Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-496/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X5 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıənməxsus ünvan 1 ünvanında yerləşən istehsalat müəssisəsi üçün quraşdırılmış qaz sayğacına görə **********20000 saylı abonent koduna yazılmış 19 670,13 manat barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıənməxsus ünvan 1 ünvanında yerləşən istehsalat müəssisəsi ilə rəhbərlik etdiyiniz Birlik arasında qazın-alqı satqısına dair müqavələ bağlanmış, bundan sonra həmin müəssisə üçün sayğac quraşdırılmış və qaz müəssisə təbii qazla təmin olunmuşdur. X1 əməkdaşları 2024-cü ilin avqust ayında sözügedən müəssisə üçün quraşdırılmış qaz sayğacına baxış keçirmiş, quraşdırılmış qaz sayğacını dövlət yoxlamasına göndərmək məqsədi ilə yenisi ilə əvəz etmişdirlər. Sonradan mənə məlum olmuşdur ki, qeyd olunan ünvanda quraşdırılmış qazsayğacında guya müəyyən nasazlıqlar olmuşdur. Həmin səbəbə görə də sayğac istismara yararsız hesab olunmuşdur. Cavabdeh İB İddiaçıənməxsus olan ünvan 1 ünvanında yerləşən istehsalat obyektində quraşdırılmış qazsayğacında güya mövcüd olmuş nasazlıqların baş verməsində İddiaçı MMC-ni təqsirli bilmiş, ona görə də bu MMC-yə aid abonent koduna itirlimiş qazsərfiyyatının bərpa olunmasıməqsədi ilə 19 670,13 manat məbləğində əsassız borc hesablamışdır. Məhkəmənin nəzərinə çatdırım ki, quraşdırılmış qaz sayğacı obyektdən kənar, bağlı bir sahədə yerləşir. Həmin sahə dəmir barmaqlıqla hasarlanmış, ora yalnız Birliyin əməkdaşları sərbəst girib çıxa bilir (hasarlanmış sahəyə giriş qapısı qoyulmuş, giriş qapısıaçar ilə bağlanmış, həmin açar da daim Birliyin əməkdaşlarında olur). Bütün bunları deməkdə məqsədimiz odur ki, yuxarıda qeyd olunan obyekt üçün quraşdırılmış qaz sayğacına bizim müstəqil baxış keçirtmək kimi bir imkanınımız olmadığı üçün sayğaca tərəfimizdən müdaxilə edilməsi qeyri-mümkündür. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı nasazlıqlara görə heç bir halda rəhbərlik etdiyim İddiaçı MMC cavabdehlik daşmamalıdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh tərəfindən yoxlama keçirilərkən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olsa da, bu qeyd mövcud deyil, həmçinin sayğazda texniki problem olması iddiaçının təqsiri deyil, həmçinin əvvəlki iləərə saldoya baxdıqda gprünür ki, hər il avqust ayında sərfiyyat texminən cari illə eyni olmuşdur, yeni texniki problem olan sayğacda bu rəqəmin hansi qaydada hesablanması ağlabatn deyildir.
4. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilən yoxlama zamanı qaz sayğacına kənar müdaxilə halı aşkar edilməmişdir, yalnız sayğazcda tezniki problem olduğuaşkar edilmiş, bu səbəbdən itirilmiş qaz sərfiyyatına görə borc hesablanmışdır, qeyd edilən yoxlama qeydiyyata alınmamışdır.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. Təbii qazdan istifadə qaydalrının pozulması haqqında 31 avqust 2024-cü il tarixli № ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacların yoxlanılması haqqında 0948 saylı protokoluna əsasən dəymiş ziyan hesablanmışdır.
9. Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair 31 avqust 2024-cü il tarixli Tələbnamədən görünür ki,qaz sayğacının yoxlanılması haqqında 0948 nömrəli Protokoluna əsasən G-650 markalı ******* nömrəli sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş,mexaniki hissədən keçən 516422 m3 qaz həcmi elektron hissədə qeydə alınmaması müəyyən olunmuşdur.
10. **********20000 saylı abonent İddiaçı MMC-nin (kommersiya) abonent saldosundan görünür ki, abonent buxar qazanı (2T) (3/3),buxar qazanı (6T) (1/1),buxar qazanı (10T) (1/1) adlı qaz cihazlarından istifadə edir. 2024-cü ilin sentyabr ayında abonentə 19980.62 manat məbləğində borc hesablanmışdır.
11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 1371,40 manat,xx.xx.2024-cü il tarixli 197,40 manat məbləğində hesab-fakturalar göndərilmişdir.
12. 09.09.2024-cü ildə İddiaçı tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilərək İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən istehsalat müəssisəsi üçün quraşdırılmış qaz sayğacına görə **********20000 saylı abonent koduna yazılmış 19670,13 manat məbləğində borcun 10 gün müddətində silinməsini tələb edilmişdir.
V. Tətbiq edilən hüquq:
13. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
14. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
16. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki,iddia ərizəsi təmin edilməlidir.
18. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı MMC-nin silinməsini tələb etdiyi 19 670,13 manat məbləğində borc abonentə məxsus qeyriyaşayış sahəsində itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.
19. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
20. Göründüyü kimi İddiaçı MMC-nin silinməsini tələb etdiyi 19 670,13 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
21. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
22. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş 31 avqust 2024-cü il tarixli № ******* saylı akta əsasən iddiaçıya hesablanmış 19 670,13 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********20000) silinməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
25. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 19670.13 (on doqquz min altı yüz yetmiş manat on üç qəpik) manat cərimə İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən istehsalat müəssisəsinin abonent kodu **********20000 olan hesabından silinsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova