Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-498/2021 29.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Bakı Nəqliyyat Agentliyinin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2.777,19 (iki min yeddi yüz yetmiş yeddi) manat (on doqquz) qəpik borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Bakı Nəqliyyat Agentliyindən tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu 09/3247 olan Bakı Nəqliyyat Agentliyinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 2.777,19 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh Bakı Nəqliyyat Agentliyinə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 2.777,19 manat borcu bu günə qədər ödəməyərək “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Bakı Nəqliyyat Agentliyinin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları’nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).Göründüyü kimi qeyd edilən normativ hüquqi aktda abonentə elektrik enerjisinin verilişinin əsası elektrik enerjisinin dəyərinin hesablanması və istehlakçı tərəfindən ödənilməsi qaydaları dəqiq şəkildə müəyyən edilmişdir. Lakin fəaliyyətə başladığı dövrdən etibarən onunla bağlı bütün məcburi ödənişləri vaxtında və tam həcmdə həyata keçirən Agentlik elektrik enerjisindən istifadəyə görə də ödənişləri tam və vaxtında yerinə yetirmiş, “xxxx” ASC-yə ərizədə göstərilən məbləğdə borcu yaranmamışdır, intizamlı istehlakçı kimi Agentlik ərizədə göstərilən məbləğdə borcun yaranmasına əsas olan müqavilə, habelə həmin borcun mövcudluğunu təsdiq edən faktları-sayğac göstəriciləri, maliyyə sənədləri və s. Agentliyə təqdim edilməsi üçün həm rəsmi, həm də qeyri-rəsmi şəkildə dəfələrlə “xxxx” ASC-yə müraciət etsə də, qarşı tərəf tələbinin əsası kimi iddia etdiyi faktları Agentliyə təqdim etməmişdir. Bu səbəbdən hesablanmış borcun hansı dövrü əhatə etdiyini, həmin borcun Agentliklə əlaqəsinin olub-olmadığını, habelə elektrik enerjisi sərfinə görə yaranmış borcu təsdiq edən sənədlərin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia əsasızdır. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Abunə haqqında bildirişdən görünür ki, abonent kodu 09/3247 olan Bakı Nəqliyyat Agentliyinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə ümumilikdə 2.777,19 manat borcu yaranmışdır. -İstifadə olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsi barədə “xxxx” ASC-nin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, cavabdeh Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-xx.xx.2021-ci il üzrə istifadə olunan elektrik enerjisi ilə bağlı iddiaçıya ümumilikdə 2.777,19 manat borc hesablanmışdır. -Bakı Nəqliyyat Agentliyi tərəfindən “xxxx” ASC-nin bank hesabına xx.xx.2021-ci il tarixli Ref 102OPX121062138A nömrəli ödəniş sənədinə əsasən 469,83 AZN, Ref 102OPX********** nömrəli arayışına əsasən 84,57 AZN, Ref 102OPX********** nömrəli arayışına əsasən 594 AZN, Ref 102OPX********** nömrəli arayışına əsasən 106,99 AZN, Ref 102OPX121062138 nömrəli arayışına əsasən 156,58 AZN, Ref 102OPX121062137F nömrəli arayışına əsasən 28,19 AZN məbləğində pul vəsaiti köçürülmüşdür. -Bakı Nəqliyyat Agentliyi tərəfindən “xxxx” ASC-nin bank hesabına ********** nömrəli xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən 13523,35 manat, ********** nömrəli xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən 2434,20 manat olmaqla ümumilikdə 15957,55 manat, ********** nömrəli xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən 1612,98 manat, ********** nömrəli xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən 290,34 manat, olmaqla ümumilikdə 1903,32 manat pul vəsaiti köçürülmüşdür. -“xxxx” ASC tərəfindən Bakı Nəqliyyat Agentliyinə xx.xx.2020-ci il tarixli, 1-170/20 saylı və xx.xx.2020-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə dəymiş zərəri ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Göründüyü kimi hazırki mübahisə elektrik enerjisindən istifadəyə görə yaranmış borc ilə əlaqədardır. İddiaçı cavabdehin ona ünvanladığı xəbərdarlıqda göstərilmış enerji haqqı borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.3-cü bəndinə uyğun olaraq. dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.18-ci bəndinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yəni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Beləkliklə, məhkəmə “xxxx” ASC tərəfindən istifadə etdiyi elektrik enerjisinin əvəzi olaraq hesablanmış borcun hansı dövrü əhatə etdiyini, həmin borcun Bakı Nəqliyyat Agentliyi ilə əlaqəsinin olub-olmadığını, habelə elektrik enerjisi sərfinə görə yaranmış borcu təsdiq edən sənədlərin mövcud olmadığını, eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş ödəniş tapşırığını nəzərə alaraq hesab edir ki, iddia əsassızdır təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3rşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh X3rşı “pul” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-498/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-498/2021
29.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver