Məhkəmə qərarları › İş №e-2-2(113)-4991/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4991/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4991/2024 11.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.369 (on üç min üç yüz altmış doqquz) manat borcunun və məhkəməyə müraciət etdiyi üçün 137 (yüz otuz yeddi) manat miqdarında ödədiyi dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında təyinatı tikinti materialları satışı olan dükanda işləyir. Özlərini “Fateh Boya”nın nümayəndəsi kimi təqdim edən cavabdehlər xx.xx.2020-ci il tarixdə X1 aldığı, satmaq istədiyi BMW X-5 markalı avtomobili onlara verməyini istədiklərini bildirmiş, əvəzində tikinti materialları verəcəklərini təklif etmişdirlər. İddiaçı 24 000 manat müqabilində razılığa gəlmiş. Lakin həmin şəxslər avtomobili sataraq aradan çıxmış və borcun ödənilməsini yubandırmışdırlar. Cavabdehlər ümumi borcun 9 700 manata yaxın hissəsini qaytararaq hazırda 14 369 manat pul vəsaitini qanunsuz saxlamaqla, onun qaytarılmasından boyun qaçırırlar. Məsələ ilə bağlı polis orqanına müraciət etsə də mübahisənin mülki qaydada həyata keçirilməli olması əsası ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı Sərraf Cəfərov tərəfindən “17” yanvar 2022-ci il tarixdə cinayət işinin başlanmasın rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təhqiqat materialı üzrə Cavabdeh izahatında qeyd olunur ki, guya iddiaçıya və onun tanışı kimi təqdim olunan, əslində isə tanımadığı Elçin adlı şəxsə 14 000 manata yaxın material borcları (halbuki 14 369 manat pul borcları) var.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

5. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı tikinti materialları mağazasında işlədiyini, xx.xx.2020-ci il tarixdə X1 aldığı və satmaq istədiyi BMW X-5 markalı avtomobili onlara verməyi istədiklərini bildirdiklərini, əvəzində tikinti materialları verəcəklərini təklif etdiklərini, 24000 manat müqabilində razılığa gəldiyini, lakin həmin şəxslərin avtomobili sataraq borcun ödənilməsini yubandırdıqlarını, ümumi borcun 9.700 manat hissəsini, daha sonra məhkəmə prosesi dövründə cavabdeh tərəfindən daha 1.000 manat məbləğində ödəniş edildyini bildirmişdir.

10. İddiaçı tərəf hazırda cavabdehin 13.369 manat borcun qaldığını bildirir.

11. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

12. Eyni zamanda məhkəmə gedişatı dövründə cavabdeh tərəfindən 1.000 manat məbləğində ödəniş edilməsi onun tərəfindən borcun qəbul edildiyini göstərir.

13. Ona görə də, Məhkəmə hesab edir ki, Cavabdeh ödənilməmiş 13.369 manat borcu qalmışdır və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

15. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. 13.369 (on üç min üç yüz altmış doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 (bir yüz otuz yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar