Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-492/2024 18.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixli 602233 nömrəli akta əsasən İddiaçı MMC hesablanmış 4104 manat məbləğində borcun silinməsi, mediasiya xərclərinin əvəzi olaraq ödənilmiş 60 manat və 19098469 №-li müqavilə üzrə 055240 abonent kodundan silinmiş 150 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizovun 178№-li, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,7 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edirik ki, qeyd edilən ərazidə yeni yaşayış binalarının tikintisi üçün müvafiq qaydada Azərbaycan Respublikiasının ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikiası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıqları alınmışdır. Sərəncamdan irəli gələn tələblərin həyata keçirilməsi üçün ərazidə yaşayan sakinlərlə danışıqlar aparılmışdır. Artıq ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müəyyən şərtlər altında razılıq əldə edildikdən sonra ərazidə təmizləmə işlərinə başlanılmışdır. Demək olar ki, ərazidə yaşan bütün sakinlər köçürülmüş və fərdi yaşayış evləri sökülmüşdür. Məlumat üçün bildiririk ki, söküntü ilə əlaqədar ərazidə təhkükəsizliyin təmin olunması üçün söküntü aparılan ərazi hasara alınmışdır. Vətəndaşlara məxsus fərdi yaşayış evləri sökülərkən kommunikasiya xətləri kəsilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edirik ki, icarəyə ayrılmış torpaq sahəsidə hazırki vaxtadək təxminən 100-dən artıq ev sökülərək, söküntü materialları ərazidən çıxarılmışdır. İddiaçı MMC ilə cavabdeh arasında sudan istifadə barədə 19098469 №-li müqavilə bağlanmış və İddiaçı MMC-yə su xətti çəkilərək abonent 055240 kodlu sayğac quraşdırılmışdır. Onu da məhkəmənin nəzərinə çatdırırıq ki, hal-hazırda ərazidə inşa edilən yaşayış binalarında sadəcə beton işləri gedir ki, bu da hazır betondan istifadə olunmaqla həyata keçirilir. xx.xx.2023-cü il tarixdə Nəsimi rayon Sukanal idarəsinin əməkdaşları tərəfinfdən İddiaçı MMC-yə heç bir xəbərdarlıq olunmadan, söküntü ərazisinə baxış keçirilmiş, hansısa sökülmüş fərdi yaşayış evinə məxsus olmuş su xətti aşkar olunduğu üçün İddiaçı MMC-yə 4104 manat cərimə yazılmışdır. Hesab edirk ki, qeyd edilən cərimə əsassız və qanunsuz yazıldığından məhkəmə qaydasında silinməlidir. Onu da məhkəmənin nəzərinə çatdırırıq ki, xx.xx.2023-cü il tarixli 602233 nömrəli akta əsasən İddiaçı MMC-yə 4104 manat cərimə hesablandıqdan sonra İddiaçı MMC-yə məxsus 055240 abonent koduna köçürülmüş 150 manat pul vəsiti silinmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 602233 nömrəli aktdan görünür ki, tərəfimizdən yuxarıda qeyd olunan ünvana baxış keçirildi, baxış keçirilən zaman tikinti ərazisində sayğacdan kənar d=20 mm su xətti aşkarlandı. Foto və video çəkiliş çəkilərək akta əlavə olundu. xx.xx.2023-cü il tarixli ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli 602233 nömrəli akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə 4104 manat borc hesablanmışdır. İddiaçı MMC-nin abonent saldosundan görünür ki, cəmiyyət tərəfindən Cavabdeh ASC-yə 336,60 manat məbləğində cərimə ödənişləri aparılmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Baku Rifah MMC Azərsu Smart karta 50 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Baku Rifah MMC Azərsu Smart karta 20 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Baku Rifah MMC Azərsu Smart karta 20 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Baku Rifah MMC Azərsu Smart karta 50 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Baku Rifah MMC Azərsu Smart karta 10 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Baku Rifah MMC Azərsu Smart karta 50 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Baku Rifah MMC Azərsu Smart karta 50 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/14-2023-01073 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarında olan və cavabdeh tərəfindən yoxlama nəticəsində akt tərtib edilsə də, yoxlamanın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə riayər edilməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində (yoxlama ilə bağlı) qeydə alınmamış və həmin yoxlama nəticəsində xx.xx.2023-cü il tarixli 602233 nömrəli akta əsasən 4104 manat məbləğində borc yazılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmadığına görə xx.xx.2023-cü il tarixli akta əsasən əsassız hesablanmış 4104 manat məbləğində borc silinməlidir. Bununla yanaşı iddiaçı tərəfindən cərimə üzrə ödənişlər 336,60 manat məbləğində aparılsa da, sonuncu məhz 150 manat məbləğində vəsaitin geri qaytarılmasını tələb etdiyinə görə məhkəmədə tələbi həmin həcmdə təmin edir, həmçinin mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 60 manat da iddiaçıya qaytarılmalıdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixli 602233 nömrəli akta əsasən İddiaçı MMC-yə hesablanmış 4104 manat məbləğində borc silinməli, mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 60 manat və 19098469 №-li müqavilə üzrə 055240 abonent kodundan silinmiş 150 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixli 602233 nömrəli akta əsasən İddiaçı MMC-yə hesablanmış 4104 manat məbləğində borc silinsin, mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 60 manat və 19098469 №-li müqavilə üzrə 055240 abonent kodundan silinmiş 150 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-492/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-492/2024
18.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver