Məhkəmə qərarları › İş №e-2-2(113)-4911/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4911/2024

12.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4911/2024 12.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, "xxxx" ASC-nin cavabdeh Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: "xxxx" ASC cavabdeh Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, icra məmurunun qərarından şikayət iddia ərizəsi formasında məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimatın 147-ci bəndinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 1 - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat; 2 - mülki işlər üzrə icraat; 2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; 2-2 – kommersiya mübahisələrinə dair işlər üzrə icraat; 2-3 - apellyasiya məhkəmələrinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat; 3 - inzibati xətalar haqqında işlər üzrə icraat; 4 - prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat; 5 - istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat; 6 - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər üzrə icraat; 7 - hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat; 8 - məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat; və s. Məhkəmə qeyd edir ki, ərizənin nəticə hissəsində qeyd olunan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı tələb məhkəmə qətnaməsinin icrası ilə bağlıdır və burada forma ilə bağlı qaydaya düzgün riayət edilməmiş, şikayət iddia ərizəsi formasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci bəndinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yekun olaraq, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" ASC-nin ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar