Məhkəmə qərarları › İş №e-2-2(113)-499/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-499/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-499/2022 16.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 56590, 17 (əlli altı min beş yüz doxsan manat on yeddi qəpik) manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma və mediasiya xərclərinə görə 636 (altı yüz otuz altı) manatı cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən məhkəməyə barışıq sazişi təqdim edilmiş və barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 15 fevral 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Cavabdeh hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğini - 56.590,17 manatı (əlli altı min beş yüz doxsan manat on yeddi qəpik) iki dəfəyə bölməklə, 31 Mart 2022-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə öhdəlik götürür: - 20.000 manat (iyirimi min ) 2022-ci ilin mart ayının 10-dək; - 36.590, 17 AZN (qırx altı min beş yüz doxsan manat on yeddi qəpik) 2022-ci ilin Mart ayının 31-dək. 1.2. iddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 210 AZN (iki yüz on) xərcdən və dövlət rüsumuna görə ödədiyi 426 AZN (dörd yüz iyirmi altı) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən yəni 25 Fevral 2022-ci il tarixinədək müddətində həyata keçirilnıəməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, iddiaçı cavabdehdən ilkin tələb olunan əsas borc məbləğini dəyərləndirilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququna malikdir. 1.4. Cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən onlara icarəyə verilmiş tikinti materialların geri qaytarılması öhdəliyini üzərinə götürür. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1. Cavabdeh hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğini - 56.590,17 manatı (əlli altı min beş yüz doxsan manat on yeddi qəpik) iki dəfəyə bölməklə, 31 Mart 2022-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə öhdəlik götürür: - 20.000 manat (iyirimi min ) 2022-ci ilin mart ayının 10-dək; - 36.590, 17 AZN (qırx altı min beş yüz doxsan manat on yeddi qəpik) 2022-ci ilin Mart ayının 31-dək. 1.2. İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 210 AZN (iki yüz on) xərcdən və dövlət rüsumuna görə ödədiyi 426 AZN (dörd yüz iyirmi altı) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən yəni 25 Fevral 2022-ci il tarixinədək müddətində həyata keçirilnıəməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, iddiaçı cavabdehdən ilkin tələb olunan əsas borc məbləğini dəyərləndirilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququna malikdir. 1.4. Cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən onlara icarəyə verilmiş tikinti materialların geri qaytarılması öhdəliyini üzərinə götürür. İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar