Məhkəmə qərarları › İş №e-2-2(113)-4890/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4890/2024

16.07.2024 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4890/2024 16.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Ərizəçi "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Birgə Müəssisəsi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" Birgə Müəssisəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Birgə Müəssisəsi ilə "xxxx" Birgə Müəssisəsi arasında imzalanmış xx.xx.2023-cü il tarxidə bağlanmış MŞB/812A23-02219 nömrəli barışıq sazişinin tələb və şərtləri cavabdeh tərəfindən pozulduğunu ve üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirmədiyini nəzərə alıb, cavabdehin 37.045.88 borcunun ödənilməsi üçün bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etmir, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsində isə təsbit olunmuşdur ki, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/812A23-02219 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Birinci tərəf "xxxx" Birgə Müəssisəsi nümayəndəsi X4 şəxsində təmsil olunaraq İkinci tərəf: Maraqlı şəxs qanuni təmsilçi və direkktor: X6 şəxsində təmsil olunan Birinci tərəfə olan N021-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında onlara verilən müxtəlif çeşidli mal-material (mebel) satışı əsasında yaranmış 50.000 (əlli min) AZN borcunu etiraf etdiyini və bu borc məbləğinin İkinci tərəf Maraqlı şəxs tərəfindən onlara aşağıda göstərilən cədvəl üzrə vaxtı-vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. İkinci tərəf: Maraqlı şəxs etiraf edir ki, Birinci tərəf: "xxxx" Birgə Müəssisəsinin N021-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında onlara verilən müxtəlif çeşidli mal-material (mebel) satışı əsasında yaranmış 50.000 (əlli min) AZN pul məbləğində qəbul etmişdir. Bu borc məbləğini etiraf edir və Bu sazişdə göstərilən cədvəl üzrə vaxtı-vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.

3. İkinci tərəf: Maraqlı şəxs 50.000 (əlli min) manat borc məbləğini N021-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında köçürmə yolu ilə Birinci tərəfin bank hesabına göndərəcəyinə (ödəyəcəyinə) dair öhdəlik götürür.

4. Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəf "xxxx" Birgə Müəssisəsi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Ödəniş cədvəli: N: Ödəniş tarixi Köçürüləcək məbləğ

1. xx.xx.2023-cü il 25.000 (iyirmi beş min)

2. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

3. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

4. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

5. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

6. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

7. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

8. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

9. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

10. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

11. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz) Cəmi 50.000 (əlli min) AZN

xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/812A23-02219 nömrəli barışıq sazişi "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi X2 imzası, Maraqlı şəxs direktoru X5 imzası və hüquqi şəxsin möhürü, mediator X3 imzası və mediasiya təşkilatının möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/812A23- 02219 nömrəli barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və ərizəçi və maraqlı şəxs tərəfindən imzalanmışdır. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" Birgə Müəssisəsi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/812A23-02219 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Birinci tərəf "xxxx" Birgə Müəssisəsi nümayəndəsi X4 şəxsində təmsil olunaraq İkinci tərəf: Maraqlı şəxs qanuni təmsilçi və direkktor: X6 şəxsində təmsil olunan Birinci tərəfə olan N021-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında onlara verilən müxtəlif çeşidli mal-material (mebel) satışı əsasında yaranmış 50.000 (əlli min) AZN borcunu etiraf etdiyini və bu borc məbləğinin İkinci tərəf Maraqlı şəxs tərəfindən onlara aşağıda göstərilən cədvəl üzrə vaxtı-vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. İkinci tərəf: Maraqlı şəxs etiraf edir ki, Birinci tərəf: "xxxx" Birgə Müəssisəsinin N021-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında onlara verilən müxtəlif çeşidli mal-material (mebel) satışı əsasında yaranmış 50.000 (əlli min) AZN pul məbləğində qəbul etmişdir. Bu borc məbləğini etiraf edir və Bu sazişdə göstərilən cədvəl üzrə vaxtı-vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.

3. İkinci tərəf: Maraqlı şəxs 50.000 (əlli min) manat borc məbləğini N021-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında köçürmə yolu ilə Birinci tərəfin bank hesabına göndərəcəyinə (ödəyəcəyinə) dair öhdəlik götürür.

4. Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəf "xxxx" Birgə Müəssisəsi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Ödəniş cədvəli: N: Ödəniş tarixi Köçürüləcək məbləğ

1. xx.xx.2023-cü il 25.000 (iyirmi beş min)

2. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

3. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

4. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

5. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

6. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

7. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

8. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

9. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

10. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz)

11. xx.xx.2024-cü il 2.500 (iki min beş yüz) Cəmi 50.000 (əlli min) AZN

Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar