Məhkəmə qərarları › İş №e-2-2(113)-494/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-494/2020

18.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-494/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X4, cavabdeh “Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təbii qazdan istifadə görə yaranmış 228548,33 manat məbləğində manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN ********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixli, 1096-07-16 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2019-cu il tarixə 228548,33 manat borcu yaranmışdır. Yaranmış debitor borcun 69843,80 manat hissəsi xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmışdır. Belə ki, sayğacın İmpuls ötürücüsü nasaz olduğundan elektron göstərici mexaniki göstəricidən az olmuşdur. (akt əlavə olunur) Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən xx.xx.2019-cu il tarixli, SOCAR**********30490075X00589 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 1096-07-16 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X5 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, qarşılıqlı hesablaşmalar haqqında xx.xx.2019-cu il tarixli üzləşmə aktında qeyd edilən 145075,11 manat məbləğində olan əsas borca 2017-ci ilin dekabr ayında sayğacının yoxlanması nəticəsində hesablanmış 69843,80 manat məbləğində vəsait də daxildir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X2 iddianı qəbul etməyərək, izahatında 2017-ci ilin təxminən oktyabr ayında müəssisənin sayğacının çıxarıldığını və 2 il keçəndən sonra əsassız yoxlama nəticəsində 2017-ci il dekabr ayı üçün 69843,80 manat məbləğində hesablanmış vəsaitin əsas borcla yanaşı müəssisədən tələb olunduğunu bildirmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq əsassız hesablanmış 69843,80 manat məbləğində borcun tələbi hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2016-cı il tarixli 1096-0716 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı - İddiaçı İB ilə İstehlakçı - Cavabdeh MMC arasında olan razılığa əsasən qaz qurğusu olan X6 maksimal saatlıq qaz sərfi 107 m3 olmaqla, qazın qiyməti hər 1m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı İB tərəfindən xx xxxxxx 2017-ci il tarixli SS-29/1640-2578-1 nömrəli qeyriəhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Abşeron rayonunda yerləşən Cavabdeh MMC-nin qaz xətti üzərində quraşdırılmış G400 markalı ********** nömrəli turbin tipli “İtron” qaz sayğacına laborator texniki baxışı keçirələrkən aşkar olunmuşdur ki, 19.10-xx.xx.2017-ci il tarixləri əhatə edən saatlıq arxivinə əsasən maksimal mütləq təzyiq P=2.88 bar, qaz həcmi qeydə alınmamış, impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 196509 m3 azdır, sızma yoxdur, temperatur və təzyiq çeviriciləri normaldır, yoxlamanın nəticəsinə əsasən impuls vermədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə qalıq borcu 145075,11 manat təşkil edir. SOCAR**********30490075X00691 nömrərli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “İddiaçı'' İstehsalat Birliyi tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində qaz sayğacının impuls ötürücüsünün nasazlığı səbəbindən, Cavabdeh MMC-yə itirilmiş qazın 69843,80 manat məbləğində dəyəri hesablanmışdır. Cavabdeh MMC-nin abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2017-ci il dekabr ayındaqalıq və aktlarqrafasında 69843,80 manat borc göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və iddiaçı tərəfindən cavabdeh barəsində tərtib edilmiş aktdan müəyyən olunur ki, iddiaçı cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə tədqiq olunan sübutlara və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən aparılan yoxlama (xx xxxxxx 2017-ci il tarixli SS-29/1640- 2578-1 nömrəli akt) qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, həmçinin qaz sayğacındakı nasazlığının Cavabdeh MMC-nin təqsiri üzündən baş verməsi də sübut olunmadığından “İddiaçı'' İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə 2017-ci il dekabr ayına 69843,80 manat məbləğində borc əsassız hesablanmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, 228548,33 manat məbləğində borcun yarandığı günü müəyyən etmək mümkün olmadığına görə qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə xx.xx.2019-cu il tarixə hesablanmış 145075,11 manat məbləğində borc əsas götürülməli və həmin vəsaitdən 2017-ci il dekabr ayı üçün (xx xxxxxx 2017-ci il tarixli SS-29/1640-2578-1 nömrəli akta əsasən) əsassız hesablanmış 69843,80 manat məbləğində pul çıxılmalı (145075,11 - 69843,80) və qalan 75231,31 manat məbləğində borc Cavabdeh MMC-dən tutularaq “İddiaçı'' İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. İddia 2017-ci il dekabr ayında hesablanmış 69843,80 manat məbləğində borcun tələbi hissəsində isə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 32,91% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 9,87 manat məbləğində dövlət rüsumuCavabdeh MMC-dən tutularaq “İddiaçı'' İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə hesablanmış 75231,31 manat məbləğində pul, 9,87 manat məbləğində dövlət rüsumu, ümumilikdə 75241,19 manat məbləğində pul tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN ********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. İddia 2017-ci il dekabr ayında hesablanmış 69843,80 manat məbləğində borcun (xx xxxxxx 2017-ci il tarixli SS-29/1640-2578-1 nömrəli akt) tələbi hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə hesablanmış 75231,31 manat məbləğində pul, 9,87 manat dövlət rüsumu, ümumilikdə 75241,19 manat məbləğində pul tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN ********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia 2017-ci il dekabr ayında hesablanmış 69843,80 manat məbləğində borcun (xx xxxxxx 2017-ci il tarixli SS-29/1640-2578-1 nömrəliakt) tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar