Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-491/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. LPO İddiaçı ASC (bank) ilə Cavabdeh (kreditalan) arasında 23 iyul 2019-cu il tarixli, 04/0230/KBK saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə "bank" müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə "kreditalan"ın mülkiyyətinə verir və "kreditalan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "bank"a qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 3000 manat təşkil edir. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kredit dövriyyə vəsaitinin artırılması üçün verilir. 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə kredit "kreditalan"a "bank"ın rəyinə əsasən və həmin kreditin məqsədli təyinatına uyğun istifadəolunma imkanları nəzərə alınmaqla kredit xətti çərçivəsində hisə-hissə verə bilər. Hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği , faizi, məqsədli təyinatı və "bank"a qaytarılmasının müddəti tərəflərin yazılı surətdə tərtib etdikləri qarşılıqlı razılaşmalar ilə müəyyən olunur və həmin razılaşmalar bu müqavilənin ayrılmaz tərkib hissələridir. 4.1-ci bəndinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. 4.2-ci bəndinə əsasən kreditdən istifadəyə görə "Kreditalan" tərəfindən "Bank"a illik 24% olmaqla faiz ödənlir. 5.2-ci bəndinə əsasən "kreditalan" bu müqavilənin 2.1-ci bəndində göstərilən qaydada və 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilən qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və faizini qaytarmadıqda "bank" hər gecikdirilən gün üçün kreditin və ona hesablanmış faizin ödənilməmiş hissəsinin 0,3 % (faiz) miqdannda penya tələb etmək hüququna malikdir. 5.3-cü bəndinə əsasən bu müqavileninin 3.1.5- ci bəndində nəzərdə tutulmuş hallar "bank" bu müqaviləyə vaxtından əvvəl xitam verməklə yanaşı verilmiş krediti illik faizi birlikdə qaytanmağı və bu müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş məbləğdə penyanı ödəməyi " kreditalan"dan tələb edir. 6.10-cu bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 18 ay müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri, müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
2. 23 iyul 2019-cu il tarixli, 04/0230/KBK saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla) ödəyəcək əsas məbləğ 3000 manat, faizin məbləği 602 manat, cəmi ödəniləcək məbləğ 3602 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.
3. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, 23 iyul 2019-cu il tarixli, 04/0230/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
4. 01.08.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 23 iyul 2019-cu il tarixli, 04/0230/KBK saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas borc 1.904,19 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 489,34 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesblanmış faiz borcu 235,04 manat, cərimə borcu 0 manat olmaqla cəmi borcu 2.628,57 manat təşkil edir.
5. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş (xəbərdarlıq məktubu) ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23 iyul 2019-cu il tarixli, 04/0230/KBK saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 9/1107 saylı ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (müqavilənin bitmə tarixə) LPO İddiaçı ASC-yə ödənilməli əsas borcu 1.899,87 manat, faiz borcu 345,78 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 04/0320/KBK saylı kredit müqaviləsinə əsasən borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 2.628,57 manat borc olmaqla – 1.904,19 manat əsas, 489,34 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 235,04 manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2019-cu il tarixli 04/0320/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/12/2023/00776 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********962 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2.628,57 manat təşkil edir. Bundan 1.904,19 manat əsas, 489,34 manat faiz vəAR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 235,04 manat borcu təşkil edir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 04/0320/KBK saylı kredit müqaviləsinə əsasən borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.1, 445.2.1, 445.2.2, 445.3, 448.1, 449.1, 449.4 və 739.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini, odur ki, məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
17. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2019-cu il tarixli 04/0320/KBK saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" ASC Cavabdeh müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 3000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
21. Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh xx.xx.2021-ci il tarixə (müqavilənin bitmə tarixinə) LPO İddiaçı ASC-yə ödənilməli əsas borcunun 1.899,87 manat, faiz borcunun 345,78 manat məbləğində olması müəyyən edilmişdir.
22. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
23. Belə olan halda məhkəmə ekspert rəyini nəzərə olaraq hesab edir ki, mübahisəli kredit müqaviləsi üzrə Cavabdeh tutulacaq əsas borc 1.899,87 manat və faiz borcu 345,78 manat məbləğində müəyyən edilməlidir.
24. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
26. Göründüyü kimi iddiaçı müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablamış faizləri də tələb etməkdə haqlıdır.
27. Faizin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, müqavilə üzrə kreditin verilməsi müddəti bitdiyi tarixdən (xx.xx.2021-ci il) iddia ərizəsində göstərilən tarixədək (xx.xx.2023cü il) olan dövr üçün 1.899,87 manat məbləğində əsas borca Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% olmaqla hesablanmalı olan faiz borcu aşğıdakı kimidir. 1889,87 manat*5%/365 gün x915 gün=236,88 manat.
28. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, iddiaçı LPO İddiaçı ASC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir illik müddət üçün illik 5 faiz hesabı ilə 235,04 manat məbləğində pulun ödənilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir.
29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 46,28 manat təşkil edir.
31. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
32. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
33. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh krеdit müqaviləsi üzrə 1.899,87 manat məbləğində krеdit bоrcu, 345,78 manat məbləğində faiz bоrcu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 %-lə 235,04 manat məbləğində faiz borcu olmaqla, cəmi 2.480,69 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva