Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4981/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, öhdəliyin lazımınca icra edilməməsi, vurulmuş ziyanın ödənilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsi üzrə 500 (beç yüz) manat və xx.xx.2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 2250 (iki min iki yüz əlli) manat olmaqla, ümumilikdə 2750 manat (iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 47,5 manat (qırx yeddi manat əlli qəpik) məbləğində pulun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun direktor vəzifəsində çalışdığı dövrdə İddiaçı ASC (VÖEN: **********) ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 8 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 250 (iki yüz əlli) manat müəyyənləşdirilmişdir. Qeyd edək ki, xx.xx.2021-ci il tarixli, 8 saylı icarə müqaviləsinə əsasən: 1) xx-xx-2021-ci il tarixli, EBBN seriyalı, 176795 nömrəli elektron qaimə üzrə 250 manat, 2) xx-xx-2021-ci il tarixli, EBBO seriyalı, 828254 nömrəli elektron qaimə üzrə 250 manat olmaqla, ümumilikdə bu müqavilə üzrə 500 (beş yüz) manat məbləğində borc yaranmışdır. Tərəflər arasında yenidən xx.xx.2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 (iki yüz əlli) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarəçi 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, 14 saylı icarə müqaviləsinə əsasən: 3) xx-xx-2022-cü il tarixli, EBBQ seriyalı, 373720 nömrəli elektron qaimə üzrə 250 manat, 4) xx-xx-2022-cü il tarixli, EBBR, seriyalı, 887463 nömrəli elektron qaimə üzrə 250 manat, 5) xx-xx-2022-ci il tarixli, EBBT seriyalı, 407887 nömrəli elektron qaimə üzrə 250 manat, 6) xx-xx-2022-ci il tarixli, EBBV seriyalı, 294460 nömrəli elektron qaimə üzrə 250,01 manat, 7) xx-xx-2022-ci il tarixli, EBBX seriyalı, 024929 nömrəli elektron qaimə üzrə 250 manat, 8) xx-xx-2022-cİ il tarixli, EBBY seriyalı, 495625 nömrəli elektron qaimə üzrə 250 manat, 9) xx-xx-2022-ci il tarixli, EBCA seriyalı, 881852 nömrəli elektron qaimə üzrə 250 manat, 10) xx-xx-2022-ci il tarixli, EBCC seriyalı, 721475 nömrəli elektron qaimə üzrə 250 manat, 11) xx-xx-2022-ci il tarixli, EBCG seriyalı, 024635 nömrəli elektron qaimə üzrə 249,99 manat olmaqla,ümumilikdə bu müqavilə üzrə 2250 (iki min iki yüz əlli) manat məbləğində borc yaranmışdır. Qeyd edilir ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də hesab edilir ki, həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdı.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1750 manat məbləğində pul vəsaitinin, Cavabdeh3 1000 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 700 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 47,5 manat məbləğində pulun əvəzinin iddiaçıya xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, ,386.1, 425.1, 442, 443.1, 448.1, 49-cu maddələrinə istinad edilmişdir.
5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. İcarəyə verən qismində İddiaçı ASC (direktor– Cavabdeh1) ilə icarəçi qismində Cavabdeh3 arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsinin 1-ci bəndinə icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 70 kv.m hissəsini icarəyə verir; 2-ci bəndinə əsasən icarə haqqı hər ay ƏDV ilə birlikdə 250 manat razılaşdırıldı; 3-cü bəndinə əsasən icarəçi icarə haqqını icarə müddətinin sonunadək vaxtlı-vaxtında ödəməyi öz öhdəsinə götürür; 5-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2021-ci ilə qədər bağlanır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
8. İcarəyə verən qismində İddiaçı ASC (direktor – Cavabdeh1) ilə icarəçi qismində Cavabdeh3 arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinin 1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 70 kv.m hissəsini orada yerləşən və icarəyə verənə məxsus olan əşyalarla icarəçiyə icarəyə verir; 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 manat məbləğində müəyyən olunmuşdur; 5ci bəndinə əsasən icarəçi xx.xx.2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir; 14-cü bəndinə əsasən icarə haqqının müqavilədə nəzərdə tutulan son ödəniş günündən 3 ay ərzində ödənilməməsi, habelə hazırkı icarə müqaviləsinin hər hansı müddəasının icarəçi tərəfindən ödənilməməsi, habelə hazırkı icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə icarəyə verən bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericilikdə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi icarəçinin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlanıldığı bütün müqavilə üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 176795 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli müqavilə qeyd edilmişdir.
10. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 828254 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli müqavilə qeyd edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 373720 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 887463 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 407887 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
14. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 294460 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
15. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 024929 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
16. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 995625 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
17. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 881852 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
18. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 721475 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
19. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 024635 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
20. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 498515 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
21. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 151491 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
22. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 582529 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı X-21-ci il) ödənilmişdir.
23. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 582546 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı Xİ-21-ci il) ödənilmişdir.
24. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 582562 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı Xİİ-21-ci il) ödənilmişdir.
25. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 582573 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İ-22-ci il) ödənilmişdir.
26. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 582582 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İİ-22-ci il) ödənilmişdir.
27. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 582597 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İİİ-22-ci il) ödənilmişdir.
28. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112108 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İV-22-ci il) ödənilmişdir.
29. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112141 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı Vİİ-22-ci il) ödənilmişdir.
30. Təqdimb edilmiş maliyyə arayışından qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə olan qalıq borcun məbləği 2750 manat təşkil edir.
31. "xxxx" MMC tərəfindən tərtib edilmiş sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 22 qaimə üzrə ümumi borcu 2750 manat təşkil edir.
32. İş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.
33. İddiaçı ASC tərəfindən Cavabdeh1 göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
34. İddiaçı ASC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
37. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh3 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən mülkiyyət hüququ üzrə ona məxsus icarə obyektini icarəçiyə verməyi, icarəçi isə hər ayın 5-dən gec olmayaraq aylıq 250 manat icarə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh-icarəçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır.
38. İlkin olaraq iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsi üzrə 500 manat və xx.xx.2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 2250 manat olmaqla, ümumilikdə 2750 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş, sonradan iddia tələbini dəyişdirmişdir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş məbləğlər ümumi borcdan çıxılaraq yalnız 2750 manat icarə haqları tələbi saxlanılmış, müxtəlif əsaslarla həmin məbləğin 1000 manatının Cavabdeh3, qalan 1750 manat hissəsinin isə digər cavabdehdən tutulması xahiş edilmişdir.
39. İddia tələbinin bir hissəsini 1000 manat icarə haqqının Cavabdeh3 tutulması təşkil edir.
40. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının ödənilməmiş qalan məbləği cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh3 1000 (min) manat icarə haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır.
41. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş kassa məxaric orderlərindən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı ASC tərəfindən Cavabdeh3 ünvanlanmış elektron qaimələr üzrə ödənişlər edilmiş, həmin qaimələr üzrə borc mövcud deyil. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 024929 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 495625 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 721475 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 024635 nömrəli elektron qaimələr üzrə ödəniş edilməsini (cəmi 1000 manat (250x4 ay=1000)) təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 08 nömrəli müqavilənin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə həmin hissədə hazırkı nəticəyə gəlmişdir.
42. İddia tələbinin digər hissəsini 1750 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması təşkil edir.
43. İşin hallarından müəyyən olunur ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru olmuşdur. Həmçinin həmin dövrdə tərtib olunmuş kassa məxaric orderləri və elektron qaimələrdən müəyyən olunur ki, mübahisələdirilən 1750 manat pul vəsaiti Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə ödənilsə də, iddiaçı həmin vəsaitin sonuncunun hesabına ödənilmədiyini iddia etmiş, lakin mübahisələndirdiyi 1750 manat ödənişlərin ASC-nin hesabına ödənilməməsinə dair sübutları (audit rəyi, mühasibat sənədləri və s.), Cavabdeh1 direktor olduğu dövrdə kassa aparatının olmamasına, hətta MMC-nin mühasibi tərəfindən də imzalanmış kassa mədaxil orderlərinə əsasən ödənişlərin məhz Cavabdeh1 tərəfindən mənimsənilməsinə dair sübutları təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
44. Eləcə də, iddiaçı məhkəmə xərcləri və 700 manat vəkil xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
45. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq (həmçinin iddianın qismən təmin edildiyi nəzərə alınaraq) 350 (üç yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,30 manat Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 1000 (min) manat icarə haqqı, 350 (üç yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,30 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə, Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova