Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4914/2021 04.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, "xxxx" X1 Elçin Qərib oğluna qarşı borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Birgə Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" BM-nə olan borc 4325 manat və 30 manatı dövlət rüsumunun alınaraq, müəssisənin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh özünü kiçik sahibkar kimi təqdim edərək "xxxx" Birgə Müəssisəsinin mebel materiallarının topdan və pərakəndə satışı ilə fəaliyyətdə olduğunu bilərək müəssisənin əməkdaşları ilə şəxsi tanışlıq vasitəsi ilə münasibət yaratmış və ilk dəfə aldığı malların (MDF profil, PVC kənarbant, dəzgah) dəyərini vaxtında öncədən ödəməklə müəssisənin əməkdaşlarının inam və etibarını qazanmış, sonralar isə malın ona nisyə verilməsini xahiş etmiş və məsul şəxsləri inandıraraq bildirmişdir ki, qısa bir zamanda borcunu tam ödəyəcəkdir. Belə ki, borclu Cavabdeh 05.10.2019 - cu il tarixdən 27.02.2021-ci il tarixədək müəssisədən aldığı malların məbləğinin bir qismini ödəmiş, lakin ödəmədiyi borcun 4325 manatını isə hal – hazıradək müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır. Baxmayaraq ki, cavabdeh E İsmayılov ilə qalan borcunun ödənilməsinə dair söhbətlər aparılmış, xəbərdarlıq edilmiş və yaşadığı ünvana rəsmi məktubla müraciət olunmuş, ən nəhayət isə onunla borcunun etiraf edilməsinə dair birgə akt tərtib edilmişdir ki, 29.03.2021-ci ildə 2000 manatını ödəyir, qalan 2325 manatını isə hər ay 500 manat ödəməklə 25.08.2021-ci il tarixədək tam ödəyəcək, borcunu ödəmədiyi əks halda isə qanunvericiliyin tələbinə uyğun olaraq barəsində tədbir görülməsi üçün məhkəməyə müraciət olunacaqdır. Lakin yenə də borclu E İsmayılov hər dəfə olduğu kimi yalan vədlər verməklə, müxtəlif bəhanələr gətirərək qeyd olunan 4325 manat borcunu ödəməkdən imtina edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan borcun etiraf edilməsinə dair 22.02.2021-ci il tarixli akta əsasən borclu Cavabdeh 2019-cu il tarixində yaranmış 4325 manat borcunu etiraf edərək, həmin borcun 2000 manatını 29.03.2021-ci il tarixdə qalan borcun 2325 manatını isə hissə-hissə ödəməsini öhdəsinə götürmüş və hər ay 500 manat ödəməklə 25.08.2021-ci il tarixədək tam ödəyəcəyini təsdiq etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi cavabdeh yaranmış borcun ödənilməsinə dair üzərinə öhdəlik götürsə də həmin öhdəliyə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" X1 Elçin Qərib oğluna qarşı borcun ödənilməsi tələbi barədə iddiası təmin edilsin. 4325 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4914/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4914/2021
04.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver