Məhkəmə qərarları › İş №e-2-2(113)-4890/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4890/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4890/2021 28.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh1 Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 28.11.2014-cü il tarixli 103673-1- 3524/6 saylı kredit müqaviləsinə əsasən 24 avqust 2021-ci il tarixə Banka borclu olduğu 1.185.780,91 (bir milyon yüz səksən beş min yeddi yüz səksən, 91) manat məbləğində əsas borc, 2.793,68 (iki min yeddi yüz doxsan üç, 68) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.188.574,59 (bir milyon yüz səksən səkkiz min beş yüz yetmiş dörd, 59) manat məbləğində pulun, eləcə də 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında istifadədə olan 0.13473 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2211.0 kv.m, əsas sahəsi 1962.2 kv.m. köməkçi sahəsi 248.8 kv.m olan 2 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, qeyri yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər barışıq sazişi ilə işə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 30 sentyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə baxılır.

2. “Borclular”ın “bank”a müştərək qaydada olan borcu “bank” ilə “Kredit alan” arasında bağlanmış 28.11.2014-cü il tarixli 103673-1-3524/6 №-li “Kredit müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 03.06.2016-cı il tarixli 01 saylı və 23.06.2016-cı il tarixli 02 saylı əlavə Razılaşmalar üzrə 30.08.2021-ci il tarixinə 1,185,780.91 (bir milyon bir yüz səksən beş min yeddi yüz səksən manat 91 qəpik) AZN məbləğində əsas borc, 2,793.68 (iki min yeddi yüz doxsan üç manat 68 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1,188,574.59 (bir milyon bir yüz səksən səkkiz min beş yüz yetmiş dörd manat 59 qəpik) AZN məbləğində müəyyən edilir.

3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmalar üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi borc məbləğindən, yəni 1,188,574.59 (bir milyon yüz səksən səkkiz min beş yüz yetmiş dörd manat 59 qəpik) AZN məbləğindəki borc məbləğindən cərimə borcunun məbləği çıxılır və “Borclular”ın müştərək qaydada kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmalar üzrə Banka olan cəmi borcu 1,185,780.91 (bir milyon bir yüz səksən beş min yeddi yüz səksən manat 91 qəpik) AZN məbləğində müəyyən olunur. Bu məbləğə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” həmin borcu bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 39 ay ərzində hər ay 25.000,00 (iyirmi beş min) AZN-ə bölünmüş hissələrlə hər ayın 30-dan gec olmayaraq, sonuncu, yəni 40-cı ay isə qalan 210.780,91 (iki yüz on min yeddi yüz səksən manat 91 qəpik) AZN məbləğində pulu “Bank”a ödəyir. Bununla da “Borclular”ın Bank qarşısında 28.11.2014-cü il tarixli 103673- 1-3524/6 №-li “Kredit müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 03.06.2016- cı il tarixli 01 saylı və 23.06.2016-cı il tarixli 02 saylı əlavə Razılaşmalar üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur.

3.2. Ödəniş cədvəli:

1 25 000,00 11 25 000,00 21 25 000,00 31 25 000,00 2 25 000,00 12 25 000,00 22 25 000,00 32 25 000,00 3 25 000,00 13 25 000,00 23 25 000,00 33 25 000,00 4 25 000,00 14 25 000,00 24 25 000,00 34 25 000,00 5 25 000,00 15 25 000,00 25 25 000,00 35 25 000,00 6 25 000,00 16 25 000,00 26 25 000,00 36 25 000,00 7 25 000,00 17 25 000,00 27 25 000,00 37 25 000,00 8 25 000,00 18 25 000,00 28 25 000,00 38 25 000,00 9 25 000,00 19 25 000,00 29 25 000,00 39 25 000,00 10 25 000,00 20 25 000,00 30 25 000,00 40 210 780,91

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 1,188,574.59 (bir milyon yüz səksən səkkiz min beş yüz yetmiş dörd manat 59 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 2211.0 kv.m. ümumi, 1962.0 kv.m əsas, 248.8 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına (ipoteka predmetinin ilkin satış qiyməti 3.200.000 (üç milyon iki yüz min) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.4. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyan”a qaytarılır. 4.5. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmalar üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.

6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra edilir.

Yekun müddəalar

1. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

4. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 5 (beş) nüsxədə tərtib edilmişdir.

5. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə baxılır.

2. “Borclular”ın “bank”a müştərək qaydada olan borcu “bank” ilə “Kredit alan” arasında bağlanmış 28.11.2014-cü il tarixli 103673-1-3524/6 №-li “Kredit müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 03.06.2016-cı il tarixli 01 saylı və 23.06.2016-cı il tarixli 02 saylı əlavə Razılaşmalar üzrə 30.08.2021-ci il tarixinə 1,185,780.91 (bir milyon bir yüz səksən beş min yeddi yüz səksən manat 91 qəpik) AZN məbləğində əsas borc, 2,793.68 (iki min yeddi yüz doxsan üç manat 68 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1,188,574.59 (bir milyon bir yüz səksən səkkiz min beş yüz yetmiş dörd manat 59 qəpik) AZN məbləğində müəyyən edilir.

3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmalar üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi borc məbləğindən, yəni 1,188,574.59 (bir milyon yüz səksən səkkiz min beş yüz yetmiş dörd manat 59 qəpik) AZN məbləğindəki borc məbləğindən cərimə borcunun məbləği çıxılır və “Borclular”ın müştərək qaydada kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmalar üzrə Banka olan cəmi borcu 1,185,780.91 (bir milyon bir yüz səksən beş min yeddi yüz səksən manat 91 qəpik) AZN məbləğində müəyyən olunur. Bu məbləğə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” həmin borcu bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 39 ay ərzində hər ay 25.000,00 (iyirmi beş min) AZN-ə bölünmüş hissələrlə hər ayın 30-dan gec olmayaraq, sonuncu, yəni 40-cı ay isə qalan 210.780,91 (iki yüz on min yeddi yüz səksən manat 91 qəpik) AZN məbləğində pulu “Bank”a ödəyir. Bununla da “Borclular”ın Bank qarşısında 28.11.2014-cü il tarixli 103673- 1-3524/6 №-li “Kredit müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 03.06.2016- cı il tarixli 01 saylı və 23.06.2016-cı il tarixli 02 saylı əlavə Razılaşmalar üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. 3.2. Ödəniş cədvəli:

1 25 000,00 11 25 000,00 21 25 000,00 31 25 000,00 2 25 000,00 12 25 000,00 22 25 000,00 32 25 000,00 3 25 000,00 13 25 000,00 23 25 000,00 33 25 000,00 4 25 000,00 14 25 000,00 24 25 000,00 34 25 000,00 5 25 000,00 15 25 000,00 25 25 000,00 35 25 000,00 6 25 000,00 16 25 000,00 26 25 000,00 36 25 000,00 7 25 000,00 17 25 000,00 27 25 000,00 37 25 000,00 8 25 000,00 18 25 000,00 28 25 000,00 38 25 000,00 9 25 000,00 19 25 000,00 29 25 000,00 39 25 000,00 10 25 000,00 20 25 000,00 30 25 000,00 40 210 780,91

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 1,188,574.59 (bir milyon yüz səksən səkkiz min beş yüz yetmiş dörd manat 59 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 2211.0 kv.m. ümumi, 1962.0 kv.m əsas, 248.8 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına (ipoteka predmetinin ilkin satış qiyməti 3.200.000 (üç milyon iki yüz min) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.4. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1 -ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyan”a qaytarılır. 4.5. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmalar üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.

6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra edilir.

Yekun müddəalar

1. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

4. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 5 (beş) nüsxədə tərtib edilmişdir.

5. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar