Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-498/2022 18.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 54010,50 manat məbləğində yaranmış borcun, hüquqi yardıma və mediasiya xərclərinə görə ödənilmiş 635 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə tərəflərin aralarında aşağıda göstərilən məzmunda 27 dekabr 2021-ci il tarixdə bağladıqları barışıq sazişini təqdim etmişdir: Tərəflər razılığa gəlirlər ki, Cavabdeh QSC -nin İddiaçı hazırkı barışıq sazişi bağlanan tarixə olan borcu ƏDV xaric əsas borc olaraq 37875,78 (otuz yeddi min səkkiz yüz yetmiş beş manat yetmiş səkkiz qəpik) təşkil edir.
1. Cavabdeh QSC üzərinə öhdəlik götürür ki, hazırkı sazişdə göstərilən borc məbləğini 15.01.2022-ci il tarixinə qədər İddiaçı hesablaşma hesabı vasitəsilə ödəməyi öz üzərlərinə öhdəlik götürür.
2. Tərəflər razılığa gəlirlər ki, sazişdə göstərilən borc məbləği ödənilənə qədər Cavabdeh QSC -nin təsisçisinə məxsus olan 30000 (otuz min) manat nağd pul vəsaitini girov şəkilində hazırkı saziş imzalanan zaman İddiaçı verir.
3. İddiaçı üzərinə öhdəlik götürür ki, borc məbləği hesablaşma hesabına köçürüldükdən 24 saat ərzində Cavabdeh QSC -nin təsisçisinə məxsus olan 30000 (otuz min) manat nağd pul vəsaitini Cavabdeh QSC-ə yazılı şəkildə qəbzə imzalamaqla qaytaracaq.
4. Tərəflər razılığa gəlirlər ki, 15.01.2022-ci il tarixinə qədər Cavabdeh QSC tərəfindən 37875.78 (otuz yeddi min səkkiz yüz yetmiş beş manat yetmiş səkkiz qəpik) İddiaçı ödəmədikdə Cavabdeh QSC -nin təsisçisinə məxsus olan 30000 (otuz min) manat nağd pul vəsaiti İddiaçı tərəfindən öz hesablaşma hesabına mədaxil olunacaq və yerdə qalan pul vasitəsi qanunvericiliklə nəzədə tutulmuş qaydada Cavabdeh QSC-dən tələb olunacaq.
5. İddiaçı Bakı Kommersiya Məhkəməsiyasınin icraatında olan İş № e-2-2(113)- 6295/2021 saylı iş üzrə iddiadan imtina edir.
6. Hazırkı saziş imzlandıqdan dərhal sonra İddiaçı Məhkəməyə müvvəqəti təminat tədbiri baradə vermiş olduğu Cavabdeh QSC-in bank hesabının üzərinə qoyulmuş həbsin götürülməsi baradə ərizə ilə məhkəməyə müraciət edir.
7. Hazırkı sazişin bağlanması Bakı Kommersiya Məhkəməsinin icraatında olan işə xitam verilməsi üçün əsasdır.
İddiaçının nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
Tərəflər razılığa gəlirlər ki, Cavabdeh QSC -nin İddiaçı hazırkı barışıq sazişi bağlanan tarixə olan borcu ƏDV xaric əsas borc olaraq 37875,78 (otuz yeddi min səkkiz yüz yetmiş beş manat yetmiş səkkiz qəpik) təşkil edir.
1. Cavabdeh QSC üzərinə öhdəlik götürür ki, hazırkı sazişdə göstərilən borc məbləğini 15.01.2022-ci il tarixinə qədər İddiaçı hesablaşma hesabı vasitəsilə ödəməyi öz üzərlərinə öhdəlik götürür.
2. Tərəflər razılığa gəlirlər ki, sazişdə göstərilən borc məbləği ödənilənə qədər Cavabdeh QSC -nin təsisçisinə məxsus olan 30000 (otuz min) manat nağd pul vəsaitini girov şəkilində hazırkı saziş imzalanan zaman İddiaçı verir.
3. İddiaçı üzərinə öhdəlik götürür ki, borc məbləği hesablaşma hesabına köçürüldükdən 24 saat ərzində Cavabdeh QSC -nin təsisçisinə məxsus olan 30000 (otuz min) manat nağd pul vəsaitini Cavabdeh QSC-ə yazılı şəkildə qəbzə imzalamaqla qaytaracaq.
4. Tərəflər razılığa gəlirlər ki, 15.01.2022-ci il tarixinə qədər Cavabdeh QSC tərəfindən 37875,78 (otuz yeddi min səkkiz yüz yetmiş beş manat yetmiş səkkiz qəpik) İddiaçı ödəmədikdə Cavabdeh QSC -nin təsisçisinə məxsus olan 30000 (otuz min) manat nağd pul vəsaiti İddiaçı tərəfindən öz hesablaşma hesabına mədaxil olunacaq və yerdə qalan pul vasitəsi qanunvericiliklə nəzədə tutulmuş qaydada Cavabdeh QSC-dən tələb olunacaq.
5. İddiaçı Bakı Kommersiya Məhkəməsiyasınin icraatında olan İş № e-2-2(113)- 6295/2021 saylı iş üzrə iddiadan imtina edir.
6. Hazırkı saziş imzlandıqdan dərhal sonra İddiaçı Məhkəməyə müvvəqəti təminat tədbiri baradə vermiş olduğu Cavabdeh QSC-in bank hesabının üzərinə qoyulmuş həbsin götürülməsi baradə ərizə ilə məhkəməyə müraciət edir.
7. Hazırkı sazişin bağlanması Bakı Kommersiya Məhkəməsinin icraatında olan işə xitam verilməsi üçün əsasdır. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fərrux Qasımov