Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4951/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçıların nümayəndə və vəkilləri Vəkil, Nümayəndə2, İddiaçıların nümayəndəsi (oğlu) X2, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı “gəlir və xərcin müəyyən edilməsi və sairə” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı “xalis mənfəətin bölüşdürülməsi və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2020-ci il tarixdən etibarən Cavabdeh2n fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin təsisçilər arasında bölüşdürülməsi və həmin mənfəətin iddiaçıların paylarına uyğun olaraq Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 24 fevral 2018-ci il tarixdən etibarən Cavabdeh2 MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin təsisçilər arasında bölüşdürülməsi və həmin mənfəətin iddiaçıların paylarına uyğun olaraq Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə yenidən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verib, 24 fevral 2017-ci il tarixdən etibarən 19 yanvar 2022ci il tarixədək Cavabdeh2 MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş ümumi gəlirin müəyyən olunması, vergi və xərclər çıxıldıqdan sonra qalan gəlirin 4,15 % hissəsinin İddiaçı2 və 4,15 % hissəsinin İddiaçı1 xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci ildə yenidən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verib, 24 fevral 2017-ci il tarixdən etibarən 19 yanvar 2022-ci il tarixədək Cəmiyyətin gəlir və xərcinin müəyyən olunması, vergi və xərclər çıxıldıqdan sonra qalıq gəlirin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın Cavabdeh2 MMC-nin inzibati binasında bir ay ərzində keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə yenidən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verib, 24 fevral 2017-ci il tarixdən etibarən 19 yanvar 2022ci il tarixədək Cəmiyyətin gəlir və xərcinin müəyyən olunması, vergi və xərclər çıxıldıqdan sonra qalıq gəlirin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC 24 fevral 2017ci ildə yaradılmışdır və həmin tarixdən etibarən cəmiyyətin 2022-ci ilin yanvar ayına kimi əldə etdiyi ümumi gəliri müəyyən olunmamış, vergi və xərclər çıxıldıqdan sonra qalan gəlirin 4,15 %-i İddiaçı2ov Təvəkgül oğluna və digər 4,15%-i İddiaçı1 verilməmiş, gəlir və xərcin müəyyən olunması, gəlir və xərc çıxıldıqdan sonra qalan gəlirin iddiaçıların paylarına uyğun onlara verilməmiş, bu barədə ümumi yığıncaq keçirilməmişdir. Ümumi yığıncağın keçirilməsinin təmin olunması ilə bağlı iddiaçılar tərəfindən yazılı müraciətlər olunsa da, cavabdehlər hazırkı vaxta kimi ümumi yığıncaq keçirməmişlər, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində tikmiş olduğu və istismara verdiyi hündürmərtəbəli binanın yaşayış mənzillərinin və qeyri-yaşayış sahələrinin alqı-satqısına dair məlumatların və sənədlərin verilməsi, gəlir-xərc barədə sənədlərin təqdim edilməsi, xalis gəlirin bölüşdürülməsi barədə ümumi yığıncağın çağırılması və Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərə dair mübahisə üzrə gündəlik məsələlər yığıncağa salınmamışdır. Eyni zamanda mediasiya prosesində ümumi yığıncağın keçirilməsi məsələsi həllini tapmamışdır. Məhkəmə iclasında iddiaçılarının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə araşdırmasının gedişində xalis mənfəətin bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın iclaslarının ümumiyyətlə keçirilmədiyi, MMC-nin yaradıldığı gündən hazıradək xalis mənfəətin bölüşdürülməsi ilə bağlı qərar qəbul edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsini, xalis mənfəətin Məhkəmə tərəfindən müəyyən edilməsini, daha sonra ümumi yığıncağın keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş edirlər. Məhkəmə iclasında iddiaçılarının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçılarının nümayəndəsi (oğlu) Ş.Əliyev iddia ərizəsini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MMC-nin əvvəlki iştirakçısı olmuş mərhum X5 uzun illər MMC-nin qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmuş, MMC-nin fəaliyyətinə rəhbərlik etmişdir. Onun vəfatından sonra MMC tərəfindən hər hansı gəlir əldə edilməmiş, MMC-nin fəaliyyəti hazırda rəsmi olaraq dayandırılmışdır. Bu səbəbdən MMC tərəfindən ümumi yığıncağın keçirilməsi tələbinin icrası mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 MMC xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X14 – 4,2 faiz, Cavabdeh1 – 29,1 faiz, X8 – 4,2 faiz, X7 – 4,2 faiz, İddiaçı2 – 4,15 faiz, İddiaçı1 – 4,15 faiz, Cavabdeh3 – 50 faizdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********382300 nömrəli məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən Cavabdeh2 MMC-nin (VÖEN: **********) fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti və digər vergi tutulan əmliyyatları dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli Cavabdeh2 MMC-nin nizamnaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 MMC-nin təsisçisi X1r. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli Cavabdeh2 MMC-nin nizamnaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 MMC-nin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir. X3 6 manat, 6 pay, 60 % pul şəklində, X4 2 manat, 2 pay, 20 % pul şəklində, X6 – 2 manat, 2 pay, 20 % pul şəklində. İddiaçılar tərəfindən təqdim edilmiş Cavabdeh2 MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağrılması haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 MMC-nin iştirakçıları 15 gün müddətində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, hündürmərtəbəli binanın tikintisinin aparılası ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri-yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında, MMC-nin balansında olan əmlaklar haqqında və MMC-nin 2020- 2021-ci illər üzrə mənfəəti və onun bölüşdürülməsi haqqında məsələlərin müzakirə edilməsi üçün ümumi yığıncağın çağrılması xahiş olunmuşdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, hazırkı mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir. Məhkəmə iddia tələblərinin birinci – xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək MMC-nin gəlir və xərclərinin müəyyən edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, məhkəmə qeyd edir ki, MMC-nin gəlir və xərclərinin müəyyən edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Məhkəmə iddia tələblərinin ikinci və üçüncü – xalis mənfəətin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər... Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Materiallarda olan Cavabdeh2 MMC-nin Nizamnaməsinin: 2.5-ci bəndinə əsasən ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cəmiyyət təsisçisi bir nəfər olduqda, cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir. 4.2-ci bəndinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. X12 icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin Ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. 4.3-cü bəndinə əsasən cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi; cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi; cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağrılması hallarının və qaydasının müəyyən edilməsi; cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi; cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi; cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağrılması; cəmiyyətin müşahidə şurası və təftiş komissiyasını (müfəttişini) seçmək; cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyyən edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə Cavabdeh2 MMC-nin Nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən Məhkəmə hesab edir ki, MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçıların Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı payları (mayaların miqdarı) ümumilikdə 8,3 faiz (İddiaçı2 – 4,15 faiz, İddiaçı1 – 4,15 faiz) təşkil edir. Bu səbəbdən iddiaçılara izah olunur ki, qanunvericiliyin tələbinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı yalnız bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Bu səbəbdən Məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddiaçılara Cəmiyyətin ümumi yığıncaqlarında (şəxsən və ya nümayəndə vasitəsilə) iştirak etmək, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüquqlarına malik olmalarını izah edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinə əsasən ... Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. ... Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı “gəlir və xərcin müəyyən edilməsi və sairə” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4951/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4951/2022
19.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver