Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4927/2024 15.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada İddiaçı ASCin xeyrinə 29 aprel 2022-ci il tarixli 4-MCR-1-568-22/2 saylı kredit müqaviləsi üzrə banka 38.826,68 manat əsas, 3.898,92 manat faiz, 496,35 manat cərimə, 81,4 manat 5% borcu olmaqla ümumilikdə cəmi 43.303.35 manat məbləğində borcun, 29 aprel 2022-ci il tarixli 4- MCR-1-568-22/1 saylı kredit müqaviləsi üzrə banka 11.765,99 manat əsas, 835,66 manat faiz, 320,45 manat cərimə, 24,6 manat 5% borcu olmaqla ümumilikdə cəmi 12.946,7 manat məbləğində borcun və ödənilmiş 258,75 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, ümumi sahəsi 112.5 kv.m olan 2942V nömrəli evin 70 nömrəli mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 28 aprel 2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 30 %-lə 120 ay müddətinə ******* manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28 aprel 2022-ci il tarixli, Cavabdeh4 və Cavabdeh5 ilə 29 aprel 2022-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, ümumi sahəsi 112.5 kv.m olan 2942V nömrəli evin 70 nömrəli mənzili 10 may 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. 29 aprel 2022-ci il tarixli 4-MCR-1-568-22/2 saylı kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 16% lə 24 ay müddətinə 100000 manat məbləğində, 29 aprel 2022-ci il tarixli 4-MCR-1-568-22/1 saylı kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 16% lə 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 14 may 2024-cü il tarixədək Cavabdeh1 MMC -nin 29 aprel 2022-ci il tarixli 4- MCR-1-568-22/2 saylı kredit müqaviləsi üzrə banka 38826.68 manat əsas, 3898.92 manat faiz, 1985.38 manat cərimə, 81.4 manat 5% borcu olmaqla ümumilikdə cəmi 44792.38 manat borcu vardır. Cavabdeh1 MMC-nin 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1985.38 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 496.35 manat məbləğində tələb olunur. 14 may 2024-cü il tarixədək Cavabdeh1 MMC -nin 29 aprel 2022-ci il tarixli 4-MCR-1-568-22/1 saylı kredit müqaviləsi üzrə banka 11765.99 manat əsas, 835.66 manat faiz, 1281.8 manat cərimə, 24.6 manat 5% borcu olmaqla ümumilikdə cəmi 13908.05 manat borcu vardır. Cavabdeh1 MMC-nin 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1281.8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 320.45 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya). 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4-MCR-1-568-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə bağlanmışdır. Qeyd edilmiş müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh1 MMC-yə aylıq 2.50 faiz dərəcəsi ilə, 120 ay müddətinə 1.000.000 AZN məbləğində kredit xətti açılmışdır.
10. Tərəflər arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə kredit limitinin ayrılmasına dair müqaviləyə əlavə sazişlər imzalanmışdır.
11. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4- MCR-1-568-22/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 MMC-yə aylıq 1.33 faiz dərəcəsi ilə, 24 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.
12. 4-MCR-1-568-22/1 saylı Kredit müqaviləsinə 1 saylı əlavə ilə ödəniş qrafiki təsdiq edilmişdir.
13. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4- MCR-1-568-22/2 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 MMC-yə 16 faiz dərəcəsi ilə, 24 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir.
14. 4-MCR-1-568-22/2 saylı Kredit müqaviləsinə 1 saylı əlavə ilə ödəniş qrafiki təsdiq edilmişdir.
15. Kredit müqavilələri, ona əlavələr və əlavə sazişlər tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/06737/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 4-MCR-1-568-22 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
17. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/06873/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 zamin qismində xx.xx.2022-ci il tarixli, 4-MCR-1-568-22 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
18. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/06873/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 zamin qismində xx.xx.2022-ci il tarixli, 4-MCR-1-568-22 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
19. Zaminlik müqavilələri bankın və zaminlərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
20. İşdə olan İddiaçı ASC (ipoteka saxlayan) ilə ipoteka qoyan Cavabdeh3, borcalan Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DA/00626/22 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan xx.xx.2022-ci il tarixli, 4-MCR-1-568-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi özünə məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 2942v, mənzil 70, yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 530, M7, m3 ünvanında yerləşən ümumi sahəsi 112.5 kv.m olan mənzili ipoteka ilə yüklü etmişdir.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
24. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
25. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
26. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 kredit müqaviləsi imzalandığını, 100.000 və 50.000 manat pul götürüldüyünü, tələb olunan kredit borcuna etiraz etmədiyini, ötən dövr ərzində borcdan 4800 manat ödəniş etdiyini bildirmişdir.
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ötən dövr ərzində cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyini, həmin borcun hesabdan çıxarışda əks olunduğunu və borcun müəyyən qədər azaldığını bildirmişdir.
28. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, 4-MCR-1-568-22/1 saylı kredit müqaviləsi üzrə əsas borcu 8.465,99 manat xx.xx.2022-ci il tarixli, 4-MCR-1-568-22/2 saylı kredit müqaviləsi üzrə əsas borcu 36.674,33 manat təşkil edir.
29. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 36.674 (otuz altı min altı yüz yetmiş dörd) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 3.898 (üç min səkkiz yüz doxsan səkkiz) manat, 92 (doxsan iki) qəpik, cərimə borcu üzrə 496 (dörd yüz doxsan altı) manat 35 (otuz beş) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 Səfadır oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
30. Eyni zamanda xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/1 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 8.465 (səkkiz min dörd yüz altmış beş) manat, 99 (doxsan doqquz) qəpik, faiz borcu üzrə 835 (səkkiz yüz otuz beş) manat, 66 (altmış altı) qəpik, cərimə borcu üzrə 320 (üç yüz iyirmi) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 Səfadır oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
31. Məhkəmə xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/1 və xx.xx.2022-ci il tarixli 4- MCR-1-568-22/2 nömrəli kredit müqavilələri üzrə əsas borca illik 5% məbləğində hesablanmaqla pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
32. Məhkəmə qeyd edir ki, 29 aprel 2024-cü il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) 14 may 2024-cü il tarixədək (maliyyə arayışında 5 faizin hesablandığı tarix) hesabladıqda görünür ki, təxmini 15 gün vaxt keçmişdir.
33. Bundan başqa Məhkəmə qeyd edir ki, ödəniş edildikdən sonra əsas borcda azalma idda ərizəsi ilə Məhkəməyə müraciət edildikdən sonra baş verdiyindən, 5 faiz üzrə hesablanma iddia ərizəsi üzrə Məhkəməyə müraciət edilərkən mövcud olan əsas borca uyğun hesablanmalıdır.
34. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 4-MCR-1-568- 22/1 saylı kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla 24,10 (11.765,99,x5/100=588,299 (1 il üçün), 588,299/365=1,611 (1 gün üçün), 1.611x15=24,10 (15 gün üçün) manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Eyni zamanda xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/2 saylı kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla 79,7 (38.826,68,x5/100=1.941,334 (1 il üçün), 1.941,334/365=5,318 (1 gün üçün), 5,318x15=79,70 (15 gün üçün)) manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
37. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4927/2024 saylı qərardadı ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, ümumi sahəsi 112,5 kv.m olan 2942 V nömrəli evin 70 nömrəli mənzilin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
38. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 70 nömrəli mənzilin hazırki bazar dəyəri 220.000 manat və likvid dəyəri 210.000 manat məbləğində müəyyən edilmişdir.
39. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 210.000 manat müəyyən edilməlidir.
40. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/1 və 4-MCR-1- 568-22/2 saylı kredit müqavilələri üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2942V, mənzil 70, yeni qaydalarla AZ 1016, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 530, M7, m3 ünvanında yerləşən 112.5 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.
41. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 258,75 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
42. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 258,75 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
43. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 242,38 manat təşkil edir.
44. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 36.674 (otuz altı min altı yüz yetmiş dörd) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 3.898 (üç min səkkiz yüz doxsan səkkiz) manat, 92 (doxsan iki) qəpik, cərimə borcu üzrə 496 (dörd yüz doxsan altı) manat 35 (otuz beş) qəpik olmaqla, cəmi 41.069 (qırx bir min altmış doqquz) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 Səfadır oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/2 saylı kredit müqaviləsinə əsasən əsas borca illik 5 % hesablanmaqla 79 (yetmiş doqquz) manat, 70 (yetmiş) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən,Cavabdeh2, Cavabdeh4 Səfadır oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/1 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 8.465 (səkkiz min dörd yüz altmış beş) manat, 99 (doxsan doqquz) qəpik, faiz borcu üzrə 835 (səkkiz yüz otuz beş) manat, 66 (altmış altı) qəpik, cərimə borcu üzrə 320 (üç yüz iyirmi) manat 45 (qırx beş) qəpik olmaqla, cəmi 9.622 (doqquz min altı yüz iyirmi iki) manat 10 (on) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 Səfadır oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/2 saylı kredit müqaviləsinə əsasən əsas borca illik 5 % hesablanmaqla 24 (iyirmi dörd) manat, 10 (on) qəpik məbləğində pul Cavabdeh1 MMCdən, Cavabdeh2, Cavabdeh4 Səfadır oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MCR-1-568-22/1 və 4-MCR-1-568-22/2 saylı kredit müqavilələri üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2942V, mənzil 70, yeni qaydalarla AZ 1016, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 530, M7, m3 ünvanında yerləşən 112.5 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 242 (iki qırx iki) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 Səfadır oğlundan və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov