Məhkəmə qərarları › İş №e-2-2(113)-4970/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4970/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4970/2025 29.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 85 (səksən beş) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (VÖEN: **********) ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli №15 saylı və xx.xx.2022-ci il tarixli №15 saylı icarə müqavilələri bağlanmışdır. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə haqqı bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1200 (bir min iki yüz) manat müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 mart 2022-ci il tarixdən başlayaraq hər ayın, 2022-ci ilin mart ayı da daxil olmaqla, 01-də axımı başlanan 5(beş) təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nəğd və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edək ki, - xx.xx.2022-ci il tarixli, №15 saylı icarə müqaviləsi üzrə: 1. xx-xx-2022-ci il tarixli, EBBS 844856 nömrəli elektron qaimə üzrə 1200 manat, 2. xx-xx-2022-ci il tarixli, EBBV 303915 nömrəli elektron qaimə üzrə 1200 manat, 3. xx-xx-2022-cü il tarixli, EBBW 223861 nömrəli elektron qaimə üzrə 1200 manat, 4. xx-xx-2022-cü il tarixli, EBBZ 108520 nömrəli elektron qaimə üzrə 1200 manat, 5. xx-xx-2022-ci il tarixli, EBCA 884009 nömrəli elektron qaimə üzrə 1200 manat, xx.xx.2022-ci il tarixli, №15/a saylı icarə müqaviləsi üzrə 1. xx-xx-2022-ci il tarixli, EBCB 831432 nömrəli elektron qaimə üzrə 500 manat olmaqla,ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində borc yaranmışdır. Qeyd edək ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də, hesab edirik ki, həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, öhdəliyi hələ də icra etməmişlər.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizəilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 85 (səksən beş) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun direktor vəzifəsində çalışdığı dövrdə, İddiaçı ASC (VÖEN: **********) Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli №15 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-cü bəndinə əsasən, icarə müddəti 23 ferval 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək müəyyən edilir. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə haqqı bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1200 (bir min iki yüz) manat müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 mart 2022-ci il tarixdən başlayaraq hər ayın, 2022-ci ilin mart ayı da daxil olmaqla, 01-də axımı başlanan 5(beş) təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nəğd və ya bank hesabına köçürməklə ödəyir. Həmin icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən, “icarəçi” tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması xx.xx.2022-ci il tarixdən başlanılacaqdı və hər ayın 2022-ci ilin mart ayı da daxil olmaqla 01– də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi icarəçi tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada icarəyə verənə nağd və ya bank hesabına köçürməklə ödəyir. Daha sonra tərəflər arasında “23 ferval 2022-ci il tarixli №15 saylı icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında” Yazılı razılaşma imzalanmışdlr. Beləliklə qeyd olunan razılaşma ilə icarə müddəti 2022-ci ilin iyul ayınadək uzadılmışdır. Daha sonra tərəflər arasında “23 ferval 2022-ci il tarixli №15 saylı icarə müqaviləsinə dəyişiklik edilməsi və Müqaviləyə 01 avqust 2022-ci il tarixindən xitam verilməsi haqqında Əlavə razılaşma imzalanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında №15/a saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğinin (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 500 (beş yüz) manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan icarə müqavilələrinə əsasən: 1. xx-xx-2022-ci il tarixli, EBBS 844856 nömrəli elektron qaimə üzrə 1200 manat, 2. 28- 04-2022-ci il tarixli, EBBV 303915 nömrəli elektron qaimə üzrə 1200 manat, 3. xx-xx-2022-cü il tarixli, EBBW 223861 nömrəli elektron qaimə üzrə 1200 manat, 4. xx-xx-2022-cü il tarixli, EBBZ 108520 nömrəli elektron qaimə üzrə 1200 manat, 5. xx-xx-2022-ci il tarixli, EBCA 884009 nömrəli elektron qaimə üzrə 1200 manat, 6. 12-08- 2022-ci il tarixli, EBCB 831432 nömrəli elektron qaimə üzrə 500 manat olmaqla, ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində borc yaranmışdır. Qeyd edək ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də, hesab edirik ki, həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında icarə müqavilələri nəticəsində öhdəlik hüquq münasibətləri yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, öhdəliyi hələ də icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili iddia ərizəsini müdafiə edərək tam təmin edilməsini xahiş etdi.

6. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X4 iddia tələbinə etiraz edərək bildirdi ki, icarə haqqlarını Cavabdeh1 ödəyib, şirkətə heç bir borcu yoxdur. Lakin, hər hansı ödəniş qəbzləri onda qalmayıb ki, məhkəmə təqdim etsin.

7. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

8. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli №15 saylı icarə müqaviləsinə əsasən:

11. Müqavilənin 1-ci bəndinə əsasən “İcarəyə verən” Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 80 kv/m hissəsini orada yerləşən və “İcarəyə verən”ə məxsus olan əşyalarla (avadanlıqlar, qurğular və sair inventarla.) “İcarəçi”yə icarəyə verir.

12. Müqavilənin 2-ci bəndinə əsasən icarə müddəti 23 fevral 2022-ci il tarixdən “31 ” may 2022-ci il tarixədək müəyyən edilir.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən bu icarə müqaviləsi üzrə aylıq icarə haqqı (ƏDV daxil) aşağıdakı iki tərkib hissəsinin cəmidir :

14. Müqavilənin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahənin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1200 (bir min iki yüz) manat məbləğində müəyyən olunmuşdur;

15. Müqavilənin 3.1.2-ci bəndinə əsasən aylıq icarə haqqımn ikinci tərkib hissəsinə bu müqavilənin qüvvədə olduğu müddətinə daxil olan istənilən ayında bu müqavilənin 6.2,-ci bəndində adlan çəkilmiş istənilən xidmətlərdən həmin bənddə göstərilmiş kəmiyyət göstəricilərindən daha artıq həcmdə (miqdarda, sayda) “ İcarəçi “ tərəfindən istifdadə olunduğu təqdirdə, onun (onlann) istifadəsinə görə xərclər(haqqlar) daxil olunur.

16. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 12.2,-ci bəndində göstərilmiş hallarda və müddət üçün aylıq icarə haqqı aşağıdakı qaydada hesablanır: bu müqavilənin 3.1.1 .-ci bəndində göstərilmiş aylıq icarə haqqının birinci tərkib hissəsinin 2 (iki) əmsalına vurmağın nəticəsidir.

17. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqından tutulan əlavə dəyər vergisi “İcarəyə verən” tərəfindən müstəqil qaydada hər ay hesablanaraq, büdcəyə ödənilir.

18. Müqavilənin 4.2-ci bəndinə əsasən aylıq icarə haqqım ödəmiş “ İcarəçi ”yə “ İcarəyə verən ” tərəfindən verilən elektron vergi qaimələrdə və/və ya “elektron vergi ƏDV hesabfakturalarda bu müqavilənin 3.1.1. və 3.1.2,-ci bəndlərdə əks olunmuş aylıq icarə haqqının tərkib hissələri göstərilmir.

19. Cari ayın aylıq icarə haqqının ikinci tərkib hissəsini təşkil edən xərclər mövcüd olduqda, həmin xərclər növbəti aym elektron vergi qaimə və/və ya “elektron vergi ƏDV hesab-fakturalara “ İcarəyə verən " tərəfindən qeyd olunur.

20. Müqavilənin 5-ci bəndinə əsasən “23” fevral 2022-ci il tarixdən “28” fevral 2022-ci il tarixədək icarəyə götürülmüş sahədə təmizlik, öz zövqünə uyğun kosmetik təmir işlərinin aparılması ‘İcarəçi” tərəfindən, “İcarəçi”nin öz vəsaiti hesabına, öz gücü və ya sifarişi ilə yerinə yetirilməsini nəzərə alaraq, 2022-ci ilin 23 fevral 2022-ci il tarixdən "28" fevral 2022-ci il tarixədək ‘İcarəyə verən” ”İcarəçi”ni aylıq icarə haqqının ödənişindən tamamilə azad edir.

21. Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi tərəfindən bu müqavilə ilə nəzərədə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması “01” mart 2022-ci il tarixindən başlanılacaqdır və hər ayın , 2022-ci ilin mart ayı da daxil olmaqla, 01-də axımı başlanan 5 (beş) təqvim günü ərzində aylıq icarə haqqının ödənişi 'İcarəçi" tərəfindən bu Müqavilənin 3cü bəndində göstərilmiş qaydada ‘İcarəyə verən”ə nəğd və ya bank hesabına köçürməklə ödəyir.

22. 31 may 2022-cı il tarixli 15 №-li İcarə müqaviləsinə dəyişiklik edilməsi haqqında Yazılı Razılaşmaya əsasən icarə müqaviləsinin 2-ci bəndi yeni redaksiyada təsdiq edilmişdir. “2. Tərəflərdən biri və ya hər ikisi bu müqavilənin vaxtının növbəti 10 (on) aylıq müddətinə uzadılmaması barədə yazılı məktubunu (məktubları) digər Tərəfə bu müqavilənin qüvvədə olma müddəti və ya növbəti 10 (on) aylıq uzadılmış qüvvədə olma müddətinin qurtarmasına ən azı 1 ay qalmış çatdırmadığı təqdirdə, bu müqavilə, onun 2-ci bəndində nəzərdə tutulan qüvvədə olma müddəti müvafiq olaraq 01 iyun 2022-ci il tarixdən «31» mart 2023-cü il tarixədək birinci uzadılmış müddətinə , «01» aprel 2023-cü il tarixdən «31» yanvar 2024-cü il tarixədək ikinci uzadılmış 10 aylıq müddətinə avtomatik uzadılmış hesab olunur."

23. 01 avqust 2022-ci il tarixli Əlavə Razılaşmaya əsasən:

24. 1-ci bəndinə əsasən bu Razılaşmada gələcəkdə qısaca “Müqavilə” adlanan iyirmi üç fevral 2022-ci il tarixində imzalanmış 15 saylı icarə müqaviləsinin 2-ci bəndində istifadə edilmiş “30 (otuz) gün qalmış” söz ifadəsi çıxarılsın.

25. 2-ci bəndinə əsasən tərəflərin birgə razılığı ilə Müqaviləyə “01” avqust 2022-ci il tarixdə xitam verilsin.

26. 3-cü bəndinə əsasən X7 onu imzaladığı tarixdən qüvvəyə minir.

27. Bu Razılaşma xx.xx.2022-ci il tarixində imzalanmış icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla, Müqavilənin qüvvədə olma müddətində öz qüvvəsini saxlayır.

28. 4-cü bəndinə əsasən X7qla edilmiş dəyişiklikdən başqa, yerdə qalan hissələrdə xx.xx.2022-ci il tarixində imzalanmış 15 saylı icarə müqaviləsinin mətni dəyişilməmişdir və ya əlavə edilməmişdir.

29. 5-ci bəndinə əsasən X7 3 (üç) nüsxədən ibarət Azərbaycan dilində tərtib edilmişdir, hər bir nüsxəsinin mətni eynidir və eyni hüquqi qüvvəyə malikdir, “İcarəyə verən” və “İcarəçi”nin hərəsində azı bir nüsxə saxlanılmaqla, nüsxələrdən biri isə “İcarəçi” tərəfindən müvafiq vergi orqanına təqdim edilir.

30. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli №15/a saylı icarə müqaviləsinə əsasən:

31. Müqavilənin 1-ci bəndinə əsasən “İcarəyə verən” Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 40 kv/m hissəsini orada yerləşən və “İcarəyə verən”ə məxsus olan əşyalarla (avadanlıqlar, qurğular və sair inventarla.) “icarəçi”yə icarəyə verir.

32. Müqavilənin 2-ci bəndinə əsasən icarə müddəti 01 avqust 2022-ci il tarixdən “31” may 2023-ci il tarixədək müəyyən edilir.

33. Müqavilənin 3.1-ci bəndinə əsasən bu icarə müqaviləsi üzrə aylıq icarə haqqı (ƏDV daxil) aşağıdakı iki tərkib hissəsinin cəmidir:

34. Müqavilənin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahənin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 500 (beş yüz) manat məbləğində müəyyən olunmuşdur ;

35. Müqavilənin 3.1.2-ci bəndinə əsasən aylıq icarə haqqının ikinci tərkib hissəsinə bu müqavilənin qüvvədə olduğu müddətinə daxil olan istənilən ayında bu müqavilənin 6.2-ci bəndində adları çəkilmiş istənilən xidmətlərdən həmin bənddə göstərilmiş kəmiyyət göstəricilərindən daha artıq həcmdə (miqdarda, sayda) “ İcarəçi “ tərəfindən istifdadə olunduğu təqdirdə , onun (onların) istifadəsinə görə xərclər(haqqlar) daxil olunur.

36. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 12.2.-ci bəndində göstərilmiş hallarda və müddət üçün aylıq icarə haqqı aşağıdakı qaydada hesablanır: bu müqavilənin 3.1.1 .-ci bəndində göstərilmiş aylıq icarə haqqının birinci tərkib hissəsinin 2 (iki) əmsalına vurmağın nəticəsidir.

37. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqından tutulan əlavə dəyər vergisi “İcarəyə verən” tərəfindən müstəqil qaydada hər ay hesablanaraq, büdcəyə ödənilir.

38. Müqavilənin 4.2-ci bəndinə əsasən aylıq icarə haqqını ödəmiş “ İcarəçi ”yə “ İcarəyə verən ” tərəfindən verilən elektron vergi qaimələrdə və/və ya “elektron vergi ƏDV hesabfakturalarda bu müqavilənin 3.1.1. və 3.1.2.-Cİ bəndlərdə əks olumnuş aylıq icarə haqqının tərkib hissələri göstərilmir.

39. Cari ayın aylıq icarə haqqının ikinci tərkib hissəsini təşkil edən xərclər mövcüd olduqda, həmin xərclər növbəti ayın elektron vergi qaimə və/və ya “elektron vergi ƏDV hesab-fakturalara “ İcarəyə verən ” tərəfindən qeyd olunur.

40. Müqavilənin 5-ci bəndinə əsasən “İcarəçi” tərəfindən bu müqavilə ilə nəzərədə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması “01” avqust 2022-ci il tarixindən başlanılacaqdır və hər ayın , 2022-ci ilin avqust ayı da daxil olmaqla, 01-də axımı başlanan 5 (beş) təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu Müqavilənin 3cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nəğd və ya bank hesabına köçürməklə ödəyir.

41. İcarə müqavilələri üzrə xx.xx.2022-ci tarixli, EBBS 844856 nömrəli elektron qaimə üzrə 1200 manat, xx.xx.2022-ci tarixli, EBBR 303915 nömrəli elektron qaimə üzrə 1200 manat, xx.xx.2022-ci il tarixli, EBBW 223861 nömrəli elektron qaimə üzrə 1200 manat, xx.xx.2022-ci il tarixli, EBBZ 108520 nömrəli elektron qaimə üzrə 1200 manat, xx.xx.2022-ci il tarixli, EBCA 884009 nömrəli elektron qaimə üzrə 1200 manat, xx.xx.2022-ci il tarixli, EBCB 831432 nömrəli elektron qaimə üzrə 500 manat məbləğində borc yaranmışdır.

42. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin icarə müqavilələri üzrə cəmi borcu 6500 manat müəyyən edilmişdir.

43. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

44. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ASC (VÖEN: **********) ilə X4 arasında xx.xx.2022-ci il tarixli №15 saylı və xx.xx.2022-ci il tarixli №15/a saylı icarə müqavilələri bağlanmışdır. Birinci müqaviləyə əsasən icarə haqqı 1200 manat, ikinci müqavilə üzrə isə - 500 manat müəyyən edilmişdir. İcarə müqavilələrin bağlanması işin mübahisəsiz halıdır. İddiaçının təqdim etdiyi maliyyə arayışından və izahatından müəyyən edilir ki, 6000 manat xx.xx.2022-ci il tarixli müqavilə üzrə, 500 manat isə xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmışdır. Hazırlıq iclaslarında iştirak edən cavabdeh X4 iddiaya etiraz edərək bildirsə də ki, hər iki müqavilə üzrə icarə haqqlarını ödəyib İddiaçı ASC-nin əvvəlki direktoru (və hazırkı iş üzrə ikinci cavabdeh) Cavabdeh1, lakin hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, icarə müqavilələri üzrə icarəyə verən öz öhdəliklərini icra etsə də, lakin icarəçinin bugünə ödənilməmiş borcu qalmışdır.

47. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı, qeyri-yaşayış sahəsi cavabdeh X2 istifadəsinə verilmiş, cavabdeh tərəfindən icarə haqqı öhdəlikləri yerinə yetirmədiyi üçün həmin müqavilələr üzrə borcu yaranmışdır.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

49. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

50. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

51. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

52. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

53. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

54. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

55. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

56. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

57. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin (icarəçinin) müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 6500 manat bоrcu yarandığını nəzərə alaraq hesab edir ki, cavabdeh (icarəçi) Cavabdeh2 6500 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

58. Məhkəmə həmçinin iddia tələbinin digər cavabdeh - Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, icarə müqaviləsi iddiaçı-hüquqi şəxs ilə Cavabdeh2 arasında bağlandığı, müqavilə üzrə hüquq və öhdəliklər məhz həmin şəxslər arasında yarandığı üçün, yaranmış icarə haqqı borcu da həmin dövrdə ASC-nin direktoru olan Cavabdeh1 deyil, icarəçi Cavabdeh2 tutulmalıdır. Belə olan halda, hazırki iş üzrə iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi üçün əsasslar müəyyən edilmir, həmin hissədə iddia rədd edilməlidir.

59. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 85 manat məbləğində dövlət rüsumu və 700 manat vəkil xərci ödənilmişdir.

60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 85 manat məbləğində dövlət rüsumunun və 700 manat vəkil xərcinin əvəzi cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh X1 icarə müqavilələri üzrə 6500 manat icarə haqqı borcu, vəkil xərcinin əvəzi olaraq 700 manat və dövlət rüsumunun əvəzi olaraq 85 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar