Məhkəmə qərarları › İş №e-2-2(113)-495/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-495/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-495/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı “Bank VTB (Azərbaycan”) ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ““Bank VTB (Azərbaycan”) ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış - 03 mart 2023-cü il tarixli 365196-1-38284 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka 60.000 (altmış min) manat məbləğində əsas borc, 2.968,32 (iki min doqquz yüz altmış səkkiz, 32) manat məbləğində faiz borcu, ümumilikdə isə 62.968,32 (altmış iki min doqquz yüz altmış səkkiz, 32) manat pul məbləğində pulun; - 03 mart 2023-cü il tarixli 365196-1- 38295 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka 138.243,85 (bir yüz otuz səkkiz min iki yüz qırx üç, 85) manat məbləğində əsas borc, 7.251,05 (yeddi min iki yüz əlli bir, 05) manat məbləğində faiz borcu, 3.734,28 (üç min yeddi yüz otuz dörd, 28) manat məbləğində cərimə, ümumilikdə 149.229,18 (bir yüz qırx doqquz min iki yüz iyirmi doqquz, 18) manat məbləğində pulun, həmçinin, 502,20 (beş yüz iki, 20) manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının müştərək qaydada Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMCdən İddiaçı ASC-nin xeyrinə tutulması; 2. Cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 246.000 (iki yüz qırx altı min) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 230A-233 yerləşən ümumi sahəsi 136,90 kv.m. olan 31 saylı mənzilinə (yeni qaydalarla AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 314, M7, m1) yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, "xxxx" MMC və "xxxx" MMC-nə qarşı kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-6946/2024 saylı mülki işə baxılır.

2. “Borclular”ın 03 mart 2023-cü il tarixli 365196-1-38284 saylı və 03 mart 2023-cü il tarixli 365196-1-38295 saylı kredit müqavilələri üzrə xx.xx.2024-cü il tarixə “Bank”a müştərək qaydada olan ümumi borcu 198.243,85 (bir yüz doxsan səkkiz min iki yüz qırx üç, 85) manat məbləğində əsas borc, 10.219,37 (on min iki yüz on doqquz, 37) manat məbləğində faiz borcu, 3.734,28 (üç min yeddi yüz otuz dörd, 28) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 212.197,50 (iki yüz on iki min bir yüz doxsan yeddi, 50) manat məbləğində müəyyən edilir.

3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış kommersiya mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqavilələri üzrə “Borclular”ın müştərək qaydada Banka ümumi borcu 212.197,50 (iki yüz on iki min bir yüz doxsan yeddi, 50) manat məbləğində müəyyən edilir. Bu Saziş bağlandıqdan sonra borc məbləğinə hər hansı faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka müştərək qaydada olan ümumi borc məbləğini 36 (otuz altı) ay müddətində, hər ayın 05-dən gec olmayaraq aşağıda qeyd olunan qrafika əsasən “Borclular” tərəfindən müştərək qaydada “Banka” ödənilir. Bununla da, “Borclular”ın “Bank” qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. 3.2. Barışıq sazişi üzrə ödəniş cədvəli: 1. 3000 2. 3000 3.3000 4.3000 5.3000 6.3000 7.5000 8.5000 9.5000 10.5000 11.5000 12.5000 13.6842 14.6842 15.6842 16.6842 17.6842 18.6842 19.6842 20.6842 21.6842 22.6842 23.6842 24.6842 25.6842 26.6842 27.6842 28.6842 29.6842 30.6842 31.6842 32.6842 33.6842 34.6842 35.6842 36.6831,50.

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə etmədən aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 212.197,50 (iki yüz on iki min bir yüz doxsan yeddi, 50) manat məbləğində ümumi borc üzrə borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 136.90 kv.m. ümumi sahədən ibarət 31 saylı mənzil (ipoteka predmetinin ilkin satış qiyməti 274.000 (iki yüz yetmiş dörd min) manat məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, “ipoteka qoyan” Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılır və mənzil boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə “ipoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.

6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.

7. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. 10 Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edilmişdir.

11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməklə, hazırkı iş üzrə icrataa xiam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 barışıq sazişinin təsdiq edilməklə, hazırkı iş üzrə icrataa xiam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh4 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının Cavabdeh4 MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 50 manatı iddiaçıdan, qalan 50 manatı cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:

1. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, "xxxx" MMC və "xxxx" MMC-nə qarşı kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-6946/2024 saylı mülki işə baxılır.

2. “Borclular”ın 03 mart 2023-cü il tarixli 365196-1-38284 saylı və 03 mart 2023-cü il tarixli 365196-1-38295 saylı kredit müqavilələri üzrə xx.xx.2024-cü il tarixə “Bank”a müştərək qaydada olan ümumi borcu 198.243,85 (bir yüz doxsan səkkiz min iki yüz qırx üç, 85) manat məbləğində əsas borc, 10.219,37 (on min iki yüz on doqquz, 37) manat məbləğində faiz borcu, 3.734,28 (üç min yeddi yüz otuz dörd, 28) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 212.197,50 (iki yüz on iki min bir yüz doxsan yeddi, 50) manat məbləğində müəyyən edilir.

3. “Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış kommersiya mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqavilələri üzrə “Borclular”ın müştərək qaydada Banka ümumi borcu 212.197,50 (iki yüz on iki min bir yüz doxsan yeddi, 50) manat məbləğində müəyyən edilir. Bu Saziş bağlandıqdan sonra borc məbləğinə hər hansı faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka müştərək qaydada olan ümumi borc məbləğini 36 (otuz altı) ay müddətində, hər ayın 05-dən gec olmayaraq aşağıda qeyd olunan qrafika əsasən “Borclular” tərəfindən müştərək qaydada “Banka” ödənilir. Bununla da, “Borclular”ın “Bank” qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. 3.2. Barışıq sazişi üzrə ödəniş cədvəli: 1. 3000 2. 3000 3.3000 4.3000 5.3000 6.3000 7.5000 8.5000 9.5000 10.5000 11.5000 12.5000 13.6842 14.6842 15.6842 16.6842 17.6842 18.6842 19.6842 20.6842 21.6842 22.6842 23.6842 24.6842 25.6842 26.6842 27.6842 28.6842 29.6842 30.6842 31.6842 32.6842 33.6842 34.6842 35.6842 36.6831,50.

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə etmədən aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 212.197,50 (iki yüz on iki min bir yüz doxsan yeddi, 50) manat məbləğində ümumi borc üzrə borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 136.90 kv.m. ümumi sahədən ibarət 31 saylı mənzil (ipoteka predmetinin ilkin satış qiyməti 274.000 (iki yüz yetmiş dörd min) manat məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, “ipoteka qoyan” Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılır və mənzil boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə “ipoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.

6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.

7. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. 10 Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edilmişdir.

11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci İddiaçı ASCdən, qalan 50 (əlli) manat ekspertiza xərci isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-dən birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Çəkilmiş qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar