Məhkəmə qərarları › İş №e-2-2(113)-491/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-491/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-491/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqavilələri, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 16113.63 manat məbləğində əsas bоrcu və 1832.88 manat faiz borcu оlmaqla, cəmi 17946.51 (On yeddi min doqquz yüz qırx altı (.51)) manat borcun və 144.24 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05 iyun 2023 il tariхli, 109875-663921/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 20% dərəcəsi ilə 30000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh4 arasında 05 iyun 2023 il tariхli, 109875-663921/1.2 nömrəli, Cavabdeh3 arasında 05 iyun 2023 il tariхli, 109875- 663921/1.1 nömrəli və Cavabdeh2 arasında 05 iyun 2023 il tariхli, 109875-663921/1.3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 20 avqust 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 16113.63 manat məbləğində əsas bоrcu və 1832.88 manat faiz borcu оlmaqla, cəmi 17946.51 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Zaminlik müqavilələrinin 3.6.6 və 4.2-ci bəndlərinə əsasən zaminlər kredit müqaviləsinə əsasən yaranmış öhdəlik üzrə əsas borc, faizlər və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar və Zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin Borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırdıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında bоrcalanla еyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 109875-663921/1 saylı kredit müqaviləsinə əsasən:

7. 1. Müqavilənin predmeti

8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə bank borcalana 30000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 saylı əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 18 ay müddətinə verilir.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədi üçün verilir.

11. 3. Kreditin qaytarılması, faizlərin hesablanması və ödənilməsi

12. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə əsas borc və fazilər ödəniş cədvəlinə əsasən bankdakı AZ12AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit müddətinin axımı borcalanın cari hesabına köçürüldüyü təvqim tarixindən başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü qurtarır.

14. Müqavilənin 3.4-cü bəndinə əsasən faizlərkreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır.

15. Müqavilənin 4.4-cü bəndinə əsasən: - 4.4.1. Kredit öhdəliyini bu müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada və şərtlərlə vaxtından əvvəl icra etmək; - 4.4.2. Müqavilə ilə nəzərdə tutulmuş komisyon haqları tam həcmdə ödəyir; - 4.4.3. Bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə əsas borcu və faizləri banka ödəyir.

16. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli, zaminlik müqavilələrinə əsasən:

17. 1. Müqavilənin predmeti

18. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın xx.xx.2023-cü il tarixli, 109875-663921/1saylı kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür.

19. 2. Zaminlik ilə təmin olunan kredit müqaviləsinin predmeti

20. Müqavilənin 2.1-ci bəndinə əsasən bankla borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 109875-663921/1 saylı kredit müqaviləsinə əsasən bank borc alana dövriyyə vəsaitinina arıtırlması məqsədi ilə illik 20 faiz dərəcəsi ilə 18 ay müddətinə 50000 manat məbləğində kredit verir.

21. Müqavilənin 3.6-cı bəndinə əsasən: - 3.6.1. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 3 iş günü ərzində tam həcmdə icra edir.

22. 4. Tərəflərin məsuliyyəti

23. Müqavilənin 4.1-ci bəndinə əsasən zamin və borc alan bank qarşısında birgə məsuliyyət daşıyır.

24. Müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır.

25. Müqavilənin 4.3-cü bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş cərimələrin və digər xərclərin ödənilməsi zamini kredit müqaviləsi üzrə əsas öhdəliklərin icrasından azad etmir.

26. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixinə banka əsas borcu 16113,63 manat və faiz borcu 1832,88 manat olmaqla cəmi 17946,51 manat təşkil etdiyi qeyd olunmuşdur.

27. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə borc alan "xxxx"MMC arasında bağlanmış 05 iyun 2023 il tariхli, 109875-663921/1 saylı Kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/9157 saylı ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixli, 109875-663921/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin İddiaçı ASC-ə olan əsas borc üzrə 16324,31 manat, faiz borcu üzrə 1278,74 manat müəyyən edilmişdir.

29. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

35. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

36. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

38. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

40. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2023-cü il tarixli, 109875-663921/1 saylı kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas borcdan yüksək və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2023-cü il tarixli, 109875-663921/1saylı saylı kredit müqaviləsi əsas borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə deyil tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla iddia tələbinə uyğun və əsas borca hesablanmış faiz borcu ekspert rəyində müəyyən edilmiş məbləğə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 16.113,63 manat əsas borc məbləği, 1278,74 manat faiz borcu borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 143,84 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.

43. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat (iddia məbləğinə mütənasib olaraq, rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 16.113,63 manat əsas borc məbləği, 1278,74 manat faiz borcu və dövlət rüsumun əvəzi olaraq 142 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar