Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-499/2023 23.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı X2 nümayəndəsi Vəkil Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı X2 Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən HX 042/0519 saylı, 25 may 2019-cu il tarixli xidmət müqaviləsi üzrə yaranmış 2903 manat borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" layihəsi çərçivəsində Cavabdeh ilə 25 may 2019-cu il tarixli, HX 042/0519 saylı xidmət müqavilə imzalanmışdır. Qeyd olunan müqaviləyə əsasən iddiaçıya məxsus olan "MAZ 5334 yük" markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-ci il olan avto kran Cavabdeh istifadəsinə verilmişdir. Qeyd edilən, HX 042/0519 saylı, 25 may 2019-cu il tarixli xidmət müqaviləsinin 2-ci maddəsinə görə, texnika üçün aylıq xidmət haqqı vergilər daxil 3870,96 manat haqq ödəyir. (HX 042/0519 saylı, 25 may 2019-cu il tarixli xidmət müqaviləsi qoşmaya əlavə olunur). Cavabdeh tərəfindən bir sıra ödənişlər olunsa da, lakin cavabdeh üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməkdən boyun qaçırır. Belə ki, bu günədək iddiaçıya ödənilməli olan 2903 manat miqdarında pul vəsaitinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh pul vəsaitini ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi Vəkil Şəmsəddin oğlu iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh görülən işlərə görə iddiaçıya müəyyən ödənişlər etsə də, 2903 manat məbləğində vəsait ödənilməmiş qaldığına görə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25 may 2019-cu il tarixli, HX 042/0519 nömrəli iddiaçı X4 ilə Cavabdeh MMC arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, X4 istifadəsində olan avtokran ilə ("MAZ 5334 yük" markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-ci il olan) Cavabdeh verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra edir və bu xidmət müqabilində "X1 Company" MMC X3 xidmət haqqı ödəyir. Müqavilənin 2.2-ci maddəsinə əsasən tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və X4 ilə Cavabdeh MMC arasında bu müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd sayılır. Müqavilənin 2.3-cü maddəsinə əsasən hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflərin arasında xidməti müqaviləsi bağlanmış və sözügedən müqaviləyə görə iddiaçı sifarişçiyə müəyyən işlər görmüş, cavabdeh isə bunun müqabilində iddiaçıya müəyyən vəsait ödəmişdir. İddiaçı tələbində 2903 manat məbləğində borcun qaldığına istinad etsə də, sözügedən borcun mövcudluğunu əks etdirən heç bir sübut məhkəməyə təqdim etməmiş, sadəcə olaraq cavabdehin əvvəlki xidmətlərə görə iddiaçıya ödənişlərin edildiyini bildirmişdir. Göründüyü kimi tərəflərin arasında müəyyən davamlı münasibətləri olmuş, iddiaçı sifarişçiyə müəyyən işlər görmüş, cavabdeh isə bunun müqabilində iddiaçıya müəyyən vəsait ödəmiş, iddiaçı isə məhz 2903 manat məbləğində borcla bağlı məhkəməyə heç bir mötəbər sübut (xidmətlərin təhvil-təslim aktı, elektron qaimələr və sair) təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı X2 HX 042/0519 saylı, 25 may 2019-cu il tarixli xidmət müqaviləsi üzrə yaranmış 2903 manat borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin Cavabdehndən tutularaq xeyrinə ödənilməsi tələbi barədə iddiası məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 HX 042/0519 saylı, 25 may 2019-cu il tarixli xidmət müqaviləsi üzrə yaranmış 2903 manat borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin Cavabdehndən tutularaq xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-499/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-499/2023
23.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver