Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4921/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110,8 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 6925 (altı min doqquz yüz iyirmi beş) manat məbləğində vəsait, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 100 (yüz) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110,8 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə 6925 (altımin doqquz yüz iyirmi beş) manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2021-ci il tarixli, **********55 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatora müraciət olunmuş, lakin mübahisənin həlli ilə bağlı qarşılıqlı razılıq əldə edilməmişdir (ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/5-02021 nömrəli arayış əlavə olunur). Mediasiya sessiyasının keçirilməsi üçün 100 (yüz) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatorun bank hesabına ödənilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə icarə haqqının ödənilməsi hissəsində “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə müraciət edərək, cavabdehdən xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə yaranmış 7652 (yeddi min altı yüz əlli iki) manat məbləğində icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ‘icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyriyaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının xxx Komitəsi ilə cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110,8 kv.metr olan qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə 01 mart 2007-ci il tarixli, nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, icarə haqqı borcu üzrə 4943 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq ödənilməsi xahiş edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110,8 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2021 -ci il tarixinə dövlət büdcəsinə 4943 manat icarə haqqı borcu mövcuddur. İddiaçı ilə arasında xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan bir müddət sonra ona məlum oldu ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsi mütəmadi olaraq qrunt suları ilə dolur. Qeyri-yaşayış sahəsini dəfələrlə öz vəsaiti hesabına əsaslı təmir etdirsə də, bir müddət sonra qrunt sularının dolması səbəbindən yenidən yararsız hala düşür. Bundan başqa, qeyri-yaşayış sahəsinin əvvəlki icarədarı “Səpfir” kiçik müəssisəsi ilə iddiaçı arasında məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisəli iş üzrə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 12 may 2004-cü il tarixli qətnaməsi ilə Dövlət Əmlak Komitəsi ilə cavabdeh “Səpfir” kiçik müəssisəsi arasında bağlanmış 02 fevral 1999-cu il tarixli, 4056 saylı icarə müqaviləsinin 01 yanvar 2000-ci il tarixdən ləğv edilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, icarə sahəsi Dövlət Əmlak Komitəsi tərəfindən istifadəyə yararlı halda müvafiq aktla təhvil verilməmişdir. Əvvəlki icarədara, yəni “Səpfir” kiçik müəssisəsinin direktoruna 2001-ci ildə 4000 manat pul ödəyərək həmin sahəni almışdır. Bundan sonra təmir işləri aparsa da, sonradan yuxarıda qeyd etdiyi kimi sahəyə qrunt sularının dolması səbəbindən səmərəli istifadə edə bilmədi. Qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətinə dair foto şəkillərdən görünür ki, sahəni istifadə etmək mümkün deyildir. Xüsusi ilə Yasamal rayonu ərazisində aparılan söküntü işlərindən sonra qrunt suları xeyli miqdarda artmışdır ki, bu da icarə obyektinin istifadə olunmasını mümkünsüz etmişdir. 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının xxx Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsinin tam yararsız vəziyyətdə olduğu, sahənin bərpası ilə bağlı xeyli miqdarda vəsait xərclədiyi və pandemiya səbəbi ilə bağlı işləri aparmaq mümkün olmadığı nəzərə alınaraq, hesablanmış icarə haqqının ləğv edilməsini və ya icarə haqqından azad olunmağını xahiş etmişdir. Lakin sonradan məlum oldu ki, guya onun VÖEN-i olmadığına görə Nazirlər Kabinetinin müraciəti geri qaytarıldığı bildirilmişdir. Bundan başqa, icarə borunun yaranmadığı dövrlərdə bir neçə dəfə Əmlak Komitəsinə müraciət etmişdir ki, qeyri-yaşayış sahəsini özəlləşdirmək istəyir. Komitə sədrinin müavini bildirmişdi ki, qeyri-yaşayış sahəsinin olduğu ərazi söküntü zonasına aid olduğu üçün həmin sahənin özəlləşdirilməsi qeyri-mümkündür. Pandemiya dövründə ona maddi və s. kömək göstərilməməklə yanaşı, icarə haqqı da hesablanmışdır. Bildirirlər ki, onun VÖEN-i olmadığı üçün Nazirlər Kabineti ona hər hansı bir güzəştin aid olmadığını qeyd etmişdir. Əslində isə o vergi ödəyicisi kimi (VÖEN **********) xx.xx.2010- cu ildən qeydiyyata alınmışdır. İcarə müqaviləsinin 5.5-ci bəndinə əsasən icarəçinin təqsiri üzündən icarəyə götürülmüş əmlaka dəymiş ziyanı öz hesabına aradan qaldırmalıdır. Göstərilənlərə baxmayaraq, iddiaçı borcun silinməsi, icarə obyektinin təmirinə köməklik göstərmək əvəzinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehməhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixli, 2653 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 110,8 m2 təşkil edən qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən illik icarə haqqı 1008,28 manat təşkil edir. - Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli, nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 110,8 m2 təşkil edən qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir. - Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, müqavilə üzrə Cavabdeh xx.xx.2022-cii l tarixə 7651,28 manat məbləğində borcu vardır. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 21 oktyabr 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək borcun 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə üzrə öhdəliklər icarəyəverən tərəfindən yerinə yetirilsə də, icarəçi olan cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh artıq uzun müddətdir ki, müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsini icra etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında bağlanmış “dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsinin: 2.1-ci bəndinə əsasən aylıq icacə haqqı ƏDV-siz 84,02 manat, illik icarə haqqı isə 1008,28 manat təşkil edir; 2.3-ci bəndinə əsasən icarə haqqının müəyyən edilmiş tarifləri dəyişdikdə icarə haqqının məbləği dəyişdirilir; 5.2-ci bəndinə əsasən icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəmək icarəçinin vəzifəsdir; 5.6-cı bəndinə əsasən icarəçi” "icarəyəverən" və balans saxlayan (icarə haqqının bir hissəsinin balans saxlayanın hesabına ödənilməsi nəzərdə tutulduğu halda) qarşısında məsuliyyət daşıyır; 6.4-cü bəndinə əsasən bu müqavilədə qeyd olunmamış hallarda tərəflər Azərbaycan Respublikasının Mülki Məcəlləsini və digər müvafiq qanunvericilik aktlarını rəhbər tuturlar; 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, «İcarəçi»nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər; 8.4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra «İcarəçi» icarəsində olan əmlakı «İcarəyəverən»ə qaytarmağa borcludur. Əgər «İcarəçi» əmlakı qaytarmırsa, «İcarəyəyerən» əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və «İcarəçidən» saxlanılan əmlakın məcburi qaydada alınmasını tələb edə bilər; 8.5-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı üzrə yaranmış borclarının ödənilməsindən və icra olunmamış öhdəliklərinin icrasından «İcarəçi»ni azad etmir. Beləliklə, icarə müqaviləsinin şərtlərinə və mülki qanunvericiliyin normalarına əsasən cavabdeh artıq uzun müddətdir ki, müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsini icra etmədiyinə görə iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 (yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi ləğv edilməli, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli, cavabdehdən xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə yaranmış 7652 (yeddi min altı yüz əlli iki) manat icarə haqqı borcu və 100 (yüz) manat məbləğində mediasiya xərci Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının xxx Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi ləğv edilsin və qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh xx.xx.2007-ci il tarixli, nömrəli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə yaranmış 7652 (yeddi min altı yüz əlli iki) manat icarə haqqı borcu və 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 7752 (yeddi min yeddi yüz əlli iki) manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN: **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4921/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4921/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver