Məhkəmə qərarları › İş №e-2-2(113)-4904/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4904/2024

02.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4904/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Zakir oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçı “X1” şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə (müstəqil tələb sürməyən 3-cü şəxs “Bakı Baş Gömrük İdarəsi” olmaqla) qarşı “avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi, xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, malların kompensasiya ödənilmədən məhv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, SDTMHB2024-0109 saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından idxal olunmuş və Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024cü il tarixli, 3-33-1100/000037Q saylı qərarına əsasən “Hyundai” əmtəə nişanlıavtomobilehtiyat hissələrinin kontrafakt hesab edilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması “Hyundai” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə tərəflər məhkəmənin hazırlıq iclalarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər heç bir məlumat vermədən məhkəməyə gəlmədiklərindən hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı “X1” şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə (müstəqil tələb sürməyən 3-cü şəxs “Bakı Baş Gömrük İdarəsi” olmaqla) qarşı “avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi, xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, malların kompensasiya ödənilmədən məhv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclaslarında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-nin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar