Məhkəmə qərarları › İş №e-2-2(113)-4918/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4918/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4918/2021 04.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər X1 və X2, Cavabdeh3 nümayəndəsi X8 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh3, Cavabdeh1, X5, X6 və X3 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka premetinə yönəldlməsi və mənzildən çıxarılma tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 Ramaz oğlu və Cavabdeh2 birgə qaydada 114530,58 ABŞ dolları məbləğində əsas borcun, mediatora ödənilmiş 200 manat haqqın və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınması, tutmanın Cavabdeh1 məxsus olan və daşınmaz əmlakın dövlət reyestrində 485 nömrəli reyestr kitabının 44773 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 50 nömrəli, 10 mərtəbəli binada 65.4 kv.m. olan 4 otaqlı 146 nömrəli mənzilinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə açıq hərracda satılması, ipoteka predmeti açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh1, X9, X10, X7 və X4 ipoteka predmetindən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 iddiaçı "xxxx" MMC-nin xeyrinə birgə qaydada 107930,58 ABŞ dolları məbləğində əsas borcun, mediatora ödənilmiş 200 manat haqqın və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınması, tutmanın Cavabdeh1 məxsus olan və daşınmaz əmlakın dövlət reyestrində 485 nömrəli reyestr kitabının 44773 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 50 nömrəli, 10 mərtəbəli binada 65.4 kv.m. olan 4 otaqlı 146 nömrəli mənzilinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə açıq hərracda satılması, ipoteka predmeti açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh1, X9, X10, X7 və X4 ipoteka predmetindən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər X11, X9, Cavabdeh3 nümayəndəsi X12 məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər:

1. Borc məbləği və ödəniş qaydası 1.1 Tərəflər 15 fevral 2011-ci il tarixli AZBA-003203 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 08 aprel 2014-cü il tarixli AZBA-00323-006 saylı razılaşma üzrə cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğini 04 noyabr 2021-ci il tarixinə 33400 ABŞ dolları müəyyən edirlər və 2021-ci ilin noyabr ayından başlayaraq 6 təqvim ayı ərzində, hər təqvim ayı ən azı 3300 ABŞ dolları olmaqla 01.05.2022-ci il tarixinədək cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır. Razılaşdırılmış 33400 ABŞ dollarının 2021-ci ilin noyabr ayından başlayaraq 6 təqvim ayı ərzində, hər təqvim ayı ən azı 3300 ABŞ dolları olmaqla 01.05.2002-ci il tarixinədək cavabdeh tərəfindən ödənilməcəyi halda borc məbləği 3000 ABŞ dolları artırılaraq 36400 ABŞ dolları olacaq və borcun qaytarılmasının son tarixi 31 dekabr 2022-ci il müəyyən olunacaqdır. Bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilər. 1.2 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.05.2022-ci il tarixinədək 33400 ABŞ dollarının qaytarılmaması, o cümlədən hər təqvim ayı ərzində ən azı 3300 ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq.

2. Öhdəliklərin tam icra olunma şərtləri

2.1 Bu Sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin 15 fevral 2011-ci il tarixli AZBA-003203 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 08 aprel 2014-cü il tarixli AZBA-003203-006 saylı razılaşma üzrə iddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh1 məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 485 nömrəli reyestr kitabının 44773 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 50 nömrəli, 10 mərtəbəli binada 65.4 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 146 nömrəli mənzil) ipotka yüklülüyündən (girovdan) azad ediləcəkdir.

3. Öhdəliklərin lazımınca icra edilməməsi

3.1 Cavabdehlər bu sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu sazşi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1 Cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği iddiaçının xeyrinə tutulur. 3.1.2 Tutma Cavabdeh1 məxsus olan və daşınmaz əmlakın dövlət reyestrində 485 nömrəli reyestr kitabının 44773 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 50 nömrəli, 10 mərtəbəli binada 65.4 kv.m. olan 4 otaqlı 146 nömrəli mənzilə yönəldilir və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir.

4. Sazişin icra yönəldilməsi

4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu saziş üzrə “iddiaçı”nın müraciəti əsasında məhəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilir. İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər X11, X9, Cavabdeh3 nümayəndəsi X12 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3, Cavabdeh1, X9, X10 və X7 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Borc məbləği və ödəniş qaydası

1.1 Tərəflər 15 fevral 2011-ci il tarixli AZBA-003203 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 08 aprel 2014-cü il tarixli AZBA-00323-006 saylı razılaşma üzrə cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğini 04 noyabr 2021-ci il tarixinə 33400 ABŞ dolları müəyyən edirlər və 2021-ci ilin noyabr ayından başlayaraq 6 təqvim ayı ərzində, hər təqvim ayı ən azı 3300 ABŞ dolları olmaqla 01.05.2022-ci il tarixinədək cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır. Razılaşdırılmış 33400 ABŞ dollarının 2021-ci ilin noyabr ayından başlayaraq 6 təqvim ayı ərzində, hər təqvim ayı ən azı 3300 ABŞ dolları olmaqla 01.05.2002-ci il tarixinədək cavabdeh tərəfindən ödənilməcəyi halda borc məbləği 3000 ABŞ dolları artırılaraq 36400 ABŞ dolları olacaq və borcun qaytarılmasının son tarixi 31 dekabr 2022-ci il müəyyən olunacaqdır. Bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilər. 1.2 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.05.2022-ci il tarixinədək 33400 ABŞ dollarının qaytarılmaması, o cümlədən hər təqvim ayı ərzində ən azı 3300 ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq.

2. Öhdəliklərin tam icra olunma şərtləri

2.1 Bu Sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin 15 fevral 2011-ci il tarixli AZBA-003203 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 08 aprel 2014-cü il tarixli AZBA-003203-006 saylı razılaşma üzrə iddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh1 məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 485 nömrəli reyestr kitabının 44773 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 50 nömrəli, 10 mərtəbəli binada 65.4 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 146 nömrəli mənzil) ipotka yüklülüyündən (girovdan) azad ediləcəkdir.

3. Öhdəliklərin lazımınca icra edilməməsi

3.1 Cavabdehlər bu sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu sazşi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1 Cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği iddiaçının xeyrinə tutulur. 3.1.2 Tutma Cavabdeh1 məxsus olan və daşınmaz əmlakın dövlət reyestrində 485 nömrəli reyestr kitabının 44773 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 50 nömrəli, 10 mərtəbəli binada 65.4 kv.m. olan 4 otaqlı 146 nömrəli mənzilə yönəldilir və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir.

4. Sazişin icra yönəldilməsi

4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu saziş üzrə “iddiaçı”nın müraciəti əsasında məhəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilir.

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh3, Cavabdeh1, X5, X6 və X3 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka premetinə yönəldlməsi və mənzildən çıxarılma tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar