - Fərman) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra - Sərəncam) icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC-yə keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı 09.10.2019-cu il tarixli S-FK-1532 saylı akta əsasən Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn 1.552.911,34 manat (bir milyon beş yüz əlli iki min doqquz yüz on bir manat, 34 qəpik), ondan əsas borc 1.433.494,80 manat (bir milyon dörd yüz otuz üç min dörd yüz doxsan dörd manat, 80 qəpik), faiz borcu 119.416,54 manat (bir yüz on doqquz min dörd yüz on altı manat, 54 qəpik) və 32.262,49 ABŞ dolları (otuz iki min iki yüz altmış iki ABŞ dolları, 49 sent), ondan əsas borc 30.000,00 ABŞ dolları (otuz min ABŞ dolları), faiz borcu 2.262,49 ABŞ dolları (iki min iki yüz altmış iki ABŞ dolları, 49 sent) məbləğində problemli borcları üzrə tələb hüquqları da İddiaçı QSC-yə təhvil verilmişdir. 1.2.Cavabdeh 1.552.911,34 manat (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) məbləğində borcunu müqavilədə göstərilən müddətdə ödəmədiyinə görə İddiaçı QSC tərəfindən ona qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (bundan sonra məhkəmə) müraciət edilərək, Cavabdeh cəmi 1.552.91 1,34 manat (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş hazırda həmin məhkəmənin icraatındadır. 1.3. Bu sazişin imzalanması tarixinə Cavabdeh İddiaçı QSC qarşısında borcunun qalığı 1.552.911,34 (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında borcunun qalığı manat ekvivalentində cəmi 1.607.757,57 manat təşkil edir.
2. Sazişin Predmeti 2.1. Tərəflər məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 2.2. Tərəflər Cavabdeh İddiaçı QSC-yə manat ekvivalentində cəmi 1.607.757,57 manat (1.552.911,34 manat və 32.262,49 ABŞ dolları) məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. 2.3. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun "xxxx" QSC tərəfindən 28.10.2021 -ci il tarixli “Əsas vəsaitlərin qiymətləndirilməsi Hesabatına” əsasən 1.657.600,00 manat dəyərində qiymətləndirilmiş 02 iyul 2021 -ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 903 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.18 ha torpaq sahəsinə yönəldilməsinə, həmin əmlak üzərində Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsinə, İddiaçı QSC-nin mülkiyyət hüququnun tanınmasına və bu əmlak üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına etiraz etməyəcəklər. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsinin "xxxx" QSCnin 28.10.2021 -ci il tarixli “Əsas vəsaitlərin qiymətləndirilməsi Hesabatına” əsasən qiymətləndirilmiş cəmi 1.657.600,00 manat dəyəri ilə onun İddiaçı QSC-yə olan və bu Sazişin 2.2-ci bəndində göstərilən manat ekvivalentində cəmi 1.607.757,57 manat (1.552.911,34 manat və 32.262,49 ABŞ dolları) məbləğində kredit borcu arasında yaranan 49.842,43 manat fərqlə bağlı tələbdən imtina edir.
3. Saziş üzrə öhdəliklərin icrası 3.1. Bu sazişi təsdiq edən məhkəmə qərardadı Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı QSC-nin adına qeydiyyata alınması üçün əsasdır. 3.2. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 3.3. Tərəflər razılaşır ki, bu Sazişi təsdiq edən məhkəmə qərardadı icra olunduqdan sonra Cavabdeh İddiaçı QSC qarşısında mövcud olan 1.552.911,34 manat və 32.262,49 ABŞ dolları məbləğində borc öhdəliklərinə xitam verilir, tərəflərin bir-birinə qarşı həmin borc üzrə heç bir iddiaları qalmır və tərəflər eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilməzlər. 3.4.İddiaçı QSC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardadın Sazişdə göstərilən şərtlərlə icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilməsini məhkəmədən xahiş etmək hüququna malikdir.
4. Digər müddəalar 4.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.2. Bu Saziş və burada istinad edilən bütün sənədlər tərəflərin tam razılığını özündə əks etdirir. 4.3. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. 4.4. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.5. Tərəflər təsdiq edir ki, hazırkı Sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. 4.6. Bu Saziş 3 (üç) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Habelə tərəflər iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bu Sazişin məqsədləri üçün bir tərəfdən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - İddiaçı QSC) İdarə Heyəti sədrinin müavini Nümayəndə şəxsində və digər tərəfdən Cavabdeh (birlikdə bundan sonra - “Tərəflər”) bu Barışıq Sazişini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə və qüvvədə olan digər qanunlara və normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə bağladılar.
1. Preambula 1.1."xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N°-li Fərmanının (bundan sonra - Fərman) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra - Sərəncam) icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC-yə keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı 09.10.2019-cu il tarixli S-FK-1532 saylı akta əsasən Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn 1.552.911,34 manat (bir milyon beş yüz əlli iki min doqquz yüz on bir manat, 34 qəpik), ondan əsas borc 1.433.494,80 manat (bir milyon dörd yüz otuz üç min dörd yüz doxsan dörd manat, 80 qəpik), faiz borcu 119.416,54 manat (bir yüz on doqquz min dörd yüz on altı manat, 54 qəpik) və 32.262,49 ABŞ dolları (otuz iki min iki yüz altmış iki ABŞ dolları, 49 sent), ondan əsas borc 30.000,00 ABŞ dolları (otuz min ABŞ dolları), faiz borcu 2.262,49 ABŞ dolları (iki min iki yüz altmış iki ABŞ dolları, 49 sent) məbləğində problemli borcları üzrə tələb hüquqları da İddiaçı QSC-yə təhvil verilmişdir. 1.2.Cavabdeh 1.552.911,34 manat (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) məbləğində borcunu müqavilədə göstərilən müddətdə ödəmədiyinə görə İddiaçı QSC tərəfindən ona qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (bundan sonra məhkəmə) müraciət edilərək, Cavabdeh cəmi 1.552.91 1,34 manat (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş hazırda həmin məhkəmənin icraatındadır. 1.3. Bu sazişin imzalanması tarixinə Cavabdeh İddiaçı QSC qarşısında borcunun qalığı 1.552.911,34 (əsas borc 1.433.494,80 manat; faiz borcu 119.416,54 manat) və 32.262,49 ABŞ dolları (əsas borc 30.000,00 ABŞ dolları; faiz borcu 2.262,49 ABŞ dolları) təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında borcunun qalığı manat ekvivalentində cəmi 1.607.757,57 manat təşkil edir.
2. Sazişin Predmeti 2.1. Tərəflər məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 2.2. Tərəflər Cavabdeh İddiaçı QSC-yə manat ekvivalentində cəmi 1.607.757,57 manat (1.552.911,34 manat və 32.262,49 ABŞ dolları) məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. 2.3. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun "xxxx" QSC tərəfindən 28.10.2021 -ci il tarixli “Əsas vəsaitlərin qiymətləndirilməsi Hesabatına” əsasən 1.657.600,00 manat dəyərində qiymətləndirilmiş 02 iyul 2021 -ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 903 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.18 ha torpaq sahəsinə yönəldilməsinə, həmin əmlak üzərində Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsinə, İddiaçı QSC-nin mülkiyyət hüququnun tanınmasına və bu əmlak üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına etiraz etməyəcəklər. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsinin "xxxx" QSCnin 28.10.2021 -ci il tarixli “Əsas vəsaitlərin qiymətləndirilməsi Hesabatına” əsasən qiymətləndirilmiş cəmi 1.657.600,00 manat dəyəri ilə onun İddiaçı QSC-yə olan və bu Sazişin 2.2-ci bəndində göstərilən manat ekvivalentində cəmi 1.607.757,57 manat (1.552.911,34 manat və 32.262,49 ABŞ dolları) məbləğində kredit borcu arasında yaranan 49.842,43 manat fərqlə bağlı tələbdən imtina edir.
3. Saziş üzrə öhdəliklərin icrası 3.1. Bu sazişi təsdiq edən məhkəmə qərardadı Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı QSC-nin adına qeydiyyata alınması üçün əsasdır. 3.2. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 3.3. Tərəflər razılaşır ki, bu Sazişi təsdiq edən məhkəmə qərardadı icra olunduqdan sonra Cavabdeh İddiaçı QSC qarşısında mövcud olan 1.552.911,34 manat və 32.262,49 ABŞ dolları məbləğində borc öhdəliklərinə xitam verilir, tərəflərin bir-birinə qarşı həmin borc üzrə heç bir iddiaları qalmır və tərəflər eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilməzlər. 3.4.İddiaçı QSC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardadın Sazişdə göstərilən şərtlərlə icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilməsini məhkəmədən xahiş etmək hüququna malikdir.
4. Digər müddəalar 4.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.2. Bu Saziş və burada istinad edilən bütün sənədlər tərəflərin tam razılığını özündə əks etdirir. 4.3. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. 4.4. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.5. Tərəflər təsdiq edir ki, hazırkı Sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. 4.6. Bu Saziş 3 (üç) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev