Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4990/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2və Cavabdeh1 müştərək qaydada 2769,99 (iki min yeddi yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 47.7 (qırx yeddi manat, yetmiş qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, №22 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 100 (yüz) manat razılaşdırılmışdır. Müqavilənin 3-cü bəndinə əsasən, “İcarəçi” icarə haqqını icarə müddətinin sonunadək vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürür. Eyni zamanda tərəflər arasında və xx.xx.2022-ci il tarixli, №05 və xx.xx.2022-ci il tarixli, №05/a saylı icarə müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli, №05 saylı icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) 250 (iki yüz əlli) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək “İcarəyə verən”ə nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir. xx.xx.2022-ci il tarixli, №05a saylı icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 01 oktyabr 2022-ci il tarixindən başlanılacaqdır və hər ayın 2022-ci ilin oktyabr ayı da daxil olmaqla, 01-də axımı başlanan 5 (beş) təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu Müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nəğd və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edək ki, xx.xx.2021-ci il tarixli, №22 saylı icarə müqaviləsinə əsasən: 1. xx-xx-2021-ci il tarixli, EBBN 180885 nömrəli elektron qaimə üzrə 100 manat, 2. xx-xx-2021-ci il tarixli, EBBO 828597 nömrəli elektron qaimə üzrə 100 manat, xx.xx.2022-ci il tarixli, №05 saylı icarə müqaviləsinə əsasən: 3. xx-xx- 2022-ci il tarixli, EBBQ 436418 nömrəli elektron qaimə üzrə 250 manat, 4. xx-xx-2022-ci il tarixli, EBBR 887379 nömrəli elektron qaimə üzrə 250 manat, 5. xx-xx-2022-ci il tarixli, EBBT 406544 nömrəli elektron qaimə üzrə 250 manat, 6. xx-xx-2022-ci il tarixli, EBBV 291969 nömrəli elektron qaimə üzrə 250 manat, 7. xx-xx-2022-ci il tarixli, EBBX 025987 nömrəli elektron qaimə üzrə 250 manat, 8. xx-xx-2022-ci il tarixli, EBBZ 109938 nömrəli elektron qaimə üzrə 250 manat, 9. xx-xx-2022-ci il tarixli, EBCA 882486 nömrəli elektron qaimə üzrə 250 manat, 10. xx-xx-2022-ci il tarixli, EBCC 721795 nömrəli elektron qaimə üzrə 250 manat, 11. xx-xx-2022-ci il tarixli, EBCG 024210 nömrəli elektron qaimə üzrə 249,99 manat xx.xx.2022-ci il tarixli, №05/a saylı icarə müqaviləsinə əsasən isə: 13. xx-xx- 2024-cü il tarixli, EBED 761627 nömrəli elektron qaimə üzrə 320 manat olmaqla, ümumilikdə 2769,99 (iki min yeddi yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd edək ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də, hesab edirik ki, həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, öhdəliyi hələ də icra etməmişlər.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh1 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin, Cavabdeh2 819,99 (səkkiz yüz on doqquz manat, doxsan doqquz qəpik) manat pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 47.7 (qırx yeddi manat, yetmiş qəpik) manat məbləğində pulun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzlərində göstərilmiş icarə haqları əvvəlki direktor Cavabdeh1 tərəfindən iddiaçının balansına mədaxil edilməmişdir. Halbuki, ondan əvvəlki direktorun dövründə nağd qaydada ödənilmiş vəsaitlər təqdim etdiyi hesabdan çıxarışdan göründüyü kimi bank hesabına mədaxil edilmişdir. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərində olan vəsaitlər iddiaçının balansına daxil olmadığı üçün zərər kimi əvvəlki direktor Cavabdeh1 tərəfindən MMC-yə ödənilməlidir.
5. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz edib iddianın ona aid hissədə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının ondan tələb etdiyi icarə haqlarını o, tam şəkildə MMC-yə ödəmiş, lakin bunu təsdiq edən ödəniş qəbzləri hazırda icarə sahəsindədir, o, həmin sahədən çıxarıldığı və sənədlər orada qaldığı üçün hazırda təqdim edə bilmir. Onun iddiaçıya hər hansı borcu yoxdur.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının Cavabdeh1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ASC (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında xx.xx.2021-ci il tarixli, 22 saylı icarə müqaviləsi bağlanmışdır.
10. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 100 (yüz) manat razılaşdırılmışdır.
11. Müqavilənin 3-cü bəndinə əsasən, “İcarəçi” icarə haqqını icarə müddətinin sonunadək vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürür.
12. İddiaçı ASC (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli, 05 və xx.xx.2022-ci il tarixli, 05/a saylı icarə müqavilələri bağlanmışdır.
13. xx.xx.2022-ci il tarixli, 05 saylı icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) 250 (iki yüz əlli) manat məbləğində müəyyən olunmuşdur.
14. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək “İcarəyə verən”ə nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir.
15. xx.xx.2022-ci il tarixli, 5a saylı icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən olunmuşdur.
16. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 01 oktyabr 2022-ci il tarixindən başlanılacaqdır və hər ayın 2022-ci ilin oktyabr ayı da daxil olmaqla, 01-də axımı başlanan 5 (beş) təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu Müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nəğd və ya bank hesabına köçürməklə ödəyir.
17. İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 22 saylı icarə müqaviləsi üzrə xx-xx-2021-ci il tarixli, EBBN 180885 nömrəli elektron qaimə (100 manat), xx-xx- 2021-ci il tarixli, EBBO 828597 nömrəli elektron qaimə (100 manat), xx.xx.2022-ci il tarixli, 05 saylı icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBBQ 436418 nömrəli elektron qaimə (250 manat),xx-xx-2022-ci il tarixli, EBBR 887379 nömrəli elektron qaimə (250 manat), xxxx-2022-ci il tarixli, EBBT 406544 nömrəli elektron qaimə (250 manat), xx-xx-2022-ci il tarixli, EBBV 291969 nömrəli elektron qaimə (250 manat), xx-xx-2022-ci il tarixli, EBBX 025987 nömrəli elektron qaimə (250 manat), xx-xx-2022-ci il tarixli, EBBZ 109938 nömrəli elektron qaimə (250 manat), xx-xx-2022-ci il tarixli, EBCA 882486 nömrəli elektron qaimə (250 manat), xx-xx-2022-ci il tarixli, EBCC 721795 nömrəli elektron qaimə (250 manat), xxxx-2022-ci il tarixli, EBCG 024210 nömrəli elektron qaimə (249,99 manat), xx.xx.2022-ci il tarixli, 05/a saylı icarə müqaviləsi üzrə xx-xx-2024-cü il tarixli, EBED 761627 nömrəli elektron qaimə (320 manat) təqdim edilmişdir.
18. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil qəbzlərinə əsasən xx.xx.2021-ci il tarixli, 22 saylı icarə müqaviləsi üzrə xx-xx-2021-ci il tarixli, EBBN 180885 nömrəli elektron qaimə üzrə 100 manat, xx-xx-2021-ci il tarixli, EBBO 828597 nömrəli elektron qaimə üzrə 100 manat; xx.xx.2022-ci il tarixli, 05 saylı icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBBQ 436418 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx- 2022-ci il tarixli, EBBR 887379 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBT 406544 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBV 291969 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBX 025987 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBZ 109938 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBCA 882486 nömrəli elektron qaimə üzrə 250 manat icarə haqqı ödənilmişdir.
19. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, hazırkı iddia ərizəsi iki hissədən ibarətdir: 1. icarə haqqının tutulması; 2. zərərin ödənilməsi.
21. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə icarə müqavilələri bağlanmışdır.
23. İddiaçı hazırda xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2022-ci ilin avqust və sentyabr ayları üzrə 499,99 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 2024-cü ilin iyun ayı üzrə 320 manat icarə haqqının icarəçidən tutulmasını xahiş edir.
24. Cavabdeh2 iddiaya etiraz edərək tələb edilən icarə haqlarının tərəfindən tam şəkildə ödənildiyini bildirir.
25. Cavabdeh etirazının əsası kimi istinad etdiyi bu halın təsdiqi kimi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda yaranmış 819,99 manat icarə haqqı borcunun Cavabdeh2 ödənilməsini tələb etməklə haqlıdır.
27. İddia bu hissədə təmin edilməli, göstərilən borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
30. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
31. Məhkəmə iddia ərizəsini ikinci hissədə də əsaslı hesab edir.
32. İddiaçı ASC 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayına qədər onun icra orqanının rəhbəri olmuş digər Cavabdeh1 ASC-yə vurduğu zərərlə bağlı olaraq 1950 manat pulun tutulmalı olmasını iddia edir.
33. İddiaçı iddia ərizəsinə verdiyi əlavədə göstərmişdir ki, xx.xx.2021-ci il tarixli, №22 saylı icarə müqaviləsinə əsasən xx-xx-2021-ci il tarixli, EBBN 180885 nömrəli elektron qaimə üzrə 100 manat, xx-xx-2021-ci il tarixli, EBBO 828597 nömrəli elektron qaimə üzrə 100 manat, xx.xx.2022-ci il tarixli, №05 saylı icarə müqaviləsinə əsasən xx-xx-2022-ci il tarixli, EBBQ 436418 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBR 887379 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBT 406544 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBV 291969 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBX 025987 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBZ 109938 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBCA 882486 nömrəli elektron qaimə üzrə 250 manat olmaqla, ümumilikdə 1950 manat məbləğində borc üzrə 30 noyabr 2021, 28 dekabr 2021, 11 yanvar 2022, 25 fevral 2022, 29 mart 2022, 26 aprel 2022, 27 may 2022, 30 iyun 2022, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderləri Cavabdeh1 tərəfindən imzalanmış, lakin kassa mədaxil orderlərində qeyd olunan ümumilikdə 1950 manat məbləğində pul vəsaiti ASC-nin hesabına mədaxil edilməmişdir. Buna görə də 1950 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub iddiaçı ASC-yə ödənilməlidir.
34. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-də olan bank hesabından çıxarışlardan görünür ki, “hesaba mədaxil kassa qalığı üzrə” qeydi ilə xx.xx.2021-ci ildə 4362 manat, xx.xx.2021-ci ildə 3934,92 manat, xx.xx.2021-ci ildə 568 manat, xx.xx.2021-ci ildə 8746.98 manat, xx.xx.2021-ci ildə 34,20 manat vəsait iddiaçı ASC-nin balansına mədaxil edilmişdir.
35. Göründüyü ki, 2021-ci ilin noyabr ayına qədər cavabdeh icarəçi tərəfindən iddiaçı ASC-yə nağd qaydada ödənilmiş, kassa mədaxil qəbzi verilmiş ödənişlər daha sonra ASC rəhbərliyi tərəfindən ASC-nin balansına mədaxil edilsə də, iddiaçının hazırda mübahisaləndirdiyi nağd ödənişlər ASC-nin balansına daxil edilməmiş, əksini təsdiq edən hər hansı sübut Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilməmişdir.
36. Bu səbəbdən iddiaçıya cavabdeh icarəçi tərəfindən ödənilsə də, ASC-nin balansına mədaxil edilməməklə ümumilikdə 1950 manat zərər dəymişdir.
37. İddiaçı hazırda göstərilən zərəri həmin dövrdə iddiaçı ASC-nin icra orqanının rəhbəri olmuş Cavabdeh1 tələb etməklə haqlıdır.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.
39. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
41. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
42. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
43. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 1950 manat zərərin Cavabdeh1 tələb edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir.
44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 1950 manat maddi zərər, Cavabdeh2 819,99 manat icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir.
45. Bundan başqa iddia ərizəsində 700 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması da tələb edilir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
47. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ümumilikdə 300 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə 200 manat hissəsi Cavabdeh1, 100 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan 400 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh1, 7,70 manat dövlət rüsumu isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 1950 manat məbləğində pul, 40 manat dövlət rüsumu, 200 manat hüquqi yardıma görə xərc, ümumilikdə 2190 (iki min bir yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh2 819,99 manat məbləğində pul, 7,70 manat dövlət rüsumu, 100 manat hüquqi yardıma görə xərc, ümumilikdə 927,69 (doqquz yüz iyirmi yeddi manat altmış doqquz qəpik) manat məbləğində pul tutularaq tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan 400 (dörd yüz) manat hüquqi yardıma görə xərc İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova