Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-489/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 may 2021-ci il tarixli 060CRLN 21000008 nömrəli Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN 21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas borc 93.802,58 manat, faiz borcu 3.491,45 manat olmaqla, cəmi 97.294,03 manat məbləğində borcun, mediasiya xərci olaraq 400 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulmasına, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinə yönəldilməsinə, həmin ipoteka predmetinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında 04 may 2021-ci il tarixli 060CRLN21000008 nömrəli Baş Kredit Müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən Borcalana 400.000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən çox olmamaq şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş Kredit müqaviləsi çərçivəsində X3 zəmanət məktubu ilə 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi əsasında Cavabdeh2 MMC-yə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla), illik 15% faiz dərəcəsi ilə, 194.000 manat kredit verilmişdir. Yuxarıda göstərilən kredit öhdəliyinin təminatı olaraq aşağıdakı müqavilələr bağlanmışdır: Cavabdeh1 məxsus və ünvan 1 ünvan: ünvan 3di yaşayış evinin ipoteka qoyulması barədə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №-li İpoteka müqaviləsi; Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006GRNT21000078 nömrəli Zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli, 006GRNT21000090 №-li Zaminlik müqaviləsi; Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006GRNT21000082 nömrəli Zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli, 006GRNT21000088 №-li Zaminlik müqaviləsi; Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006GRNT21000077 nömrəli Zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli, 006GRNT21000089 №-li Zaminlik müqaviləsi; Borcalan yuxarıda göstərilən bütün öhdəlikləri üzrə müqavilə şərtlərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə Mediasiya Təşkilatına müraciət olunmuş və müraciət əsasında xx.xx.2023- cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər sessiyada iştirak etmədiyi üçün adıgedən mediasiya təşkilatı tərəfindən iddiaçıya X5 (İMS) İştirak Edilməməsi barədə Arayış təqdim olunmuşdur. Həmçinin qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləği xx.xx.2023-cü il tarixinə aşağıdakı kimidir: 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas borc 93.802,58 manat, faiz borcu 3.491,45 manat, cəmi borc 97.294,03 manat.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-489/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata Cavabdeh4 münasibətdə xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ASC ilə Cavabdeh2 MMC ilə arasında bağlanmış 04 may 2021-ci il tarixli 060CRLN21000008 nömrəli Baş Kredit Müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1.1-ci bəndinə əsasən Bu Müqavilənin predmeti Kreditorun Borcalana 400.000,00 AZN (Dörd yiiz min manat 00 qəpik) (USD və ya EUR ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, qaytarılınası gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (a!tmış)%-dən, cərimə faizi gündəlik 0.1 (sıfır tam onda bir )%-dən, komissiya haqları bu Müqaviləyə əsasən bağlanacaq Əlavə Razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 (on)%-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 (on)%-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15 (on beş)%-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 (on beş)%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdiribmiş məbləğlərə görə illik 15 (on beş)%-dən çox olmamaq şərti ilə 120 (Bİr yüz iyirmi ) ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, Borcalanın isə bu Müqavilədə və bu Müqaviləyə əsasən bağlanacaq Əlavə Razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin Kreditora ödənilməsinə dair pul öhdəliyidir.
10. Müqavilənin 1.1.2-ci bəndinə əsasən gələcəkdə bu Müqaviləyə əsasən bağlanılacaq Əlavə Razılaşmalar üzrə Borcalana veriləcək məbləğlər bu Müqaviləyə bağlıdır və Tərəflər razılaşır ki, bu Müqavilənin 1.1.1 -ci yarımbəndində göstərilən limit üzrə Kreditor tərəfindən ayrılmış məbləğlərin son qaytarılma tarixi həmin bənddə nəzərdə tutulmuş müddətdən çox təyin edilə bilməz. Limit çərçivəsində verilən hər bir öhdəliyin müddəti, məbləği, məqsədi və təyinatı, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri Tərəflər arasında bağlanan və bu Müqavilənin tərkib hissəsini təşkil edən müvafiq Əlavə Razılaşmalar ilə müəyyən edilir.
11. Müqavilənin 3.2.5-ci bəndinə əsasən Kredit/kredit xətti üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. Kredit xətti üzrə faizlər kredit xəttinin istifadə edilən borc qalığına hesablanır və Borcalan tərəfindən hər ay Müqavilənin tərkib hissəsini təşkil edən Əlavə Razılaşmanın bağlandığı gün ödənilir. Tərəflər arasında kredit xəttinin limitinin azaldılması qrafiki tərtib edildiyi halda Borcalan həmin qrafik üzrə pul vəsaitini vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir.
12. Müqavilənin 3.2.9-cu bəndinə əsasən Borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranın gecikdiriİdiyi halda), gecikdirilən məbləğə görə Kreditora bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada hesablanmış faiz və cərimə ödəyir. Faizlər, cərimə bu Müqavilə ilə müəyyən edilmiş gündən Kreditora tam ödənildiyi günə qədər hesablanır. Faizlərin, cərimənin və zərərin əvəzinin ödənilməsi Borcalanı bu Müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir.
13. Müqavilənin 3.2.10-cu bəndinə əsasən Borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti ilk növbədə Kreditorun xərclərinin və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə kredit/kredit xətti üzrə hesablanmış faizlərin və dördüncü növbədə kredit/kredit xətti məbləğinin ödənilməsinə yönəldilir. İpoteka hesabına borcun ödənilməsi ardıcıllığı müvafiq qanunvericiliklə müəyyən edilir.
14. Müqavilənin 3.4.4.3-cü bəndinə əsasən ödəniş cədvəlində nəzərdə tutulmuş miiddətlərdə/kredit xəttinin limitləri qrafiki tərtib edilərsə, qrafıkdə nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilinəsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəmək borcalanın vəzifəsi kimi müəyyən edilmişdir.
15. İddiaçı ASC ilə Cavabdeh2 MMC ilə arasında bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsinə əsasən:
16. Müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Azərbaycan Respublikası Sahibkarlıq inkişaf Fondunun (bundan sonra - Fond) "23" aprel 2021-ci il tarixli ZM 810/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərtilə Borcluya 194000 manat məbləğində illik 15 (on beş ) faiz dərəcəsi ilə 36 (otuz altı ) ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 (on iki ) ay olmaqla kredit verir.
17. Müqavilənin 1.2-ci bəndinə əsasən Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir.
18. Müqavilənin 3.1.5-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər.
19. Müqavilənin 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 ( yeddi tam onda beş ) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
20. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №-li İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinin ipoteka qoyulmuş və ipoteka predmetinin qiyməti müqavilənin 2.2-ci bəndinə əsasən 194000 manat müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvan: ünvan 5di yaşayış evi üzərində mülkiyyət hüquqları Cavabdeh1 adına hüquqi qeydiyyata alınmışdır.
22. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvan: ünvan 5di yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
23. İddiaçı ASC ilə Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixli 006GRNT21000078 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000090 nömrəli, Cavabdeh3 ilə xx.xx.2021ci il tarixli 006GRNT21000082 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000088 nömrəli, Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000077 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000089 nömrəli Zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər Kreditordan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
24. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, ZB-2173/23 saylı arayışına əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixli 060CRLN21000008-2 saylı müqaviləyə əsasən banka əsas borcu – 93802,58 manat, faiz borcu – 3491,45 manat olmaqla cəmi borc 97294,03 qeyd olunmuşdur.
25. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6095/2023 saylı qəraradı ilə İddiaçı ASC ilə borc alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla xəbərdarlıq məktubunun cavabdehə elektron karğüzarlıq qaydasında çatdırıldığı xx.xx.2023-cü il tarixə və maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil edilməsi və X2 mülkiyyətində olan ünvan 4 ünvan: ünvan 7ış evinin real bazar qiyməti və likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq və qiymətləndirilmə ekspertizaları təyin edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/352 saylı rəyinə əsasən "xxxx" MMC-nin müqavilə üzrə borcu xx.xx.2023-cü il tarixə əsas borcu 94409,38 manat, faiz borcu 3352,54 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 94409,38 manat, faiz borcu 4650,67 manat müəyyən edilmişdir.
27. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-020/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 4 ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 223000 manat və likvid qiyməti 201000 manat müəyyən edilmişdir.
28. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki,
30. Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında 04 may 2021-ci il tarixli 060CRLN21000008 nömrəli Baş Kredit Müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən Borcalana 400.000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən çox olmamaq şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş Kredit müqaviləsi çərçivəsində X3 zəmanət məktubu ilə 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi əsasında Cavabdeh2 MMC-yə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla), illik 15% faiz dərəcəsi ilə, 194.000 manat kredit verilmişdir. Qeyd olunan kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 məxsus və ünvan 1 ünvan: ünvan 3di yaşayış evinin ipoteka qoyulması barədə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №li İpoteka müqaviləsi, Cavabdeh5 ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli 006GRNT21000078 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000090 №-li, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000082 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000088 №-li, Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000077 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000089 №-li Zaminlik müqavilələri bağlanmışdır.
31. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh "xxxx" MMC-nin mübahisəli kredit müqavilələri üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
32. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
37. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
38. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
39. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Beləliklə, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
43. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində müəyyən edilən əsas borc məbləğindən aşağı həddə, faiz borc məbləği tələbi ekspert rəyində göstərilən məbləğlə eynilik təşkil etməmişdir. Beləliklə, məhkəmə 04 may 2021-ci il tarixli 060CRLN 21000008 nömrəli Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN 21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas borc məbləği iddia ərizəsində göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində müəyyən edilən məbləğdə yəni xx.xx.2023-cü il tarixə (pretenziya məktubunun cavabdehə elektron qaydada çatdırıldığı tarixə) 3352,54 manat olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.
44. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
45. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №-li İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvan: ünvan 3di yaşayış evi ipoteka ilə yüklü edilməsi barədə öhdəlik götürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvan: ünvan 5di yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
46. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
47. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
48. “İpoteka haqqında” Qanunun:
49. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
50. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
51. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
52. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
53. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
54. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
55. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
56. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
57. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh5, Cavabdeh3 tutulmalıdır.
58. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
59. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
60. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-020/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 4 ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 223000 manat və likvid qiyməti 201000 manat dəyərində olması müəyyən edilmişdir.
61. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 4 ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin likvid dəyərinin 201000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
63. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat məbləğində, bildirişin qeydə alınması üçün dövlət rüsumu və xidmət haqqı kimi isə (15 manat və 72 manat deyil) 51 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
64. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
65. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
66. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Beləliklə,məhkəmə hesab edirki, iddia qismən təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq 382 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 51 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 100 manat və əmlakın qiymətləndirilməsi xərci olaraq 300 manat cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada 04 may 2021-ci il tarixli 060CRLN 21000008 nömrəli Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN 21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə 93802,58 manat əsas borc, 3352,54 manat faiz borcu və mediasiya xərcinin əvəzi olaraq 382 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 51 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 201.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh5, Cavabdeh3 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 MMC-dən, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova