Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4926/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3,Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X2 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 oğlu qarşı “pul” nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 oğlu, Cavabdeh1 (bundan sonra- cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdеhlər Cavabdeh2dan, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 056R********** saylı krеdit razılaşması üzrə 788.93 manat məbləğində krеdit bоrcu, 79.45 manat məbləğində faiz bоrcu və 35.13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 903 (doqquz yüz üç) manat 51 (əlli bir) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Novruzov Mərdan Vəli oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 056L**********14 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Novruzov Mərdan Vəli oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 056R********** saylı krеdit razılaşmasıəsasında 18 ay müddətinə,aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 056R**********S saylı, xx.xx.2022-ci il tarixli 056R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Novruzov Mərdan Vəli oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Novruzov Mərdan Vəli oğlu götürdüyü krеdit bоrcundan 3211.07 manat ödəmiş, onun 788.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Novruzov Mərdan Vəli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 215 gün üçün hesablanmış faiz borcu 79.45 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 215 gün üçün hеsablanmış cərimə 35.13 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Novruzov Mərdan Vəli oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Novruzov Mərdan Vəli oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borcluNovruzov Mərdan Vəli oğlununvəfat etdiyiİddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından mərhumNovruzov Mərdan Vəli oğlunun vərəsələri kimi həyat yoldaşı- Cavabdeh3, oğlu- Cavabdeh2, qızı- Cavabdeh4 müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən əmlak 1993-cü il illi QAZ 31029 YÜK markalı , 10RA790 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək,məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdehlerə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı QSC ilə (“bank”) ilə Novruzov Mərdan Vəli oğlu (“borc alan”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 056L**********14 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Novruzov Mərdan Vəli oğluna 120 (yüz iyirmi) ay müddətinə 50 000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Novruzov Mərdan Vəli oğlu İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli 056L**********14 saylı kredit sazişi-biznes krediti və təminat müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021-ci il tarixli 056R********** nömrəli kredit saizişi əsasında 28 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4 000 manat məbləğində məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli 056R**********S saylı, xx.xx.2022-ci il tarixli 056R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin müqavilənin: - 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. - 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. -11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. - 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. - 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. - 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Müqavilə bankın imzası və möhürü,borc alanın və zaminlərin imzası ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən Novruzov Mərdan Vəli oğlu tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 4 000 manat, faizin məbləği 854.34 manat, cəmi ödəniləcək məbləğ 4854.34 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.
10. İddiaçı tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən Novruzov Mərdan Vəli oğlu tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 2662.77 manat, faizin məbləği 1173.06 manat, cəmi ödəniləcək məbləğ 3835.83 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/04/15-127 saylı maliyyə arayışına əsasən İddiaçı QSC-nin müştərisi olan Novruzov Mərdan Vəli oğlunun xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixinə əsas borcu 788.93 manat,faiz borcu 79.45 manat,cərimə borcu 35.13 manat, cəmi borcu 903.51 manat təşkil edir.
12. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/04/15-127 saylı maliyyə arayışına əsasən İddiaçı QSC-nin müştərisi olan Novruzov Mərdan Vəli oğlunun xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixinə əsas borcu 739.43 manat,faiz borcu 78.90 manat,cərimə borcu 90.41 manat, cəmi borcu 908.74 manat təşkil edir.
13. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/04/15-127 saylı maliyyə arayışına əsasən İddiaçı QSC-nin müştərisi olan Novruzov Mərdan Vəli oğlunun xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixinə əsas borcu 472.13 manat,faiz borcu 183.98 manat,cərimə borcu 65.23 manat, cəmi borcu 721.34 manat təşkil edir.
14. İddiaçı QSC tərəfindən cavabdehlər Novruzov Mərdan Vəli oğlu və qeyrilərinə xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. İddiaçı QSC ilə Cavabdeh1 (zamin) və Novruzov Mərdan Vəli oğlu arasında 056S**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır.
16. AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borcluNovruzov Mərdan Vəli oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir.
17. Novruzov Mərdan Vəli oğlunun vərəsələri kimi həyat yoldaşı- Cavabdeh3, oğlu- Cavabdeh2, qızı- Cavabdeh4 müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2025-ci il tarixli, 9/4228 saylı ekspert rəyinə əsasən Novruzov Mərdan Vəli oğlunun "xxxx" QSC-yə olan borcu xx.xx.2021-ci il tarixli 056L**********14 saylı kredit sazişi-biznes krediti və təminat müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021-ci il tarixli 056L**********14 nömrəli kredit saizişi üzrə kreditora ödənilməli olan kredit borcu üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 1228.29 manat, faiz borcu 118.52 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
19. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
20. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi,“ borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.”
Vİ.Məhkəmənin mövqeyi:
23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh Novruzov Mərdan Vəli oğlu (kredit alan) arasında xx.xx.2021-ci il tarixli 056L**********14 saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC xx.xx.2021-ci il tarixli 056L**********14 saylı kredit sazişi-biznes krediti və təminat müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021-ci il tarixli 056L**********14nömrəli kredit saizişi üzrə cavabdeh Novruzov Mərdan Vəli oğluna müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 4 000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh Novruzov Mərdan Vəli oğlu kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Ş materiallarına əlavə edilən sübutlardan görünür ki, AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borcluNovruzov Mərdan Vəli oğlunun vəfat etmiş, Novruzov Mərdan Vəli oğlunun vərəsələri kimi həyat yoldaşı- Cavabdeh3, oğlu- Cavabdeh2, qızı- Cavabdeh4 müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən əmlak 1993-cü il illi QAZ 31029 YÜK markalı , 10RA790 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. Halhazırda İddiaçı kredit müqaviləsi üzrə qalan borcu vərəsələrdən və zamindən tələb edir.
25. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, borc alan Novruzov Mərdan Vəli oğlu xx.xx.2023-cü il tarixində vəfat etmiş və sonuncunun miras əmlakını həyat yoldaşı Cavabdeh3, oğlu Cavabdeh2, qızı Cavabdeh4 qəbul etmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə borclunun vərəsləri olan cavabdehlərə münasibətdə əsaslıdır belə ki, Mülki Məcəllənin 1306-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
26. Məhkəmə qeyd edir ki,Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 056R**********S saylı, xx.xx.2022-ci il tarixli 056R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən kredit borcunun sonuncu ödəniş tarixi 14 mart 2023-cü il müəyyən edilmişdir.
27. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı "xxxx" QSC bu tarixdə mübahisəli kredit razılaşmasına xx.xx.2023-cü il tarixində xitam vermişdir. Odur ki, iddiaçı "xxxx" QSC yalnız mübahisəli kredit razılaşmasına xitam verildiyi tarixədək olan müddət üçün həmin razılaşma üzrə hesablanmış faiz borcunun tutulmasını tələb edə bilər.
28. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdehin "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli 056L**********14 saylı kredit sazişi-biznes krediti və təminat müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021-ci il tarixli 056L**********14 nömrəli kredit saizişi üzrə xx.xx.2025-ci il tarixə əsas borc 1228.29 manat , faiz borcu 118.52 manat təşkil etməsi müəyyən edilmişdir.
29. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda əsas borca dair hissədə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
30. Məhkəmə qeyd edir ki, iddia ərizəsi verildikdən sonra iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən ödənişlər olmuş və iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixə verilən maliyyə arayışından göründüyü kim əsas borc 472.13 manat,faiz borcu 183.98 manat müəyyən edilmişdir və məhkəmə iclasında iddiaçının nümayəndəsi əsas borca dair iddia tələbini həmin hissədə müdafiə etdiyini bildirmişdir. Belə olan halda əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdeh Novruzov Mərdan Vəli oğlundan iddiaçının xeyrinə 472.13 manat əsas borc, faiz borcunun tutulması tələbinə dair hissədə isə ekspert rəyinə uyğun olaraq 118.52 manat məbləğində tutulmalıdır.
31. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2021ci il tarixli 056L**********14 saziş üzrə üzrə 30 manat məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə iddia tələbini zaminə aid hissədə əsaslı hesab etməyərək qeyd edir ki, Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Novruzov Mərdan Vəli oğlu İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli 056L**********14 saylı kredit sazişi-biznes krediti və təminat müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021-ci il tarixli 056R********** nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və həmin öhdəliklərə görə zaminə qarşı Mülki Məcəllənin 477-ci maddəsində göstərilən müddət ərzində tələb irəli sürülməmişdir .Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab edir ki,zamin Cavabdeh1 qarşı həmin kredit müqaviləsi üzrə tələb irəli sürülə bilməz, yəni yuxarıda göstərilən zaminlik müqaviləsi üzrə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə göstərilən müddətlər keçdiyindən zaminliyə xitam verilməli, və Cavabdeh1 aid hissədə idda təmin edilməməlidir.
33. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir,məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 210005, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 472.13 manat əsas borc, 118.52 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 620.65 manat məbləğində borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3, , Cavabdeh4 oğlu müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova